Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   2   3   4   5   6   7   8   9   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

17 


 

Bərpa  dəyəri  ədalətli  dəyərdən  satış  və  istifadə  dəyərlərini  çıxıldıqdan  sonra  alınan  daha  yüksək 

məbləğdir. İstismar dəyərini qiymətləndirərkən təxmin edilən gələcək dövrlərin pul axınları pulun vaxt 

üzrə dəyərinin və gələcək pul axınları ilə bağlı təxminlərə düzəlişlərin edilmədiyi aktiv üçün səciyyəvi 

olan  risklərin  hazırkı  bazar  qiymətləndirilməsini  özündə  əks  etdirən  vergiyə  qədərki  diskont 

dərəcəsindən istifadə etməklə cari dəyərinə qədər diskontlaşdırılılır. 



 

Aktivin  (yaxud  gəlir  gətirən  aktivlər  qrupunun)  bərpa  dəyərinin  onun  balans  dəyərindən  az  olduğu 

hesablanarsa, belə aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) balans  dəyəri bərpa  dəyərinə kimi 

azaldılır.  Dəyərsizləşmə  zərərinin  yenidən  qiymətləndirmədən  irəli  gələn  azalma  kimi  hesab  edildiyi 

hal  olaraq  müvafiq  aktiv  uçotda  yenidənqiymətləndirilmiş  dəyərdə  əks  olunmarsa,  belə  zərər  dərhal 

mənfəət və zərər hesabatında tanınır. 



 

Dəyərsizləşmə  üzrə  zərər  sonradan  əvəzləşdirilərsə,  aktivin  (yaxud  gəlir  gətirən  aktivlər  qrupunun) 

balans  dəyəri  hesablanmasına  düzəliş  verilmiş  bərpa  dəyərinə  qədər  artırılır,  bu  şərtlə  ki,  artırılmış 

belə balans dəyəri aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) dəyərsizləşmə zərərinin tanınmadığı 

keçmiş  illərdə  müəyyən  edilmiş  balans  dəyərindən  artıq  olmasın.  Dəyərsizləşmə  üzrə  zərərin 

əvəzləşdirilməsinin yenidənqiymətləndirmədən irəli gələn artım kimi hesab edildiyi hal olaraq müvafiq 

aktiv  yenidənqiymətləndirilmiş  dəyərlə  uçotda  əks  edilməyənə  qədər,  belə  zərərin  əvəzləşdirilməsi 

dərhal mənfəət və ya zərər hesabında tanınır. 



 

Vergitutma 

 

Mənfəət vergisi xərcləri ödənilməli olan cari vergi və təxirə salınmış vergidən ibarətdir. 



 

Cari vergi  

 

Ödənilməli  olan  cari  vergi  il  üzrə  vergiyə  cəlb  olunan  mənfəət  əsasında  tutulur.  Vergiyə  cəlb  olunan 



mənfəət digər illərdə vergiyə cəlb olunmuş, yaxud gəlirdən çıxılan və heç vaxt vergiyə cəlb olunmayan, 

yaxud  gəlirdən  çıxılmayan  gəlir  və  ya  xərclər  müddəaları  ilə  əlaqədar  konsolidə  edilmiş  məcmu 

mənfəət  haqqında  hesabatda  əksini  tapmış  mənfəətdən  fərqlənir.  Qrupun  cari  vergi  ilə  bağlı  öhdəliyi 

qanuni  qüvvəyə  minmiş  və  ya  hesabat  dövrünün  sonuna  tam  həcmdə  qüvvəyə  minmiş  vergi 

dərəcələrindən istifadə etməklə hesablanır. 

 

Təxirə salınmış vergi 

 

Təxirə salınmış vergi konsolidə edilmiş maliyyə hesabatlarında əks olunan aktiv və öhdəliklərin balans 



dəyəri  ilə  vergiyə  cəlb  olunan  mənfəətin  hesablanmasında  istifadə  edilən  müvafiq  vergi  bazası 

arasındakı müvəqqəti fərq əsasında tanınır. Təxirə salınmış vergi öhdəlikləri, ümumi hal olaraq, vergiyə 

cəlb  olunan  bütün  müvəqqəti  fərqlər  üçün  tanınır.  Təxirə  salınmış  vergi  aktivləri,  ümumi  hal  olaraq, 

gəlirdən  çıxılan  bütün  müvəqqəti  fərqlər  üçün  tanınır,  bu  şərtlə  ki,  belə  müvəqqəti  fərqlərin  hesaba 

alınması  üçün  gələcəkdə  vergiyə  cəlb  olunacaq  mənfəətin  əldə  olunması  ehtimal  edilsin.  Müvəqqəti 

fərqlər qudvildən, yaxud da nə vergiyə cəlb olunan mənfəətə, nə də uçotda əks olunmuş mənfəətə təsir 

göstərən əməliyyatlar üzrə digər aktiv və öhdəliklərin ilkin tanınmasından (müəssisə birləşmələri istisna 

edilməklə) irəli gələrsə, təxirə salınmış vergi aktivləri və öhdəlikləri uçotda tanınmır. 

 

Qrupun  müvəqqəti  fərqlərin  geri  bərpa  edilməsinə  nəzarət  imkanı  olduğu  və  müvəqqəti  fərqlərin 



gələcəkdə  geri  bərpa  olunmayacağı  ehtimal  edildiyi  hallar  istisna  olunmaqla,  təxirə  salınmış  vergi 

öhdəlikləri  törəmə  müəssisələrə  investisiya  qoyuluşları  ilə  bağlı  vergiyə  cəlb  olunan  müvəqqəti 

fərqlər üçün tanınır. Sözü gedən investisiya qoyuluşları və paylar ilə bağlı gəlirdən çıxılan müvəqqəti 

fərqlərdən  yaranan  təxirə  salınmış  vergi  aktivləri  yalnız  gələcəkdə  belə  müvəqqəti  fərqlər  əsasında 

tətbiq  olunması  üçün  kifayət  qədər  məbləğdə  mənfəətin  yaranacağı  mümkün  hesab  edildikdə  və 

onların gələcəkdə geri bərpa olunacağı gözlənildikdə tanınır. Təxirə salınmış vergi aktivlərinin balans 

dəyəri  hər  hesabat  dövrünün  sonunda  təhlil  edilir  və  aktivin  bütün  və  ya  müəyyən  hissəsinin  bərpa 

olunması  üçün  yetərli  vergiyə  cəlb  edilən  mənfəətin  yaranacağı  ehtimalı  olmayan  həddə  qədər 

azaldılır. 



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

18 


 

Təxirə  salınmış  vergi  aktivləri  və  öhdəlikləri  qüvvəyə  minmiş  və  ya  hesabat  dövrünün  sonuna  tam 

olaraq  qüvvəyə minmiş  vergi dərəcələrinə  (və vergi qanunvericiliyinə) əsaslanmaqla aktivin satıldığı 

və  ya  öhdəliyin  yerinə  yetirildiyi  dövrdə  tətbiq  olunacağı  gözlənilən  vergi  dərəcəsi  ilə  ölçülür.  Təxirə 

salınmış  vergi  aktivləri  və  öhdəliklərinin  ölçülməsi  Qrupun  hesabat  dövrünün  sonunda  aktiv  və 

öhdəliklərin  balans  dəyərini  bərpa  edəcəyi  və  ya  ödəcəyini  gözlədiyi  halda  yarana  biləcək  vergi 

nəticələrini özündə əks etdirir. 

 

İl üzrə cari və təxirə salınmış vergi  

 

Cari  və  təxirə  salınmış  vergi  digər  məcmu  mənfəət  haqqında  hesabatda,  yaxud  birbaşa  olaraq 



kapitalda  göstərilən  müddəalarla  bağlı  olduğu  və  nəticə  etibarı  ilə,  müvafiq  olaraq  digər  məcmu 

mənfəət  və  ya  birbaşa  kapital  bəndi  kimi  tanındığı  hallar  istisna  edilməklə,  mənfəət  və  ya  zərər 

hesabında tanınır. 

 

Əməliyyat vergiləri  

 

Azərbaycan Respublikasında Qrupun fəaliyyəti ilə əlaqədar olaraq hesablanan bir sıra digər vergilər 



tətbiq  edilir.  Belə  vergilər  əməliyyat  xərclərinin  tərkib  hissəsi  kimi  məcmu  mənfəət  haqqında 

konsolidə edilmiş hesabata daxil edilir. 

 

Ehtiyatlar 

 

Ehtiyatlar  Qrupun  keçmişdə  baş  vermiş  hadisənin  nəticəsi  olaraq  hazırda  öhdəliyi  (hüquqi  yaxud 



konstruktiv)  olduqda  tanınır;  bu  zaman  Qrupdan  öhdəliyin  yerinə  yetirilməsinin  tələb  olunacağı 

ehtimal edilir və öhdəlik məbləği etibarlı şəkildə hesablana bilir.  

 

Ehtiyatlar  kimi  tanınan  məbləğ  öhdəliklə  bağlı  risk  və  qeyri-müəyyənlikləri  nəzərə  almaqla  hesabat 



dövrünün  sonunda cari öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar tələb olunan məbləğlərin  ən düzgün 

hesablanmasıdır.  Ehtiyat  ayırmaları  hazırkı  öhdəliyin  yerinə  yetirilməsi  üçün  hesablanmış  pul 

vəsaitləri  axınına  istinad  etməklə  ölçülərsə,  onun  balans  dəyəri  (pulun  zaman  dəyərinin  təsiri 

əhəmiyyətli olduqda) həmin pul vəsaitlərinin cari dəyərinə bərabər olur.)  



 

Ehtiyatların  təmin  edilməsi  üçün  tələb  olunan  iqtisadi  mənfəətin  bir  hissəsinin  və  ya  bütövlükdə 

üçüncü  tərəf  vasitəsilə  bərpa  ediləcəyi  gözlənilirsə,  bu  vəsaitin  qaytarılması  və  alınacaq  belə 

vəsaitlərin düzgün qiymətləndirilməsi barədə qəti əminlik olduqda alınacaq məbləğ uçotda aktiv kimi 

tanınır. 

 

Şərti aktiv və öhdəliklər

 

 

Şərti öhdəliklər maliyyə vəziyyəti haqqında konsolidə edilmiş  hesabatda tanınmır, lakin hesablaşma 

üzrə  vəsaitlərin  azalması  ehtimalı  olduqda  belə  öhdəliklər  açıqlanmalıdır.  Şərti  aktivlər  maliyyə 

vəziyyəti  haqqında  konsolidə  edilmiş  hesabatlarda  tanınmır,  lakin  onlarla  bağlı  iqtisadi  mənfəətin 

əldə olunacağı ehtimal edildikdə açıqlanmalıdır. 

 

Xarici valyutalar  

 

Qrupun  hər  fərdi  müəssisəsinin  maliyyə  hesabatları  hazırlanarkən  Qrupun  əməliyyat  valyutasından 



başqa  digər  valyuta  (xarici  valyutalar) ilə  aparılan  əməliyyatlar  belə  əməliyyatların  aparıldığı tarixdə 

üstünlük  təşkil  edən  mübadilə  məzənnələri  ilə  qeydə  alınır.  Hər  hesabat  dövrünün  sonunda  xarici 

valyuta ilə ifadə olunmuş pul vəsaitlərinin valyuta mövqeyi ədalətli dəyərin müəyyən olunduğu tarixdə 

üstünlük  təşkil  edən  məzənnə  ilə  təkrar  qiymətləndirilir.  Xarici  valyutada  ədalətli  dəyər  ilə  uçota 

alınmış  qeyri-pul  vəsaitlərinin  valyuta  mövqeyi  ədalətli  dəyərin  müəyyənləşdirildiyi  tarixdə  üstünlük 

təşkil  edən  məzənnə  ilə  təkrar  qiymətləndirilir.  İlkin  dəyərlə  xarici  valyutada  ölçülmüş  qeyri-pul 

vəsaitlərinin valyuta mövqeyi təkrar qiymətləndirilir.  



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə