Əlbəttə, gənclərin mənəvi tərbiyəsi problemi
kompleks proqramdır. O ayrı-ayrı təsisatlar
tərəfindən təkbaşına və fərdi həyata keçirilə bilməz.
Gənclərin mənəvi tərbiyəsinin səmərəli təşkili və
keçirilməsində kitabxanaların iştiraki ümumi
problemin yalnız bir hissəsidir. Hərtərəfli inkişaf
etmiş şəxsiyyət formalaşdırılması üçün gənclərin
mənəvi tərbiyəsi prosesində səmərəli və məzmunlu
təşkili, onların dünyagörüşünü genişləndirməyə
imkan verən şəraitin yaradılmasını tələb edir. Bu
istiqamətdə
aparılan
təcrübə
və
axtarışlar
kitabxanalarda bədii ədəbiyyatın təbliği sahəsində
mühüm tədbirlərin həyata keçirilməsi vacibliyini
irəli sürür.
II. 3. C. Cabbarlı adına Respublika
Gənclər Kitabxanasının beynəlxalq əlaqələri.
Müasir dövrümüzdə dövlətlərarası həm
regional həm də beynəlxalq səviyyədə əməkdaşlıq
əlaqələri qurulur. Beynəlxalq əməkdaşlıq dünyanın
müxtəlif dövlətləri ilə həm ikitərəfli, həm də
beynəlxalq təşkilatlar vasitəsi ilə qurulan əlaqələrin
məcmusudur.
Son dövrlərdə siyasi arenada baş verən ciddi
dəyişikliklər
kitabxana-informasiya
fəaliyyəti
sahəsində
beynəlxalq
əməkdaşlığın daha da
genişlənməsinə şərait yaratmışdır. Azərbaycan
Respublikası müstəqilliyə qədəm qoyduqdan sonra
dar çərçivədən çıxaraq dünya ölkələri ilə beynəlxalq
əməkdaşlıq qurmağa başladı. Elementar şəkildə
yaranan bu münasibətlər zamanla təkmilləşmiş
Azərbaycan Respublikası ilə dünya ölkələri arasında
iqtisadi, siyasi və mədəni əlaqələrin getdikcə
artmasına və möhkəmlənməsinə səbəb olmuşdur.
Bu əlaqələrin nəticəsi olaraq bu gün Azərbaycan
kitabxanaları beynəlxalq əməkdaşlığın subyekti
kimi çıxış edirlər.
Müstəqillik illərində kitabxana işi sahəsində
dövlət siyasətinin müəyyənləşməsində müxtəlif
istiqamətlər atılmışdır. Kitabxana işi sahəsindəki
dövlət siyasətinin əsasını kitabxana işi sahəsində
qəbul edilmiş hüquqi-normativ sənədlər təşkil edir.
Bu sənədlər arasında Azərbaycanda kitabxana-
informasiya fəaliyyətində benəlxalq əməkdaşlığın
təşkilinin hüquqi bazasına xidmət edən xeyli
miqdarda dövlət əhəmiyyətli hüquqi sənədlər
mövcuddur.
1998-ci il 29 dekabr tarixində ilk dəfə olaraq
Milli Məclis “Kitabxana işi haqqında” Azərbaycan
Respublikasının qanununu qəbul etdi. Həmçinin
Azərbaycan Respublikasının prezidenti “Kitabxana
işi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə 12 mart 1999-cu ildə fərman
imzalamış, qanunun ayrı-ayrı maddələrinin yerinə
yetirilməsinə cavabdeh olan dövlət orqanlarını
müəyyənləşdirmişdir. Qanun 6 fəsil, 34 maddədən
ibarətdir. Qanunun “Kitabxana işi sahəsində
beynəlxalq əməkdaşlıq” adlı 33-cü maddəsi
kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın
təşkilindən bəhs edir. Qanunda deyilir: “Kitabxana
işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələr əsasında keçirilir. Kitabxanalar və
kitabxana işi sahəsində ictimai birliklər xüsusilə
beynəlxalq kitabxana təşkilatları, xarici ölkələrin
kitabxanaları və kitabxana işi sahəsində ictimai
birliklər ilə əməkdaşlıq əldə edə bilərlər”.
Göründüyü kimi, qanunun sonuncu fəslində
kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın
təşkilindən bəhs olunub, habelə ona yüksək qiymət
verilməklə xarici kitabxanaların iş təcrübəsinin
öyrənilməsi
və
yayılmasına
xüsusi
diqqət
yetirilməsi
vacib
hesab
olunur.
Beynəlxalq
əməkdaşlığa həsr olunmuş maddənin yer aldığı
növbəti mühüm sənəd “Mədəniyyət haqqında”
Azərbaycan Respublikasının Qanunudur. Qanunda
deyilir:
“Bu qanun Azərbaycan Respublikasında
mədəniyyət sahəsində dövlət siyasətinin əsas
prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını,
milli mədəniyyət sərvəti obyektlərinin qorunub
saxlanmasının və inkişafının, mədəniyyət sahəsində
fəaliyyətin
hüquqi əsaslarını və beynəlxalq
formalarını müəyyən edir”. Qanun 9 fəsil, 51
maddədən ibarətdir. Qeyd etdiyimiz kimi, bu
Qanunda da beynəlxalq əməkdaşlıq unudulmamış,
hətta ona ayrıca bir fəsil ayrılmışdır. Sözügedən
fəsil 9-cu fəsildir. O, “Mədəniyyət sahəsində
beynəlxalq əməkdaşlığın hüquqi əsasları” adlanır.
Bu fəsil 48, 49, 50, 51-ci maddələrdən ibarətdir.
Beynəlxalq biblioqrafik əməkdaşlığa həsr olunmuş
növbəti
vacib
qanun
“İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında” Azərbaycan Respublikasının Qanunudur.
Qanun 1998-ci il 3 aprel tarixində Heydər Əliyev
tərəfindən imzalanmış və elə həmin gün də qüvvəyə
Dostları ilə paylaş: |