9
Kitabxanada yuxarı sinif şagirdləri və ədəbiyyat dərnəyinin
üzvləri ilə “Böyük vətənpərvər” adlı oxucu konfransı da təşkil
etmək olar. Konfransdan öncə onun propramı tərtib olunma lı,
konfransın keçiriləcəyi dəqiq vaxt müəyyən edilməlid ir.
Proqramda
konfransda
çıxış
edəcək
qonaqların,
ədəbiyyatşünasların və şagirdlərin
adları, onların çıxış
edəcəkləri mövzular, tədbirin keçirələcəyi məkan və zaman
qeyd olunur. Konfrans zamanı V.Hüqonun yaradıcılığına
yaxından bələd olan jurnalist, yazıçı və şairlərin çıxışları
dinlənilir.
Oxucu konfransının planını sizə təqdim edirik:
1. Giriş hissə (V.Hüqonun həyat və yaradıcılığı haqqında
məruzə).
2. V.Hüqonun yaradıcılığı haqqında kitabxana rəhbərliyi nin,
jurnalist, yazıçı və şairlərin çıxışları.
3. Yuxarı sinif şagirdləri və ədəbiyyat dərnəyi üzvlərindən ibarət
olan oxucuların V.Hüqonun müxtəlif əsərləri ətrafında
müzakirələri.
4. Konfransın yekunu.
Kitabxanaçı: XIX əsr fransız
ədəbiyyatının
görkəmli
ədiblərindən biri də Viktor Hüqo idi. Hüqonun əsərləri
dünyanın, demək olar ki, bütün dillərinə tərcümə olunmuş və
dünya ədəbiyyatında müəllifin yerini müəyyən etmişdi. Onun
“Səfillər”, “Büq Jarqal”, “Paris Notr-Dam kilsəsi”, “Gülən
adam”, “Dəniz zəhmətkeşləri”, “93-cü il” romanları, eləcə də
poeziyası dünya oxucularının stolüstü kitabına çevrilmiş, dram
əsərləri müxtəlif ölkələrin teatrlarının repertuarında özünə
möhkəm yer tutmuşdu. V.Hüqonun yaradıcılığı ilə bağlı sözü
iştirakçılara veririk.
10
I iştirakçı: - Dünya ədəbiyyatının korifeylərindən olan Hüqo
1826-28-ci illərdə yazdığı şeirləri 1829-cu il yanvarın 14-də
“Şərq motivləri” adı altında kitab şəklində nəşr etdirmişdi.
Azərbaycan oxucularının romanlar müəllifi kimi tanıdıq lar ı
V.Hüqo həm də böyük şairdir. On üç yaşında ikən ilk şeirlərini
yazıb, 18 yaşında artıq “şeir magistri” adlandırılan şair “Odalar”
(1822), “Payız yarpaqları” (1831), “Şüalar və kölgələr” (1840),
“Daxildən gələn səslər” (1837), “İntiqam” (1853), “Tamaşalar”
(1856), “Dəhşətli il” (1871), nəhayət, 1859-1870-ci illər
arasında dördcildlik
“Əsrin əfsanəsi”
poetik əsərlərini
yazmışdır. Müqayisə üçün demək lazımdır ki, Hüqo 20 cildlik
romanlarla yanaşı, 26 cildlik də şeir kitablarının müəllifidir.
II iştirakçı: – Hüqo yaradıcılığında Şərq motivlərinin bir qolu
da Türk-Yunan müharibəsidir.
Hüqo dünya ədəbiyyatının nadir simalarından biridir. Ancaq
o, hər halda Avropanın oğlu idi. Avropanın türklərə qarşı
yönəlmiş “səlib yürüşü” gənc şairi də öz təsiri altına almışdı.
Hüqonun “Şərq motivləri”nin bir qolu da İspaniyaya bağlıdır.
Ərəb mədəniyyətini özündə çox gözəl təcəssüm etdirən İspaniya
“Şərq motivləri”ndə təsvir edilən yerlər içərisində şairin olduğu
yeganə ölkə idi. 1811-ci ildə Hüqonun atası general Sijisberin
hərbi xidməti ilə əlaqədar olaraq bir il orada yaşamışdı.
Şairin “Qrenada”, “Peyğəmbər çiçəkləri”, “Mavr romansı”,
“Kölgə” və digər şeirləri İspaniya həyatı ilə bağlıdır.
“Qrenada” şeirində şair Şərq mədəniyyətinin kök saldığı İspan
şəhəri Qrenadanın gözəlliklərini vəsf etmiş və mavrların bu
ölkədəki tarixi-mədəni yadigarı – Əlhəmra (Qırmızı qala)
sarayını xatırlamışdır.
III iştirakçı: – Hüqonu səciyyələndirən cəhətlər çoxdur.
Onlardan birini xüsusi qeyd etmək lazımdır: dostluğa sadiqlik.
O, dostları haqqında o qədər ağız dolusu, o qədər ürəklə,
səxavətlə danışmışdı ki... Onun öz müasirləri Balzak, Düma,
11
Jorj Sand və digər fransız ədibləri haqqında fikirləri bunu təsdiq
etmişdi.
Məsələn, 1850-ci il avqustun 20-də Balzakın dəfni zamanı o
demişdi: “Balzak XIX əsr yazıçılarının Napoleondan sonra
gəlmiş nəslinə mənsub idi. Bizim günlərimizdə istedadlı adamın
itkisi
cəmiyyətin
geniş
dairələrini,
bütün
millət i
kədərləndirmişdir. Cənab de Balzak dahilər arasında ən birinci,
seçilənlər arasında ən yaxşısı idi”.
1870-ci ildə Aleksandr Düma vəfat edərkən sürgündə olan
Hüqo dostunun oğluna yazmışdı: “Aleksandr Düma adamı
məftun, valeh etmiş, əyləndirmiş, öyrətmişdir. Onun bu qədər
çoxlu və müxtəlif, bu qədər canlı, valehedici və qüdrətli olan
əsərləri bütün Fransaya xas olan nur saçmışdır. Aleksandr
Dümanın ağlı qədər ürəyi də böyük idi. O, nəcib və mehriban
insan idi”.
1876-cı il iyunun 8-də Jorj Sond vəfat edərkən onun tabutu
başında Hüqo kədər işərisində böyük səxavətlə öz dostu
haqqında demişdir: “Mən onu sevirdim, ona valeh idim, onun
qarşısında pərəstiş edirdim. Haribaldinin möcüzələr törətdiyi bir
dövrdə o, şah əsərlər yaradırdı. İndi bu qədər adamın Fransanı
şərəfləndirdikləri bir zamanda, vətəni ucaldan insanlara daha
böyük ehtiyac var”.
Viktor Hüqonun anadan olmasının 215 illiyi münasibətilə
kitabxanalarda
dəyirmi
masaların, yaradıcılıq gecələrinin
keçirilməsi də məqsədəuyğundur. Belə tədbirlərə xarici
ədəbiyyatı daha çox mütailə edən oxucuları dəvət etmək faydalı
olardı. Dəyirmi masanın keçiriləcəyi zalda yazıçının böyük
portretinin asılması, kitablarının sərgisinin təşkili vacibdir.
Tədbiri xidmət şöbəsinin müdiri açaraq Viktor Hüqonun həyat
və yaradıcılığı haqqında qısa məlumat verir. Daha sonra
iştirakçılar Viktor Hüqonun yaradıcılığı ətrafında diskussiya,
fikir mübadiləsi aparırlar.
Dostları ilə paylaş: |