Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
kollegiyasının 08 fevral 2010-cu il tarixli
02 saylı qərarı ilə təsdiq edilmişdir
UŞAQLARDA
EPİLEPSİYA ÜZRƏ
KLİNİK PROTOKOL
Bakı - 2010
56.12
U 74
U 74 Uşaqlarda epilepsiya üzrə klinik protokol.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin səhiyyə islahatları çərçivəsində ictimai
səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər Proqramı
əsasında tərtib və çap edilmişdir.
2
3
Klinik protokolun redaktoru:
C. Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və
İslahatlar Mərkəzinin direktoru
Klinik protokolun tərtibçilər heyəti:
R.Rzayev – Səhiyyə Nazirliyinin baş nevroloqu, ATU-nun II
Nevrologiya və tibbi genetika kafedrasının dosenti, t.e.n
Z.Əliyev – ATU-nun II Nevrologiya və tibbi genetika
kafedrasının müdiri, professor, t.e.d.
N.Abasova – ATU-nun II Nevrologiya və tibbi genetika
kafedrasının assistenti, t.e.n
K.Salayev – ATU-nun II Nevrologiya və tibbi genetika
kafedrasının həkimi, t.e.n
K.Ağayeva – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə
İnstitutunun Nevrologiya kafedrasının
asisstenti, t.e.n.
G.Hüseynova – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin müdiri
Rəyçi:
R.Şirəliyeva – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun Sinir xəstəlikləri kafedrasının
müdiri, professor, t.e.d.
4
Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri
Sübutların
etibarlılıq
dərəcəsi
Sübutların mənbələri
(elmi tədqiqatların tipləri)
Ia
Sübutlar meta-analiz, sistematik icmal və ya
randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT)
alınmışdır
Ib
Sübutlar ən azı bir RKT-dən alınmışdır
IIa
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən,
randomizasiya olunmamış tədqiqatdan alınmışdır
IIb
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-
eksperimental tədqiqatdan alınmışdır
III
Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli,
korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi)
alınmışdır
IV
Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə
əsaslanmışdır
5
Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası
Tövsiyənin
etibarlılıq
səviyyəsi
Tövsiyənin əsaslandığı sübutların etibarlılıq
dərəcəsi
A
RKT-lərin yüksək keyfiyyətli meta-analizi,
sistematik icmalı və ya nəticələri uyğun
populyasiyaya şamil edilə bilən, sistematik səhv
ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT.
Sübutların etibarlılıq dərəcəsi Ia.
B
Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların
yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud
Sistematik səhv riski çox aşağı olan (++) yüksək
keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli
tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) RKT.
Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.
C
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) kohort və
ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən,
randomizasiya olunmamış tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya bilavasitə şamil
edilə bilməyən, sistematik səhv riski çox aşağı olan
və ya yüksək olmayan (++ və ya +) RKT.
Sübutların etibarlılıq dərəcəsi IIb.
D
Klinik hallar seriyasının təsviri, yaxud
Nəzarət edilməyən tədqiqat, yaxud
Ekspertlərin rəyi.
Yüksək səviyyəli sübutların mövcud olmamasının
göstəricisidir.
Sübutların etibarlılıq dərəcəsi III və IV.
6
İxtisarların siyahısı:
AKTH
– adrenokortikotrop hormon
EEQ
– elektroensefaloqrafiya
EƏDV
– epilepsiya əleyhinə dərman vasitələri
EKQ
– elektrokardioqrafiya
ET
– epilepsiya tutmaları
EGH
– elementar görmə hallyusinasiyalar
ES
– epileptik status
FT
– febril tutmalar
GAE
– gənclərin absans epilepsiyası
GKET
– generalizə olunmuş konvulsiv epileptik tutmalar
GME
– gənclərin mioklonik epilepsiyası
XBT-10
– Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış
İS
– infantil spazmlar
KT
– kompüter tomoqrafiyası
KXİFTQA
– körpələrin xoşxassəli və ya idiopatik fokal tutmaları
(qeyri-ailəvi)
MRT
– maqnit-rezonans tomoqrafiyası
LQS
– Lennoks-Qasto sindromu
MAE
– mioklonik absanslar epilepsiyası
MATE
– mioklonik-astatik tutmalar epilepsiyası
MSS
– mərkəzi sinir sistemi
UAE
– uşaqların absans epilepsiyası
UMGSXE
– uşaqlarda mərkəz və gicgah nahiyəsi spaykları ilə
xoşxassəli epilepsiya
VS
– Vest sindromu
YYTKTE
– yalnız yayılmış toniko-klonik tutmalarla keçən
epilepsiya
Dostları ilə paylaş: |