Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə29/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   25   26   27   28   29   30   31   32   ...   46

 

60 


 

 

UOT 336.6 



 

MATERİAL EHTİYATLARININ VƏ MƏSRƏFLƏRİNİN 

QİYMƏTLƏNDİRİLMƏSİ METODLARI 

 

ƏHMƏDZADƏ MEHMAN İMAMVERDİ oğlu 

Sumqayıt Dövlət Universiteti, dosent 

e-mail: azmexim18@gmail.com 

 

Açar sözlər:  vergi yükü, material ehtiyatları, material məsrəfləri, alternativ qiymətləndirmə üsulları. 

 

İstehsal fəaliyyətini həyata keçirmək üçün sahibkarlar əsas və köməkçi materiallar, yanacaq, 



komplektləşdirici məmulatlar, ehtiyat hissələri və digər material ehtiyatları alır və hesabatda onların 

faktiki maya dəyəri üzrə uçotunu aparırlar. 

Nəzərə  alsaq  ki,  müəssisələrdə  və  təşkilatlarda  mühasibat  uçotu  və  hesabatı  ilə  bağlı 

münasibətlər “Mühasibat uçotu haqqında” Qanunla və “Büdcədən maliyyələşən idarə, müəssisə və 

təşkilatlarda  mühasibat  uçotunun  planı  və  onun  tətbiqinə  dair  “Təlimat”la  tənzimlənir,  onda  bu 

qurumlarda  material  ehtiyatlarının  və  məsrəflərinin  uçotunun  aparılması  qaydalarını 

müəyyənləşdirən qanunvericilik müddəalarını da məhz həmin mənbələrdə axtarmaq lazımdır. Hələ 

1995–2004-cü illərdə tətbiq edilmiş “Mühasibat uçotu haqqında” birinci Qanunun 10-cu  maddəsinə 

və Təlimatın “Material ehtiyatları” adlanan 2-ci bölməsinə uyğun olaraq, istehsala silinən material 

məsrəflərinin uçotu ehtiyatların qiymətləndirilməsinin metodlarından biri ilə (orta maya dəyəri üzrə

vaxta görə birinci alınanların maya dəyəri üzrə; vaxta görə sonuncu alınanların maya dəyəri üzrə) 

aparılır.  Lakin  həmin  qanunun  1995-ci  ildən  və  təlimatın  isə  1998-ci  ildən  qüvvədə  olmasına 

baxmayaraq,  Azərbaycan  Respublikası  ərazisində  fəaliyyət  göstərən  müəssisələr  və  büdcədən 

maliyyələşən  təşkilatlar  material  ehtiyatlarının  və  məsrəflərinin  qiymətləndirilməsinin  yeni 

üsullarının  məzmununu  və  tətbiqi  mexanizmini  aydınlaşdıra  bilmirlər.  Mühasibat  uçotunun 

beynəlxalq  standartlar  əsasında  yenidən  qurulduğu  müasir  dövrdə  materialların  yeni  üsullarla 

qymətləndirilməsinə maraq daha da artır. 

Yuxarıda qeyd olunduğu kimi, material ehtiyatları və məsrəfləri uçotda və hesabatda onların 

faktiki maya dəyəri üzrə əks etdirilir. Faktiki maya dəyərinin müəyyənləşdirilməsi qaydası material 

qiymətlilərınin  növündən,  onların  təşkilata  daxil  olması  qaydasından  və  qiymət  səviyyəsinin 

dinamikasından bilavasitə asılıdır. Bazar iqtisadiyyatı şəraitində müəssisə tələb olunan materialları 

fasiləsiz surətdə dəyişilən bazar qiymətləri üzrə əldə edir. Material məsrəflərinin orta maya dəyəri 

üzrə uçota  alınması hesabat  gostəricilərinin təhrif olunması  və mənfəətin  məbləğinin süni surətdə 

azaldılması ilə nəticələnir [1, 25]. 

Yuxarıda  göstərildiyi  kimi,  “Mühasibat  uçotu  haqqında  ”Qanunla  material  ehtiyatlarının  və 

məsrəflərinin  vaxta  görə  birinci  alınanların  maya  dəyəri  və  ya  FİFO,  habelə  vaxta  görə  sonuncu 

alınanların maya dəyəri və ya LİFO üzrə qiymətləndirilməsi nəzərdə tutulmuşdur. 

FİFO  metodu  (“First-in  ,  first  out”)  mühasibat  dilində  “birinci  daxil  oldu  –  birinci  satıldı” 

kimi başa düşülür. Bu metotdan istifadə ona əsaslanır ki, əvvəl alınan əmtəə-material ehtiyatları tez 

satılır və ya sərf olunur. 

LİFO  (“Last-in,  first  out”),  yəni  “axırıncı  alındı-birinci  satıldı”  metodu  axırıncı  alınan 

vəsaitlərin birinci satılması və ya sərf olunması ideyasına əsaslanır. 

Göstərilənlərlə  yanaşı,  Qərb  fırmalarında  materialların  qiymətləndirilməsi  üçün  daha  iki 

metotdan  (HİFO  və  LOFO)  istifadə  olunur.  Məsələn:  bu  metodların  tətbiq  edilməsinə  dair 

Almaniyanın Ticarət Məcəlləsində müvafıq müddəalar vardır. HİFO metodu ən baha qiymətə alınan 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



 

61 


 

materialların,  LOFO  isə  ən  ucuz  alınan  materialların  birinci  növbədə  sərf  olunması    fərziyyəsinə 

əsaslanır [4, 74]. 

Göstərilən metodların tətbiqolunma mexanizmini aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, 

rüb və il ərzində müxtəlif qiymətlər üzrə alınan və istehlak olunan materiallar neftayırma və sement 

zavodlarının, un dəyirmanlarının, çörək zavodlarının, tikinti müəssisələrinin və tikinti abadlaşdırma 

tədbirlərini həyata keçirən təşkilatların anbarlarına və ya yeraltı çənlərinə fasiləsiz surətdə daxil olur 

və istehsal məqsədləri üçün sərf edilir. Buna uyğun olaraq, rüblük və  ya illik hesabatlarda faktiki 

material  məsrəflərinin  və  hesabat  dövrünün  sonunda  material  üzrə  qalığın  yuxarıda  nəzərdən 

keçirilən  metodlarla  qiymətləndirilməsi  qaydasını  benzindoldurma  məntəqəsinin  timsalında 

aydınlaşdıraq.  Nəzərə  alınmalıdır  ki,  inflyasiya  şəraitində  müxtəlif  qiymətlər  üzrə  alınan  yanacaq 

məntəqənin  çənlərinə  axıdılır  və  oradan  satılır.  Satılacaq  yanacağın  maya  dəyərinin  hesablanması 

üçün  hesabat  dövrünün  əvvəlində  və  sonunda  yanacağın  çəndəki  qalığının  həcmi  müəyyənləş-

dirilməlidir. Yekun məlumatlar cədvəl 1-də verilmişdir. 



Cədvəl 1. 

İlkin məlumatlar 

 

Tarix 



Əməliyyatlar 

Miqdar (ton) 

Vahidin maya dəyəri 

(min man.) 

Ümumi maya dəyəri 

(min man,) 

1 iyul 

Qalıq 


20 

950,0 


19000 

10 iyul 


Alınmışdır 

200 


980,0 

196000 


28 iyul 

Alınmışdır 

210 

920 


193200 

9 avqust 

Alınmışdır 

150 


1010 

151500 


25 avqust 

Alınmışdır 

200 

1120 


224000 

10 sentyabr 

Alınmışdır 

220 


1050 

231000 


25 sentyabr 

Alınmışdır 

250 

1100 


275000 

III rüb 


Satış üçün cəmi 

1250 


1289700 


30 sentyabr 

Qalıq 


120 



 

Tələb olunur: yuxarıdakı məlumatlar əsasında yanacaq materialları məsrəflərinin və qalığının  

maya dəyərini, orta maya dəyərini, FİFO, LifO, HİFO LOFO metodları ilə hesablamaq.  

Ən əvvəl rüb ərzində satılan yanacağın miqdarını hesablayırıq, yəni: 

20+(200+210+150+200+220+250)-120= 1130 ton 

III rüb ərzində satılan yanacağın maya dəyərinin hesablanması. 

a)  Orta maya dəyəri üzrə:  1 ton  yanacağın  orta maya dəyərini  rüb ərzində satılan  yanacağın 

həcminə vurmaq lazımdır, yəni: 

1)  1289700:1250=1031,76 man 

2)  1130x1031,76=1165888,8 min man. 

b)    FİFO  üzrə:  (20x950)+(200x980)+(210x920)+(150x1010)+(200x1120)+(220x1050)+ 

+(130x1100)= 1157700 min man. 

c) LİFO üzrə: (250x 1100)+(220x 1050)+(200x 1 120)+( 150x1010)+(210x920)+( 100x980)=  

=1172700 min man. 

 ç) HİFO üzrə: (200x 1120)+(250x 1100)+(220x 1050)+( 150x 1010)+(200x980)+(20x950)+ 

(90x920)=l 179300 min man. 

d) LOFO üzrə: (210x920)+(20x950)+( 1020x980)+( 150x1010)+(220x 1050)+(250x 1 100)+ 

+(80x1120)= 1 155300 min man. 

III rübün sonunda satılmış yanacaq qalığının maya dəyərinin hesablanması: 

a)  Orta maya dəyəri üzrə: 

120x1031,76=123811,2 min man. 

b)  FİFO üzrə:  120x1100=132000 min man. 



Əhmədzadə M.İ.  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə