Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

21 


 

Təxirə salınmış vergi aktivlərinin bərpa oluna bilməsi 

 

Qrup  rəhbərliyi  hesabat  tarixində  təxirə  salınmış  vergi  aktivlərinə  qarşı  qiymətləndirmə  ehtiyatının 



yaradılmasına ehtiyac olmadığına əmindir, çünki təxirə salınmış vergi aktivinin tamamilə satışı daha 

çox ehtimal edilir. Təxirə salınmış vergi aktivlərinin 31 dekabr 2013-cü və 2012-ci il tarixlərinə balans 

dəyəri müvafiq olaraq 2,260 min AZN və 3,083 min AZN təşkil etmişdir.    

 

Əlaqəli tərəflərlə əməliyyatların uçotda ilkin tanınması  



 

Adi  fəaliyyət  zamanı  Qrup  əlaqəli  tərəfləri  ilə  əməliyyatlar  həyata  keçirir.  39  saylı  MUBS  maliyyə 

alətlərinin uçotda ədalətli dəyər əsasında ilkin tanınmasını tələb edir. Mühakimələr belə əməliyyatlar 

üçün  fəal  bazarın  mövcud  olmadığı  şəraitdə  onların  bazar  və  ya  bazardan  kənar  faiz  dərəcələri ilə 

qiymətləndirilməsinə  dair  qərar  verilərkən  istifadə  olunur.    Rəhbərlik  belə  nəticəyə  gəlmişdir  ki, 

əlaqəli tərəflərlə əməliyyatlar üzrə faiz dərəcələri üçüncü tərəflərlə əməliyyatlar zamanı tətbiq edilmiş 

dərəcələrdən əhəmiyyətli şəkildə fərqlənmir. Əlaqəli tərəflərin balansları üzrə şərtlər 29 saylı Qeyddə 

açıqlanır. 

 

Kapital adekvatlığı əmsalı 

 

Kapital  adekvatlığı  əmsalı  Kapitalın  Qiymətləndirilməsi  və  Kapital  Standarlarına  dair  Beynəlxalq 

Konvergensiyasının  (İyul  1988-ci  il,  2005-ci  ilin  noyabr  ayında  yeniləşmiş  buraxılış),  yaxud  kapital 

norması haqqında Bazel razılaşması tələblərinə müvafiq olaraq hesablanır. Belə tələblər müxtəlif cür 

şərh  oluna  bilər  və  buna  görə  də  kapitalın  adekvatlığı  əmsalının  hesablanmasına  daxil  edilmiş 

məbləğlərin  əks  olunması,  çıxarılması  və/ya  təsnifləndirilməsinin  məqsədəuyğun  olub-olmaması 

rəhbərliyin  mülahizələrini  tələb  edir  (məsələn,  riskə  qarşı  ölçülmüş  ümumi  aktivlərin  hesablanması 

məqsədilə bloklaşdırılmış müştəri hesablarının əhatə etdiyi balansdankənar öhdəliklərin 0% dərəcəli 

risk  daşıyıb-daşımadığının  müəyyənləşdirilməsi  halında).  Hazırda  rəhbərlik  hesab  edir  ki, 

balansdankənar  belə  öhdəliklər  kapital  adekvatlığının  hesablanması  məqsədləri  üçün  0%  dərəcəli 

risk daşıyır. 

 

Likvidlik uyğunsuzluğu  

 

25 saylı Qeyddə ödəmə müddətləri üçün cədvəldə açıqlandığı kimi, Qrupun 31 dekabr 2013-cü il 



tarixinə gələcək on iki ay üzrə mənfi məcmu likvidlik kəsiri 74,490 min AZN məbləğində 

olmuşdur (2012-ci il üzrə: 60,269 min AZN).    

 

Rəhbərlik hesab edir ki, cari hesablardakı 65,384 min AZN məbləğində qalıq 25 saylı Qeyddə ödəmə 



müddətləri  cədvəlində  tələb  edilənlər  kateqoriyası  üzrə  göstərilir.  Aydındır  ki,  bu  məbləğin  heç  də 

hamısı  bir  ay  müddətində  çıxarılmayacaq.  Qrupun  keçmiş  təcrübəsi  göstərir  ki, cari  hesab  qalıqları 

son  4  il  ərzində  47,000  min  AZN-dən  aşağı  düşməmişdir.  Bundan  əlavə,  adi fəaliyyət  zamanı  vaxtı 

çatmış müddətli depozitlərinin 30% hissəsinin vaxtı avtomatik olaraq uzadılır.  

 

Rəhbərlik,  55,000  min  ABŞ  dolları  məbləğində  depozitlərin  cəlb  edilməsini,  15,000  min  AZN 



məbləğində borc qiymətli kağızlarının buraxılmasını, eləcə də müvafiq olaraq 33,000 min ABŞ dolları 

və  24,000  min  ABŞ  dolları  məbləğində  vaxtı  çatmış  borc  vəsaitlərinin  və  borc  qiymətli  kağızlarının 

müddətinin uzadılmasını (lazım olarsa) nəzərdə tutur.  

 

Səhmdarlar  və  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  likvidliklə  bağlı  problem  olan  dövrlərdə 



Banka davamlı dəstək göstərmişlər. 

 

Rəhbərliyin  qiymətləndirməsi  və  görülən  tədbirlər  nəticəsində  rəhbərlik  Qrupun  növbəti  on  iki  ay 



müddətində öz likvidlik ehtiyaclarını ödəmək qabiliyyətində olmasını düşünür. 


UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

22 


 

Müddətli borclar 

 

Rəhbərlik  hökumət  və  beynəlxalq  maliyyə  institutlarından  alınmış  kreditlərin  və  aidiyyəti  kreditlərin 

ilkin  tanınması  zamanı  mənfəət  və  ya  zərərin  yaranıb-yaranmadığını  nəzərdən  keçirmişdir.  Qrup, 

adətən  hökumət  və  beynəlxalq  maliyyə  institutlarının  inkişaf  etməkdə  olan  ölkələrin  bazarlarında 

verdiyi  kredit  üzrə  faiz  dərəcəsi  və  Qrupun  yerli  kreditorlardan  aldığı  vəsaitlər  üzrə  dərəcələrdən 

aşağı  ola  bilən  faiz  dərəcəsi  ilə  belə  institutlardan  uzun  müddətli  maliyyə  vəsaitləri  əldə  etmişdir. 

Əməliyyatlar əlaqəli olmayan tərəflərlə  aparıldığı üçün rəhbərlik düşünür  ki, bu vəsaitlər və aidiyyəti 

kreditlər  üçün  bazar  faizi  dərəcəsi  tətbiq  edilir  və  ilkin  tanınma  zamanı  mənfəət  və  ya  zərər 

yaranmamalıdır. Bu mülahizəni yürüdərkən rəhbərlik bu alətlərin ayrıca bazar seqmenti təşkil etdiyini 

nəzərə almışdır.      



 

YENİ VƏ DÜZƏLİŞ EDİLMİŞ MALİYYƏ HESABATLARININ BEYNƏLXALQ STANDARTLARININ 

(MHBS) TƏTBİQİ 

 

Qrup  Mühasibat  Uçotu  üzrə  Beynəlxalq  Standartlar  Şurası  (“MÜBSŞ”)  və  Beynəlxalq  Maliyyə 



Hesabatlarının Şərhi Komitəsi (“BMHŞK”) tərəfindən buraxılmış yeni və ya düzəliş edilmiş aşağıdakı 

standart və şərhləri qəbul etmişdir ki, bunlar da 31 dekabr 2013-cü il tarixinə bitən il üzrə Qrupun illik 

konsolidə edilmiş maliyyə hesabatlarına tətbiq olunmuşdur. 

 

Maliyyə hesabatlarına təsir edən standartlar aşağıdakılardır: 



 

Konsolidasiya,  birgə  razılaşmalar,  asılı  müəssisələr  və  açıqlamalara  dair  yeni  və  düzəliş 

edilmiş standartlar 

 

2011-ci ilin may ayında konsolidasiya, birgə razılaşmalar, asılı müəssisələr və açıqlamalara dair beş 



standart toplusu buraxılmışdır ki, bu standartlara da MHBS 10 Konsolidə edilmiş maliyyə hesabatları, 

MHBS  11  Birgə  razılaşmalar,  MHBS  12  Digər  müəssisələrdə  iştirak  paylarının  açıqlanması,  MUBS 

27  Fərdi  maliyyə  hesabatları  (2011-ci  ildə  düzəliş  edildiyi  kimi)    və  MUBS  28    Asılı  və  Birgə 

Müəssisələrə  İnvestisiyalar  (2011-ci  ildə  düzəliş  edildiyi  kimi)  daxil  idi.  Bu  standartlar  buraxıldıqdan 

sonra bu standartlara keçid üzrə müəyyən təlimatları aydınlaşdırmaq üçün MHBS 10-a, MHBS 11-ə 

və MHBS 12-yə düzəlişlər buraxılmışdır. 

 

Bu standartların tətbiqinin nəticələri aşağıda müəyyən edilmişdir.  



 

MHBS  10-nun  tətbiqinin  təsiri.   MHBS  10  konsolidə  olunmuş maliyyə  hesabatlarından  bəhs  edən 

Konsolidə  edilmiş  və  fərdi  maliyyə  hesabatları  haqqında  MUBS  27-nin  və  Konsolidasiya-Xüsusi 

Məqsədli  Müəssisələr    haqqında  ŞDK  12-nin  müəyyən  hissələrini  əvəz  edir.  MHBS  10-a  əsasən 

nəzarətin  şərhi dəyişilmişdir. Belə ki, investor investisiya qoyulan obyekt üzrə nəzarəti a) investisiya 

qoyulan  müəssisə  üzərində  səlahiyyətə  malik  olduqda,  b)  investisiya  qoyulan  müəssisə  ilə  iş 

birliyindən  gəlir  əldə  etdikdə  və  ya  belə  gəlirlərə  hüquqa  malik  olduqda  və  c)  gəlirlərə  təsir  etmək 

üçün  öz  səlahiyyətindən  istifadə  etmək  qabiliyyətinə  malik  olduqda  həyata  keçirə  bilər.  İnvestor 

investisiya  obyekti  üzərində  nəzarəti  həyata  keçirə  bilmək  üçün  hər  üç  meyara  cavab  verməlidir. 

Əvvəllər nəzarət dedikdə müəssisənin fəaliyyətindən mənfəət əldə etmək üçün müəssisənin maliyyə 

və  əməliyyat  siyasətlərinin  idarə  edilməsi  nəzərdə  tutulurdu.  MHBS  10-a  investorun  investisiya 

obyekti üzərində nəzarətini açıqlayan əlavə qayda da  daxil edilmişdir. MHBS 10-a daxil edilən digər 

qaydalar da Qrupa şamil olunur ki, bu da investisiya obyekti üzrə səsvemə hüquqlarının 50%-dən az 

hissəsinə sahib olan investorun belə obyekt üzərində nəzarətinin olub-olmamasını nəzərdə tutur.  



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə