rəqəm 55 milyon manat olmuşdur. 2005-ci il
yanvarın 1-də C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanasının fondunda 130.571 nüsxə kitab və
başqa nəşlər olmuş, 7.311 nəfər oxucu qeydə
alınmışdır. Fondun dili üzrə bölgüsündə 77.345
nüsxəni rus dilində, 50.440 nüsxəni isə Azərbaycan
dilində olan ədəbiyyat təşkil edir. Kitabxana
fondunda saxlanılan ədəbiyyatın çox hissəsinin rus
dilində olmasının əsas səbəbi sovet hakimiyyəti
illərində kitabxananın rus abonomenti şöbəsinə daha
çox diqqə yetirilməsi olmuşdur. Kitabxanaya ayrılan
maliyyə vəsaitinin bir hissəsi də dövri nəşrlərin
alınmasına xərclənir. Məlum olduğu kimi, dövri
nəşrlər ən operativ informasiya forması olub
oxucular tərəfindən daha çox istifadə olunur. Bunu
nəzərə alaraq kitabxananın rəhbərliyi hər il 20-25
dövri və ardı davam edən nəşrlərə abunə yazılır.
Hazırda kitabxana 16 adda qəzet və 7 adda jurnal
alır.
C.Cabbarlı
adına
Respublika
Gənclər
Kitabxanasında oxuculara xidmət sisteminin
modernləşməsi məqsədi ilə yeni informasiya
texnologiyasının tətbiqi sahəsində bəzi işlər
görülmüşdür. Kitabxana Soros Fondunun yerli Açıq
Cəmiyyət İnstitutu – Soros Fondu ilə müqavilələr
bağlamış və 2003-cü ildə “Puşkin Kitabxanası”
layihəsi çərçivəsində 88 nüsxə kitab alaraq fonda
daxil etmişdir. 2005-ci ildə C.Cabbarlı adına
Respublika Gənclər Kitabxanasının fondunda cəmi
130.571 nüsxə ədəbiyyat olmuşdur ki, onların da
48.382 nüsxəsini (32 faiz) ictimai-siyasi, 13.039
nüsxəsini (8.6 faiz) təbiətşünaslıq, 9.321 nüsxəsini
(6.1 faiz) texniki, 527 nüsxəsini (0.3 faiz) kənd
təsərrüfatı, 9.000 nüsxəsini (6 faiz) incəsənət və
idman, 53.984 nüsxəsini (35.6 faiz) bədii, 17.088
nüsxəsini (11.3 faiz) digər ədəbiyyat təşkil etmişdir
(31). Bu ədəbiyyatın 75.104 nüsxəsi rus, 50.237
nüsxəsi Azərbaycan dilində olmuş, 1.686 nüsxəsi
isə not kimi qeydə alınmışdır. Bu rəqəmlər kitab
fondunun yeni ədəbiyyatla tamamlanmasının və
yeniləşdirilməsinin hansı səviyyədə olduğunu, onun
müasir oxucuların tələblərinə və sorğularına necə
cavab verə bildiyini aydın şəkildə göstərir. Kitab
fondunun sahəvi bölgüsündə bir sıra nöqsanlar
mövcuddur. İctimai-siyasi ədəbiyyat bütövlükdə
kitab fondunun əsas hissəsini tutur 33% təşkil
edir.Halbuki bu göstərici cəmi 21-22 faiz olmalıdır.
Kitab fondunda bədii ədəbiyyatın miqdarı da
tələb olunan səviyyəyə uyğun gəlmir. Doğrudur,
don illərdə bu kitabların sayı müəyyən qədər
artmışdır. Başqa sözlə, bədii ədəbiyyatın çəkisi
2002-ci ildə 32,5 faizə, 2005-ci ildə isə 34,5 faizə
çatmışdır. Halbuki buradakı kitab fondunda bədii
ədəbiyyatın norması ən azı 50-60 faiz təşkil
etməlidir. Kitab fondunda ədəbi tənqidə və
ədəbiyyatşünaslığıa dair kitablar da azdır, yəni
2005-ci ildə bu sahəyə dair ədəbiyyat cəmi 12,8 faiz
olmuşdur ki, bu da tələb olunan normanı ödəmir:
30,5 faiz üstəgəl 12,8 faizə bərabərdir 43,3 faiz.
Əslində isə bu rəqəm ən azı 55,5 olmamalıdır.
Kitabxananın fondunda estetikaya və incəsənətə
xüsusilə
diyarşünaslıq
xarakterli
incəsənət
ədəbiyyatına kəskin ehtiyac hiss olunur. Azərbaycan
dilində incəsənətin demək olar ki, bütün sahələrinə
dair ədəbiyyatın həddindən az olması oxuculara
xidmət işini xeyli çətinləşdirir. Müqayisə üçün
deyək ki, respublika əhəmiyyətli gənlər kitabxanası
üçün kitab fondunda incəsənətə dair kitabların
ümumi çəkisi 8 faiz təşkil etməlidir. Bunlardan
fərqli olaraq, kitabxana fondunda təbiətşünaslıq və
texniki elmlər sahələrinə dair kifayət qədər çap
əsərləri toplanmışdır. Belə ki, son üç ildə bu sahəyə
dair rəqəmlər belə dəyişməmişdir: təbiətşünaslıq
elmləri üzrə: 2001-ci ildə - 12.503 nüsxə (9,6 faiz);
2002-ci ildə - 12,494 nüsxə (9,7 faiz); texniki elmlər
üzrə - 2003-cü ildə - 8,818 nüsxə (6,8 faiz); 2004-cü
ildə - 8.819 nüsxə (6,7 faiz); 2005-ci ildə 8,790
nüsxə (6,8 faiz). Oxucuların kitabxana kitabı ilə
təmin olunmasında müəyyən uğurlar qazanılmışdır.
Əgər 2001-ci ildə hər bir oxucuya düşən kitabların
sayı 17 nüsxə, 2002-ci ildə 18 nüsxə təşkil edirdisə,
2003-cü ildə bu rəqəm orta hesabla 19 nüsxə, 2004-
cü ildə isə 21 nüsxə, 2005-ci ildə isə 23 olmuşdur.
Göründüyü kimi, bu göstərici bütün illər ərzində
respublika
gənclər
kitabxanaları
üçün
müəyyənləşdirilmiş normativdən 2 dəfə çoxdur.
Kitab fondunun sahəvi bölgüsü üzrə hər bir
oxucunun kitabla təminatında yalnız təbiətşünaslıq
elmləri və texniki elmlər üzrə ədəbiyyat ideal
dərəcədə hər bir oxucunun təminatını ödəməyə
qadirdir. İncəsənətə və idmana dair ədəbiyyat
normadan az, ictimai-siyasi ədəbiyyat isə normadan
2 dəfə çoxdur. Qeyd edək ki, kənd təsərrüfatı
ədəbiyyatı fondda cəmi 411 nüsxə, yəni 0,2 faiz
olduğundan onun oxucuları təmin etməsi aşağı
səviyyədədir. Fondda coğrafiyaya, turizmə, idmana
dair kitablar da çox azdır. Dilçilik və
ədəbiyyatşünaslıq üzrə kitablar isə normativdən
aşağıdır. Beləliklə, C.Cabbarlı adına Respublika
Gənclər Kitabxanasının kitab fondunun təhlili belə
bir nəticəyə gəlməyə əsas verir ki, kitabxana
fondunun komplektləşdirilməsi işi qənaətbəxş deyil.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası
fondun komplektləşdirilməsinə çox mühüm diqqət
verir.
Kitabxana
öz
fondunun
komplektləşdirilməsində 7 mühüm xüsusiyyəti
nəzərdə tutur:
Dostları ilə paylaş: |