Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə80/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   75   76   77   78   79   80   81   82   83

Əlbəttə,  gənclərin  mənəvi  tərbiyəsi  problemi 

kompleks  proqramdır.  O  ayrı-ayrı  təsisatlar 

tərəfindən təkbaşına və fərdi həyata keçirilə bilməz. 

Gənclərin  mənəvi  tərbiyəsinin  səmərəli  təşkili  və 

keçirilməsində  kitabxanaların  iştiraki  ümumi 

problemin  yalnız  bir  hissəsidir.  Hərtərəfli  inkişaf 

etmiş  şəxsiyyət  formalaşdırılması  üçün  gənclərin 

mənəvi  tərbiyəsi  prosesində  səmərəli  və  məzmunlu 

təşkili,  onların  dünyagörüşünü  genişləndirməyə 

imkan  verən  şəraitin  yaradılmasını  tələb  edir.  Bu 

istiqamətdə 

aparılan 

təcrübə 

və 


axtarışlar 

kitabxanalarda  bədii  ədəbiyyatın  təbliği  sahəsində 

mühüm  tədbirlərin  həyata  keçirilməsi  vacibliyini 

irəli sürür. 

 

 

 

 

 



 

 

 

 

 


II. 3.  C. Cabbarlı adına  Respublika 

Gənclər Kitabxanasının beynəlxalq əlaqələri. 

Müasir  dövrümüzdə  dövlətlərarası  həm 

regional  həm  də  beynəlxalq  səviyyədə  əməkdaşlıq 

əlaqələri  qurulur.  Beynəlxalq  əməkdaşlıq  dünyanın 

müxtəlif  dövlətləri  ilə  həm  ikitərəfli,  həm  də 

beynəlxalq  təşkilatlar  vasitəsi  ilə qurulan  əlaqələrin 

məcmusudur.  

Son  dövrlərdə  siyasi arenada  baş verən  ciddi 

dəyişikliklər 

kitabxana-informasiya 

fəaliyyəti 

sahəsində 

beynəlxalq 

əməkdaşlığın  daha  da 

genişlənməsinə  şərait  yaratmışdır.  Azərbaycan 

Respublikası  müstəqilliyə  qədəm  qoyduqdan  sonra  

dar çərçivədən çıxaraq dünya ölkələri ilə beynəlxalq 

əməkdaşlıq  qurmağa  başladı.  Elementar  şəkildə 

yaranan  bu  münasibətlər  zamanla  təkmilləşmiş 

Azərbaycan Respublikası ilə dünya ölkələri arasında 

iqtisadi,  siyasi  və  mədəni  əlaqələrin  getdikcə 

artmasına  və  möhkəmlənməsinə  səbəb  olmuşdur. 

Bu  əlaqələrin  nəticəsi  olaraq  bu  gün  Azərbaycan 



kitabxanaları  beynəlxalq  əməkdaşlığın  subyekti 

kimi çıxış edirlər. 

Müstəqillik  illərində  kitabxana  işi  sahəsində 

dövlət  siyasətinin  müəyyənləşməsində  müxtəlif 

istiqamətlər  atılmışdır.  Kitabxana  işi  sahəsindəki 

dövlət  siyasətinin  əsasını  kitabxana  işi  sahəsində 

qəbul  edilmiş  hüquqi-normativ  sənədlər  təşkil  edir. 

Bu  sənədlər  arasında  Azərbaycanda  kitabxana-

informasiya  fəaliyyətində  benəlxalq  əməkdaşlığın 

təşkilinin  hüquqi  bazasına  xidmət  edən  xeyli 

miqdarda  dövlət  əhəmiyyətli  hüquqi  sənədlər 

mövcuddur.  

1998-ci il 29 dekabr tarixində ilk dəfə olaraq 

Milli  Məclis  “Kitabxana  işi  haqqında”  Azərbaycan 

Respublikasının  qanununu  qəbul  etdi.  Həmçinin 

Azərbaycan  Respublikasının  prezidenti  “Kitabxana 

işi haqqında” Azərbaycan Respublikası Qanununun 

tətbiq edilməsi barədə 12 mart 1999-cu ildə fərman 

imzalamış,  qanunun  ayrı-ayrı  maddələrinin  yerinə 

yetirilməsinə  cavabdeh  olan  dövlət  orqanlarını 

müəyyənləşdirmişdir.  Qanun  6  fəsil,  34  maddədən 



ibarətdir.  Qanunun  “Kitabxana  işi  sahəsində 

beynəlxalq  əməkdaşlıq”  adlı  33-cü  maddəsi 

kitabxana  işi  sahəsində  beynəlxalq  əməkdaşlığın 

təşkilindən  bəhs  edir.  Qanunda  deyilir:  “Kitabxana 

işi  sahəsində  beynəlxalq  əməkdaşlıq  Azərbaycan 

Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası 

müqavilələr  əsasında  keçirilir.  Kitabxanalar  və 

kitabxana  işi  sahəsində  ictimai  birliklər  xüsusilə 

beynəlxalq  kitabxana  təşkilatları,  xarici  ölkələrin 

kitabxanaları  və  kitabxana  işi  sahəsində  ictimai 

birliklər ilə əməkdaşlıq əldə edə bilərlər”.  

  

Göründüyü  kimi,  qanunun  sonuncu  fəslində 



kitabxana  işi  sahəsində  beynəlxalq  əməkdaşlığın 

təşkilindən  bəhs  olunub,  habelə  ona  yüksək  qiymət 

verilməklə  xarici  kitabxanaların  iş  təcrübəsinin 

öyrənilməsi 

və 

yayılmasına 



xüsusi 

diqqət 


yetirilməsi 

vacib 


hesab 

olunur. 


Beynəlxalq 

əməkdaşlığa  həsr  olunmuş  maddənin  yer  aldığı 

növbəti  mühüm  sənəd  “Mədəniyyət  haqqında” 



Azərbaycan  Respublikasının  Qanunudur.  Qanunda 

deyilir: 

“Bu  qanun    Azərbaycan  Respublikasında 

mədəniyyət  sahəsində  dövlət  siyasətinin  əsas 

prinsiplərini,  vətəndaşların  hüquq  və  azadlıqlarını, 

milli  mədəniyyət  sərvəti  obyektlərinin  qorunub 

saxlanmasının və inkişafının, mədəniyyət sahəsində 

fəaliyyətin 

hüquqi  əsaslarını  və  beynəlxalq 

formalarını  müəyyən  edir”.  Qanun  9  fəsil,  51 

maddədən  ibarətdir.  Qeyd  etdiyimiz  kimi,  bu 

Qanunda  da  beynəlxalq  əməkdaşlıq  unudulmamış, 

hətta  ona  ayrıca  bir  fəsil  ayrılmışdır.  Sözügedən 

fəsil  9-cu  fəsildir.  O,  “Mədəniyyət  sahəsində 

beynəlxalq  əməkdaşlığın  hüquqi  əsasları”  adlanır. 

Bu  fəsil  48,  49,  50,  51-ci  maddələrdən  ibarətdir. 

Beynəlxalq  biblioqrafik  əməkdaşlığa  həsr  olunmuş 

növbəti 


vacib 

qanun 


“İnformasiya, 

informasiyalaşdırma  və  informasiyanın  mühafizəsi 

haqqında” Azərbaycan Respublikasının Qanunudur. 

Qanun  1998-ci  il  3  aprel  tarixində  Heydər  Əliyev 

tərəfindən imzalanmış və elə həmin gün də qüvvəyə 



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə