Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə78/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   75   76   77   78   79   80   81   82   83

proyektor,  1  dəst  səsgücləndirici  texniki  avadanlıq, 

2  ədəd  videokamera,  AKİS-in  səmərəli  işləməsi 

üçün  bir  ədəd  HP  Proliant  ML  350  G6  Tower 

Server  sistem  bloku,  1  kağızkəsən,  1  rəngli  printer 

surətçıxarma aparatı, 1 laminator, 1 stepler skrebba, 

1CUKLOS  kənarkəsən,  1  metal  prujin  ilə  cildləmə 

avadanlıqları, 

rizoqraf, 



22 

monitor, 

1termoyapışdırıcı  aparat,  12  prosessor  və  və  sair 

avadanlıqları  daxildir.  Kitabxanada  3  internet  xətti 

fəaliyyət göstərir. 

 

 



 

 

     2. II C.Cabbarlı adına Respublika Gənclər 



Kitabxanasında elmi metodiki və kütləvi işlərin            

təşkili 

C.Cabbarlı  adına  RGK-da  oxucuların  bədii-

estetik  tərbiyəsinin  və  zövqünün  formalaşmasında 



müxtəlif    küləvi  tədbirlərdən  istifadə  olunur.  Bu 

küləvi  tədbirlərin  üstünlüyü  ondadır  ki,  onlar      

vasitəsi  ilə  kitabxanaçılar  oxucularla  təmasda  olur, 

onların  marağını  və  oxuduqlarına  münasibətləri 

öyrənir. 

  Həyat  keçirilən  kütləvi  tədbirlərin  başlıca 

məqsədi  isə  oxucularda  bədii  ədəbiyyata  maraq 

yaratmaq,  onların  mənəvi-estetik  zövqlərinə  təsir 

göstərə  biləcək  əsərləri  təbliğ  etməkdir.  Bədii 

ədəbiyyatın təbliği zamanı kütləvi işin əsasən şifahi 

və  əyani  formalarından  və  onların  üsullarından 

səmərəli  şəkildə  istifadə  edilir.  Şifahi  təbliğatda 

kitab  müzakirələri,  ədəbi  bədii  gecələr,  ucadan 

oxular,  görüşlər,  şifahi  jurnallar,  biblioqrafik 

icmllar, səhərciklər və s. kimi üsullar tətbiq olunur. 

2007-2011-ci  illər  ərzində  C.Cabbarlı  adına  RGK-

da  bədii  ədəbiyyata  dair  15  kitabın  müzakirəsi 

keçirilmişdir.  Bu  tədbirlərdə  dahi  şairlərimiz 

Xaqaninin, 

Nizaminin, 

Füzulinin, 

Xətainin, 

Nəsiminin  və  başqalarının  “Lider”  nəşriyyatında 



çap  olunmuş  “Əsərləri”  oxucuların  muhakiməsinə 

verilmişdir. 

  Oxucular  həmin  kitabları  fəallıqla  müzakirə 

etmiş, bu əsərləri yenidən nəşrə hazırlamış nəşriyyat 

redaktorlarına  və  tərtibçilərə  öz  ürək  sözlərini 

bildirmiş,  kitabların  bədii  tərtibatı  və  poliqrafik 

icrası  ilə  bağlı  tənqidi  fikirlərini  söyləməkdən  belə 

çəkinməmişlər. Çox maraqlı keçənbu tədbirlərin hər 

birində  orta  hesabla  80-100  nəfər  oxucuiştirak 

etmişdir.  C.Cabbarlı  adına  RGK-da  2007-2013-ci 

illərdə  təşkil  edilmiş  bir  sıra  ədəbi  bədii  gecələr 

oxucuların  marağınına  səbəb  olmuş,  onların  bədii-

estetik  zövqlərinin  formalaşmasına  müsbət  təsir 

göstərmiş,  eyni  zamanda  Azərbaycan  incəsənət 

ustalarının  yaradıcılığına  oxucularda  məhəbbət 

oyatmışdır. 

  2007-2011-ci illərdə C.Cabbarlı adına RGK-

da  bədii  ədəbiyyatın  təbliğinə  həsr  olunmuş  56 

biblioqrafik  icmal  keçirilmişdir.C.Cabbarlı  adına 

RGK-da  klassik  bədii  ədəbiyyatın  təbliği  zamanı 

əyani üsullardan da geniş istifadə edilir. Burada yeni 



daxil  olmuş  kitabların  məlumat  sərgiləri,  tövsiyə 

mövzu  sərgiləri,  plakatlar,  albomlar  və  s.  tez-tez 

hazırlanır.  Bədii  ədəbiyyatın  əyani  təbliğinin  geniş 

yayılmış  üsullarından  biri  də  kitabxana  plakatıdır. 

Kitabxana plakatı tövsiyə olunan kitabı təsviri sənət 

vasitəsi  ilə  təbliğ  edir,  ən  vacib  məsələlərdən 

istifadə 

etməklə 


məsləhətçi 

rolunu  oynayır. 

Plakatlar  oxuculara  istiqamət  vermək,  hər  hansı  bir 

əsər  haqqında  onlarda  müəyyən  təsəvvür  yaratmaq 

məqsədi ilə də tərtib olunur. 

  2007-2013-cu  illərdə  C.Cabbarlı  adına 

RGK-da Nizami, Füzuli, Vaqif, Sabir, Abbas Səhət, 

Abdulla  Şaiq,  Mirzə  Fətəli  Axundov,  Seyid  Əzim 

Şirvani,  Süleyman  Sani  Axundov,  Səməd  Vurğun, 

Mikayıl Müşfiq, Süleyman Rüstəm, Şəhriyar, Rəsul 

Rza, Osman Sarıvəlli və başqalarının yaradıcılığına 

həsr  edilmiş  “Dünya  şöhrətli  satira  ustadımız”  adlı 

kitabxana plakatının tərtibi maraq doğurur. 2009-cu 

ildə  C.Cabbarlı  adına  RGK-da  dramaturqumuz  

Cəfər  Cabbarlının  həyat  və  yaradıcılığına  həsr 

edilmiş  kitabxana  plakat  tərtib  olunmuşdur. 




“Sevimli  dramaturqumuz”  adlanan  bu  plakatda 

C.Cabbarlının  böyük  portreti,  şəklin  altında  ədibin 

həyat  və  fəaliyyəti  haqqında  qısa  məlumat  verən 

mətn  yazılmışdır.    2010-cu  ildə  təşkil  olunmuş 

tədbirlər  sırasında  məhşur  qəzəlxan  şairimiz  Əliağa 

Vahidin  yaradıcılığına  dair  tədbirlər  silsiləsi  də 

C.Cabbarlı adına RGK-nın fəaliyyətində xüsusi yer 

tutur. Kitabxana böyük oxu zalında müxtəlif oxucu 

qruplarının  iştiraki  ilə  “Vahidəm,  xalqımın  qəzəl 

şairi”  adlı  ədəbi-bədii  gecə keçirmiş  və  sərgi  təşkil 

etmişdir.  Həmin  gün  oxu  zalında  tərtib  edilmiş 

“Ustad qəzəlxan” adlı plakat da tamaşaçıların xeyli 

marağına  səbəb  olmuşdur.  2007-2013-ci  illərdə 

C.Cabbarlı adına RGK  –nın keçirdiyi  “Vurğunu da 

salar  yada  “  adlı  tədbirlər  silsiləsi  isə  xalq  şairi 

Səməd Vurğunun 100 illiyinə həsr olunmuşdur. Oxu 

zalında düzəldilmiş plakat və sərgi isə böyük şairin 

həyat  və  yaradıcılığının  müxtəlif  anlarını, həmçinin 

ayrı-ayrı  illərdə  Azərbaycan,  rus  və  başqa  dillərdə 

nəşr  edilmiş  kitablarını  oxucuların  muhakiməsinə 

vermişdir. 



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə