Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə31/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

 

64 


 

Heyətdən səmərəli istifadə olunmasının ən mühüm istiqamətlərindən biri də iş vaxtı itkisinin 

aradan  qaldırılmasıdır.  İş  vaxtı  itkisi  ilə  mübarizə  əmək  və  istehsal  təşkilinin  bütün  forma  və 

üsullarının  təkmilləşdirilməsi  ilə  üzvi  surətdə  bağlıdır.  Ona  görə  də  iş  vaxtı  itkisini  aradan 

qaldırmaq  və  bu  sahədə  faydalı  tədbirlərin  aşkar  edilməsi  və  istehsalın  inkişafına  mənfi  təsirinin 

öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu zaman müəssisənin istehsal gücündən dolğun istifadə 

edilir,  vaxt  vahidi  ərzində  istehsal  olunan  məhsul,  əmək  haqqı  artır,  iş  gününün  tərkibində 

məhsuldar  vaxt  çoxalır.  İş  vaxtından  istifadənin  yaxşılaşdırılması  maddi  nemətlər  istehsalının 

başlıca şərti kimi çıxış edir [4, 120].  

Sənaye heyətindən istifadənin ən mühüm məsələlərindən biri onların yerləşdirilməsi və istehsalın 

ümumi  səmərəsinin  artırılması  ilə  işçi  qüvvəsindən  səmərəli  istifadə  arasındakı  düzgün  əlaqənin 

yaradılmasından ibarətdir. Bütün bu məsələlərin həlli heyətin sosial inkişafına müsbət təsir göstərər. 



Elmi yeniliyi: Məqalədə sənayedə heyətin sosial inkişafının əsas istiqamətləri, sosial xidmət 

qarşısında qoyulan əsas vəzifələr araşdırılmış, işçi qüvvəsinin hər bir istеhsalat sahəsində sabitliyini 

təmin еtmək üçün görüləcək işin hansı istiqamətlərdə aparılması tədqiq edilmişdir.  

Tətbiqi  əhəmiyyəti:  Sosial  inkişaf  bütövlükdə  iqtisadiyyatın  fəaliyyətinin  səmərə  göstəricisi 

kimi  qəbul  ouna  bilər.  Çünki  respublikada  iqtisadi  artımla  əhali  artımı,  bölgü  münasibətləri  və 

mübadilə  şərtləri  ilə  bağlı  olduğu  üçün  onun  öyrənilməsi,  tədqiqi  və  inkişafının  tənzimlənməsi 

kompleks  şəkildə  reallaşır.  Ona  görə  də  sənayedə  heyətin  sosial  inkişafının  əsas  istiqamətlərinin 

araşdırılması böyük tətbiqi əhəmiyyətə malikdir. 

 

ƏDƏBİYYAT 

1. Abbasov A.B. və b. Biznesin təşkili və idarə edilməsi. Bakı: İqtisad Universiteti, 2011, 464 s.  

2. Bazarov T.Y., Yereminin B.L. Heyətin idarə edilməsi. Bakı: İqtisad Universiteti, 2012, 508 s. 

3. Hüseynov T.Ə. Firmanın iqtisadiyyatı. Bakı: Səda, 2009, 588 s. 

4. Hüseynova İ.M. Müəssisənin iqtisadiyyatı. Bakı: Bakı Biznes Universiteti, 2013, 304 s.  

 

РЕЗЮМЕ 

ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ СОЦИАЛЬНОГО РАЗВИТИЯ ТРУДОВЫХ 

КОЛЛЕКТИВОВ В ПРОМЫШЛЕННОСТИ  

Пирвердиева С.А. 

 

Ключевые  слова:  экономика,  социальное  развитие,  рабочая  сила,  рабочее  время,  условия 

труда. 

В  условиях  рыночных  отношений  одно  из  основных  условий  повышения  конкуренто-

способности производственных субъектов и обеспечения эффективности их деятельности является 

создание  стабильных  трудовых  коллективов.  В  этих  целях  требуется  эффективное  управление 

кадрами, внедрение в жизнь мер по их социальному развитию. Поэтому актуальное значение имеет 

изучение вопросов  социального развития трудовых коллективов в промышленности.  



 

SUMMARY 

MAIN AREAS OF SOCIAL DEVELOPMENT IN THE INDUSTRY OF LABOR COLLECTIVES 

Pirverdiyeva S.A. 

 

  Keywords: economy, social development, labor, working hours, working conditions 

In  conditions  of  market  relations  to  create  stable  labor  collectives  is  an  essential  condition  of 

improving the competitiveness of the production entities and ensuring their effectiveness. For these purposes,  

effective  management  of  personnel  is  required  for  the  implementation  of  social  development  to  life. 

Therefore, the current value is the study of social development issues of labor collectives in the industry. 

 

Daxilolma tarixi: 



İlkin variant 

20.10.2016 

 

Son variant 



 

Sənayedə əmək kollektivlərinin sosial inkişafının əsas istiqamətləri 


 

65 


 

 

UOT 334-331 

 

MAŞINQAYIRMA MÜƏSSİSƏSİNDƏ KEYFİYYƏT MENECMENTİ 

SİSTEMİNİN PROSESLƏRİNİN İŞLƏNMƏSİ 

 

1

ASLANOV ZABİT YUNİS oğlu 

2

RƏCƏBOV İLQAR SALEH oğlu 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), 1,2-baş müəllim  

e-mail: 

mehman62@mail.ru

 

 

Açar  sözlər:    keyfiyyət  menecmenti  sistemi,    müəssisənin  prosesləri,    sistemli  yanaşma,  proseslər 

çoxluğu, biznesyönümlü və inteqrasiya olunmuş sistemlər  

 

Giriş. İSO 9001-2001 standartlarının tələblərinə görə maşınqayırma müəssisəsində məhsul 

və  xidmətlərin  keyfiyyətini  təmin  etmək  üçün  keyfiyyət  menecmenti  sistemi  (KMS)  fəaliyyət 

göstərməlidir.  Müəssisədə  KMS-nin  qurulması  isə  layihələndirmə  və  layihənin  həyata  keçirilməsi 

mərhələlərindən ibarətdir və müvafiq ədəbiyyatlarda ətraflı araşdırılmışdır [2].  

Lakin  KMS  proseslərinin  aşkarlanması,  təyin  və  təsvir  edilməsi  kimi  məsələlərin  həlli 

metodikaları  kifayət  qədər  işlənməmişdir  [1].  Bu  məqsədlə  əvvəlcə  maşınqayırma  müəssisəsində 

gedən bütün proseslərin və prosedurların təsnifatı aparılmalıdır (şəkil 1). Proseslərin təsnifatı zama-

nı  ilkin  baza  kimi  sistemli  yanaşma  əsasında  müəyyən  edilən  müəssisənin  proseslər  çoxluğu  əsas 

götürülə bilər [3].  

Bu  təsnifata  görə,  müəssisədə  maşınqayırma  məhsulunun  keyfiyyəti  ilə  əlaqədar  proseslər 

çoxluğu  aşağıdakı  beş  əsas  sinfə  bölünə  bilər:  1.  Məhsul  və  ya  xidmətlərin  istehsalının  biznes-

prosesləri;  2.  Məhsul  və  ya  xidmətlərin  həyat  dövrü  prosesləri;  3.  Məhsul  və  ya  xidmətlərin  əsas 

istehsal  texnoloji  prosesləri;  4.  Məhsul  və  ya  xidmətlərin  istehsalının  təminedici  prosesləri;               

5. Keyfiyyət menecmenti sisteminin prosesləri.    

Maşınqayırma  müəssisələrinin  təcrübəsi  göstərir  ki,  KMS  proseslərinin  aşkarlanması  və 

təsviri buraxılan məhsulun qüsurlarının analizi, onların aradan qaldırılması və ya  azaldılması üzrə 

zavod  proqramının  işlənməsi  üçün  çox  vacibdir.  KMS  çərçivəsində  belə  bir  proqram  İSO 

9000:2000  standartına  uyğun  keyfiyyət  menecmenti  prinsiplərinin  müəssisədə  reallaşdırılmasına 

imkan yaradır. Bununla yanaşı, müəssisənin struktur bölmələrinin KMS proseslərinin keyfiyyətini 

yüksəltməsi və KMS-nin bizneslə inteqrasiyasını təmin etmək üçün zəmin yaranır [4]. 

 

 KMS-ni  bizneslə  inteqrasiya  etmək  üçün  ölkənin  maşınqayırma  müəssisələrində  müasir 



tələblərə  uyğun  gəlməyən  idarəetmə  sistemini  yenidən  qurmaq  və  bu  sistemi  tamamilə  məhsulun 

keyfiyyətinə yönəltmək lazımdır, yəni proseslərin  biznes-reinjirinqini aparmaq lazımdır. Bu prob-

lemin  həllini  asanlaşdırmaq  üçün  maşınqayırma  müəssisəsində  biznes-prosesyönümlü  keyfiyyət 

menecmenti sistemi (BPKMS) layihələndirmək  və tətbiq etmək mümkündür [5]. 

İKMS-in  struktur  modeli  əməyin  təhlükəsizliyi  və  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  iki 

elementin əlavə edilməsi yolu ilə İSO 9000-2001 keyfiyyət menecmenti sisteminin əsasında işlənə 

bilər [8].  

İKMS-nin struktur modelinin əsasında riyazi formada təqdim olunmuş İKMS-yə tələblərin 

məcmusu işlənə bilər. Bu tələblərin nəzərə alınması ilə KMS-nin bütün sənəd növlərini əhatə edən 

İKMS-nin sənədləşməsinin iyerarxik strukturu yaradılır. Buraya keyfiyyət strategiyası, məqsədlər, 

ümumi rəhbərlik, sənədləşdirilmiş prosedurlar və qeydlər daxil edilir. 

 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 



Cild 13                       № 2                   2017 

  



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə