Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə17/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

 
41 
 
düşmən  qalasında  qoyub  gəldiyi  otuz  doqquz  igidi  azad  etməyincə  toy  eləmir.  O  dostlarını  azad 
edəndən  sonra  toy  edilməsinə  razılıq  verir.  Yeddi  bacısını  yeddi  igidə  verir,  qalanları  isə  oğuzda 
istədiyi qızla evlənir. [1] 
“İmranın dastanı”nda xalqımızın indi də yüksək qiymətləndirdiyi bir cəhət diqqəti cəlb edir. 
Sərhəd  keşikçisi  Bəkil  atdan  yıxılmış,  ombası  sınmışdı.  Bundan  xəbər  tutan  düşmən  böyük  bir 
qüvvə ilə Oğuz elinin sərhəddinə hücuma hazırlaşır. Bəkil bundan öz adamı vasitəsilə xəbər tutur. 
Onun vəziyyəti çox çətindir, özünün dediyi kimi “göy irak, yer qatı”. İndi Bəkil nə etməlidir?  O, 
yenicə on beş yaşına keşmiş oğlu İmranı yanına çağırır. Ömrünün bahar müjdəsi, qaranlıq gözünün 
nuru,  evinin,  bəxtinin  ziynəti  olan  oğluna  əhvalatı  danışır  və  tez  iç  Oğuza  getməyi,  Qazan  xanı 
düşmən basqınından hali etməyi tapşırır. Lakin İmran getmir. Döyüş paltarını istəyir. İmran atasının 
paltarını geyinib, atına minib, düşmən qarşısına çıxır. İmranın müdrikliyi, cəsarəti üzə çıxır. İmran 
düşmənə  bildirir  ki,  bütün  Oğuz  igidləri  Bəkilin  qonağıdır.  Ona  görə  də  o  atını,  döyüş  paltarını 
mənə verdi ki. qonaqlar bu işdən hali olub nigarançılıq keçirməsinlər. O hay- haray salmadı. Bəkilin 
qonağı  yox idi. O, kef məclisi də qurmamışdı. Bunu İmran özündən deyir,  yağı düşmənlə döyüşə 
girir,  üç  yüz  igid  dostu  ilə  düşmənə  qələbə  çalır.  Öz  nəslinin  şərəf  və  ləyaqətini  yüksəklərə 
qaldırdığı üçün İmranın ata və anası. bütün Oğuz eli sevinir, onu tərif edir. 
Bütün dastanlarda qadınlara, analıq şərəfinə, qadınların döyüş igidliklərinə, saf məhəbbətinə, 
ailə namusu naminə fədəkarlığına böyük yer verilir. 
Qadın-ana dastanda çox böyük qürurla təsvir edilir. Ana haqqı Tanrı haqqına bərabər tutulur 
və  ana  Tanrı  dərəcəsinə  yüksəldilib,  müqəddəsləşdirilir.  Bu,  ananın  Oğuz  cəmiyyətində  yüksək, 
şərəfli yer tutduğunu göstərir. Buradakı qadınlar ailə şərəfi, qadınlıq namusu və saf sevgi uğrundakı 
dəyanətləri, dözümlükləri və sədaqətləri ilə həmin mövqeyə layiq olduqlarını göstərirlər.  
Ana  övladın  nəinki  tərbiyəçisi,  qoruyucusudur,  eləcə  də  onu  ölümün  əlindən  xilas  edən 
şəfqətli  bir  təbibdir.  Birinci  boyda  bədxahların  təhriki  ilə  şikargahda  ölümcül  yaralanıb  qalmış 
Buğacı  dağ  çiçəyi  ilə  ana  südü  xilas  edir  Burada  yüksək  bir  məcaz  vardır.  Ananın  böyüklüyü 
əzəmətli dağlara, ana südü isə təravətli dağ çiçəyinin paklığına təşbih edilir: 
“Oğlanın anası əmcəyini bir sığadı südü gəlmədi, iki sığadı südü gəlmədi, üçüncüdə kənduyə 
zərb  elədi,  qanı  doldu,  sığadı  süd  ilə  qan  qarışıq  gəldi.  Dağ  çiçəyi  ilə  südü  oğlanın  yarasına 
vurdular”. [1] 
 “Dədə  Qorqud”  dastanlarından  gələn  bu  müdrik  ideyalar  əsrlər  boyu,  indinin  özündə  də  iki 
dalaşan kişinin arasına qadın yaylığını atarsa dalaşanlar sakitləşərdilər. Bu, məhz, Dədə Qorqudun 
qadınlara hörmətinin rəmzidir. 
Beləliklə, “Kitabi – Dədə Qorqud” dastanlarında vəsf edilən ata-ana; valideyn-övlad; ər-arvad 
məhəbbəti bu gün üçün də çox böyük əhəmiyyət kəsb edir. “Kitabi – Dədə Qorqud” dastanlarındakı 
igid övladların ata-anaya qayğı və məhəbbətində cəmiyyətmizdə yaşayıb yaradan, ailə quran hər iki 
gənc  bir  örnək,  bir  nümunə  kimi  istifadə  etməli,  Oğuz  igidlərinin  adına  layiq,  müasir 
cəmiyyətimizin  pak,  ülvi  gənclərinin  adına  layiq  işlər  görməli,  valideynlərinə  qayğı  göstərməli, 
ehtiramla yanaşmalıdırlar. 
Elmi yeniliyi: Bu məqalədə ailə - övlad tərbiyəsi münasibətlərinə geniş yer verilmiş, həmin 
münasibətlər dövrün ictimai-siyasi tələbləri baxımından şərh edilmişdir.  
Tətbiqi əhəmiyyəti: Məqalədən cəmiyyətimizdə yaşayıb yaradan, ailə quran hər iki gənc bir 
örnək kimi istifadə edə bilər. Ali məktəblərdə “Pedaqogika” fənnindən mühazirə mətni kimi istifadə 
edilə bilər 
 
ƏDƏBİYYAT 
1.
 
“Kitabi Dədə Qorqud” əsil və sadələşdirlimiş mətnlər.. Bakı: Örnək, 2004, 376 s. 
2.
 
“Kitabi Dədə Qorqud” Ensiklopedik lüğət. Bakı: Örnək, 2004, 366 s. 
3.
 
“Kitabi Dədə Qorqud” Ensiklopediyası I cild. Bakı: Yeni nəşrlər Evi, 2000, 624 s. 
 
Dadaşzadə Ə.İ. 
 


 
42 
 
РЕЗЮМЕ 
ОТРАЖЕНИЕ ТЕМЫ ВОСПИТАНИЯ ДЕТЕЙ В СЕМЬЕ  
В ЭПОСЕ «ДЕДЕ КОРКУТ» 
Дадашзаде А.И. 
 
Ключевые слова: Деде Коркут, хан, материнство, семья, меч 
В  статье  отмечается,  что  богатая  история  Азербайджана,  древняя  культура  и 
национальные ценности  – семья, воспитание детей находят своё отражение в эпосе  «Книга 
Деде  Коркут».  Эта  эпопея  является  нашим  богатством.  Такие  моральные  ценности,  как 
материнство, чистая любовь – прекрасный повод чтобы принести себя в жертву ради чести 
семьи.  
 
SUMMARY 
FAMILY - CHILD BRINGING UP IN “KITABI – DEDE QORQUD” EPICS 
Dadashzade E.I. 
 
Keywords: Dede Korkut, Khan , motherhood , family, sword 
Our rich history, ancient culture and national-spiritual values – family-child bringing up have 
been reflected in “Kitabi – Dede Korkut” epics. Theze epics are our common wealth.  A great place 
is given to the women, maternity honour, their pure love and self-sacrifice for family honour. 
 
 
 
 
Daxil olma tarixi: 
İlkin variant 
16.11.2015 
 
Son variant 
01.06.2016 
“Kitabi - Dədə Qorqud” dastanlarında ailə - övlad tərbiyəsi 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə