Uşaq Kitabxanası



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix28.06.2018
ölçüsü0,78 Mb.
#52018
1   2   3   4   5   6

18 

 

paylanır.  Ən  çox  suala  cavab  verən  oxucu  kitabxana  rəhbərliyi 



tərəfindən  mükafatlandırılır. 

Sual:  1. Viktor  Hüqo  kimdir? 

Cavab:  Viktor  Hüqo  – böyük  fransız  yazıçısı,  dramaturq,  şair, 

publisist,  utopik  realizmin  ən  nüfuzlu  nümayəndələrindən  biri 

olmuşdur. 

Sual: 2. Viktor  Hüqonun  nəzm  əsərləri  arasında  hansı  poemaları 

daha məşhurdur? 



Cavab:  Nəzm  əsərləri  arasında  “Düşüncələr”  və  “Əsrlərin 

əfsanəsi”  kimi  poemaları  daha məşhurdur. 



Sual:  3.  Dünya  oxucularının  F.Hüqonun  ən  çox  bəyəndiyi 

əsərləri   hansılardır? 



Cavab:  Oxucuların  ən çox  bəyəndiyi  əsərləri  “Səfillər”,  “Notr-

Dam  qozbeli”  , “Edam  məhkumunun  son günü”  romanlarıdır. 



Sual:  4.  Hüqo  yaradıcılığını  tədqiq  edən  alimlər  onu  neçə 

mərhələyə  ayırırlar  və hansılardır?   



Cavab:  Hüqo  yaradıcılığını  tədqiq  edən  alimlər  onu  3 

mərhələyə  ayırırlar: 

1-ci mərhələ.  Sürgündən  əvvəl  ( ilkin  yaradıcılıqdan  1850-ci ilə 

qədər olan  dövr). 

2-ci mərhələ.  Sürgün  dövrü  ( 1850-1870). 

3-cü mərhələ.  Sürgündən  sonrakı  dövr  (1870-1885). 



Sual:  5. Maksim  Qorki Hüqo  haqqında  nə demişdir? 

Cavab:  “Bu  tribun  şair  dünyanın  başı  üzərində  bir  tufan  kimi 

gurlayıb,  insanın  ruhunda  olan  bütün  gözəlliklərə  həyat  verdi, 

can  verdi.  O,  bütün  insanlara  həyatı,  gözəlliyi,  həqiqəti  və 

Fransanı  sevməyi  öyrətdi”. 



Sual:  6. Viktor  Hüqo  neçə yaşında  ilk  şeirlərini  yazmış  və neçə 

yaşında  “şeir  magistri”  adını  almışdı? 



Cavab: Viktor  Hüqo on üç yaşında  ikən  ilk  şeirlərini  yazmış,  18 

yaşında  artıq  “şeir  magistri”  adını  almışdı. 



Sual:  7. Şairin  hansı  şeirləri  İspaniya  həyatı  ilə  bağlıdır? 


19 

 

Cavab:  Şairin  “Qrenada”,  “Peyğəmbər  çiçəkləri”,  “Mavr 

romansı”,  “Kölgə”  şeirləri  İspaniya  həyatı  ilə  bağlıdır. 

Sual:  8.  Hüqo  “Səfillər” 

romanını  neçənci  ildə  yazıb 

qurtarmışdır? 

Cavab:  Hüqo “Səfillər”  romanını  1862-ci il  fevral  ayının  13-də  

“Paris  Notr-Dam  kilsəsi”  kitabının  nəşrindən  düz  otuz  bir  il 

sonra  yazıb  qurtarmışdır. 

Sual:  9.  Hansı  rus  yazıçısı  “Səfillər”  romanını  fransız 

ədəbiyyatının  ən yaxşı  romanı  adlandırmışdı? 



Cavab:  Dahi  rus  yazıçısı  Lev  Tolstoy  “Səfillər”  romanını 

fransız  ədəbiyyatının  ən yaxşı  romanı  adlandırmışdır. 



Sual:  10.  Azərbaycanın  görkəmli  alimi,  mahir  tərcüməçi 

Mikayıl  Rəfili  yazıçının  hansı  əsərlərini  bizim  dilə  tərcümə 

etmişdir? 

Cavab:  Görkəmli  alim  Mikayıl  Rəfili  yazıçının  “Gülən  adam” 

(1927), “Paris  Notr-Dam  kilsəsi”  (1936), “Doxsan  üçüncü  il”  ( 

1948) romanlarını  Azərbaycan  dilinə  tərcümə  etmişdir. 

Kitabxanada  V.Hüqonu  yuxarı  sinif  şagirdlərinə  tanıtmaq, 

qələmə  aldığı  əsərlərlə  yaxından  tanış  etmək  üçün  yazıçının 

məşhur  romanı  olan  “Səfillər”  əsərindən 

bir  parça 

səhnələşdirilə  bilər,  tədbirin  sonunda  iştirakçılar  kitabxana 

rəhbərliyi  tərəfindən mükafatlandırılır. 

Kitabxanada  Viktor  Hüqonun  “Səfillər”  romanı  ilə  bağlı 

böyük oxu  zalında  diskussiya da təşkil  etmək  olar. Belə  tədbirin 

təşkili  zamanı  bir  neçə  şair,  yazıçı,  ədəbiyyatşünas  dəvət  etmək 

tədbiri  daha maraqlı  edər. Öncə aparıcı  çıxış  üçün  dəvət olunmuş 

qonaqları  və  oxucuları  salamlayır.  Yazıçının  həyat  və 

yaradıcılığı,  215 illik  yubileyi  ilə  əlaqədar kitabxanada  keçirilə n 

tədbirlər  haqqında  qısa  məlumat  verdikdən  sonra  yazarlardan 

birini  və ya ədəbiyyatşünas  alimi  əsər haqqında  danışmağa  dəvət 

edir. 



20 

 

Məruzəçilərin  çıxışından  sonra  kitabxanaçı  tədbiri  belə bitirir : 



Ölməz  ədibin  sahilsiz  kədərinin  ayrılmaz  parçası  olan  bu  şah 

əsəri  hər  bir  insana  mənəvi  cəhətdən  zənginlik  qazandıracaq 

qüdrətə  sahib  romandır.  Əgər  “Səfillər”  olmasaydı,  dünya 

ədəbiyyatı  həqiqətən  də bir  xeyli  yoxsul  görünərdi. 

Kitabxanada  Viktor  Hüqonun  215  illik  yubileyi  ilə  əlaqədar 

ədəbi-bədii  gecənin  keçirilməsi  məqsədəuyğundur.  Çünki 

kitabxanada  ədəbi-bədii  gecənin  təşkili  yubilyarın  həyat  və 

yaradıcılığı  ilə  daha yaxından  tanış  olmağa  imkan  verir.  Gecəyə 

V.Hüqonun  yaradıcılığına  yaxından  bələd  olan  tanınmış 

yazıçılar,  ədəbiyyatşünaslar,  tənqidçilər,  jurnalistlər  dəvət  oluna 

bilər.  Ədəbi-bədii  gecənin  ssenarisini  sizə  təqdim  edirik. 

   Əvvəlcə  iştirakçılara  V.Hüqonun  həyat  və  yaradıcılığında n 

bəhs  edən  “Romantizm  və Hüqo”  adlı  slayd  təqdim  olunur. 

Sonra isə  aparıcılar  səhnəyə  daxil  olurlar. 

I  Aparıcı:  Salam  hörmətli  qonaqlar,  əziz  dostlar.  Bu  il 

Fransanın  görkəmli  yazıçısı,  XIX  əsrin  böyük  korifeyi  Viktor 

Hüqonun  215 illiyidir. 

   Hüqo  83  il  yaşamışdır.  İlk  baxışda  elə  görünə  bilər  ki,  şair 

qayğısız,  şən  ömür  keçirmişdir.  Ancaq  Hüqonun  həyatına 

yaxından  bələd  olan  yazıçının  nə  qədər  kədərli  həyat 

keçirdiyinin  şahidi  olar.  O,  20  ilə  yaxın  sürgündə  olmuşdur 

(1852-1870). Şair atasını,  anasını,  həyat  yoldaşını,  iki  oğlunu  və 

qızını  itirmişdi.  Əlbəttə,  bura  onun  yaxın  qohumlarını  və 

dostlarını  da əlavə  etmək  olar, xüsusilə  qələm  dostları  Balzak  və 

Dümanı. 

Viktor  Hüqo  ölüm  ərəfəsində  öz  yaradıcılığına  yekun  vuraraq 

özü  haqqında  belə  demişdir:  “Mən  öz  kitablarımda,  dram,  nəsr 

əsərlərimdə  kiçik  və  bədbəxt  adamları  müdafiə  etmişəm, 

təlxəyin,  nökərin,  məhbusun  da  insan  hüququ  olduğunu 

göstərmişəm”. 




21 

 

II Aparıcı:  “Zülmətdən  nura  doğru  yüksələn  bütün  yollardan  ən 

nəcibi  və  ən  çətini  aristokrat  və  monarxist  doğulub  sonradan 

demokrat  olmaqdır”.  Viktor  Hüqo  bu  sözləri  deyərkən, 

Napoleon  ordusunda  artıq  general  rütbəsi  qazanmış  atası 

Sijisber  ilə  anası  madam  Sofi  Hüqonun  ailə  izdivacını  “zülmət ” 

adlandırmışdır.  Bu  “zülmət”  onun  yaradıcılığının  birinci 

mərhələsini  başdan-başa  bürümüşdü;  belə  ki,  o, on beş  yaşında 

olarkən  (1817)  Paris  Akademiyasının  poeziya  şöbəsi  üzrə 

“Həyatın 

bütün 

sahələrində” 



elmin 

gətirdiyi 

səadət” 

mövzusunda 

elan 

etdiyi 


müsabiqədə 

tərifnamə 

ilə 

mükanlandırılmış,  dörd il  keçməmiş,  gənc  Hüqo Fransada  “Büq 



Jarqal”  (1821) romanının  müəllifi  kimi  artıq  tanınmışdı.  Ancaq 

Hüqo  zülmətdən  qaçıb qurtara  bilməmiş,  bu dəfə onu  ölkədə  ən 

görkəmli  yazıçı  hesab  edilən  Şatobriyanın  təmtəraqlı,  gurultulu 

cümlələri  öz  təsirinə  salmış  və  Hüqo  özü  “Ədəbi  mühafizəkar” 

adlı  bir  məcmuə  təsis  etmək  qərarına  gəlmişdir.   O istəyirdi  ki, 

eyni  zamanda  həm  köhnə,  “yaxşı  zövqün”  mühafizəçisi,  həm  də 

azadlığın 

dostu  olsun;  həm  Şatobriyan  yaradıcılığının 

pərəstişkarı,  həm  də Bayronun  ardıcılı  olsun;  həm  ənənəçi,  həm 

də  yenilikçi  olsun.  O,  öz  əsərlərində  klassizmin  “sarsılma z” 

normalarını  qeyri-şüuri  olaraq  pozurdusa  da, hər  hansı  bir  yeni 

ədəbi  “məktəbə  qoşulmaq”  haqqında  hələ  düşünmürdü. 



III  Aparıcı:  Dahi  sənətkarlardan  hər  birinin  arzusu  həmişə  əsl 

insan  surətini  qələmə  almaqdır.  Belə  sənətkarlardan  bəzilər i 

qəm-qüssə  içərisində,  bəziləri  ağlaya-ağlaya,  bəziləri  gülə-gülə, 

bəziləri  düşünə-düşünə  yaratdıqları  surətlə  bəşəriyyətə  öz 

borclarını  vermişlər.   

   “Ölümə  məhkumun  son  günü”  (1828),  “Klod  Qe”  (1832) 

povestləri  insan  müdafiəsinə  qalxan  gənc  Hüqonu  əsl  yazıçı 

kimi  tanıtmışdır.  Bu  povestlər  yazıçının  gələcəkdə  yazacağı 

nəhəng  bir  abidənin  (“Səfillər”in)  üvertürasıdır.   



22 

 

Qədim  yunan  lirik  şairi  Anakreon  şeirinin  incəliyilə  ilk 



tanışlıqdan  sonra  Hüqo,  ümumiyyətlə,  Şərq  şeirini  dərindən 

öyrənməyə  başlamışdır.  O,  ilk  dəfə  Şərq  həyatını  Esxilin, 

Vergilinin, 

Şekspirin, 

Bayronun, 

Alfred 


dö  Vininin 

yaradıcılığında  axtarmış  və  daha  sonra  Sədi  və  Hafiz  kimi 

sənətkarların  əsərlərinin  sətri  tərcüməsi  ilə  tanış  olmuşd ur; 

beləliklə,  gənc  Hüqo  Şərq  aləmini  bilavasitə  Şərq  şairlərinin 

yaradıcılığında 

öyrənir 


və 

özü  də  “Şərq  şeirləri”ni 

(“Lezoryantöl”)  1826-1828-ci  illər  arasında  yazmış  və  ayrıca 

kitab  kimi  nəşr  etdirmişdir. 



I  Aparıcı:  Şərq  gənc  Viktor  Hüqo  üçün  dünyada  ilk  insanın 

məskən  saldığı  məkandır.  Şair  Şərqdə olmamışdır,  lakin  o, Şərq 

hikmətini,  Şərq  ədəbiyyatının  görkəmli  nümayəndələrini  sətri 

tərcümə  vasitəsilə  öyrənmiş,  bu  ədəbiyyatın  insanı  heyrətə 

gətirən  nəfəsini  duymuşdur;  Şərq mühitilə  nəfəs  alan  İspaniya, 

Mavritaniya,  Yunanıstan  və  Türkiyə  kimi  dövlətlər  bütün 

ziddiyyətləri  ilə  onun  yazacağı  şeirlərdə  öz  əksini  tapmalıd ır; 

“Şərq  şeirləri”lə  V.Hüqo  Fransa  şeirinə  bir  yenilik  gətirdi,  bu 

yenilik  fransız  oxucusunu  təəccübləndirən  yeni  şeir  formaları, 

qafiyələri  idi.   



(Səhnəyə daxil olan iki oxucu “Şərq şeirləri”ndən  parçalar 

söyləyirlər”) 

II  Aparıcı:  Viktor  Hüqonun  bütün  əsərlərində  insan,  insan 

taleyi  ön  plandadır:  elmsiz,  hüququnu  –  taleyini  həll  edən 

qanuna  yalnız  sakitcə  tamaşa  etməklə  təskinlik  tapan  Klod Qö; 

onun  daha  inkişaf  etmiş  “ardıcılı”  daha  fəal,  qara  şüşə 

istehsalçısı,  gördüyü  işlərə  görə  kral  tərəfindən  fəxri  legion 

nişanına  layiq  görülən  Madlen-Jan  Valjan;  həyatda  ali 

cəmiyyətdə  doğulub,  anasının  kim  olduğunu  bilməyən,  onu 

tapanda  isə  öldürən  qatil  Jenaro;  hansı  quruluşa,  kimə,  nəyə,  nə 

üçün  xidmət  etdiyini  anlamayan,  anlayanda  isə  özünü  Sena 

çayına  atıb  öldürən  polis  məmuru  Javer;  həyatın  bütün 




23 

 

mərhələlərində  qürur  və şəxsi  ləyaqət  hissini  saxlayan  kölə  Büq 



Jarqal;  insan  havadarı  Kvazimodo,  şər  mənbəyi  Klod  Frolo  və 

başqaları.  Bütün  bu obrazlar  qalereyasının  hər bir nümayəndəsi–

sənətkarın  söylədiyi  həqiqətdir,  həqiqət  isə  xalqdan  gəlir,  xalqın 

fikridir,  Viktor  Hüqo  isə xalqın  oğludur,  öz xalqını  əbədi olaraq 

bəşəriyyətə  tanıdan  sənətkardır! 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




24 

 

Ədəbiyyat  siyahısı: 



 

ƏSƏRLƏRİ  

 

Seçilmiş  əsərləri:  3 cilddə.  I cild  :  Səfillər.  I-II hissələr.  - Bakı: 



Şərq-Qərb, 2009. - 680 s. - (Dünya  Ədəbiyyatı  Klassikləri).   

 

Seçilmiş  əsərləri  :  3 cilddə.  II cild  :  Səfillər.  III-IV hissələr.  - 



Bakı  :  Şərq-Qərb, 2009. - 688 s 

 

Seçilmiş  əsərləri  :  3 cilddə.  III cild  : Səfillər  :  V hissə;  Paris 



Notr-Dam  kilsəsi.  - Bakı  :  Şərq-Qərb, 2010. - 816 s. - (Dünya 

Ədəbiyyatı  Klassikləri).   

 

Doxsan  üçüncü  il  : roman.  - Bakı  : Çaşıoğlu,  2006. - 256 s. : il. 



- (Dünya  Ədəbiyyatı).   

 

Kozetta  : "Səfillər"  romanından  fraqmentlər.  - Bakı  : 



Renessans-A  nəşriyyat  evi,  2016. - 199 s. :  il.   

Kozetta  // Fransız  ədəbiyyatı  antologiyası.  II cilddə.  - Bakı  : 

Şərq-Qərb, 2007. – C.1. - S. 306-346.  

 

Paris  Notr-Dam  kilsəsi.  - Bakı  :  Şərq-Qərb, 2007. - 488 s. - 



(Dünya  Ədəbiyyatı).   

  

Paris  Notr-Dam  kilsəsi.  - Bakı  :  Altun  Kitab,  2014. - 128 s. :  il. 



- (Məktəblinin  Kitabxanası.  Dünya  ədəbiyyatından  seçmələr).   

 

Səfillər.  - Bakı  : Altun  Kitab, 2010; 2013. - 128 s. :  il.  - 



(Məktəblinin  kitabxanası.  Dünya  ədəbiyyatından  seçmələr).    

 

Səfillər  :  5 cilddə.  I-II hissələr.  - Bakı  :  Öndər, 2005. - 648 s. - 



(Dünya  Ədəbiyyatı). 


25 

 

Səfillər  :  5 cilddə. 



III-IV hissələr.  - Bakı  : Öndər, 2005. - 

656 s. - (Dünya  Ədəbiyyatı).   

 

Səfillər  :  5 cilddə. 



V hissə.  - Bakı  :  Öndər, 2005. - 320 s. - 

(Dünya  Ədəbiyyatı).   

 

Uşaqlıq  ; Əkinçi  ; Barrikada  üzərində  :  şeirlər  // Fransız 



ədəbiyyatı  antologiyası.  II cilddə.  I c. - Bakı  : Şərq-Qərb, 2007. 

- S. 304-305.  

 

Elektron resurslar 

 

Doxsan  üçüncü  il  [səs yazısı].  - Bakı  :  "Avrasiya"  Fondunun 

maliyyə  dəstəyilə  Azərbaycan  Gözdən  Əlillər  Cəmiyətinin 

Bakı  Tədris  Müəssisəsinin  Səsyazma  studiyası,  2004. - 8 ak. - 

(Danışan  kitabxana  silsiləsindən) 

 

Doxsan  üçüncü  il  [Elektron  resurs]  / V. Hüqo  ; məsl.  L. 



Məmmədova  [et al.]  ; Azərbaycan  Respublikası  Mədəniyyət  və 

Turizm  Nazirliyi.  - Elektron  mətn.  - Bakı  :  İnnovativ  Tədris 

Mənbələri  (İTM)  QSC, 2012. - 1 el.  opt. disk  (CD-ROM) : bir 

rəngli.  - (Nizami  layihəsi).  - (qutuda). 



 

Çıxışları, nitqləri 

 

Viktor  Hüqonun  Balzakın  vida  mərasimində  çıxışı  :  20 avqust 

1850-ci il  // Ədəbiyyat  qəzeti.  - 2015. - 2 may.  - № 26/27. - S. 

12.  


 

Hüqo  V. 1848-ci noyabrın  10-da Parlamentin  büdcə 

müzakirəsində  çıxışı  // Ədəbiyyat  qəzeti.  – 2012. – 14 dekabr. 

– S.5. – Məqalənin  əvvəlində  Viktor  Hüqo  haqqında  qısa 

məlumat  verilib. 



26 

 

Zeynalov  Ə. Jorj Sandın  vida  mərasimində  Viktor  Hüqonun 



nitqi  :  xanım  Sandın  dəfn  mərasimi  Nohandda  olmuşdur. 

Cənab Pol Moris  onun  məzarı  üstündə  C.V. Hüqonun  nitqini 

oxumuşdur  // Ədəbiyyat  qəzeti.  - 2015. - 9 may.  - № 28/29. - S. 

11.  


Dahilərin  unudulmaz  məktubları  : məktəblilər  üçün.  - Bakı  : 

Qələm  , 2016. - 152 s. :  şək. - (Şəxsiyyətlər  ensiklopediyası). 

Şəxsiyyətlər  ensiklopediyasına  daxil  olan  "Dahilərin 

unudulmaz  məktubarı"  nəşrində  bir  çox görkəmli 

şəxsiyyətlərin,  o cümlədən,  Viktor  Hüqonun  məktubları  yer 

almışdır. 



Haqqında 

Böyük şəxsiyyətlər deyib ki... :  müdrik  sözlər  // Yada düşdü.  - 

2013. - № 1. - S. 54.  



Cansil  Y. Ürək ovçuları  // Ulduz.  - 2011. - № 11. - məşhur 

yazıçı  Viktor  Hüqonun  sevgi  məktublarından. 



Hümmətov  Ə. Viktor  Hüqonun  215 illiyi  qeyd edildi  : [Murad 

Hacıyev  adına  116 nömrəli  tam  orta məktəbdə  fransız  yazıçısı, 

şair   Viktor  Hüqonun  215 illiyinə  həsr  olunmuş  "Azadlıq 

gələndə  mən  dönəcəyəm"  adlı  ədəbi-bədii  kompozisiya  oldu]  // 

Təhsil  problemləri.  - 2017. - 8-15 iyun.  - № 43/44. - S. 13.  

Qoca Hüqonun  çoxsaylı sevgi  macəraları  // Kaspi. - 2013. - 

24 avqust.  - № 152. - S. 23.  



Paustovski K. Viktor  Hüqo  // Seçmə hekayələr.  - Bakı  : Altun 

kitab,  2015. - S. 183-186.  



Romantik  ədəbiyyatın  parlaq  siması  : Viktor  Hüqo  // 

Mədəniyyət.  - 2011. - 25 fevral.  - № 15. - S. 10.  



Vəliyeva T. Viktor  Hüqonun  Fantina  obrazı  haqqında 

düşüncələrim  // Təhsil  problemləri.  - 2015. - 16-23 noyabr.  - № 



85/86. - S. 4.  


27 

 

Viktor  Hüqo  // Füyuzat.  - 2013. - № 6. - S. 53.  



Zaman  Ş. Fransız  romantizminin  patriarxı  // Ədəbiyyat  qəzeti. 

– 2002. – 15 noyabr.  – S.5-6.  



Zaman  Ş. O, bir  əsr idi...  : Ələsgər  Zeynalovun  fransız  yazıçısı 

Viktor  Hüqoya  həsr  etdiyi  eyniadlı  kitabı  haqqında  // 

Ədəbiyyat  qəzeti.  - 2010. - 24 dekabr. - N 50. - S. 6.  

Zeynalov  Ə. Fransız  ədəbiyyatının  milyarderi  // Xalq  qəzeti.  – 

2002. 27 fevral. 

    

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                                 

 


28 

 

 



                                Ədalət carçısı 

                                   



(metodik vəsait) 

 

 

 

  

 

 

 

Ünvan:AZ-1022  Bakı şəh.,S.Vurğun  küç.88; 

E-mail:  childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

 

F.Köçərli  adına  Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş:  39 

Çapa imzalanmışdır:14.09.2017 

Tirajı:100 

                                        Pulsuz 



 

 

 



                              

 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə