Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə44/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   36   37   38   39   40   41   42   43   44

 

91 


 

3. P  → P

2

O

5



→ CaHPO

4

 



4. Na → Na

2

O→ NaNO



3  

 

Bu  dərsdə  şagirdlər  qeyri-üzvi  birləşmələrin  əsas  xassələrini,  onların  arasında  kimyəvi 



reaksiyaların aparılmasını, maddələrlə davranmağı müstəqil olaraq öyrənirlər. Məsələn: şagird ona 

verilmiş fosfor maddəsindən kalsium-hidrofosfat  almaq üçün fosforu kimya  qaşığında  yandırır və 

alınan maddəni (fosfor (V)-oksidi) kimya stəkanında olan suya daxil edir, məhlulun rəngi dəyişir. 

Yeni  maddə alınır. Hər  bir qrupdan bir şagird apardıqları təcrübələrlə bağlı  yoldaşlarına məlumat 

verir.  Dərsin  bu  yolla  öyrənilməsi,  həqiqətən,  şagirdin  dərsdə  səmərəli  iş  görməsi  nəticəsində 

uzunmüddətli  yaddaqalan  bilik  qazanılmasına  səbəb  olur.  Beləliklə,  hər  bir    şagirdin  fəaliyyəti 

nəzərdən keçirilir. Müvafiq reaksiyaların tənliklərini  hər bir şagird  lövhədə yazır. Başqa  şagirdlər 

də digər şagirdlərin suallarının cavablarını özlərində qeyd edirlər. Bununla da şagirdlər formuluna 

görə  oksidləri,  əsasları,  turşuları  və  duzları  fərqləndirməyi,  formuluna  görə  onları  adlandırmağı, 

onların alınması üsullarını, fiziki, kimyəvi xassələrini şərh etməyi, əsasları  turşuluğuna və suda həll 

olunmasına  görə  fərqləndirmək  bacarıqlarını  nümayiş  etdirirlər.    Beləliklə,  dərs  yekunlaşdırılır, 

şagirdlər qiymətləndirilir və evə tapşırıq verilir.  



Elmi  yeniliyi.  İnteqrasiyanın  yaradılması  ilə  qeyri-üzvi  maddələrin  əsas  sinifləri  arasında 

əlaqənin  yaradılması  şagirdlərdə  məntiqi  təfəkkürü  inkişaf  etdirilməklə  baza  bilikləri 

sistemləşdirilir. 

Tətbiqi  əhəmiyyəti.  Təlim  prosesində  qeyri-üzvi  maddələrin  əsas  sinifləri  arasında  əlaqənin 

yaradılması  zamanı  təklif  etdiyimiz  qaydada  dərsin  aparılması  müəllimə  az  zaman  ərzində  bütün 

sinfin aktiv fəaliyyətini təmin etməyə və real qiymətləndirməni həyata keçirməyə şərait yaradır. 

 

ƏDƏBİYYAT 

1. Fərəcov M.C. Kimyanın tədrisində fənlərarası əlaqə.  Bakı: Maarif, 1989. 

2. Əskərov A.B., Quliyeva G.N., Niyazova A.A. Kimyanın tədrisi metodikası, SDU. Sumqayıt, 2011. 

  

РЕЗЮМЕ 

ИНТЕГРАЦИЯ И ВЗАИМОСВЯЗЬ МЕЖДУ ОСНОВНЫМИ КЛАССАМИ 

НЕОРГАНИЧЕСКИХ СОЕДИНЕНИЙ  

Аскеров А.Б., Абдуллаева Г.Б., Магеррамова А.С. 

 

Ключевые слова: интеграция, внутрипредметная, межпредметная, укрепляющая, карточки. 

Созданием интеграции между основными классами неорганических соединений  укрепляются 

базовые  знания  учащихся.  В  частности,  у  них  формируется  и  развивается  деятельность  в  области 

логического и творческого мышления. В предложенном нами порядке обучения взаимосвязей между 

основными  классами  неорганических  соединений  создаются  оптимальные  условия  для  учителей, 

которые  за  короткий  промежуток  времени  смогут  активизировать  и  реально  оценить  деятельность 

всех учащихся.    

 

SUMMARY 

INTEGRATION AND INTERRELATION BETWEEN THE MAIN CLASSES  

OF INOQRANIC COMPOUNDS 

Askerov A.B., Abdullayeva H.B., Maharramova A.S.  

 

 

Keywords

:

 integration, intrasubject, interdisciplinary, strengthening, cards.  

With  the  creation  of  integration  among  main  classes  of  inorganic  compounds  basic  knowledge  of 

students is strengthened. Particularly, they acquire and inprove activities in the field of logical and creative 

thinking,  In  the  training  method  of  interrelation  anong  main  classes  of  inorganic  compounds  which  is 

proposed by us optimal conditions are established for teachers, Thus, in a short period of time they will be 

able to promote and really estimade the activities of all students.  



 

  Daxilolma tarixi: 

İlkin variant 

08.11.2017 

 

Son variant 



 

 

Əskərov A.B., Abdullayeva H.B., Məhərrəmova A.S.  


 

92 


 

 

UOT 371.315 

 

MÜASİR TƏLİM PROSESİNDƏ NƏZƏRİ MATERİALLARIN 

MƏNİMSƏNİLMƏSİNİN OPTİMAL YOLLARI 

 

BABAYEV ELDAR ALI oğlu 

Sumqayıt Dövlət Texniki Kolleci, müəllim 

e-mail: 

sdu.elmixeberler@mail.ru

 

 

Açar sözlər: rəsmxət, proyeksiya, qrafik dil, təlim sahəsi 

 

Tədrisin  keyfiyyətinin  artırılması  və  onun  səmərəliliyinin  yüksəldilməsi  pedaqoji 



ictimaiyyətin  daim  diqqət  mərkəzində  olmuş,  pedaqoji  sahədə  aparılan  araşdırma  və  tədqiqatların 

əsasını təşkil etmişdir. Bu sahə ilə bağlı nəzəriyyələr söylənilmiş və metodlar irəli sürülmüşdür.Bu 

metodların hamısının bir məqsədə qulluq etməsinə baxmayaraq, bu məqsədə çatmaq üçün müxtəlif 

yollar  və  fikirlər  söylənilmişdir.  Yəni  burada  məqsəd  dedikdə  idrak  maraqlarının  artırılması, 

müstəqil işləyə bilmənin təmin edilməsi, tələbə fəallığının artırılması nəzərdə tutulur. 

 Təlim  prosesindən  məlumdur  ki,  iki  tərəf  iştirak  edir:  müəllim  və  tələbə.  Yəni  öyrədən  və 

öyrənən tərəflər. Tələbənin müstəqil və təcrübi saatlarına geniş yer ayırmaq, dərsin nəzəri hissəsi ilə 

yanaşı,  təcrübi  metodlarla  öyrədilməsinə  daha  çox  diqqət  yetirmək  lazımdır.  Təbii  ki,  fənnin 

spesifik xüsusyyətləri və didaktik prinsipləri nəzərə alınmalıdır. Texniki mədəniyyət insanın elmdə 

qrafiki metodla verə biləcəyi qrafiki dildir. Qrafiki dilin köməyi ilə xəyal olaraq obyektlərin forma 

və konstruksiyasını, dizayner ideyalarını yaratmaq və formalaşdırmaq olar. Qrafik dil özündə təsviri 

və  xətti  yazı  sistemini  cəmləyib.  Ona  görə  də  onun  köməkliyi  ilə  çertyojun  bütün  informasiyasını 

oxumaq  olar.  Çertyoj  bizi  əhatə  edən  real  aləmin  cisimlərini  öyrənmək  vasitələrindən  biridir.  O, 

uzun inkişaf yolu keçərək qrafik təsvirlərin müasir görünüş alması üçün  yüzilliklər keçmişdir. Hələ 

qədimlərdən  insanlar  ovladıqları  heyvanların  rəsmlərini,  gördükləri  göy  cisimlərini  və  həyatı 

təsvirləri,  daş,  qaya,  qumun  və  dəri  üzərinə  həkk  edirdilər.  Çertyojların  ortaya  çıxması,  insanların 

praktiki  fəaliyyəti  istehkamların  tikilməsi,  şəhərlərin  salınması  ilə  əlaqədardır.  Çertyoj  qədim  rus 

sözü  olub,  hər  hansı  cismi  kağız  üzərində  təsvir  etmək  mənasını  daşıyaraq  16-cı  əsrdə  meydana 

gəlmişdir.  Bizə  gəlib  çatmış  ən  qədim  çertyojların  tarixi  17-ci  əsrə  aiddir.  Bızim  dövrümüzdə 

çertyoj  özünəməxsus  bir  sənəddir.  Çertyojun  istifadə  olunma  məqsədindən  asılı  olaraq,  onun  adı 

olur.  Məsələn:  maşınqayırma  çertyoju,  inşaat  çertyoju,  topoqrafik  çertyoj.  Çertyojlar  tərtib 

olunarkən    Dövlət  Standartlarına  ciddi  əməl  olunmalıdır.  Çertyojları  oxumaq  və  çəkmək  insanın 

praktiki  fəaliyyətində  böyük  əhəmiyyəti  olan  bədii  təfəkkür  və  fəza  təsəvvürlərinin  inkişafına 

kömək  edir.  Çertyoj  məmulatın  tərkibini  və  quruluşunu  müəyyən  edir,  onun  işlənməsi, 

hazırlanması,  ona  nəzarət  etmək,  istismar  və  təmiri  üçün  zəruri  məlumatları  verir.  Cismi  hazır 

detallardan  yığmaq  üçün  yığma  çertyojlarından  istıfadə  olunur.  Yığma  çertyojlarda  detalları 

birləşmiş  şəkildə  təsvir  edirlər.  Belə  çertyojda  cismə  daxil  olan  hər  bir  detal  nömrələnir.  Bütün 

detalların adlarını ayrıca cədvəldə yazırlar. Praktikada çertyojları, nisbəti gözləməklə əl ilə gözəyarı 

çəkirlər və bunlar eskiz adlandırılır. Tədris və praktiki işdə cisimlərin yerləşməsini ancaq sadə və 

şərti verən təsvirlərdən də istifadə olunur ki, bunlara is sxemi deyilir. Rəsmxətdə və digər məktəb 

fənləriində cisimlərin əyani təsvirindən istifadə olunur. Cismin ölçülərinin dəqiqliyini gözləmədən, 

onun əl ilə və gözəyarı çəkilmiş əyani təsvirinə texniki rəsm deyilir. Çertyojları zavoddan zavoda, 

ölkədən ölkəyə göndərirlər. Çertyojlardan təkcə texnikada istifadə olunmur, o, bir çox peşə sahibləri 

ilə  yol  yoldaşıdır.  Çertyojlar  vasitəsi  ilə  yaşayış  binaları  ucaldılır,  bəndlər,  şaxtalar,  elektrik 

stansiyalar  tikilir,  dəmiryolları  və  şosselər  çəkirlər.  Çertyojlarla  əsasən  geyim  hazırlayır,  mebel 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 2                   2017 

  



 

93 


 

düzəldilir,  şəhər  və  qəsəbələr  yaşıllaşdırılır.  Texnikaya  yiyələnmək,  ixtisaslı  fəhlə,  mexanizator, 

dizayner,  yaxşı  mühəndis  olmaq  üçün  çertyoju  oxumağı  bacarmaq  lazımdır.  Çertyoju  oxumaq 

bacarığını mənimsəmək, onu çəkmək qaydalarını öyrənməyin təməli isə orta məktəbdəki tədrisdən 

başlayır.  Tədris  olunan  rəsmxət  fənninin  şagirdlərə  düzgün  aşilanması,  təcrübi  və  nəzəri  olaraq 

öyrədilməsi bilavasitə həmin fənni tədris edən müəllimin üzərinə düşür. Rəsmxət fənni təkcə orta 

məktəbdə deyil, həmçinin texniki peşə məktəblərində, ali texniki tədris müəssisələrində də öyrədilir. 

Orta və orta ixtisastəhsilli məktəblərdə rəsmxət fənni, çertyojları çəkmək texnikası və onları tərtib 

etmə  qaydaları,  proyeksiyalama  sistemində  çertyojlar,  texniki  rəsmlər  və  həndəsi  cisimlər, 

çertyojların çəkilmə və  oxunma qaydaları, eskizlər, kəsim və kəsiklər,  yığma çertyojları və inşaat 

çertyojlarının oxunması bölmələri ardıcıllıqla tədris olunur [2, 5-12]. 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



İndi isə rəsmxət fənninin həndəsi cisimlə, onların proyeksiyalayıcı müstəvilərlə kəsilməsi və 

səthlərinin  açılışının  qurulması  mövzularına  nəzər  salaq.  Həndəsi  cisimlərə  silindr,  piramida, 

prizma,  konus,  kürə,  düzbucaqlı  və  s.misal  göstərmək  olar.  Həndəsi  fiqurların  hər  hansı  birinin 

(məsələn,  altıüzlü  prizmanın),  hər  hansı  proyeksiyalayıcı  (frontal  proyeksiyalayıcı  )  müstəvi  ilə 



Babayev E.A. 

 


 

94 


 

kəsilməsindən  alınan  kəsiyin  həqiqi  boyunun  təyini  (proyeksiya  müstəvilərinin  yerdəyişmə  üsulu) 

kəsik altıüzlü prizmanın açılışının və izometriyasının qurulması mövzusuna nəzər salsaq, görərik ki, 

tələbə bu mövzunu nəzəri cəhətdən  mənimsəmək üçün çox vaxt sərf etməli və bir neçə tamamlama 

işi  görməlidir.  Yuxarıda  qeyd  olunanları  tələbəyə  və  yaxud  öyrənən  tərəfə  nəzəri  formada 

catdırmaqla  yanaşı,  yəni  praktiki  yolla  onun  həllinə  daha  çox  diqqət  yetirilərsə  (məsələn,  hər  bir 

tələbə fərdi şəkildə həmin prizmanı ağacdan, kartondan və ya kağızdan istifadə edərək laboratoriya 

şəraitində onun maketini sərbəst şəkildə özü düzəldərsə), öyrənən tərəf həmin mövzunu daha ətraflı 

və  daha  dərindən  mənimsəməklə  yanaşı,  aşağıdakı  meyarları  özündə  cəmləşdirmiş,  məsulüyyət, 

iradi  keyfiyyətlər  və  sərbəst  düşüncə  tərzi  formalaşdırmış  olur.  Tələbə  biliyini  səfərbər  etməyə 

çalışır. Verilmiş tapşırığı başqa tapşırıqlarla müqayisə edərək, öz bilik dairəsindən kənara çıxmağa 

cəhd  edir  və  daim  axtarışda  olur.  Məsələnin  həllində  konkret  və  ardıcıl  olmağa  çalışır,  məsələnin 

suallarını  ayırd  etmək  vərdişləri  qazanır.  Yuxarda  göstərilən  şəkildə  altıüzlü  prizma  frontal 

proyeksiyalayıcı  müstəvi  ilə  kəsilmiş,  kəsiyın  həqiqi  boyu  proyeksiya  müstəvilərinin  yerdəyişmə 

üsulu ilə təyin edilmiş, kəsik prizmanın səthinin açılışı və izometriyası verilmişdir [1, 98-100]. 

 

ƏDƏBİYYAT 

1.

 

Боголюбов С.К. Черчениe. М.: Машиностроение, 1989, 98-100.  



2.

 

Orta məktəb üçün rəsmxət dərsliyi. Bakı: Maarif, 2009, 5-12. 



 

РЕЗЮМЕ 

ОПТИМАЛЬНЫЕ ПУТИ УСВОЕНИЯ ТЕОРЕТИЧЕСКОГО МАТЕРИАЛА В 

СОВРЕМЕННОМ ОБУЧАЮЩЕМ ПРОЦЕССЕ 

Бабаев Э.А. 

 

Ключевые слова: черчение, проекция,  графический язык, область обучения 

В  процессе  преподавания  помимо  теоретической  формы  изложения  материала  необходимо 

особое внимание уделить его практическому решению. Такой подход будет способствовать: 

а) формированию свободной формы мышления; 

б) мобилизации  знаний; 

в) выходу за рамки готовых знаний и поиску новых возможностей; 

г) конкретному и последовательному решению проблемы. 

 

       



SUMMARУ 

 APPROPRIATE WAYS OF ADOPTING THEORETICAL MATERIALS IN THE MODERN 

EDUCATION PROCESS. 

Babaнev E.A. 

 

Keywords: drawing, projection,  graphical language, field of study. 

In addition to delivering lesson to a student or a learner in the theoretical form, it is necessary to pay 

special attention on practical solution. This approach will help to: 

a) formation of a free form of thinking; 

b) mobilization of knowledge; 

c) go beyond the ready knowledge and find new opportunities;  

d) specific and consistent solution of yhe problem.  

 

  Daxilolma tarixi: 

İlkin variant 

22.12.2016 

 

Son variant 



 

 

Müasir təlim prosesində nəzəri materialların mənimsənilməsinin optimal yolları 


 

95 


 

Mündəricat              Содержание        Contents 

 

 



Dilçilik   

 



Bayramov A.Ə. Geyim və bəzək adlarının bayatılarda əks olunması



 



Eminli B.İ. Evfemizmlərin linqvomədəni spesifikası 



Mürsəliyeva  X.M.  İntensivliyin  ədəbi  dilin  funksional  üslublarında  işlənmə 

dərəcəsi 

12 



Musayeva İ.İ. Toy mərasimi ilə bağlı bəzi terminlərin struktur-semantik təhlili 



16 

 

 



Ədəbiyyatşünaslıq 

 



Абдуллаев А.Н. 

Образ Гейдара Алиева в художественном творчестве 

русскоязычных писателей Азербайджана  

20 



Hüseynova A.H. XX əsrin 30-cu illərinədki repressiya şəraitində Sovet 



Azərbaycanı nəsrində bölünmüş vətən ideyasına münasibət 

23 




Kərimova V.S. Ədəbi-tənqidi mətndə  estetik  problematikanın  fəaliyyətinin 

spesifikası 

29 



Babayeva A.N. Sənədli nəsrin problemləri  (Mustafa Çəmənlinin “Fred Asif” və 



“Mübariz” adlı sənədli povestləri əsasında) 

35 


 

 

Tarix    

 



Sadıqov H.Ş., Məmmədov R.S. Mədəniyyət: mahiyyəti və funksiyaları 

40 

10  Məmmədli B.İ., Xəlilov E.Ş. Məşhur fransız yazıçısı-səyyah Aleksandr Dümanın  



“Qafqaz səfəri” əsəri tarixi mənbə kimi 

46 


11  Mərdanov İ.İ., Ağayev T.D., Süleymanlı D.Q., Əliyeva N.F. Pirsааt çаyının 

hövzəsinin geoloji və geomorfoloji şərаiti 

49 

 

 

İqtisadiyyat   

 

12 



Fərzəliyev M.M., Əzizova K.V. Qlobal iqtisadi problemlər və onların həlli yolları 

53 


13 

Mahmudova L.F., Osmanov İ.O., Abdullayeva Y.T. Qlobal maliyyə böhranının 

aradan qaldırılmasında beynəlxalq maliyyə-kredit təşkilatlarının rolu 

57 

14 


Pirverdiyeva S.A. Sənayedə əmək kollektivlərinin sosial inkişafının əsas 

istiqamətləri 

62 

15 


Aslanov Z.Y., Rəcəbov İ.S. Maşınqayırma müəssisəsində keyfiyyət menecmenti 

sisteminin proseslərinin işlənməsi 

65 

16 


Həsənov T.G., Allahverdiyeva S.Ə., Mursaquliyev C.Ə.  Quba-Xaçmaz iqtisadi-

coğrafi rayonunda (İCR) xidmət sahələrinin və nəqliyyatın ərazi üzrə təşkilinin 

coğrafi xüsusiyyətləri 

70 


 

 

Pedaqogika, psixologiya, metodika  

 

17  Kərimova M.F. İncəsənət terapiyası 



75 

18  İsаyеvа  Z.M. Elmi yaradıcılıq fəaliyyətini səciyyələndirən xüsusiyyətlər   

79 

19  Həsənova X.S., Allahverdiyeva N.Ə., Əliyeva A.R. Riyaziyyat təliminin həyatla 



əlaqələndirilməsində praktik və məntiq məzmunlu məsələlərin rolu 

83 


20  Əskərov A.B., Abdullayeva H.B., Məhərrəmova A.S. İnteqrasiya və qeyri-üzvi 

birləşmələrin  sinifləri arasında  əlaqənin yaradılması 

88 

21  Babayev E.A. Müasir təlim prosesində nəzəri materialların  mənimsənilməsinin 



optimal yolları 

92 


 


 

96 


 

 

 



 

 

 



 

Kompüter yığımı 



 S.Şahverdiyeva 

Texniki redaktor 



 E.Həsrətova 

D

il dəstəyi



 

Linqvistik Mərkəz 

 

 



 

 

 



 

 

Yığılmağa verilmişdir: 05.01.2017- ci il 



Çapa imzalanmışdır: 2017-ci il 

Mətbəə kağızı, kağızın formatı: 70

*

108 ¼ 


Yüksək çap üsulu 

Şərti çap vərəqi 6. 

Sifariş  . 

Tiraj 250 nüsxə. 

Qiyməti müqavilə yolu ilə. 

Sumqayıt Dövlət Universitetinin mətbəəsində çap olunmuşdur. 

 

 

 



 

Müxbir ünvan: 

 

Azərbaycan, 5008, Sumqayıt, 43-cü məhəllə 



Tel:    (0-12) 448-12-74 

           (0-18) 644-88-10 



Faks: (0-18) 642-02-70 

Web: www.sdu.edu.az 

E-mail: sdu.elmixeberler@mail.ru 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə