Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə12/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   8   9   10   11   12   13   14   15   ...   46

 

26 


 

Bu  da  müəyyən  mənada  hər  hansı  bir  araşdrıma  mətninin  bədii  mətn  strukturuna  yaxınlaşması 

demək idi. “Postmodern romanın meydana gəlməsi modern romanın janr xüsusiyyətlərindən imtina 

etməsi  nəticəsində  postmodernizmdən  əvvəl  baş  vermişdir.  Belə  ki,  1940-cı  illərin  sonu  1960-cı 

illərin əvvəlləri ədəbiyyatda «yeni roman» (fr. Le nouveau  roman) və ya antiroman ədəbi məktəbi 

formalaşdı.” [2,17] 

Bildiyimiz  kimi,  postmodernizm  tam  mənası  ilə  keçmişə  biganə  deyil,  onu  inkar  etmir. 

Modernizmdə müşahidə etdiyimiz yenilikçilik meyilləri kənar təsirlərin köməyi olmadan qurulurdu 

və  bu  kənar  təsir  də  keçmişin  harmonik  düzənindən  ibarət  idi.  Halbuki  postmodernizm  keçmişə 

pərəstişi  kənara  qoydu  və  onu  yenidən  yazmağa,  yenidən  yaratmağa  başladı.  “Postmodernizm  isə 

Modernizmdən fərqli olaraq, həmin ənənələri, stereotipləri, əvvəlki fəlsəfələri, tarixi keçmişi atmır, 

eyni zamanda klassik dövrdən fərqli olaraq, keçmişə pərəstiş etmir,  keçmişi yenidən dəyərləndirir” 

[3,62]. 

“Mələklər  və  İblislər”  romanı  bu  baxımdan  aktual  olduğu  üçün  Den  Braunun  keçmişə 

müraciətlə  qurduğu  struktur  birbaşa  formalaşmamışdı.  Bu  sistemin  formalaşmasında  keçmişə 

müraciət  önəmli  mövqedə idi. Qeyd  etdiyimiz dekonsturksiya romanda aktual oyun texnologiyası 

yaradır. Postmodern oyun texnologiyasından danışdığımız zaman əsərdəki simvolların təşkilat və ya 

şəxs  şəklində  dövlət  orqanlarına  nüfuz  etməsi,  orada  kök  atması  prosesini  də  gözdən 

qaçırmamalıyıq: “Vudro Vilson 1921-ci ildə radio ilə üç dəfə çıxış edərək, illüminatların Birləşmiş 



Ştatların  bank  sistemi  üzərində  nəzarətin  gücləndirdiyi  barədə  xəbərdarlıq  etmişdi.  Verilişin 

stenoqramından birbaşa sitatını eşitmək istəyirsənmi? 

- Düzünü desəm, o qədər də yox. 

- Yox, qulaq as. ABŞ-ın prezidenti dedi: “O qədər mütəşəkkil, o qədər ələkeçməz, o qədər hər 

şeyi əhatə edən və qəbahətli qüvvə mövcuddur ki, kimsə ona qarşı tənqidlə çıxış eləmək istəsə, bunu 

pıçıltı ilə etsə, daha salamat olardı”  [1,337]. 

Tarixi  faktlarda  da  müşahidə  etdiyimiz  üzrə  bu  məsələ  prinsip  etibarilə  müxtəlif  əsərlərin 

struktrunda  özünə  yer  tutan  ümumbəşəri  bir  problemə  çevrilə  bilər.  Yuxarıda  da  qeyd  etdiyimiz 

kimi,  bir  çox  təşkilatlar  qollanmaq,  budaqlanmaq  üçün  məhz  hakimiyyətlərin  gücünü  alət  edirdi, 

beləcə, onlar öz ideyalarını rahatca yaya, əhalini öz ideyalarının mərkəzinə gətirə bilirdilər. 

Yazıçının dekonstruksiyasını fərdiləşdirməsi müəyyən mənada mətni tarix və alternativ tarixlə 

qarşı-qarşıya  qoyur.  Bu  da  əsərin  strukturunun  aydınlaşdırılması  zamanı  oxucunu  çətin  vəziyyətə 

salır.  


Den  Braun  postmodern  oyun  texnologiyası  qurduğu  zaman  kənar  təsirlərə  qapılmır,  əsərin 

süjetini olduğu, olacağı  kimi qurur. Postmodernist strukturun tələb etdiyi mətn formatını təxəyyül 

süzgəcilə birləşdirərək maraqlı nümunə yaradır.  

Sərhədlərin,  məsafələrin  və  lokallığın  statusunun  dəyişməsi  cəmiyyətin  quruluşuna  təsirsiz 

ötüşmədiyi kimi, əsərlərin də struktuturuna səssiz qalmır. Artıq cəmiyyət təsisatları və ya hər hansı 

coğrafi anlayışın kökünü axtarmağa vaxt sərf etmir. “Postmodernizmdə məsafələr və lokallıq kimi 



anlayışların statusu dəyişib. Artıq bir çox malların, təsisatların və ya anlayışların coğrafi mənşəyi 

mənasızlaşıb.  Avropada  kim belə  bir  fakta maraq göstərir ki,  tomatın vətəni  haradır,  yaxud  əriştə 

haradan gəlib?” [3,60] 

Postmodernist  oyun  texnologiyasından  danışdığımız  zaman  onu  da  qeyd  etməliyik  ki,  bu 

cərəyanda yazılan əsərlər bəzən araşdırma əsərlərilə ilə də qarışıq salına bilir. Yəni sırf olaraq əsərin 

tam bədii və ya elmi-araşdırma əsəri olmasını təyin etmək çətin olur. Den Braunun əsərlərində, əsas 

da tədqiqata cəlb etdiyimiz əsərlərində bu məqamlara rast gələ bilirik. İstər “Da Vinçi şifrəsi”, istər 

“Mələklər və İblislər”, istərsə də “Cəhənnəm” romanlarında rastlaşdığmız tarixi hadisələrdə müəllif 

bizi hədsiz bilgiləndirir və oxucu çox zaman tarixi əsər və ya roman oxuduğunu qarışıq salır. Digər 

tərəfdən də qeyd edək ki, postmodern oyun texnologiyası olaraq bu cür gedişlərin edilməsi normal 

hal  sayıla  bilər.  Bədii  mətnin  srtukturuna  müəyyən  qədər  zərbə  vurmasına  baxmayaraq, 

Den Braunun “Mələklər və iblislər” romanında postmodern oyun texnologiyası 

 



 

27 


 

postmodernistlər bunu normal qəbul edir və öz əsərlərində bu prinsipi vahid konsepsiyaya salmağa 

çalışaraq istər tarixi, istərsə də xəyal gücünə söykənən alternativ tarix müstəvisində şərh edirlər.  

Təsadüf  deyildir  ki,  cərəyan  ilk  yarandığı  vaxtlarda  ciddi  tənqid  olunurdu.  İstənilən  halda 

əsərlərin  strukturuna  zərbə  kimi  qəbul  edilən  bu  cərəyan  sonradan  yazılan  əsərlər  vasitəsilə  bədii 

mətndə oturuşa bildi  və  bu oturuşma sonradan kütləvi  hal  alaraq bu cərəyanı  axına və  cəmiyyətin 

güzgüsünə çevirdi. İncəsənətdə yaranan sonradan ədəbiyyata yol açan bu cərəyan bir müddət sonra 

sosaillaşma  sferasına  daxil  olmağı  bacardı.  “Bütün  quruluşlardakı  nüfuzu  hədəf  alan 



postmodernizm,  birləşdirici  təzyiq  mərkəzinin  ortadan  qaldırılması  düşüncəsinə  dayanmaqdadır. 

Postmodernizm, memarlıqda, fəlsəfədə, siyasətdə, sənətdə “modernist strukturun və postmodernist 

pozuçuluğun” bir spiral şəklində davam etdiyi bir sürəcdir.” [8,5] 

Bu spiral şəklində davam edən irəliləmənin, təbii ki, mənfi tərəflərindən biri də  zəif mətnlərin 

qabağının açılmasıdır. Belə ki, işıq üzünə çıxmayan zəif əsərlər postmodern ədəbiyyat adı  altında 

yayılmağa,  kəmiyyət  uğuru  qazanmağa  başlayır.  Əsərlərinin  bədii  struktur,  mətn  quruluşu 

baxımından  zəifliyinə  baxmayaraq,  müəlliflər  bunu  postmodern  nümunə  adlandıraraq  özlərinə 

bəraət  qazandırmağa  başlayırlar.  Ən  pisi  də  odur  ki,  bu  mənfi  təzahürlər  də  sosiallaşdı  və 

intiharların, ölümlərin çoxalmasına yol açır.  

Yazıçı postmodernist əsərdə srtuktur, süjet qurduğu zaman oxucudan çox şeyi gizlədə bilmir. 

Mətnin  təhkiyəçisini,  obrazların  xarakterini  oxucu  deyil,  yazıçı  özü  müəyyən  edir.  Bu  da  sitatda 

qeyd olunduğu kimi, bir növ klassik mətnləri xatırladır. “Gerçəklik və əksetdirmə estetikasını tərk 



edən  postmodern  yazıçı  əsərinin  qurma  olduğunu  və  mətnin  təhkiyəçilərini  oxucuya  tanıtmaqdan 

çəkinmir.  Öz  varlığını  mətn  içində  aydın  göstərir.  Bu  baxımdan  klassik  dövr  mətnlərin  oxucuya 

məlumat  verən,  varlığını  gizlətməyən  didaktik  təhkiyəçi  tipini  xatırladır.  Postmodern  yazıçı,  bu 

xüsusiyyətilə  keçmişin  oxucuya  varlığını  hiss  etdirən  tərəfdən  təhkiyəçi  tipinə  bənzəsə  də,  onun 

məqsədi oxucuya məlumat vermək və bir mesajı açıqlamaq deyil.” [7,91] 

Əsərin  özünün  dekonstruksiyası  ilə  müəllifin  dekonstruksiyası  arasında  müəyyən  mənada 

fərqliliklər  var.  Bu  daha  çox  yazıçının  təxəyyülü,  alternativ  tarixin  mümkün  modeli  və 

postmodernizmin struktur mahiyyəti ilə ölçülür. Müəllif qarşısına qoyduğu mümkün dekonstruksiya 

modelini  alternativ  tarix  və  təxəyyül  gücüylə  birləşdirərək  əsərin  bədii  gücünü  artırır.  Təməlçilik 

ənənəsinin  sonuna  işarə  olan  bu  model  fəlsəfi  düşüncəyə  də  təsirsiz  qalmır.  “Mənşəyi  XIX  əsrin 



ortasından  sonuna  söykənən  təməlçiliyin  sona  çatmasının  fəlsəfi  düşüncədə  əhəmiyyətli  şəkildə 

təsnif olunması nəticəsinə müqavimət göstərmək çətindir.” [6,26] 

“Mələklər  və  İblislər”  əsərində  bu  struktur  davam  etdirilərək  yazıçının  yaradıcılığının 

müəyyən  konturlarını  cızmağa  kömək  edir.  Kilsə  və  antikilsə,  həmçinin  ehkam  və  antiehkam 

qarşıdurmaları  əsərdə  vacib  faktorlar  olduğu  üçün  oxucu,  ilk  növbədə,  mətnin  orijinal  varinatına 

meyillənməyə  çalışır.  Bu  meyillənmə  oxucunun  mətnin  yaratdığı  mədəni,  sosial,  həmçinin  fəlsəfi 

analizləri də duymasına kömək edir. “Bütün bu addımlar, həmçinin “postmodern” konsepsiyasının 



polisemantikliyi  postmodern  və  onun  cəmiyyətdəki  göstəricilərinin  mədəni,  sosioloji,  fəlsəfi 

analizlərinə  səbəb  olur.  Bu  səbəblə  ictimai  dəyişikliklərlə  bağlı  problemlərə  kompleks  yanaşma 

zərurəti tədqiqatların interdisiplinar təşkilini tələb edir.” [5,4] 

Müəllif  birmənalı  olaraq  postmodern  oyun  texnologiyasının  qoyuluşunu  bir  problem  kimi 

görmür  və  bu  problemdən  uzaq  qaçmağa  meyillənmir.  Modernist  əsərlərdən  fərqli  olaraq, 

postmodernist  əsərlərdə  nisbətən  mətndə  struktur  qurma  anlayışı  daha  spesifikdir.  Modernizm 

keçmişə  etiraz  edən,  mətnləri  yenidən  quran  bir  prinsipial  cərəyandır.  Əsərləri  yamsılamadan 

uzaqlaşdıraraq yeni formata sürükləməyə meyilləndirir. Yeni üslub kultunun yaranması məhz yeni 

format  üzərindən  əsərlərin  fərqli  rakursda  formalaşmasını  təmin  edən  anlayışlar  arasında  idi. 

Postmodernizm  də  modernizmdən  sonrakı  dövrün  məhsulu  kimi  yazıçıları  ənənəvi  olaraq 

postmodern  oyun  texnologiyası  və  müəllif  dekonstruksiyasının  mərkəzinə  gətirdi.  “Modernizm 

incəsənət,  ədəbiyyat,  siyasət,  fəlsəfə,  cəmiyyətin  bütün  sahələrində  ənənəvi  dəyərlərə  etiraz  edib, 

dünyanı  yenidən  təzə  prinsiplər  üzərində  qurmaq  arzusunun  ifadəsi  oldu;  dünyanı  olduğu  kimi 

Cəfərli Y.İ.

 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə