proyektor, 1 dəst səsgücləndirici texniki avadanlıq,
2 ədəd videokamera, AKİS-in səmərəli işləməsi
üçün bir ədəd HP Proliant ML 350 G6 Tower
Server sistem bloku, 1 kağızkəsən, 1 rəngli printer
surətçıxarma aparatı, 1 laminator, 1 stepler skrebba,
1CUKLOS kənarkəsən, 1 metal prujin ilə cildləmə
avadanlıqları,
1
rizoqraf,
22
monitor,
1termoyapışdırıcı aparat, 12 prosessor və və sair
avadanlıqları daxildir. Kitabxanada 3 internet xətti
fəaliyyət göstərir.
2. II C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında elmi metodiki və kütləvi işlərin
təşkili
C.Cabbarlı adına RGK-da oxucuların bədii-
estetik tərbiyəsinin və zövqünün formalaşmasında
müxtəlif küləvi tədbirlərdən istifadə olunur. Bu
küləvi tədbirlərin üstünlüyü ondadır ki, onlar
vasitəsi ilə kitabxanaçılar oxucularla təmasda olur,
onların marağını və oxuduqlarına münasibətləri
öyrənir.
Həyat keçirilən kütləvi tədbirlərin başlıca
məqsədi isə oxucularda bədii ədəbiyyata maraq
yaratmaq, onların mənəvi-estetik zövqlərinə təsir
göstərə biləcək əsərləri təbliğ etməkdir. Bədii
ədəbiyyatın təbliği zamanı kütləvi işin əsasən şifahi
və əyani formalarından və onların üsullarından
səmərəli şəkildə istifadə edilir. Şifahi təbliğatda
kitab müzakirələri, ədəbi bədii gecələr, ucadan
oxular, görüşlər, şifahi jurnallar, biblioqrafik
icmllar, səhərciklər və s. kimi üsullar tətbiq olunur.
2007-2011-ci illər ərzində C.Cabbarlı adına RGK-
da bədii ədəbiyyata dair 15 kitabın müzakirəsi
keçirilmişdir. Bu tədbirlərdə dahi şairlərimiz
Xaqaninin,
Nizaminin,
Füzulinin,
Xətainin,
Nəsiminin və başqalarının “Lider” nəşriyyatında
çap olunmuş “Əsərləri” oxucuların muhakiməsinə
verilmişdir.
Oxucular həmin kitabları fəallıqla müzakirə
etmiş, bu əsərləri yenidən nəşrə hazırlamış nəşriyyat
redaktorlarına və tərtibçilərə öz ürək sözlərini
bildirmiş, kitabların bədii tərtibatı və poliqrafik
icrası ilə bağlı tənqidi fikirlərini söyləməkdən belə
çəkinməmişlər. Çox maraqlı keçənbu tədbirlərin hər
birində orta hesabla 80-100 nəfər oxucuiştirak
etmişdir. C.Cabbarlı adına RGK-da 2007-2013-ci
illərdə təşkil edilmiş bir sıra ədəbi bədii gecələr
oxucuların marağınına səbəb olmuş, onların bədii-
estetik zövqlərinin formalaşmasına müsbət təsir
göstərmiş, eyni zamanda Azərbaycan incəsənət
ustalarının yaradıcılığına oxucularda məhəbbət
oyatmışdır.
2007-2011-ci illərdə C.Cabbarlı adına RGK-
da bədii ədəbiyyatın təbliğinə həsr olunmuş 56
biblioqrafik icmal keçirilmişdir.C.Cabbarlı adına
RGK-da klassik bədii ədəbiyyatın təbliği zamanı
əyani üsullardan da geniş istifadə edilir. Burada yeni
daxil olmuş kitabların məlumat sərgiləri, tövsiyə
mövzu sərgiləri, plakatlar, albomlar və s. tez-tez
hazırlanır. Bədii ədəbiyyatın əyani təbliğinin geniş
yayılmış üsullarından biri də kitabxana plakatıdır.
Kitabxana plakatı tövsiyə olunan kitabı təsviri sənət
vasitəsi ilə təbliğ edir, ən vacib məsələlərdən
istifadə
etməklə
məsləhətçi
rolunu oynayır.
Plakatlar oxuculara istiqamət vermək, hər hansı bir
əsər haqqında onlarda müəyyən təsəvvür yaratmaq
məqsədi ilə də tərtib olunur.
2007-2013-cu illərdə C.Cabbarlı adına
RGK-da Nizami, Füzuli, Vaqif, Sabir, Abbas Səhət,
Abdulla Şaiq, Mirzə Fətəli Axundov, Seyid Əzim
Şirvani, Süleyman Sani Axundov, Səməd Vurğun,
Mikayıl Müşfiq, Süleyman Rüstəm, Şəhriyar, Rəsul
Rza, Osman Sarıvəlli və başqalarının yaradıcılığına
həsr edilmiş “Dünya şöhrətli satira ustadımız” adlı
kitabxana plakatının tərtibi maraq doğurur. 2009-cu
ildə C.Cabbarlı adına RGK-da dramaturqumuz
Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr
edilmiş kitabxana plakat tərtib olunmuşdur.
“Sevimli dramaturqumuz” adlanan bu plakatda
C.Cabbarlının böyük portreti, şəklin altında ədibin
həyat və fəaliyyəti haqqında qısa məlumat verən
mətn yazılmışdır. 2010-cu ildə təşkil olunmuş
tədbirlər sırasında məhşur qəzəlxan şairimiz Əliağa
Vahidin yaradıcılığına dair tədbirlər silsiləsi də
C.Cabbarlı adına RGK-nın fəaliyyətində xüsusi yer
tutur. Kitabxana böyük oxu zalında müxtəlif oxucu
qruplarının iştiraki ilə “Vahidəm, xalqımın qəzəl
şairi” adlı ədəbi-bədii gecə keçirmiş və sərgi təşkil
etmişdir. Həmin gün oxu zalında tərtib edilmiş
“Ustad qəzəlxan” adlı plakat da tamaşaçıların xeyli
marağına səbəb olmuşdur. 2007-2013-ci illərdə
C.Cabbarlı adına RGK –nın keçirdiyi “Vurğunu da
salar yada “ adlı tədbirlər silsiləsi isə xalq şairi
Səməd Vurğunun 100 illiyinə həsr olunmuşdur. Oxu
zalında düzəldilmiş plakat və sərgi isə böyük şairin
həyat və yaradıcılığının müxtəlif anlarını, həmçinin
ayrı-ayrı illərdə Azərbaycan, rus və başqa dillərdə
nəşr edilmiş kitablarını oxucuların muhakiməsinə
vermişdir.
Dostları ilə paylaş: |