Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

55 


 

Daxili  Audit  Departamentinin  və  Audit  Komitəsinin  tövsiyələrinə  əsaslanan  icra  planları  və  auditin  statusu 

haqqında  hesabatlar  İcraedici  Şura  tərəfindən  təsdiq  edilir  və  İcraedici  Şuraya,  Müşahidə  Şurasına  və 

Səhmdarların Ümumi Yığıncağına təqdim edilir. 

 

Kredit  Komitəsi  beş  üzvdən  ibarətdir.  Onların  namizədlikləri  Risklərin İdarə  Edilməsi  Komitəsi  və  İcraedici 



Şura  tərəfindən  irəli  sürülür  və  Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilir.  Kredit  Komitəsi  kreditlərin 

təsdiqlənməsi  səlahiyyəti  çərçivəsində  hüquqi  şəxslər,  fiziki  şəxslər  və  maliyyə  təşkilatlarının  qarşı  tərəf 

risklərini idarə edir, təsdiqləyir və təsdiqlənmə ilə bağlı öz tövsiyələrini verir. Kredit Komitəsi, həmçinin, təhlil 

metodologiyası  və  portfelin  keyfiyyəti,  o  cümlədən  ümumi  struktur,  diversifikasiya  və  qiymətləndirməni 

davamlı şəkildə nəzərdən keçirir və bunlara dair tövsiyələr verir. Kredit Komitəsi təsdiqlənmə və səlahiyyət 

limitləri,  risklərin  təhlili  və  qiymətləndirilməsi  üzrə  qabaqcıl  standartlara  riayət  edilməsini  təmin  edən 

bölmələrdən biridir. 

 

APİK,  Qrupun  aktiv  və  öhdəliklər  strukturunun  idarə  edilməsi  və  optimallaşdırılmasına  görə  məsuliyyət 



daşıyır. Bu, likvidlik, xarici valyuta və faiz dərəcəsi üzrə risklər daxil olmaqla, müxtəlif bazar risklərini əhatə 

edən risklərin idarə edilməsi prosesinin tərkib hissəsidir. APİK-in funksiyalarına qeyd olunan risklərlə bağlı 

strategiyaların,  siyasətin  və  limitlərin  təsdiqlənməsi  üçün  tövsiyələrin  hazırlanması  daxildir.  APİK,  bu  risk 

sahələrinə  dair  vaxtında  və  düzgün  məlumatların  və  hesabatların  təqdim  edilməsinə  görə  məsuliyyət 

daşıyır.  APİK,  qiymətləndirmə  siyasətinin  və  maliyyələşdirmə  strategiyalarının  müəyyənləşdirməsinə 

yardım  göstərir.  Bundan  əlavə,  APİK  Qrupun  digər  riskləri  idarəetmə  və  nəzarət  bölmələri  ilə  yanaşı 

Xəzinədarlıq  və  digər  müvafiq  bölmələrin  APİK,  Risklərin  İdarə  Edilməsi  Komitəsi,  İcraedici  Şura  və 

Müşahidə Şurası tərəfindən müəyyən edilmiş parametrlərə uyğun fəaliyyət göstərməsini təmin etmək üçün 

məsuliyyət daşıyır.

 

 



Kredit riski 

 

Kredit  riski  müştərinin  və  ya  qarşı  tərəfin  müqavilə  üzrə  öhdəliklərini  yerinə  yetirə  bilmədiyi  zaman  Qrup 



üçün  yaranan  maliyyə  itkisi  riskidir.  Kredit  riskinin  əsas  hissəsi  Qrupun  müştərilərə  və  banklara  verdiyi 

kreditlər  və  avanslardan,  balans  və  balansdankənar  kreditlər  üzrə  digər  risklərdən  yaranır.  Risklər  üzrə 

hesabat  hazırlayarkən  Qrup  müştərilər  və  ya  qarşı  tərəfin  ödəmə  qabiliyyətinin  olmaması  riski  və  sənaye 

riski kimi kredit riskinin bütün elementlərini tam şəkildə nəzərə alır. Adətən, bazar əməliyyatları üzrə yeganə 

kredit riski dövlət istiqrazları və Azərbaycan Respublikası Mərkəzi Bankının buraxdığı notlardan yaranır. Bu 

qiymətli  kağızlardan  yalnız  Qrupun  likvidlik  mövqeyinin  daha  səmərəli  idarə  edilməsi  məqsədilə  istifadə 

edilir. 

 

Hüquqi  şəxslər,  fiziki  şəxslər  və  maliyyə  təşkilatları  üçün  kredit  risklərinin  təsdiqlənməsi  üzrə  ümumi 



struktur aşağıdakı kimidir:   

 

Təminatlı biznes kreditləri üzrə:  

 

-  Müşahidə  Şurası  qanunla  müəyyən  edilmiş  məcmu  kapitalın  10%-dən  maksimum  20%-dək  olan  kredit 



limitlərini təhlil edərək təsdiqləyir və müntəzəm olaraq görüşlər keçirir; 

 

-  Müşahidə  Şurasının  Sədri  1,000  min  AZN-dən  qanunla  müəyyən  edilmiş  məcmu  kapitalın  maksimum 



10%-dək olan kredit limitlərini təhlil edərək təsdiqləyir və müntəzəm olaraq görüşlər keçirir;  

 

-  Kredit  Komitəsi  400  min  AZN-dən  maksimum  1,000  min  AZN-dək  olan  kredit  limitlərini  təhlil  edərək 



təsdiqləyir və müntəzəm olaraq görüşlər keçirir;  

 

- İkinci dərəcəli Kredit Komitəsi 150 min AZN-dən maksimum 400 min AZN-dək olan kredit limitlərini təhlil 



edərək təsdiqləyir və müntəzəm olaraq görüşlər keçirir;   

 

-  Baş  Menecer  100  min  AZN-dən  maksimum  150  min  AZN-dək  olan  kredit  limitlərini  təhlil  edərək 



təsdiqləyir;  

 

-  İdarəedici  direktor  filialın  kredit  limitlərindən  maksimum  100  min  AZN-dək  olan  kredit  limitlərini  təhlil 



edərək təsdiqləyir;  


UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

56 


 

-  Bölgələrdəki  filialların  İdarəedici  direktoru  Filialın  kredit  limitlərindən  maksimum  30  min  AZN-dək  olan 

kredit limitlərini təhlil edərək təsdiqləyir; 

 

- Yuxarıdakı limitlərdən aşağı olan kreditlər filial direktoru tərəfindən təhlil edilərək təsdiqlənir. 



 

Təminatlı pərakəndə kreditlər üzrə: 

 

-  Müşahidə  Şurası  qanunla  müəyyən  edilmiş  məcmu  kapitalın  10%-dən  maksimum  20%-dək  olan  kredit 



limitlərini təhlil edərək təsdiqləyir və müntəzəm olaraq görüşlər keçirir;  

 

-  Müşahidə  Şurasının  Sədri  1,000  min  AZN-dən  qanunla  müəyyən  edilmiş  məcmu  kapitalın  maksimum 



10%-dək olan kredit limitlərini təhlil edərək təsdiqləyir və müntəzəm olaraq görüşlər keçirir;  

 

-  Kredit  Komitəsi  400  min  AZN-dən  maksimum  1,000  min  AZN-dək  olan  kredit  limitlərini  təhlil  edərək 



təsdiqləyir və müntəzəm olaraq görüşlər keçirir; 

 

- İkinci dərəcəli Kredit Komitəsi 250 min AZN-dən maksimum 400 min AZN-dək olan kredit limitlərini təhlil 



edərək təsdiqləyir və müntəzəm olaraq görüşlər keçirir; 

 

-  İdarəedici  direktor  kredit  limitlərindən  maksimum  250  min  AZN-dək  olan  kredit  limitlərini  təhlil  edərək 



təsdiqləyir;

 

 



- Yuxarıdakı limitlərdən aşağı olan kreditlər filial direktoru tərəfindən təhlil edilərək təsdiqlənir. 

 

Təminatsız biznes kreditləri üzrə: 

 

-  Müşahidə  Şurası  qanunla  müəyyən  edilmiş  məcmu  kapitalın  6%-dən  maksimum  7%-dək  olan  kredit 



limitlərini təhlil edərək təsdiqləyir və müntəzəm olaraq görüşlər keçirir; 

 

- Müşahidə Şurasının Sədri 100 min AZN-dən qanunla müəyyən edilmiş məcmu kapitalın maksimum 6%-



dək olan kredit limitlərini təhlil edərək təsdiqləyir və müntəzəm olaraq görüşlər keçirir;  

 

- Kredit Komitəsi 20 min AZN-dən maksimum 50 min AZN-dək olan kredit limitlərini təhlil edərək təsdiqləyir 



və müntəzəm olaraq görüşlər keçirir;  

 

-  İkinci  dərəcəli  Kredit  Komitəsi  10  min  AZN-dən  maksimum  20  min  AZN-dək  olan  kredit  limitlərini  təhlil 



edərək təsdiqləyir və müntəzəm olaraq görüşlər keçirir;   

 

-  Baş  Menecer  Filialın  kredit  limitlərindən  maksimum  10  min  AZN-dək  olan  kredit  limitlərini  təhlil  edərək 



təsdiqləyir; 

 

- Yuxarıdakı limitlərdən aşağı olan kreditlər filial direktoru tərəfindən təhlil edilərək təsdiqlənir. 



 

Təminatsız pərakəndə kreditlər üzrə:  

 

-  Müşahidə  Şurası  250  min  AZN-dən  qanunla  müəyyən  edilmiş  məcmu  kapitalın  maksimum  7%-dək  olan 



kredit limitlərini təhlil edərək təsdiqləyir və müntəzəm olaraq görüşlər keçirir;  

 

-  Müşahidə  Şurasının  Sədri  100  min  AZN-dən  maksimum  250  min  AZN-dək  olan  kredit  limitlərini  təhlil 



edərək təsdiqləyir və müntəzəm olaraq görüşlər keçirir;   

 

-  Kredit  Komitəsi  75  min  AZN-dən  maksimum  100  min  AZN-dək  olan  kredit  limitlərini  təhlil  edərək 



təsdiqləyir;  

 

-  İkinci  dərəcəli  Kredit  Komitəsi  10  min  AZN-dən  maksimum  50  min  AZN-dək  olan  kredit  limitlərini  təhlil 



edərək təsdiqləyir;   

 

- İdarəedici direktor maksimum 10 min AZN-dək olan kredit limitlərini təhlil edərək təsdiqləyir;  




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə