Uşaqlarda epilepsiYA


Stasionara qəbul üçün göstərişlər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix10.11.2017
ölçüsü0,55 Mb.
#9524
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

 27

Stasionara qəbul üçün göstərişlər 

 



Yaşı 12 aydan aşağı 

 



Tutmadan 1 saat sonra «Qlazqo Koma Şkalası» («Glasgow Coma 

Scale») üzrə 15 baldan az olması 

 



Yüksək kəllədaxili təzyiq (papillodema, gərgin əmgək) 

 



Oyanıqlıq, qusma 

 



Meningizm  əlamətləri (Kerninq simptomu, fotofobiya, boyun 

əzələlərinin rigidliyi) 

 

Aspirasiya 



əlamətləri (tənəffüs çatışmazlığı, hipoksiya 

əlamətləri) 

 

Mürəkkəb tutma (15 dəqiqədən artıq davam edən tutma və ya 



ocaqlı və ya bir gün ərzində təkrarlanan tutma) 

EPİLEPTİK STATUS (ES) 

Epileptik status — uzunsürən epileptik tutma (30 dəqiqədən 

artıq) və ya aralarındakı fasilə zamanı şüurun tam bərpa olunmadığı 

çoxsaylı  təkrarlanan tutmalarla özünü büruzə verən təxirəsalınmaz 

vəziyyətdir. 

XBT-10 ÜZRƏ TƏSNİFAT 

G41.0 Epileptik 

status 

grand mal (tonik-klonik tutmalar statusu) 

G41.1 Epileptik 

status 

petit mal (absanslar statusu) 

Etiologiya 

Rejimin pozulması, somatik və infeksion xəstəliklər, epilepsiya 

əleyhinə  dərman vasitələrinin tətbiqində fasilə, yaxud onların 

qəbulunun dayandırılması və ya dozasının azaldılması. 



Dövrləri 

Predstatus (tutmanın başlanmasından 0–9 dəq), başlanğıc ES 

(10–30 dəq), inkişaf etmiş ES (31–60 dəq), refrakter ES (60 

dəqiqədən artıq). 



Klinika 

ES zamanı tonik və ya klonik tutmalar bütün ətraflarda qeyd 

olunur, çox vaxt gözlərin çevrilməsi və ya onların klonik dartılması 

ilə birgə baş verir, birtərəfli xarakter daşıya bilir. Absanslar ES-si 

zamanı şüurun dəyişməsi qeyd olunur, bu zaman reaksiyalar hissəvi 

olaraq saxlana bilər, dezorientasiya, afaziya, amneziya, oral və bilək 




 28

avtomatizmləri müşahidə edilir. Absanslar ES-si diaqnozu EEQ-də 

epileptik aktivlik aşkar olunduqda təsdiq edilə bilər. 

Diferensial diaqnoz 

Metabolik ensefalopatiyalar (qaraciyərin, böyrəklərin 

zədələnməsi və s.), dərman intoksikasiyaları, psixozlarla aparılır. 

Müalicə 

Əgər tutma 10 dəqiqədən artıq davam edirsə, stasionara 

nəqliyyatla göndərişin təşkilinə başlanmalıdır. Məqsəd – 30 dəq 

tamam olmamış tutmaların qarşısını almaqdır (ES 30 dəqiqədən çox 

davam edirsə baş beyin neyronlarında patoloji dəyişikliklər baş 

verir). 


Xəstəxanaya qədər olan mərhələdə

1.

 



Tənəffüs yollarının keçiriciliyi təmin olunmalıdır; 

2.

 



Oksigen verilməlidir; 

3.

 



Benzodiazepinlərin (diazepam) bütün üsullarla yeridilməsi 

effektivdir (v/d, ə/d, rektal). 



Stasionarda: 

1.

 



Qanda qlükoza səviyyəsinin müəyyən edilməsi mümkün 

olmadıqda və ya hipoqlikemiya olduqda – 25%-li qlükoza 

məhlulu (2 ml/kq, v/d); 

2.

 



Benzodiazepin sırası  dərman vasitəsi – diazepam (0,2 mq/kq, 

hiperqlikemiya zamanı fizioloji məhlulda) yeridilir. Diazepamın 

bütün dozası bir dəfəyə şprisə yığılır və yavaş-yavaş (tənəffüsün 

dayanması  təhlükəsi!) v/d yeridilir; 1  yaşa qədər uşaqlar üçün 

yeridilmə sürəti 0,2–0,5 mq/dəq, 1-dən 5 yaşa qədər – 1 mq/dəq, 

5 yaşdan yuxarı 1–2 mq/dəq təşkil edir. Yeridilmə tutmaların 

dayanması  və ya tənəffüsün tormozlanması  əlamətlərinin 

meydana çıxmasına, yaxud maksimal dozaya çatana qədər davam 

etdirilir. Ehtiyac olduqda, 30 dəq sonra həmin dozanı  təkrar 

yeritmək mümkündür.  

 Diazepam 

olmadıqda və ya ES-nin qarşısı alına bilmədikdə 

QOYT (natrium-oksibutirat) – 10%-li məhlul 50–70 mq/kq, v/d 

damcı üsulu ilə, 10 dəfə artıq həcmdə fizioloji məhlulda, yaxud 

droperidol – 0,25%-li məhlul 0,1–0,25 mq/kq v/d təyin edilir; 

3.

 

Beyin ödemi zamanı  əlavə terapiya vasitələri kimi prednizolon 



2–4 mq/kq v/d və ya ə/d, furosemid 0,5 mq/kq v/d və ya ə/d; 


 29

4.

 



Hipokalsiemiya zamanı kalsium-qlükonat 10%-li məhlul 0,2 

ml/kq v/d; piridoksindən asılı tutmalar zamanı piridoksin 5%-li 

məhlul 1,0 v/d tətbiq edilir; 

5.

 



ES-nin müalicəsinə qarşı rezistentlik inkişaf etdikdə, ağ 

ciyərlərin süni tənəffüs aparatına qoşulma və epileptik aktivliyi 

aradan qaldırmaq məqsədilə narkoz (heksenal, tiopental) 

verilməsi üçün pasiyenti intensiv terapiya şöbəsinə köçürürlər. 

Lümbal punksiya MSS infeksiyasına  şübhə yarandıqda və  əks-

göstərişlər (ağır kəllədaxili hipertenziya, okklüzion hidrosefaliya) 

olmadıqda yerinə yetirilir. 

ES-dən çıxdıqdan sonra (tutmaların aradan qaldırılması, huşun 

aydınlaşması) adekvat epilepsiya əleyhinə terapiya təyin edilməlidir 

(ehtiyac olduqda nazoqastral zond vasitəsilə). 



FEBRİL TUTMALAR (FT) 

Febril tutmalar – uşaqlarda (əsasən 3 ay – 5 yaş arasında) 

qızdırma ilə  əlaqəli olan və beyin zədəsi/infesksiyası olmadan baş 

verən tutmalardır. Adətən FT hərarət >38,5ºC olanda baş verir. Tipik 

hallarda FT qısa generalizə olunmuş tonik-klonik tutma şəkilində 

keçir. Lakin, fokal (parsial) FT xəstələrin 10%-də və uzun müddətli 

(>20 dəq) FT xəstələrin 5%-də müşahidə olunur. 

Ümumiyyətlə, əhalinin 4–5%-i ən azı 1 dəfə FT keçirəcək. İlkin 

febril tutmanı keçirilmiş şəxslərdə epilepsiyanın başlanması ehtimalı 

2–4% və təkrar FT-nin ehtimalı 30–40%. FT beyinin zədələnməsinə 

səbəb olmur.  

FT iki qrupa bölünür: 

1.

 



Sadə FT (qısa, generalizə olunmuş, bir qızdırma epizodunda 1 

FT, tutmadan sonra nevroloji defisitsiz) 

2.

 

Mürəkkəb FT (uzun müddətli, yəni >20 dəq.; və ya fokal; və ya 



bir qızdırma epizodunda >1 FT; FT-dən sonra nevroloji defisit) 

Sadə FT-dən sonra epilepsiyanın başlanması ehtimalı 2%, 

mürəkkəb FT-dən sonra isə ehtimal 4–12%-ə çatır. 

EEQ: tutmaarası EEQ əksər hallarda normal olur. 

Müalicə:  davamlı müalicə tövsiyə edilmir. Yalnız qızdırma 

zamanı antikonvulsantlar məsləhət olunur: rektal diazepam 0,5mq/kq 

hər 12 saatdan bir.  

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə