64
Heyətdən səmərəli istifadə olunmasının ən mühüm istiqamətlərindən biri də iş vaxtı itkisinin
aradan qaldırılmasıdır. İş vaxtı itkisi ilə mübarizə əmək və istehsal təşkilinin bütün forma və
üsullarının təkmilləşdirilməsi ilə üzvi surətdə bağlıdır. Ona görə də iş vaxtı itkisini aradan
qaldırmaq və bu sahədə faydalı tədbirlərin aşkar edilməsi və istehsalın inkişafına mənfi təsirinin
öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu zaman müəssisənin istehsal gücündən dolğun istifadə
edilir, vaxt vahidi ərzində istehsal olunan məhsul, əmək haqqı artır, iş gününün tərkibində
məhsuldar vaxt çoxalır. İş vaxtından istifadənin yaxşılaşdırılması maddi nemətlər istehsalının
başlıca şərti kimi çıxış edir [4, 120].
Sənaye heyətindən istifadənin ən mühüm məsələlərindən biri onların yerləşdirilməsi və istehsalın
ümumi səmərəsinin artırılması ilə işçi qüvvəsindən səmərəli istifadə arasındakı düzgün əlaqənin
yaradılmasından ibarətdir. Bütün bu məsələlərin həlli heyətin sosial inkişafına müsbət təsir göstərər.
Elmi yeniliyi: Məqalədə sənayedə heyətin sosial inkişafının əsas istiqamətləri, sosial xidmət
qarşısında qoyulan əsas vəzifələr araşdırılmış, işçi qüvvəsinin hər bir istеhsalat sahəsində sabitliyini
təmin еtmək üçün görüləcək işin hansı istiqamətlərdə aparılması tədqiq edilmişdir.
Tətbiqi əhəmiyyəti: Sosial inkişaf bütövlükdə iqtisadiyyatın fəaliyyətinin səmərə göstəricisi
kimi qəbul ouna bilər. Çünki respublikada iqtisadi artımla əhali artımı, bölgü münasibətləri və
mübadilə şərtləri ilə bağlı olduğu üçün onun öyrənilməsi, tədqiqi və inkişafının tənzimlənməsi
kompleks şəkildə reallaşır. Ona görə də sənayedə heyətin sosial inkişafının əsas istiqamətlərinin
araşdırılması böyük tətbiqi əhəmiyyətə malikdir.
ƏDƏBİYYAT
1. Abbasov A.B. və b. Biznesin təşkili və idarə edilməsi. Bakı: İqtisad Universiteti, 2011, 464 s.
2. Bazarov T.Y., Yereminin B.L. Heyətin idarə edilməsi. Bakı: İqtisad Universiteti, 2012, 508 s.
3. Hüseynov T.Ə. Firmanın iqtisadiyyatı. Bakı: Səda, 2009, 588 s.
4. Hüseynova İ.M. Müəssisənin iqtisadiyyatı. Bakı: Bakı Biznes Universiteti, 2013, 304 s.
РЕЗЮМЕ
ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ СОЦИАЛЬНОГО РАЗВИТИЯ ТРУДОВЫХ
КОЛЛЕКТИВОВ В ПРОМЫШЛЕННОСТИ
Пирвердиева С.А.
Ключевые слова: экономика, социальное развитие, рабочая сила, рабочее время, условия
труда.
В условиях рыночных отношений одно из основных условий повышения конкуренто-
способности производственных субъектов и обеспечения эффективности их деятельности является
создание стабильных трудовых коллективов. В этих целях требуется эффективное управление
кадрами, внедрение в жизнь мер по их социальному развитию. Поэтому актуальное значение имеет
изучение вопросов социального развития трудовых коллективов в промышленности.
SUMMARY
MAIN AREAS OF SOCIAL DEVELOPMENT IN THE INDUSTRY OF LABOR COLLECTIVES
Pirverdiyeva S.A.
Keywords: economy, social development, labor, working hours, working conditions
In conditions of market relations to create stable labor collectives is an essential condition of
improving the competitiveness of the production entities and ensuring their effectiveness. For these purposes,
effective management of personnel is required for the implementation of social development to life.
Therefore, the current value is the study of social development issues of labor collectives in the industry.
Daxilolma tarixi:
İlkin variant
20.10.2016
Son variant
Sənayedə əmək kollektivlərinin sosial inkişafının əsas istiqamətləri
65
UOT 334-331
MAŞINQAYIRMA MÜƏSSİSƏSİNDƏ KEYFİYYƏT MENECMENTİ
SİSTEMİNİN PROSESLƏRİNİN İŞLƏNMƏSİ
1
ASLANOV ZABİT YUNİS oğlu
2
RƏCƏBOV İLQAR SALEH oğlu
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), 1,2-baş müəllim
e-mail:
mehman62@mail.ru
Açar sözlər: keyfiyyət menecmenti sistemi, müəssisənin prosesləri, sistemli yanaşma, proseslər
çoxluğu, biznesyönümlü və inteqrasiya olunmuş sistemlər
Giriş. İSO 9001-2001 standartlarının tələblərinə görə maşınqayırma müəssisəsində məhsul
və xidmətlərin keyfiyyətini təmin etmək üçün keyfiyyət menecmenti sistemi (KMS) fəaliyyət
göstərməlidir. Müəssisədə KMS-nin qurulması isə layihələndirmə və layihənin həyata keçirilməsi
mərhələlərindən ibarətdir və müvafiq ədəbiyyatlarda ətraflı araşdırılmışdır [2].
Lakin KMS proseslərinin aşkarlanması, təyin və təsvir edilməsi kimi məsələlərin həlli
metodikaları kifayət qədər işlənməmişdir [1]. Bu məqsədlə əvvəlcə maşınqayırma müəssisəsində
gedən bütün proseslərin və prosedurların təsnifatı aparılmalıdır (şəkil 1). Proseslərin təsnifatı zama-
nı ilkin baza kimi sistemli yanaşma əsasında müəyyən edilən müəssisənin proseslər çoxluğu əsas
götürülə bilər [3].
Bu təsnifata görə, müəssisədə maşınqayırma məhsulunun keyfiyyəti ilə əlaqədar proseslər
çoxluğu aşağıdakı beş əsas sinfə bölünə bilər: 1. Məhsul və ya xidmətlərin istehsalının biznes-
prosesləri; 2. Məhsul və ya xidmətlərin həyat dövrü prosesləri; 3. Məhsul və ya xidmətlərin əsas
istehsal texnoloji prosesləri; 4. Məhsul və ya xidmətlərin istehsalının təminedici prosesləri;
5. Keyfiyyət menecmenti sisteminin prosesləri.
Maşınqayırma müəssisələrinin təcrübəsi göstərir ki, KMS proseslərinin aşkarlanması və
təsviri buraxılan məhsulun qüsurlarının analizi, onların aradan qaldırılması və ya azaldılması üzrə
zavod proqramının işlənməsi üçün çox vacibdir. KMS çərçivəsində belə bir proqram İSO
9000:2000 standartına uyğun keyfiyyət menecmenti prinsiplərinin müəssisədə reallaşdırılmasına
imkan yaradır. Bununla yanaşı, müəssisənin struktur bölmələrinin KMS proseslərinin keyfiyyətini
yüksəltməsi və KMS-nin bizneslə inteqrasiyasını təmin etmək üçün zəmin yaranır [4].
KMS-ni bizneslə inteqrasiya etmək üçün ölkənin maşınqayırma müəssisələrində müasir
tələblərə uyğun gəlməyən idarəetmə sistemini yenidən qurmaq və bu sistemi tamamilə məhsulun
keyfiyyətinə yönəltmək lazımdır, yəni proseslərin biznes-reinjirinqini aparmaq lazımdır. Bu prob-
lemin həllini asanlaşdırmaq üçün maşınqayırma müəssisəsində biznes-prosesyönümlü keyfiyyət
menecmenti sistemi (BPKMS) layihələndirmək və tətbiq etmək mümkündür [5].
İKMS-in struktur modeli əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı iki
elementin əlavə edilməsi yolu ilə İSO 9000-2001 keyfiyyət menecmenti sisteminin əsasında işlənə
bilər [8].
İKMS-nin struktur modelinin əsasında riyazi formada təqdim olunmuş İKMS-yə tələblərin
məcmusu işlənə bilər. Bu tələblərin nəzərə alınması ilə KMS-nin bütün sənəd növlərini əhatə edən
İKMS-nin sənədləşməsinin iyerarxik strukturu yaradılır. Buraya keyfiyyət strategiyası, məqsədlər,
ümumi rəhbərlik, sənədləşdirilmiş prosedurlar və qeydlər daxil edilir.
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 2 2017