D Ö V L Ə T V Ə H Ü Q U Q
Q A N U N 10 (264), 2 016
Quliyev Aqşin İsabala oğlu,
hüquq iızrə fəlsəfə doktoru
--------------------------------------------------------------------------------------------------------
UOT 34:342.4
QƏRBİ AVROPA ANARXİZMİ
Açar sözlər: - anarxizm, anarxiya, anarxi-
ya quruluşu.
Ключевые слова: анархизм, анархия,
анархический строй.
Keywords: anarchism, anarchy, anarchi
cal system.
A
narxizm siyasi şüur tipi kimi
dövlətçiliyin meydana gəlməsilə
yaranmış və bəşəriyyətin bütün
tarixi ərzində ideyalar, hərəkatlar halında
inkişaf etmişdir. Mövcud rəsmi qaydalardan,
siyasi rejimlərdən narazı olan m üxtəlif sosial
qruplar, hər şeydən əw əl, əhalinin əzilən və
istismar edilən təbəqələri ondan ideoloji silah
kimi istifadə etmişlər. Xalq kütlələrinin hər
bir üsyanı və inqilabı yeni tarixi əsas üzərində
dövlətsiz cəmiyyət, qızıl əsr, icma, kommuna
quruluşu və s. haqqında ideyalarla müşayiət
olunurdu. Lakin başa çatmış nəzəri doktrina
kimi anarxizm ancaq XIX yüzilliyin ortalann-
da təşəkkül tapdı.
İfrat dərəcəyə çatdırılan fərdiyyəçilik və
subyektivizm
anarxizm dünyagörüşunün
əsasmı təşkil edirdi. Bu zaman tamamilə müs-
təqil olan şəxsiyyət dövlətə qarşı qoyulur,
şəxsiyyətin azadlıq problemi isə bütün dövlət
formalarının kütləvi surətdə inkar olunması
yolu ib həll edilirdi. Qərbi Avropada anarxiz-
min vətəni Almaniya və Fransa idi.
XIX yüzilliyin birinci yarısmda Almaniya
geriyə qalmış, kustar-sənət istehsalının geniş
yayıldığı, iri kapitalist sənayesinin demək olar
ki, olmadığı ölkə idi. İqtisadi cəhətdən geri
qalmış bu ölkədə inkişafın "Prussiya" yolu
qalib gəldi. Feodal-monarxiya quruluşunun
inqilabi dəyişiklikbrin yerini yunker dövbti-
nin him ayəçiliyi altında g e rç ək b şd irib n
burjua təsərrüfatı tutdu. Feodal-təhkimçilik
quruluşu b ğ v edilsə də, kəndlibr mülkədar-
yunkerbrə qurban verildibr.
İnkişafın belə formalan kapitalizmin yük-
səlişini bngidir, burjuaziyaya müstəqil sinif
kimi formalaşmağa imkan vermir və onun
siyasi
gücsüzlüyünü
şərtləndirirdi. Xırda
buıjuaziya, son dərəcə ağır vəziyyətdə idi. O,
ikiqat zülm altında qalmışdı. B eb ki, xırda
burjuaziya, bir tərəfdən, yarımfeodal polis
dövbtinin, digər tərəfdən isə iri kapitalın
istismarı altında əzilirdi. Xırda kustar-
sənətkarlıq istehsalı fab rik b rb rəqabətə tab
gətirməyərək məhvə məhkum olunmuşdular.
Xırda mülkiyyətçilərin bəzən özbri proletar-
lara çevrilirdibr. Məhz bu vəziyyət anarxiya
ənənəbrini doğurmuşdu. Çünki xırda burjua
ziya öziinün bütün bədbəxtliklərinin səbəbini
dövlətdə görürdü.
Alm aniyada anarxist əhval-ruhiyyənin
nəzəri ifadəsi M.Ştirnerin 1845-ci ildə nəşr
olunmuş «Tək və onun mülkiyyəti» kitabı
olmuşdur.
Maks Ştirner İohani Kaspar Şmidtin
(1806-1856) təxəllüsüdür. İ.K.Şmidt xırda
sənətkar aibsində doğulmuşdu. Xəstəliyə,
başhcası isə ehtiyaca görə fa s ib b r b səkkiz il
Berlin Universitetində təhsil almışdır. O,
burada Hegelin m ühazirəbrini dinbm iş,
məhz həmin mühazirələr onun dünyagörüşü-
Q A N U N 10 (264), 2016
nün formalaşmasına böyük təsir göstərmişdir.
Universiteti bitirdikdən sonra Prussiya
paytaxtmın bir sıra tədris müəssisələrində
xidmət etmişdir.
M.Ştimer öz kitabında göstərir ki, real
olaraq ancaq ayrıca, empirik cəhətdən konkret
insan, "tək", "xudpəsənd" mövcuddur. "Xud-
pəsənd"i əhatə edən sosial aləm idealdır, fər-
din şüurunun doğurduğu kabusların, fantom-
ların, idollann yığıntısından ibarətdir. Dövlət,
hökmdar, kilsə, Allah və s. məhz bu
kateqoriyaya aiddir.
"Xudpəsənd"dən kənar mövcud olan
fantomlar, kabuslar (Ştimerə görə, bunlar
"ümumi"dir, hakim iyyət, dövlət, qayda,
hüquq və s. buraya daxildir) sayəsində bunlar
onun bilavasitə sahibliyinin predmeti olmur,
onun üçün qəzəbli tale qismində çıxış edir,
özünütəsdiqin qarşısını alır, "tək"in öz ali
həyat qanununa - xalis şəxsi rifaha nail
olmağa əməl etməsinə mane olur. "Xudpə-
sənd" Ştimerin dili ilə deyir: "Mənım vəzifəm
ümumbəşəri olanları realizə etmək deyil, öz-
özümü təmin etməkdir. Mən "özüm" özümün
taleyiyəm, mən normasız, qanunlarsız və
nümunələrsizəm. Mənim özümün çox az
etməyim mümkündür. Lakin bu az hər şeydir
və daha yaxşıdır".
M.Ştimerin fikrincə, kabuslar və fantom
lar, "ümumi" insanı istismar edir, onun azad
fəaliyyətini buxovlayır. Ona görə də bu
əlamətləri dağıtmaq, konkret insanı, "Mən"i
onlardan azad etmək lazımdır.
M.Ştimerin ideyasına görə, müstəqil obraz
kimi təzahür edən, insanı istismar edən əsas
kabus dövbtdir. Mütəfəkkir məhz bu nöqteyi-
nəzərdan dövlətə ölümcül müharibə elan edir.
"Мэп
d ö v b tin
ölümcül
düşməniyəm,
alternativ qarşısındayam: d ö v b t, yaxud
Мэп".
Dövlət Ştimer tərəfmdən siyasi cəmiyyət
ü zv b rin ə hökm edən, onları hökm ranlıq
edənlərin iradəsini yerinə yetirməyə məcbur
etməyə qadir olan qüvvə kimi izah edir.
D ö v b t şəxsiyyəti özü üçün münasib olduğu
kimi düşünməyə və hərəkət etməyə təhrik
edir, insanm azadlığını onun əlindən alaraq
məhv edir, onun üzərinə qanunlara tabe olmaq
vəzifəsini qoyur. Əgər "hətta qanunda bütün
ayrı-ayrı şəxsiyyətbrin iradəsi əks olunsa da,
yaxud qanun ümumən, xalqm iradəsini və ya
kollektiv iradəni ifadə etsə də, bu, insanı azad
etmir və onu yenidən köləyə çevirir. Çünki
insanın bugünkü iradəsi artıq onun itaət
etməli olduğu dünənki iradəsi deyil. Bu isə о
deməkdir ki, insanin şəxsi yaradıcılığı, onun
dünənki iradəsi, пэ qədər ki,
qanun
qüwədədir, bütün dövrlərdə onun hökmda-
nnın iradəsi olmuşdur. Ancaq e b buna görə,
əgər insan dünən səfeh idisə, deməli o, bütün
həyatı boyu səfeh olaraq qalmalıdar. Ştirner
mülahizələrinə yekun vuraraq göstərir ki,
dövlətin m övcudluğu şəraitində m ən öz-
özümün köbsiyəm.
M.Ştirner dövbti əvəz edə b ib n qurum
qismində xudpəsəndlərin müvəqqəti ittifaq-
larının təşkil edilməsini irəli sürürdü. Onun
fıkrincə, bu ittifaqlar "tək"ə öz xudpəsənd
maraqlarını tam gerçəkbşdirm ək və özünün
fərdiyyətçiliyini təsdiq etmək üçün lazım
gəlmişdir. X udpəsəndbrin ittifaqları - bu,
ancaq "Mən"in şəxsi qüdrətini artırmaq, şəxsi
mənfəətləri əldə etmək üçün vasitədir. О
yazırdı: İttifaq mexanizmdir. Sən bu ittifaqın
köməyi ib öz təbii gücünü artırırsan. İttifaq
qılmcdır və Sən onun vasitəsi i b öz təbii
gücünü silahlandırırsan".
M.Ştirner, ancaq özünü tanıyan, özü kimi
olan digər azğın xudpəsəııdbrın maraqları ilə
razılaşmayan ittifaqın azğm xudpəsəndləri ib
bağlı m əsəbni açıq qoyur, yəni o, ittifaqm
üzvbrinin azğın xudpəsəndliyinin qarşısmın
alınması m əsəbsinə toxunmur.
M .Ştimer ancaq hər bir halda sübut edirdi
ki, heç bir "Мэп" öz-özünü gerçəkləşdirə
bilməz. Hətta bu cür "Mən"in fövqəl fərdiyyət-
Q A N U N 10 ( 264) , 2016
çiliyi belə, digər insanlarla qarşılıqlı ünsiyyət
qurmadan keçinə bilməz. О öz xudpəsənd
məqsədlərinin həyata keçirilməsi üçün digər
insanlarla qarşılıqli ünsiyyət yaratmalıdır. Belə
ünsiyyət cəmiyyətdə mövcud olən müxtəlif
sosial qruplarla yaradılmalıdır. Belə ünsiyyətin
müəyyən bir siyasi forma almasmın özü də
zəruridir. Belə ünsiyyət olmadan hər hansı
"Mən"in gələcək varlığmın, taleyinin песэ
olacağı qaranlıq qalır.
M.Ştimerin anarxist quruluşu Almaniyada
burjua cəmiyyətinin öz əsas dayaqları ilə
formalaşmasmın özünəməxsus mənzərəsini əks
etdirirdi. Həmin dövrdə alman buıjua cəmiyyə-
tinin əsas dayaqlan isə aşağıdakılar idi:
1) xüsusi mülkiyyət;
2) toplanmış maddi sərvətlər, xüsusən də pul;
3) muzdlu əmək.
M.Ştimerin təsvir etdiyi fərdiyyət üçün
onu əhatə edən insanlar yalnız yardımçı
material idibr. B eb insanlar fərdiyyətçinin
tələbatlannı təmin etmək üçün ona xidmət
göstərirdibr. Ştimer təsəw ü r etdiyi fərdıyyət-
çinin dilindən yazırdı: "Мэп Səni tanımaq,
yaxud Sənə hörmət etməyi arzu etmirəm.
Мэп Səndən istifadə etmək, Səni istehlak
etmək istəyirəm. Sən Mənim malım, mənim
mülkiyyətimsən".
M.Ştimer dövbtin köməyı ib şəxsiyyəti
susdurmağa, eyniləşdirməyə cəhd göstərən
kommunizmi (əsasən də marksizmi) digər
an arx istb rb müqayisədə daha kəskin tənqid
etmişdir. Bununla yanaşı, o, kapitalizm
cəmiyyətini də özünəməxsus sərt mövqedən
pisbmişdir. О yazırdı: "Burjuaziya dövlətin
onu müdafıə etməsi, onun m ərhəməti
sayəsində mövcuddur. Əgər dövbtin gücü
məhv edibrsə, o, hər şeyi itirmək təhlükəsi ib
üzləşər".
Ştimerin yuxarıda adı çəkibn kitabı, bir
qayda olaraq, şəxsiyyətə bütün təzyiq
vasitələrini rədd edən fərdi anarxizm məcəl-
ləsi hesab oluna bilər. Kitabın məzmunundan
aydın olur ki, Ştim er d ö v b tin, kilsənin,
qanunların və şəxsiyyətə kənardan zorla
qəbul
e td irib n
nə
varsa,
hamısmın
düşmənidir.
Fransada anarxizm ideyaları Pyer Jozef
Prudonun (1809-1864) əsərbrində эп parlaq
ifadəsini tapmışdır. Almaniya i b müqayisədə
burjua m ünasibətbri Fransada daha çox
inkişaf etmişdi. XIX yüzilliyin ortalarına
doğru d ö v b tb sənaye fə h b b rin in geniş
təbəqələri arasında ziddiyyətbrin dərhal
kəskinləşməsi baş verdi. Sənaye fə h b b ri
parlamentarizmin mühafızə-buıjua variantın-
dan öz narazılıqlarını ifadə edirdibr. Nüma-
yəndəli demokratiyada əhalinin az əmlaka
malik təbəqələrinin k ü tb v i narazılıqları
fransız liberallarının əksəriyyətinin mühafızə-
kar-mühafizə mövqeyinə keçidi i b stimullaş-
dırılırdı. Fransız maarifçiliyi və inqilabının
ideallannın unudulması geniş əhali kütbsi
arasında həmin narazılıqların dairəsini daha
da genişbndirirdi. Yeni impulslar antiklerikal
əhval-ruhiyyə əldə etm işdibr. Bu isə о
səbəbdən irəli gəlirdi ki, katolik kilsəsi
özünün mürtəce xəttini həddən artıq açıq
nümayiş etdirirdi. Katolik kilsəsinin ifrat
mühafızəkarları və royalistbri hər cəhətdən
dəstəkləməsi, hər hansı mənəvi dəyərləri
aşkar surətdə qəbul etməməsı, inqilabın ölkə
həyatma bəxş etdiyi ideallara məhəl qoyma-
ması эп müxtəlif sosial qruplar arasmda dərin
etirazlara səbəb olmuşdu. Sosial qruplar
arasmda həm realistcəsinə düşünən artikratlar,
həm də siyasibşm iş kəndlibr var idi.
Məhz antiklerikarlizm və anarxist antmeta-
tizm özünü anarxist elan edən birinci
nəzəriyyəçi Prudonun siyasi təliminin pafosu-
nu müəyyən etmişdi.
P.Prudon kəndli ailəsindən (onun atası
kənd bondarı, anası isə aşbaz idi) çıxmışdı.
Həm özünün, həm də öz yaxınlarının yaşa-
Q A N U N 10 ( 26 4) , 2016
ması üçün zəhmətə qatlaşan Pyer bilikləri
müstəqil qazanmışdı. O, 1827-ci ildən 1933-
cü ilədək tipoqrafıyada yığıcı işləmişdi. Gənc
Prudon 1837-ci ildə fılologiya sahəsində
oçerkinə görə Bezanson Akadem iyasının
mükafatına layiq göriilmüşdü. O, məhz bu
uğuru sayəsində elmi iş və publisistika ib
məşğul ola bilmişdi. 1840-cı ildə Prudonun ən
əhəmiyyətli əsərlərindən biri - "Mülkiyyət
nədir?,, kitabı çapdan çıxmışdır.
1844-1846-cü illər onun bəzi inqilabi
qrupların
nüm ayəndələri,
о
cümlədən
K.Marks i b yaxından tanışlıq illərinə aid
olunur. Prudon 1846-cı ildə K.M arksdan
əməkdaşlıq etmək təklifinə dair məktub alır.
Bu e b bir vaxta təsadüf edir ki, Marks oçerk
nəşr etdirmişdi və həmin oçerkdə Prudonun
m ülkiyyət hüququ sahəsində tədqiqatları
haqqında son dərəcə müsbət m ülahizələr
söybmişdi. Lakin onların əməkdaşliğı baş
tutmamışdır. E b 1846-cı ildə Prudonun
"İqtisadi ziddidyətlərin sistemi və ya yoxsul-
luq fəlsəfəsi" iki cilddə kitabı çapdan çıxmış,
Marks bu kitablara özünün "Fəlsəfə yoxsul-
luğu" adlı kitabı i b cavab vermişdir. Məhz bu
hadisə yaranmaqda olan əlaqələri kəsmişdir.
Fransada baş vermiş 1848-ci il inqilabı
Prudona öz sosial layihələrini reallaşdırmağa
cəhdbr göstərmək imkanı vermişdir. B eb ki,
o, inqilab nəticəsində parlam entin üzvü
seçilmişdi. Lakin növbəti ilb r bütün üm idb-
rin üzərindən xətt çəkdi: "Xalq bankı" ideyası
məğlubiyyətə uğradı, Paris fəhlələrinin iyun
inqilabı amansızlıqla yatırıldı, Prudonun
yazılarını dərc edən nəşriyyat bağlandı. Pru
donun özü prezident Lui Napoleon əleyhinə
yazdığı iki m əqaləyə görə 1849-cu ildə
həbsxanaya düşdü. O, həbsxanada "XIX əsr
inqilabımn başlıca ideyası" əsərini yazdı.
1852-ci ildə azadlığa çıxmış Prudon dövbt
çevrilişi törətmiş və özünü imperator elan
etmiş Lui Napoleonu inandırmağa çalışdı ki,
bəzi siyasi dəyərləri yenidən nəzərdən
keçirsin və sosialist hərəkatm ın başında
dursun. İllüziyalar tezlikb dağıldı və bundan
sonra Prudon praktiki siyasətdən uzaqlaşaraq
özünü bütünlükb publisistik fəaliyyətə həsr
etdi.
PPrudon dövbti öz təbiətində şəri daşıyan
qüsurlu təsisat hesab edirdi. Onun fıkrıncə,
d ö v b t ağıl, maarif sayəsində deyil, instinkt,
cəhalət və m övhum atın doğulduğu kimi
yaramr. D övbt nüfuza olan kor-koranə inamı
d in b doğmalaşdınr. О yazırdı: "Din kimi
(dövlətlə bağlı olan rəsmi din nəzərdə tutulur
ki, Prudon da bunu islahatlaşdırmağa çağırır-
dı. Prudon ateist deyil, antiklerikal idi - A.Q.),
d ö v b t də vicdan, inzibati mərkəzləşmə
üzərində zorakılıqdan və azadlığı məzmun-
suzlaşdırmaqdan ibarətdir".
D övbt ailədən, onun pis patriarxal cəhətb-
rindən yetişir. Ailədə atanın hər bir etirazı
müstəsnalıq təşkil etdiyi kimi, dövlətdə də
hamı hökmdann iradəsini danışıqsız yerinə
yetirir. Ə w əlcə aibdə və dində əsası qoyulmuş
nüfiız prinsipi sonradan dövbtin patriarxal
quruluşunda,
magistratların
sistemində,
monarxiyada gerçəkbşdirilir, son nəticədə isə
iyerarxiyaya, m ərkəzbşm əyə, cəmiyyətin
dövbt tərəfmdən udulmasma çevrilir.
D ö v b t şəri ondan ibarətdir ki, o, insanların
bir qisminin digər qismi üzərində hakimiyyə-
tini təmin edir. Prudonun fıkrincə, idarəetmə
zamanı iradənin zorla qəbul etdirilməsi və
ədalətin dağılmasının baş verməsi qaçılmaz-
dır. Prudon b e b nəticəyə gəlir: "İdarəetmənin
insanların bir qisminin digər qismi üzərində
həyəta keçirilməsi köblikdir".
PPrudonun konsepsiyasına uyğun olaraq
d ö v b t şəri bir də ondan i'oarətdir ki, o,
azadlığm düşmənidir. Mütəfəkkir bunu, eyni
zamanda, hüquqlar və vəzifobr arasındakı
müvazinət kımi başa düşürdü. Onun ideyasına
görə, insana azadlıq vermək, onu başqalan ilə
bərabərbşdirm ək deməkdir. Azadlıq - bu,
istehsal vasitələrində bərabərlik, mübadıbdə
ekvivalentlilikdir,
yəni
bərabərliyə
və
Q A N U N 10 (264), 2016
ekvivalentliyə əməl edilməsi deməkdir. Belə
nəticə sosial azadlığm boğulmasına səbəb
olur. Dövlətin bərqərar olması azadlığm
söndürülməsidir, bunun nəticəsi isə dövlət
hakimiyyətinin təbiəti ilə bağlıdır. Bu, "qana
susayan, yalnız qanla doyan pələngə"
bənzəyir. Pələngin hakimiyyətinin qurbanı isə
azadhq olur. Onun məhvi labüddür, çünki
"hakimiyyət fatal şəkildə despotizmə cəhd
göstərir". B eb situasiyada ancaq despot azad
qalır.
P.Prudonun mülahizəsinə görə, hər bır
hakimiyyət, hər bir hökumət qəddarlığın
(tiraniyanın - A.Q.) dayağıdır. Hakimiyyət
də, hökumət də müqavimət göstərənləri əzir,
"ədalət və azadlığın üzərindən xətt çəkir.
D ö v b tin
mahiyyəti
də
məhz
bundan
ibərətdir". Hakimiyyət öz təbiəti və təyinatma
görə hüdudsuzdur. O, tərəddüdlərin bütün
fəndlərindən (qətllər də daxil olmaqla) isti-
fadə edərək, şəxsiyyəti tam surətdə özünə
tabe edir. Fərdin эп xırda narazılıq ifadə etdiyi
zaman dövlət onu "əzir, cəzalandırır, boğur,
dilini kəsir, həyatdan məhrum edir, zərərsiz-
bşdirir, tərksilah edir, əl-qolunu bağlayaraq
həbsxanaya atır, gülbləyir, incidir, deporta-
siya edir, qurban verir, alıb-satır... Hökumət
bebdir, onun ədaləti və əxlaqı da bebdir".
P.Prudonun siyasi təlimində anarxiya azad
sosial quruluş kimi təqdim olunur. Bu
quruluşda hər kəs öz-özünü idarə edir, yəni
burada özünüidarəetmə mövcuddur. Anarxi-
yanın dövbtdən başlıca forqi ondan ibarətdir
ki, anarxiyada insana yad olan xarici qüw ələ-
rin hakimiyyəti yoxdur, hakimiyyət hər kəsin
fəaliyyət sferası və işidir. Burada fərd və
fərdlər qrupu üçün tam azadlıq hökm sürür,
hamı bir-biri ib sosial-iqtisadi münasibətlərdə
olur, saziş və qarşılıqlı razılaşmaların (müqa-
v ib b rin A.Q.) istənilən formasi tətbiq edilir.
Bunların prosedur qaydalarma эшэ1 edilməsi-
пэ nəzarəti razılığa gəlmiş tərəflərin özbri
gerçəkbşdirirbr.
PPrudonun fikrincə, ədalətli sosial qayda
növbəti siyasi çevrilişin nəticəsi kimi deyil,
bəşəriyyətin tarixində, yeni mərhələnin
ifadəsi qismində təzahür edir. Peşəkar siyasət
sferasm ın ölgünbşm əsi və onun sosial
p ro sesb rin idarə olunm asına sırf elmi
yanaşmalar tərəfmdən sıxışdırilması baş verir.
Əhalinin az əmlaka malik olan qruplarını
yalnız səfeh yerinə qoymaq üçün yararlı olan
parlam ent natiq b rin i və siyasi lid erb ri
professor və akadem ikbr əvəz edir. Prudon
yazır: "İdarəetmə elmi E lm b r Akademiyası-
nın seksiyalarından birinin əlində cəmbşdiril-
məlidir. Sözsüz ki, onun daimi katibi Baş
nazirdir.
P.Prudon "M ülkiyyət nədir?" əsərinin
birinci kitabmda təsdiq edir ki, mülkiyyət
oğurluqdur və eyni zamanda da sübut edir ki,
mülkiyyət həmişə digərini istismar etmək və
onun əməyini mənimsəmək vasitəsi olmuş-
dur. Lakin bu heç də о demək deyildir ki,
Prudon prinsip etib arib hər cür xüsusi
mülkiyyətin əleyhdarı olmuşdur. O, yalnız
həddən artıq ıri mülkiyyətin tənqidi ib çıxış
etmişdir.
PPrudon mülkiyyəti insanın azadlıq və
sərbəstliyinin qarantı kimi, bərabərlik və
ədalət idealı i b birbşdirm əyə cəhd göstərmiş-
dir. Buna görə də o, iri sənayenin (hətta
"proletar" dövləti olsa da) dövbtin əlinə
verilməsinin əleyhinə çıxmışdır.
İfadə edilənləri yekunlaşdıraraq belə
nəticəyə gəlmək olar ki, Prudonun azadlığa və
könüllü
qarşılıqlı
əlaq əb rə
əsaslanan
anarxiya idealı cəlbedici cəhətbrdən məhrum
deyil. Onun d ö v b tin ünvanma söy b d iy i
tənqidlər səbəbsiz olmasalar da, özbaşına və
bir növ əsassız səciyyə daşımışdır. Mütəfəkkir
nəzərə almamışdır ki, insan cəmiyyətinin
qayda-qanuna dayaq olan, hüququ ideologi-
yalaşdıran və ona inandırma, həm də
məcburiyyət
qüvvəsi
verən
d ö v b tsiz
yaşaması qeyri-rnümkündür.
Q A N U N 10 ( 264) , 2016
İstifadə edilmiş mənbələr:
1. Rüstəmov Y.İ. Sosial-siyasi və hüquqi təlimlər tarixi. Bakı, 2007.
2. История политических и правовых учений: / Отв.ред. О.Э.Лейст. М., 2006
3. Омельченко О.А. история политических и правовых учений. М., 2010
4. Рассолов М.М. История политических и правовых учений. М., 2010.
Гулиев Агшин Исабала оглу
ЗАПАДНОЕВРОПЕЙСКИЙ АНАРХИЗМ
РЕЗЮ МЕ
В статье отмечается, что анархизм, как тип политического сознания возник с появлением государствен
ности и развивался в виде идей и движений на протяжении всей последующей истории. Законченной тео
ретической доктриной анархизм стал только в середине XIX в. Мировоззренческой основой анархизма
стали доведенные до крайности индивидуализм и субъективизм, когда абсолютно самодовлеющая лич
ность противопоставляется государству, а проблема свободы личности решается путем тотального отри
цания всех государственных форм.
Guliyev Agshin Isabala
W ESTERN EUROPEAN ANARCHISM
SUMMARY
According to the author, anarchism as a type of political consciousness has apperaed with the advent of state
hood and developed in the form of the ideas and movements throughout all subsequent history. As a theoretical
doctrine the anarchism became only in the middle of the 19th century. Ideolgical basis for anarchism was the exces
sive individualism and subjectivity when absolutely self-sufficient personality is opposed to the state, and the prob
lem of personal freedom is solved by total denial o f all state forms.
Rəyçi: h.ü.e.d., dos. Ə.İ. Hüseynov
Təqdim edən: h.ü.e.d., prof. H.S. Qurbanov
Daxil olma tarixi: 22.07.2016
Təkrar işlənmə tarixi: göndərilməyib
Çapa imzalanma tarixi: 03.10.2016
Dostları ilə paylaş: |