minmişdir. Qanun 6 fəsil, 21 maddədən ibarətdir.
Əlbəttə ki, burada da beynəlxalq münasibətlər
unudulmamışdır. Qanunun 6-cı fəsli sözügedən
mövzuya həsr olunmuş və “İnformaisya sahəsində
beynəlxalq münasibətlər” adlandırılmışdır.Fəsil tək
maddədədən yəni 21-ci maddədən ibarət olmaqla
“İnformasiya sahəsində beynəlxalq fəaliyyət ”
adlandırılmışdır. Maddədə deyilir:
İnformasiya
sahəsində
dövlətlərarası
əməkdaşlıq Azərbaycan Respublikasının imzaladığı
müqavilələrə uyğun olaraq həyata keçirilir. Burada
informasiya sahəsində Azərbaycan Respublikası ilə
digər dövlətlər arasındakı əməkdaşlıqdan bəhs
olunur. Göründüyü kimi, analiz edilən bütün
qanunlarda beynəlxalq əməkdaşlıq ön plana
çəkilmiş yeri gələndə ona hətta ayrıca fəsillər də
ayrılmışdır. Bütün bu müddəalara əsaslanaraq
Respublika ərazisində fəaliyyət göstərən ayrı-ayrı
kitabxanalar beynəlxalq əməkdaşlığın təşkili
sahəsində
fəaliyyət
göstərir.
“Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”
nda nəzərdə tutulmuş kitabxanalararası beynəlxalq
əlaqələrin
qurulması,
müasir
qabaqcıl
texnologiyalardan bəhrələnmək, qarşılıqlı təcrübə
mübadiləsi
əsasında
respublikanın
digər
kitabxanaları kimi C.Cabbarlı adına Gənclər
kitabxanasıdır. Kitabxanada beynəlxalq əmədaşlığa
dair
ilkin
təcrübəyə
kitabxananın
xarici
nəşriyyatlarla
bağladığı
müqavilələri
misal
göstərmək olar. Kitabxana rusdilli oxucuların
mütaliə marağını nəzərə alaraq Azərbaycanda nəşr
edilməyən lüğətlər, ensiklopediyalar və digər
müxtəlif ədəbiyyatlara olan tələbatını ğdəmək üçün
kitabxana Rusiyanın “Premyera” nəşriyyatlarından
ədəbiyyatlar alıb oxucuların istifadəsinə vermişdir.
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının
modernləşdirilməsi məqsədi ilə yeni informasiya
texnologiyasının
tətbiqi sahəsində çox işlər
görülmüşdür. Kitabxana SOROS fondunun yerli
Açıq Cəmiyyət İnstitutunun Yardım fondu ilə
müqavilə bağlamış və 2003-cü ildə “Puşkin
kitabxanası” layihəsi əsasında xeyli kitab fonda
daxil edilmişdir. Ümumiyyətlə, kitabxana SOROS
fonduna iki layihə təqdim etmişdir. “Soraq
Biblioqrafiya aparatının yenidən təşkili” adlı layihə
kitabxanada soraq-biblioqrafiya aparatının qısa
müddət ərzində yenidən qurulması məqsədilə tərtib
edilmişdir. Layihədə biblioqrafiya şöbəsi üçün
mebel, kompüter, printer və digər avadanlıqların
alınması nəzərdə tutulmuşdur. 2002-ci ilin dekabr
ayından
başlayaraq
Biblioqrafiya
şöbəsi
kitabxananın öz vəsaiti hesabına təmir edilmişdir.
2003-cü ilin yanvarv ayında layihənin icrasına
başlanmış, ilk növbədə şöbə üçün 2.496.000 manat
həcmində 3 ədəd kitab şkafı, 3 ədəd kompüter, 1
ədəd printer və sürətçixarma aparatı alınmışdır.
Açıq
cəmiyyət
İnstitutu-Soros
Fondu
layihənin həyata keçirilməsi üçün 2525 ABŞ dolları
məbləğində dollar ayırmışdır. Mövcud layihə
əsasında kitabxananın Web səhifəsinin yaradılması
və kitabxana fondunda mövcud olan Azərbaycan
dilində ədəbiyyatın MS Word proqramının köməyi
ilə kompüter yaddaşına keçirilməsi prosesinə
başlanmışdır.
Lakin
sonralar
maliyyə
çatışmazlığından
bu
iş
müvəqqəti
olaraq
dayanmışdır. C. Cabbarlı adına Respublika
Gənclər Kitabxanası 2003-cü ilin sonunda Açıq
Cəmiyyət İnstitutu-Soros Fondunun elan etdiyi
müsabiqədə yardımçı təşkilat kimi iştirak etmişdir.
Müsabiqənin nəticəsinə əsasən ACYIF Bu layihənin
həyata keçirilməsini məqsədəuyğun hesab etmiş,
2003-cü ilin noyab ayının 20-dən 2004-cü ilin
noyabr ayının 20-dək icrası nəzərdə tutulan bu
layihə üçün öz maliyyə dəstəyini elan etmişdir.
Kitabxananın beynəlxalq əlaqələrinin davam
etdirilməsi tədbirlərin davamı olaraq İctimai Hüquqi
İnformasiya Mərkəzinin yaradılmasını göstərmək
olar. Azərbaycan Respublikası Prezidenti Cənab
İlham Əliyevin 2006-cı il 28 dekabr tarixində
“Azərbaycan Respublikasında İnsan Hüquqlarının
müdafiəsinə dair Milli Fəaliyyət planının təsdiq
edilməsinə”
dair Sərəncam imzalanmışdır.
Azərbaycan Respublikasının normativ hüquqi
aktlarının insan hüquqlarına dair beynəlxalq
standarta tam uyğunluğunun təmin edilməsi,
beynəlxalq
təşkilatlarla
yeni
əməkdaşlıq
strategiyasının hazırlanması və həyata keçirilməsi,
dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının
təminatı
baxımından təkmilləşdirilməsi, elmi
analitik
işlərin
stimullaşdırılması,
hüquqi
maarifləndirmə işinin genişləndirilməsi, dövlət
vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsi və s. bu kimi məsəllər
sərəncamda öz əksini tapmışdır. Bu sərəncamdan
irəli gələn tədbirləri həyata keçirmək üçün
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm naziriliyinin təşəbbüsü ilə “İnformasiya
hamı üçün” YUNESKO proqramını Rusiya
komitəsi
ilə
əldə edilmiş razılığa əsasən
Azərbaycanda C.Cabbarlı adına adına Respublika
Gənclər Kitabxanasında ilk dəfə olaraq İctimai
Hüquqi İnformasiya Mərkəzi 27 fevral 2008-ci il
tarixində yaradılmışdır. İctimai Hüquqi İnformasiya
Mərkəzinin yaradılmasının məqsədi Azərbaycan
vətəndaşlarını
Rusiya
Federasiyasının
qanunvericiliyinə dair məlumatlandırlmasını təmin
Dostları ilə paylaş: |