Unibank kommersiya banki 31 dekabr 2011-ci IL tarixinə Konsolidə edilmiş Maliyyə Hesabatları



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix14.09.2018
ölçüsü3,48 Mb.
#68414
1   ...   29   30   31   32   33   34   35   36   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

70 


 

Əməliyyat riskləri 

 

Qrup  əməliyyat  riskinə  məruz  qalır.  Əməliyyat  riski  kredit,  bazar  və  likvidlik  risklərindən  başqa, 

birbaşa  və  ya  dolayısı  ilə  qeyri-adekvat  və  ya  düzgün  fəaliyyət  göstərməyən  daxili  proseslər,  işçilər 

və  ya  sistemlər,  yaxud  kənar  hadisələrdən  yaranan  zərər  riskidir.  Qeyri-adekvat  və  ya  düzgün 

yaradılmamış  biznes  prosesləri,  rəhbərliyin  nöqsanları,  texnoloji  qüsurlar,  nöqsanlara  nəzarət 

strukturu,  işçilərin  nöqsanları,  fırıldaqçılıq  və  ümumi  qəbul  edilmiş  korporativ  etika  standartlarına 

riayət edilməməsi müəssisəyə zərər yetirə bilər. 

 

Əməliyyat  risklərinin  idarə  edilməsində  Qrupun  məqsədi  fəaliyyətin  ümumi  effektivliyi  və  xərclərin 



səmərəliliyi  ilə  maliyyə  itkiləri  və  Qrupun  nüfuzuna  yetirilə  biləcək  zərərin  qarşısının  alınması 

arasında balansın yaradılmasından ibarətdir. 

 

Əməliyyat  riski  əməliyyatı  aparan  bölmədə  yaranır  və  əməliyyat  riskləri  ilə  bağlı  qərarların  qəbul 



edilməsinə  görə  hər  bir  biznes  bölməsi  məsuliyyəti  daşıyır.  Bu  məsuliyyət  dairəsinə  Qrupun  daxili 

nəzarət sistemi çərçivəsində ümumi standartların işlənib hazırlanması daxildir. Qrupun daxili nəzarət 

sistemi üzrə yanaşması aşağıdakıları əhatə edir:  

 

 



müvafiq  vəzifə  bölgüsü,  o  cümlədən  maraqların  ziddiyyətinə  yol  verilməməsi,  əməliyyatın 

müstəqil şəkildə təsdiqlənməsi və sistemdən istifadə hüquqlarının dəqiq təsviri;  

 

əməliyyatların üzləşdirilməsi və monitorinqi tələbləri;  



 

tənzimləyici və digər hüquqi tələblərə uyğunluq;  

 

nəzarət  qaydaları,  prosedurlar  və  təlimatların  sənədləşdirilməsi  və  biznes  və  risklərin  idarə 



edilməsi sahələri tərəfindən təsdiqlənməsi;  

 

effektiv  daxili  audit  funksiyası  daxil  olmaqla,  nəzarət  qaydalarına,  prosedurlara  və  təlimatlara 



riayət edilməsinə daimi nəzarət və monitorinq;  

 

mövcud və potensial əməliyyat risklərinin davamlı şəkildə qiymətləndirilməsi;  



 

müəyyən  edilmiş  risklərlə  bağlı  qərar  qəbul  edərkən  nəzarət  qaydaları  və  prosedurlarının 

davamlı şəkildə qiymətləndirilməsi;  

 

gözlənilməz hallar üzrə planların tərtib edilməsi;  



 

IT təhlükəsizlik məsələlərinin davamlı şəkildə qiymətləndirilməsi;   

 

əməliyyat səhvləri və itkiləri haqqında məlumatın təqdim edilməsi və qabaqlayıcı tədbirlərin təklif 



edilməsi;  

 

müvafiq personalın işə götürülməsi, təlim və ixtisas artırma;  



 

Qrupun  autsorsinq  (funksiyanın  kənar  xidmət  göstərənə  həvalə  edilməsi)  siyasətinə  riayət 

edilməsi;  

 

peşə etikası və etika standartları; və  



 

risklərin azaldılması, o cümlədən sığortalanması tədbirlərinin tətbiqi. 

 

Qrupun  əməliyyat  risklərinin  idarə  edilməsi  sisteminin  təkmilləşdirilməsi  istiqamətində  monitorinqin 



aparılması,  hesabatların  hazırlanması  və  tövsiyələrin  verilməsinə  görə  Risklərin  İdarə  Edilməsi 

Departamentinin Əməliyyat Riskləri Qrupu və Daxili Audit Departamenti məsuliyyət daşıyır. 

 

 

27.  KAPİTALIN İDARƏ EDİLMƏSİ 



 

Qrupun  kapitalının  idarə  olunmasında  məqsəd  (i)  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının 

(“ARMB”)  kapitalın  məbləği  ilə  bağlı  müəyyən  etdiyi  tələblərə  riayət  edilməsini  (ii)  Qrupun  fasiləsiz 

fəaliyyət göstərmək qabiliyyətinin və (iii) Bazel sazişinə uyğun olaraq kapitalın adekvatlığı əmsalının 

8%  həcmində  saxlanılması  üçün  kifayət  qədər  kapital  bazasının  saxlanılmasını  təmin  etməkdir. 

ARMB-nin  müəyyən  etdiyi  kapital  adekvatlığı  əmsallarına  riayət  edilməsinə  Bankın  Müşahidə 

Şurasının  Sədri,  Audit  Komitəsinin  Sədri,  İdarə  Heyətinin  Sədri,  Baş  Mühasib  və  Daxili  Audit 

Departamentinin Direktoru tərəfindən baxılmış və təsdiqlənmiş müvafiq hesablamalardan ibarət aylıq 

hesabatlar  vasitəsilə  nəzarət  edilir.  Kapitalın  idarə  olunmasının  digər  məqsədləri  hər  il 

qiymətləndirilir. 




UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

71 


 

ARMB-nin kapitalın məbləği ilə bağlı mövcud tələblərinə görə banklar: (a) məcmu kapitalın minimum 

məbləğini  10,000  min  AZN  (2010:  10,000  min  AZN)  həcmində  saxlamalı;  (b)  məcmu  kapitalın  risk 

dərəcəsi  üzrə  ölçülmüş  aktivlərə  nisbətini  (“məcmu  kapitalın  adekvatlığı  əmsalı”)  minimum  12% 

(2010: 12%) və (c) 1-ci dərəcəli kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbətini (“1-ci dərəcəli 

kapitalın adekvatlığı əmsalı”) minimum 6% (2010: 6%) və ya yuxarı saxlanılmasını təmin etməlidir. 

 

Rəhbərlik  hesab  edir  ki,  Qrup  31  dekabr  2011-ci  il  tarixində  tamamlanan  il  ərzində  yerli 



qanunvericiliyə  uyğun  hesablanmış  kapitalın  adekvatlığı  əmsalına  riayət  etmişdir  (2010:  Qrup 

kapitalın  adekvatlığı  əmsalına  riayət  etmişdir).  Qrup  və  Bank  eyni  zamanda  kredit  müqavilələrində 

nəzərdə  tutulan  kapitalın  minimum  məbləği  ilə  bağlı  tələblərə,  o  cümlədən  Kapitalın 

Qiymətləndirilməsi  və  Kapital  Standartları  haqqında  Beynəlxalq  Konvergensiya  (aprel  1998-ci  il 

tarixində yenidən işlənmişdir) və “Bazel I” adlanan bazar risklərini əks etdirən Kapital haqqında Bazel 

Sazişinə Əlavədə (noyabr 2005-ci  ildə yenidən işlənmişdir) müəyyən edilən Bazel sazişinin tələbləri 

əsasında  hesablanmış  kapitalın  adekvatlığı  səviyyəsinə  riayət  etməlidirlər.  Qrupun  Bazel  Sazişi 

əsasında hesablanmış kapital strukturu aşağıdakı cədvəldə təqdim edilir: 

 

 

31 dekabr 

2011-ci il

 

 



31 dekabr 

2010-cu il

 

 



 

 

 



Cəmi 1-ci dərəcəli kapital 

46,867 


 

39,941 


1-ci dərəcəli kapitala 100% məhdudlaşmış cəmi 2-ci dərəcəli kapital  

11,907 


 

16,372 


 

 

 

 

Çıxılsın: kapital səhmlərinə qoyulmuş investisiyalar  

(460) 

 

(460) 



 

 

 

 

Cəmi tənzimləyici kapital 

58,314 

 

55,853 

 

 



 

 

Risk dərəcəsi ilə ölçülən aktivlər: 

 

 

 

Balans hesabatı 

339,767 

 

296,458 



Balansdan kənar hesabat 

14,586 


 

11,886 


 

 

 

 

Cəmi risk dərəcəsi ilə ölçülən aktivlər 

354,353 

 

308,344 

 

 



 

 

1-ci dərəcəli kapital 

13.2% 

 

13.0% 

Cəmi kapital 

16.5% 

 

18.1% 

 

 



Qrupun rəhbərliyi hesab edir ki, Bank 2011 və 2010-cu illər ərzində kapitalın məbləği ilə bağlı bütün 

kənar  qurumların tələblərinə riayət etmişdir. 

 

 

28.  ŞƏRTİ ÖHDƏLİKLƏR 



 

Məhkəmə  prosedurları.  Vaxtaşırı  olaraq  və  adi fəaliyyət  gedişində  Qrupa  qarşı  irəli  sürülə  biləcək 

iddialarla  əlaqədar,  Qrupun  rəhbərliyi  öz  təxminlərinə,  daxili  peşəkarların  məsləhətlərinə  əsasən 

hesab  edir  ki,  bu  iddialarla  bağlı  heç  bir  əhəmiyyətli  zərər  baş  verməyəcəkdir  və  müvafiq  olaraq 

hazırkı  konsolidasiya  edilmiş  maliyyə  hesabatlarında  zərərlərin  ödənilməsi  üçün  hər  hansı  ehtiyat 

yaradılmamışdır.  

 

Vergitutma.  Azərbaycan  Respublikası  və  Qrupun  fəaliyyət  göstərdiyi  vergi  qanunvericiliyi  daxil 

olmaqla, kommersiya  qanunvericiliyi  müxtəlif  şərhlərə və  tez-tez  baş  verə  bilən  dəyişikliklərə  məruz 

qalır.  Bundan  başqa,  biznes  fəaliyyəti  ilə  əlaqədar  olaraq  vergi  orqanlarının  öz  mülahizələrinə  görə 

qərar  vermələri  riski  də  mövcuddur.  Bank  rəhbərliyinin  biznes  fəaliyyəti  ilə  əlaqədar  mülahizələrinə 

əsaslanan  müəyyən  mövqe  vergi  orqanları  tərəfindən  birmənalı  qarşılanmamalıdırsa,  Bank  üçün 

əlavə vergilər, cərimələr və faizlər hesablana bilər.  

 



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə