Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə75/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   71   72   73   74   75   76   77   78   ...   83

rəqəm  55  milyon  manat  olmuşdur.  2005-ci  il 

yanvarın 1-də C.Cabbarlı adına Respublika Gənclər 

Kitabxanasının  fondunda  130.571  nüsxə  kitab  və 

başqa  nəşlər  olmuş,  7.311  nəfər  oxucu  qeydə 

alınmışdır.  Fondun  dili  üzrə  bölgüsündə  77.345 

nüsxəni rus dilində, 50.440 nüsxəni isə Azərbaycan 

dilində  olan  ədəbiyyat  təşkil  edir.  Kitabxana 

fondunda  saxlanılan  ədəbiyyatın  çox  hissəsinin  rus 

dilində  olmasının  əsas  səbəbi  sovet  hakimiyyəti 

illərində kitabxananın rus abonomenti şöbəsinə daha 

çox diqqə yetirilməsi olmuşdur. Kitabxanaya ayrılan 

maliyyə  vəsaitinin  bir  hissəsi  də  dövri  nəşrlərin 

alınmasına  xərclənir.  Məlum  olduğu  kimi,  dövri 

nəşrlər  ən  operativ  informasiya  forması  olub 

oxucular  tərəfindən  daha  çox  istifadə  olunur.  Bunu 

nəzərə  alaraq  kitabxananın  rəhbərliyi  hər  il  20-25 

dövri  və  ardı  davam  edən  nəşrlərə  abunə  yazılır. 

Hazırda  kitabxana  16  adda  qəzet  və  7  adda  jurnal 

alır. 

C.Cabbarlı 



adına 

Respublika 

Gənclər 

Kitabxanasında  oxuculara  xidmət  sisteminin 




modernləşməsi  məqsədi  ilə  yeni  informasiya 

texnologiyasının  tətbiqi  sahəsində  bəzi  işlər 

görülmüşdür. Kitabxana Soros Fondunun yerli Açıq 

Cəmiyyət  İnstitutu  –  Soros  Fondu  ilə  müqavilələr 

bağlamış  və  2003-cü  ildə  “Puşkin  Kitabxanası” 

layihəsi  çərçivəsində  88  nüsxə  kitab  alaraq  fonda 

daxil  etmişdir.  2005-ci  ildə  C.Cabbarlı  adına 

Respublika  Gənclər  Kitabxanasının  fondunda  cəmi 

130.571  nüsxə  ədəbiyyat  olmuşdur  ki,  onların  da 

48.382  nüsxəsini  (32  faiz)  ictimai-siyasi,  13.039 

nüsxəsini  (8.6  faiz)  təbiətşünaslıq,  9.321  nüsxəsini 

(6.1  faiz)  texniki,  527  nüsxəsini  (0.3  faiz)  kənd 

təsərrüfatı,  9.000  nüsxəsini  (6  faiz)  incəsənət  və 

idman,  53.984  nüsxəsini  (35.6  faiz)  bədii,  17.088 

nüsxəsini (11.3 faiz)  digər ədəbiyyat təşkil etmişdir 

(31).  Bu  ədəbiyyatın  75.104  nüsxəsi  rus,  50.237 

nüsxəsi  Azərbaycan  dilində  olmuş,  1.686  nüsxəsi 

isə  not  kimi  qeydə  alınmışdır.  Bu  rəqəmlər  kitab 

fondunun  yeni  ədəbiyyatla  tamamlanmasının  və 

yeniləşdirilməsinin hansı səviyyədə olduğunu, onun 

müasir  oxucuların  tələblərinə  və  sorğularına  necə 

cavab  verə  bildiyini  aydın  şəkildə  göstərir.  Kitab 




fondunun  sahəvi  bölgüsündə  bir  sıra  nöqsanlar 

mövcuddur.  İctimai-siyasi  ədəbiyyat  bütövlükdə 

kitab  fondunun  əsas  hissəsini  tutur  33%  təşkil 

edir.Halbuki bu göstərici cəmi 21-22 faiz olmalıdır. 

Kitab  fondunda  bədii  ədəbiyyatın  miqdarı  da 

tələb  olunan  səviyyəyə  uyğun  gəlmir.  Doğrudur, 

don  illərdə  bu  kitabların  sayı  müəyyən  qədər 

artmışdır.  Başqa  sözlə,  bədii  ədəbiyyatın  çəkisi 

2002-ci  ildə  32,5  faizə,  2005-ci  ildə  isə  34,5  faizə 

çatmışdır.  Halbuki  buradakı  kitab  fondunda  bədii 

ədəbiyyatın  norması  ən  azı  50-60  faiz  təşkil 

etməlidir.  Kitab  fondunda  ədəbi  tənqidə  və 

ədəbiyyatşünaslığıa  dair  kitablar  da  azdır,  yəni 

2005-ci ildə bu sahəyə dair ədəbiyyat cəmi 12,8 faiz 

olmuşdur  ki,  bu  da  tələb  olunan  normanı  ödəmir: 

30,5    faiz  üstəgəl  12,8  faizə  bərabərdir  43,3  faiz. 

Əslində  isə  bu  rəqəm  ən  azı  55,5  olmamalıdır. 

Kitabxananın  fondunda  estetikaya  və  incəsənətə 

xüsusilə 

diyarşünaslıq 

xarakterli 

incəsənət 

ədəbiyyatına kəskin ehtiyac hiss olunur. Azərbaycan 

dilində  incəsənətin  demək  olar  ki,  bütün  sahələrinə 




dair  ədəbiyyatın  həddindən  az  olması  oxuculara 

xidmət  işini  xeyli  çətinləşdirir.  Müqayisə  üçün 

deyək  ki, respublika  əhəmiyyətli gənlər kitabxanası 

üçün  kitab  fondunda  incəsənətə  dair  kitabların 

ümumi  çəkisi  8  faiz  təşkil  etməlidir.  Bunlardan 

fərqli  olaraq,  kitabxana  fondunda  təbiətşünaslıq  və 

texniki  elmlər  sahələrinə  dair  kifayət  qədər  çap 

əsərləri toplanmışdır. Belə ki, son üç ildə bu sahəyə 

dair  rəqəmlər  belə  dəyişməmişdir:  təbiətşünaslıq 

elmləri üzrə: 2001-ci ildə - 12.503 nüsxə (9,6 faiz); 

2002-ci ildə - 12,494 nüsxə (9,7 faiz); texniki elmlər 

üzrə - 2003-cü ildə - 8,818 nüsxə (6,8 faiz); 2004-cü 

ildə  -  8.819  nüsxə  (6,7  faiz);  2005-ci  ildə  8,790 

nüsxə  (6,8  faiz).  Oxucuların  kitabxana  kitabı  ilə 

təmin  olunmasında  müəyyən  uğurlar  qazanılmışdır. 

Əgər 2001-ci  ildə hər  bir oxucuya  düşən kitabların 

sayı 17 nüsxə, 2002-ci ildə 18 nüsxə təşkil edirdisə, 

2003-cü ildə bu rəqəm orta hesabla 19 nüsxə, 2004-

cü ildə isə 21 nüsxə, 2005-ci ildə isə 23 olmuşdur. 

Göründüyü  kimi,  bu  göstərici  bütün  illər  ərzində 

respublika 

gənclər 


kitabxanaları 

üçün 


müəyyənləşdirilmiş  normativdən  2  dəfə  çoxdur. 


Kitab  fondunun  sahəvi  bölgüsü  üzrə  hər  bir 

oxucunun  kitabla  təminatında  yalnız  təbiətşünaslıq 

elmləri  və  texniki  elmlər  üzrə  ədəbiyyat  ideal 

dərəcədə  hər  bir  oxucunun  təminatını  ödəməyə 

qadirdir.  İncəsənətə  və  idmana  dair  ədəbiyyat 

normadan az, ictimai-siyasi ədəbiyyat isə normadan 

2  dəfə  çoxdur.  Qeyd  edək  ki,  kənd  təsərrüfatı 

ədəbiyyatı  fondda  cəmi  411  nüsxə,  yəni  0,2  faiz 

olduğundan  onun  oxucuları  təmin  etməsi  aşağı 

səviyyədədir.  Fondda  coğrafiyaya,  turizmə,  idmana 

dair  kitablar  da  çox  azdır.  Dilçilik  və 

ədəbiyyatşünaslıq  üzrə  kitablar  isə  normativdən 

aşağıdır.  Beləliklə,  C.Cabbarlı  adına  Respublika 

Gənclər  Kitabxanasının  kitab  fondunun  təhlili  belə 

bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  kitabxana 

fondunun komplektləşdirilməsi işi qənaətbəxş deyil. 

C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanası 

fondun  komplektləşdirilməsinə  çox  mühüm  diqqət 

verir. 

Kitabxana 



öz 

fondunun 

komplektləşdirilməsində  7  mühüm  xüsusiyyəti 

nəzərdə tutur: 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə