Uşaq Kitabxanası



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix28.06.2018
ölçüsü0,78 Mb.
#52018
1   2   3   4   5   6

12 

 

I  oxucu  –  Azərbaycan  oxucusu  Hüqo  yaradıcılığı  ilə  çoxdan 

tanışdır.  Hələ  “Kəşkül”  qəzeti  1885-ci  ildə  24-cü  nömrəsində 

yazıçı  haqqında  nekroloq  məlumat  vermiş,  onun  yaradıcılığ ını 

yüksək  qiymətləndirmiş,  ədibin  şeirindən  tərcümə  dərc etmişdi. 

Hacı  F. Ağazadə  1912-ci ildə  Bakıda  nəşr olunmuş  “Ədəbiyyat” 

məcmuəsində  Hüqo  haqda  məqalə  yazmış  və  şairin  “Niyazi 

aziranə”  şeirini  dərc etdirmişdir. 

   XX  əsrin 

əvvəllərində  Hüqo  yaradıcılığına  müraciət 

edənlərdən  biri  də görkəmli  şair  və tərcüməçi  Abbas Səhhətdir. 

Fransız  dilini  gözəl  bilən  A.Səhhət  şairin  “Yatmış  uşaq”  şeirini 

orijinaldan  tərcümə  etmişdir. 

 

                                      Yatmış  uşaq 



                          Bir  körpə uşaq beşikdə  yatmış 

                          Rahat  əl-ayaqların  uzatmış. 

                          Dünya  üzünə  gözün  qapatmış 

                          Əflaka  tərəf  nəzarət  eylər 

                          Cənnətdə  gəzib  səyahət  eylər. 

 

                          Bəşşaş  oturub  yanında  madər 



                          Hərdən  beşiyi  əl  ilə  yellər. 

 

                          Gah  layla  deyər, öpər, gah  iylər 



                          İstər başına  durub  dolansın   

                          Qıymaz  uşaq uyqudan  oyansın. 

                           

                          Məsum  uşağın  bu halətindən   

                          Madər sevinər  bəşaşətindən   

                          Qəlbi  döyünər  məhəbbətindən   

                          Bilməz  ki,  dil  ilə  layla  çalsın, 

                          Ya ki, döşünə  o tifli  salsın. 

 



13 

 

 II  Oxucu  –  1920-ci  illərdən  sonra  Hüqonun  əsərlərinin 

Azərbaycan  dilinə  tərcüməsi  sürətlənmişdir.  Belə  ki,  görkəmli 

alim,  mahir  tərcüməçi  Mikayıl  Rəfili  yazıçının  “Gülən  adam” 

(1927),  “Paris  Notr-Dam  kilsəsi”  (1936),  “Doxsan  üçüncü  il” 

(1948) romanlarını  Azərbaycan  dilinə  tərcümə  etmişdi.  Hüqo ilə 

bağlı  ilk  tənqidi  məqalələr  də,  əsasən,  bu  dövrdə  işıq  üzü 

görməyə  başlamışdı.  Tənqidçi  M.Rəfili  1929-cu ildə  “İnqilab  və 

mədəniyyət”  jurnalının  7-8-ci  nömrələrində  “Romantizm  və 

Hüqo”  adlı  məqaləsini  nəşr  etdirmişdir. 

   XX  əsrin  50-ci  illərində  istər  tərcümə  sahəsində,  istərsə  də 

ədəbiyyatşünaslıqda  Hüqo  yaradıcılığına  maraq  daha  da 

artmışdır.  Bunun  bir  başlıca  səbəbi  də  Hüqonun  anadan 

olmasının  150 illiyi  münasibətilə  keçirilən  yubileyi  idi. 

    1951-ci  ildə  Vyanada  keçirilən  Ümumdünya  Sülh  Şurasının 

ikinci  sessiyasında  məşhur  Çin  yazıçısı  Dun  fransız  yazıçısı 

Viktor  Hüqonun  anadan  olmasının  150 illiyini,  İtaliyalı  Ronili 

Qoqolun  vəfatının  100  illiyini,  İlya  Erenburq  isə  Leonardo  da 

Vinçinin  500  illiyini  qeyd  etmək  təklifini  irəli  sürmüş, 

Ümümdünya  Sülh  Şurası  da bu təklifləri  qəbul  etmişdi. 

    1952-ci  ilin  fevralın  27-də  Azərbaycan  Sülhü  Müdafiə 

Komitəsi,  Azərbaycan  Elmlər  Akademiyası  və  Azərbaycan 

Yazıçılar  İttifaqı  birlikdə  Hüqonun  yubileyinə  həsr  olunmuş 

iclas  keçirmişdilər.  Təntənəli  yığıncağı  Azərbaycan  Yazıçılar 

İttifaqının  sədri  M.İbrahimov  açmış,  prof. Əli  Sultanlı  Hüqonun 

həyat  və yaradıcılığı  haqqında  məruzə  etmiş,  Mirzağa  Quluzadə 

isə  “Azadlıq  və  tərəqqi  uğrunda  çarpışan  böyük  mübariz” 

mövzusunda  məruzə  ilə  çıxış  etmişdir. 

    Həmin  il  respublikanın,  demək olar,  bütün  dövri  mətbuatında 

görkəmli  ədəbiyyatşünas  alimlər  dahi  sənətkarın  yubileyi  ilə 

bağlı  yazılar  dərc etdirmişlər. 

III Oxucu – Prof. Mikayıl  Rəfili  “Ədəbiyyat”  qəzetində  “Fransa 

xalqının  böyük  yazıçısı”  adlı  məqaləsində  Hüqonun  həyat  və 




14 

 

yaradıcılığından  bəhs  edərək  ayrı-ayrı  əsərlərini  təhlil  etməyə 



çalışmış,  rus  yazıçısı  Lev  Tolstoyun  “ən  yaxşı  fransız  romanı” 

adlandırdığı  “Səfillər”  əsərini  Hüqonun  “şah  əsəri”  hesab  etmiş 

və əsərin  əsas qayəsinə  öz münasibətini  bildirmişdir. 

   Qərb ədəbiyyatı  üzrə  o  zaman  respublikada  sayılan  ən  güclü 

iki  mütəxəssisdən  biri  Əli  Sultanlı  Hüqonun  yaradıcılığını  təhlil 

edərkən maraqlı  bir müqayisə  aparmışdır.  O  yazmışdı  ki, “Klod 

Ge”  hekayəsi  “Səfillər”  romanının  ilk  və  məhdud  sxemidir.  O 

qeyd  edirdi  ki,  işsiz  qalan  namuslu  fəhlə  Klod  Ge  oğurluq 

etməyə  məcbur  olmuşdur.  Onu  tutub  həbsxanaya  aparmışlar, 

həbsxana  müdirinin  təhqirlərinə  davam  gətirməyərək  Klod  Ge 

intiqam  almış,  həbsxana  müdirini  öldürmüş,  buna  görə  də 

fəhləyə  edam  cəzası  kəsmişlər. 

    Ə.Ağayev  Hüqonun  ümumi  yaradıcılığına  müraciət  etsə  də, 

ölməz  sənətkarın  vətənpərvərliyini  daha qabarıq  surətdə  təqdim 

etməyə  çalışmışdır. 

    Fransa˗Prussiya  müharibəsi  zamanı  Paris  şəhəri  mühasirə yə 

alınmışdı.  Öz vətəninin  qoca paytaxtının  bu  vəziyyətə  düşməsi 

V.Hüqonu  çox  qəzəbləndirmişdi.  1870-ci  ilin  sentyabrın  17-də 

o demişdi:  “Fransızlar!  Prussiyalılar  800 min  nəfərdir  – siz  isə 

40  milyonsunuz.  Ayağa  qalxın!  Heç  bir  istirahət,  tənəffüs  və 

yuxu  lazım  deyildir”.   

IV  Oxucu  –  O.Sarıvəlli  Hüqonun  “Dostlar”,  “İki  söz  daha”, 

Ə.Tələt  “Lion  fəhlələri”,  “Mədəniyyət”,  “Üfüqün  iki  tərəfi”, 

Ə.Cəmil  “Son  söz”,  A.Aslanov  “Şən  həyat”  şeirlərini  tərcümə 

etmişlər. 

   Mikayıl  Rəfilinin  tərcüməsi  ilə  1958-ci ildə  məşhur  “Səfillər ” 

romanının  I-II  hissələri,  1963-cü  ildə  Beydulla  Musayevin 

tərcüməsi  ilə  III-IV hissələri,  1964-cü ildə  isə  V hissəsi  işıq  üzü 

görmüşdür. 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə