Uşaq Kitabxanası



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix28.06.2018
ölçüsü0,78 Mb.
#52018
1   2   3   4   5   6

 

Kitabxanada  yuxarı  sinif  şagirdləri  və  ədəbiyyat  dərnəyinin 



üzvləri  ilə  “Böyük vətənpərvər” adlı  oxucu  konfransı  da təşkil 

etmək  olar.  Konfransdan  öncə  onun  propramı  tərtib  olunma lı, 

konfransın  keçiriləcəyi  dəqiq  vaxt  müəyyən  edilməlid ir. 

Proqramda 

konfransda 

çıxış 


edəcək 

qonaqların, 

ədəbiyyatşünasların  və  şagirdlərin 

adları,  onların  çıxış 

edəcəkləri  mövzular,  tədbirin  keçirələcəyi  məkan  və  zaman 

qeyd  olunur.  Konfrans  zamanı  V.Hüqonun  yaradıcılığına 

yaxından  bələd  olan  jurnalist,  yazıçı  və  şairlərin  çıxışları 

dinlənilir. 



            Oxucu  konfransının  planını  sizə təqdim  edirik: 

 

1.  Giriş  hissə  (V.Hüqonun  həyat  və  yaradıcılığı  haqqında 



məruzə). 

2.  V.Hüqonun  yaradıcılığı  haqqında  kitabxana  rəhbərliyi nin, 

jurnalist,  yazıçı  və şairlərin  çıxışları. 

3. Yuxarı  sinif  şagirdləri  və ədəbiyyat  dərnəyi  üzvlərindən  ibarət 

olan  oxucuların  V.Hüqonun  müxtəlif  əsərləri  ətrafında 

müzakirələri. 

4. Konfransın  yekunu. 

 

Kitabxanaçı:  XIX  əsr  fransız 

ədəbiyyatının 

görkəmli 

ədiblərindən  biri  də  Viktor  Hüqo  idi.  Hüqonun  əsərləri 

dünyanın,  demək  olar  ki,  bütün  dillərinə  tərcümə  olunmuş  və 

dünya  ədəbiyyatında  müəllifin  yerini  müəyyən  etmişdi.  Onun 

“Səfillər”,  “Büq  Jarqal”,  “Paris  Notr-Dam  kilsəsi”,  “Gülən 

adam”,  “Dəniz  zəhmətkeşləri”,  “93-cü  il”  romanları,  eləcə  də 

poeziyası  dünya  oxucularının  stolüstü  kitabına  çevrilmiş,  dram 

əsərləri  müxtəlif  ölkələrin  teatrlarının  repertuarında  özünə 

möhkəm  yer  tutmuşdu.  V.Hüqonun  yaradıcılığı  ilə  bağlı  sözü 

iştirakçılara  veririk. 



10 

 

I  iştirakçı:  -  Dünya  ədəbiyyatının  korifeylərindən  olan  Hüqo 

1826-28-ci  illərdə  yazdığı  şeirləri  1829-cu  il  yanvarın  14-də 

“Şərq motivləri”  adı  altında  kitab  şəklində  nəşr etdirmişdi. 

Azərbaycan  oxucularının  romanlar  müəllifi  kimi  tanıdıq lar ı 

V.Hüqo  həm  də böyük  şairdir.  On üç  yaşında  ikən  ilk  şeirlərini 

yazıb,  18 yaşında  artıq  “şeir  magistri”  adlandırılan  şair  “Odalar” 

(1822), “Payız  yarpaqları”  (1831), “Şüalar  və  kölgələr”  (1840), 

“Daxildən  gələn  səslər”  (1837), “İntiqam”  (1853),  “Tamaşalar” 

(1856),  “Dəhşətli  il”  (1871),  nəhayət,  1859-1870-ci  illər 

arasında  dördcildlik 

“Əsrin  əfsanəsi” 

poetik  əsərlərini 

yazmışdır.  Müqayisə  üçün  demək  lazımdır  ki,  Hüqo  20 cildlik 

romanlarla  yanaşı,  26 cildlik  də şeir  kitablarının  müəllifidir. 

II iştirakçı:  – Hüqo  yaradıcılığında  Şərq motivlərinin  bir  qolu 

da Türk-Yunan  müharibəsidir. 

   Hüqo  dünya  ədəbiyyatının  nadir  simalarından  biridir.  Ancaq 

o,  hər  halda  Avropanın  oğlu  idi.  Avropanın  türklərə  qarşı 

yönəlmiş  “səlib  yürüşü”  gənc  şairi  də öz təsiri  altına  almışdı. 

    Hüqonun  “Şərq motivləri”nin  bir qolu  da İspaniyaya   bağlıdır.   

Ərəb mədəniyyətini  özündə  çox gözəl  təcəssüm  etdirən  İspaniya 

“Şərq  motivləri”ndə  təsvir  edilən  yerlər  içərisində  şairin  olduğu 

yeganə  ölkə  idi.  1811-ci  ildə  Hüqonun  atası  general  Sijisberin 

hərbi  xidməti  ilə  əlaqədar  olaraq  bir  il  orada yaşamışdı. 

    Şairin  “Qrenada”,  “Peyğəmbər  çiçəkləri”,  “Mavr  romansı”, 

“Kölgə”  və digər  şeirləri  İspaniya  həyatı  ilə  bağlıdır. 

   “Qrenada”  şeirində  şair Şərq mədəniyyətinin  kök saldığı  İspan 

şəhəri  Qrenadanın  gözəlliklərini  vəsf  etmiş  və  mavrların  bu 

ölkədəki  tarixi-mədəni  yadigarı  –  Əlhəmra  (Qırmızı  qala) 

sarayını  xatırlamışdır. 



III  iştirakçı:  –  Hüqonu  səciyyələndirən  cəhətlər  çoxdur. 

Onlardan  birini  xüsusi  qeyd  etmək  lazımdır:  dostluğa  sadiqlik. 

O,  dostları  haqqında  o  qədər  ağız  dolusu,  o  qədər  ürəklə, 

səxavətlə  danışmışdı  ki...  Onun  öz  müasirləri  Balzak,  Düma, 




11 

 

Jorj Sand və digər  fransız  ədibləri  haqqında  fikirləri  bunu  təsdiq 



etmişdi. 

   Məsələn,  1850-ci  il  avqustun  20-də Balzakın  dəfni  zamanı  o 

demişdi:  “Balzak  XIX  əsr  yazıçılarının  Napoleondan  sonra 

gəlmiş  nəslinə  mənsub  idi.  Bizim  günlərimizdə  istedadlı  adamın 

itkisi 

cəmiyyətin 



geniş 

dairələrini, 

bütün 

millət i 



kədərləndirmişdir.  Cənab  de Balzak  dahilər  arasında  ən  birinci, 

seçilənlər  arasında  ən yaxşısı  idi”. 

   1870-ci  ildə  Aleksandr  Düma  vəfat  edərkən  sürgündə  olan 

Hüqo  dostunun  oğluna  yazmışdı:  “Aleksandr  Düma  adamı 

məftun,  valeh  etmiş,  əyləndirmiş,  öyrətmişdir.  Onun  bu  qədər 

çoxlu  və  müxtəlif,  bu  qədər  canlı,  valehedici  və  qüdrətli  olan 

əsərləri  bütün  Fransaya  xas  olan  nur  saçmışdır.  Aleksandr 

Dümanın  ağlı  qədər  ürəyi  də böyük  idi.  O, nəcib  və  mehriban 

insan  idi”. 

    1876-cı  il  iyunun  8-də Jorj  Sond  vəfat  edərkən  onun  tabutu 

başında  Hüqo  kədər  işərisində  böyük  səxavətlə  öz  dostu 

haqqında  demişdir:  “Mən  onu  sevirdim,  ona  valeh  idim,  onun 

qarşısında  pərəstiş  edirdim.  Haribaldinin  möcüzələr  törətdiyi  bir 

dövrdə  o, şah  əsərlər  yaradırdı.  İndi  bu  qədər  adamın  Fransanı 

şərəfləndirdikləri  bir  zamanda,  vətəni  ucaldan  insanlara  daha 

böyük  ehtiyac  var”. 

Viktor  Hüqonun  anadan  olmasının  215  illiyi  münasibətilə 

kitabxanalarda 

dəyirmi 

masaların,  yaradıcılıq  gecələrinin   

keçirilməsi  də  məqsədəuyğundur.  Belə  tədbirlərə  xarici 

ədəbiyyatı  daha çox mütailə  edən oxucuları  dəvət  etmək  faydalı 

olardı.  Dəyirmi  masanın  keçiriləcəyi  zalda  yazıçının  böyük 

portretinin  asılması,  kitablarının  sərgisinin  təşkili  vacibdir. 

Tədbiri   xidmət  şöbəsinin  müdiri  açaraq Viktor  Hüqonun  həyat 

və  yaradıcılığı    haqqında  qısa  məlumat  verir.  Daha  sonra 

iştirakçılar  Viktor  Hüqonun  yaradıcılığı  ətrafında  diskussiya, 

fikir  mübadiləsi  aparırlar. 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə