Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə29/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   25   26   27   28   29   30   31   32   ...   44

 

60 


 

-  maliyyə  tənzimləyici  orqanlar  riskin  yüksək  mərkəzləşdirilməsinin  və  maliyyə 

innovasiyalarının  sürətli  artımına  səbəb  olan  qənaətbəxş  olmayan  stimulların  aşkara 

çıxarılmasında aciz olmuş

-  bu  siyasəti  işləyib  hazırlayanlar  maliyyə  sistemi  və  mənzil  bazarında  sistemli  risklərin 

artmasına səbəb olan artan makroiqtisadi disbalansların hesabını nəzərə almamış;  

-  beynəlxalq  maliyyə  təşkilatları  beynəlxalq  səviyyədə  aktiv  əməkdaşlıq  təşkil  edə 

bilməmiş [2].  

Tədqiqatlar zamanı müəyyən olunan beş mühüm çatışmazlığı aradan qaldırmaq lazımdır. 

Birincisi,  tənzimləmənin  perimetri  və  yaxud  sferasını  genişləndirmək  lazımdır  və  bütövlükdə 

iqtisadiyyat  üçün  risklər  yaradan  bütün  fəaliyyət  növlərini  işə  salmaq  lazımdır.  İkincisi,  bazar 

intizamını  möhkəmləndirmək  lazımdır.  Üçüncüsü,  tənzimləmə  və  mühasibat  uçotunda  dövriliyi 

minimuma  endirmək  lazımdır.  Dördüncüsü,  informasiyalarda  boşluqları  doldurmaq  lazımdır. 

Beşincisi,  mərkəzi  banklar  sistemli  olaraq  likvidliyin  verilməsi  üçün  öz  bazalarını 

möhkəmləndirməlidirlər.  BVF  mühüm  iqtisadi  faktorlardan  biri  kimi  kredit  qoyuluşlarında 

kommersiya  banklarının  fəallıq  nümayiş  etdirməsini  yüksək  qiymətləndirir.  Ümumiyyətlə,  fond 

ölkəmizdə  bankların  fəaliyyəti  üçün  sağlam  iqtisadi  mühitin  olmasını  təqdir  edir.  Bankın 

qənaətinə  görə,  respublikamızın  bank  sektorunda  qeydə  alınan  göstəricilər  dünyanın  aparıcı 

ölkələrinin  bank  sektoru  üzrə  orta  göstəricilərindən  bir  neçə  dəfə  yüksəkdir.  Bu  isə 

respublikamızın bank və maliyyə sisteminin sabit olmasını göstərir, eyni zamanda bankların likvid 

fəaliyyətini təsdiqləyir.  

Elmi  yeniliyi:  beynəlxalq  maliyyə-kredit  təşkilatlarının  dünyada  böhran  hadisələrinin 

tənzimlənməsi  və  qloballaşmanın  mənfi  nəticələri  ilə  mübarizə  aparmaq  üçün  öz  resurslarından 

effektiv istifadə edə bilməsi həmin islahatların son məqsədi olmalıdır. Beynəlxalq maliyyə-kredit 

təşkilatlarının  aktivliyinin  hissolunacaq  dərəcədə  yüksəlməsi,  eyni  zamanda  onların  ümumi 

sayının  xeyli  dərəcədə  artması  müasir  beynəlxalq  inkişafın  diqqəti  cəlb  edən  fenomenlərindən 

biridir. Ona görə də  beynəlxalq valyuta-kredit və maliyyə münasibətlərinin fəaliyyəti ilə əlaqədar 

olan münasibətlərin tənzimlənməsinə yönəldilən dövlətin və beynəlxalq təşkilatların fəaliyyətinin 

öyrənilməsinə ehtiyac duyulur.  



Tətbiqi  əhəmiyyəti:  məqalədə  müasir  dövrdə  qlobal  maliyyə  böhranları,  onları  doğuran 

səbəblər və onun aradan qaldırılmasında qarşıya çıxan problemlər öyrənilmişdir. Qlobal maliyyə-

iqtisadi  böhranların  aradan  qaldırılmasında  beynəlxalq  maliyyə-kredit  təşkilatlarının  rolu 

araşdırılmışdır. Qlobal maliyyə-iqtisadi böhranların aradan qaldırılması istiqamətində beynəlxalq 

maliyyə-kredit təşkilatlarının tövsiyələrindən bütün dünya ölkələri faydalana bilər. 

 

ƏDƏBİYYAT  

1. Azərbaycan Respublikası Mərkəzi Bankının Bəyanatı. 21.12.2015. 

2. Kərimov C.Ə. və b. Beynəlxalq iqtisadi təşkilatlar. Bakı: Nurlan, 2008, 213 s. 

 

3. Məmmədov M.Q. Beynəlxalq iqtisadi təşkilatlar. Bakı: CBC, 2008, 246 s. 



 

4. Zeynalov V.Z. Maliyyə böhranı: tarix, nəzəriyyə və antiböhran siyasət. Bakı: Azərnəşr, 2012, 

176 s. 

5.  Borodulina  L.P.,  Kudryaşova  İ.A.,  Yurqa  V.A.      Beynəlxalq  iqtisadi  təşkilatlar.  Rus  dilindən 



tərcümə.  Bakı: İqtisad Universiteti, 2008, 435 s. 

6. www.economy.gov.az 

 

 

 



 

 

 

 

Qlobal maliyyə böhranının aradan qaldırılmasında beynəlxalq maliyyə-kredit təşkilatlarının rolu 

 



 

61 


 

РЕЗЮМЕ 

РОЛЬ МЕЖДУНАРОДНЫХ ФИНАНСОВО-КРЕДИТНЫХ ОРГАНИЗАЦИЙ В РЕШЕНИИ 

ГЛОБАЛЬНОГО ФИНАНСОВОГО КРИЗИСА 

Махмудова Л.Ф., Османов И.О.,Абдуллаева Е.Т. 

 

Ключевые  слова:  глобальный  финансовый  кризис,  международные  финансово-кредитные 

организации,  Всемирный  банк,  Международный  валютный  фонд,  банк, 

кредит, валюта, инвестиция 

В  современных  условиях  с  научно-практической  точки  зрения  изучение  глобальных 

финансовых  кризисов  является  актуальной  проблемой.  Исследованые  ее  особенности,  причины  и 

формы  проявлений  позволят  разработать  соответствующие  антикризисные  меры  и  уменьшить  их 

отрицательные  социально-экономические  последствия.  Задача  статьи  –  изучение  роли  

международных финансово-кредитных организаций в этом направлении.  



 

SUMMARY 

THE ROLE OF INTERNATIONAL FINANCIAL AND CREDIT INSTITUTIONS  

IN THE SETTLEMENT OF GLOBAL FINANCIAL CRISIS 

Mahmudova L.F., Osmanov I.O., Abdullayeva E.T.  

 

Keywords:  global  financial  crisis,  the  international  financial  and  credit  organizations,  the  World 

Bank, International Monetary Fund, bank, credit, currency, investment 

In  modern  conditions  of  scientific  and  practical  point  of  view  global  financial  crisis  is  an  urgent 

problem. Research of its characteristics, causes and forms of expressions will call to develop appropriate 

anti-crisis measures and reduce their negative social and economic consequences.  In the article the role of 

international financial organizations in this direction is studied. 

 

 



Daxilolma tarixi: 

İlkin variant 

04.10.2016 

 

Son variant 



 

 

 

Mahmudova L.F., Osmanov İ.O., Abdullayeva Y.T. 

 



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə