Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə22/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   51

77
əhəmiyyətsizdir.  Amma  insanların  iman  dərəcəsi  fərqli
olduğundan  çoxları  dünyəvi  zərərdən  daha  çox  qorxur.
Məsələn,  çoxlarını  ağır  xəstəlik  günahdan  daha  çox  narahat
edir.  Bu  münasibət  mə’rifət  və  imanın  zəifliyindən  yaranır.
Amma iman nə qədər zəif olsa da, insan heç vəchlə onu itirmək
istəmir. 
TƏHLÜKƏ ILƏ MÜBARIZƏDƏ IMANıN ROLU
Bəs  təhlükələrdən  qorunmaq  üçün  hansı  tədbirlər
görülməlidir?  Bir  çox  təhlükələrin  yaranmasında  bizim  də
rolumuz  var.  Əksərimiz  ciddi  təhlükələrlə  üzləşərkən  zəiflik
göstərir,  çıxış  yolu  tapa  bilmirik.  Məsələn,  zəlzələ  olduqda,
xəstəliklə  üzləşdikdə  qurtulmaq  asan  olmur.  İnsan  özünü  aciz
gördükdə  sığınacaq  axtarır.  Əksər  insanlar  belə  problemlərlə
üzləşirlər.  Bəli,  insan  daim  təhlükə  hədəfidir.  Təhlükəni  hiss
edən insan özünü qorumaq üçün vasitə axtarır. Bu axtarış onun
iman  dərəcəsindən  asılıdır.  Əksər  insanlar  çətinlik  zamanı
Allahı  xatırlayır.  Çünki  o,  Allahdan  qüdrətli  varlıq  tanımır.
İnsan  inanır  ki,  bütün  güclülər  öz  gücünü  Allahdan  alır.  Əgər
insan  mağaraya  sığınırsa,  bu  mağaranı  da  vücuda  gətirən
Allahdır. Bütün şəfaverici otlar Allah tərəfindən yaradılmışdır.
Güclü  iman  sahibləri  heç  vaxt  ümidsizləşmir,  daim  Allaha
təvəkkül edirlər. Cücə öz anasının qanadları altına sığındığı tək,
mö’min insan da Allahın rəhmətinə sığınır. 
Zəif  imanlı  insanlar  isə  çətinliklə  qarşılaşarkən  öncə  yaxın
ətrafda  kömək  axtarırlar.  Belələri  xəstələnərkən,  adətən,
əvvəlcə həkimə müraciət edirlər. Həkimi aciz gördükdə Allahı
xatırlayır,  Ondan  yardım  diləyirlər.  Dünyəvi  vasitələri  gücsüz
görən insan mə’sum imamlara (ə) təvəssül edir, onları Allahla
öz  aralarında  vasitə  seçirlər.  Bütün  bunlar  insanın  imanının
zəifliyini  göstərir.  Əslində  imanlı  şəxs  təhlükə  hiss  edən  kimi
Allaha  üz  tutmalı,  Onun  misilsiz  qüdrətindən  faydalanmalıdır.


78
Allah insanı bütün bəlalardan hifz edə biləcək yeganə varlıqdır.
Allahın qüdrəti qarşısında bütün qüvvələr acizdir. 
Əlbəttə  ki,  Allahın  əmri  əsasında  təbii  vasitələrdən  də
yararlanmalıyıq.  Xəstələnərkən  həkimə  müraciət  etməmək,
dərmandan  imtina  etmək  düzgün  deyil.  Zəlzələ,  sel  vaxtı
Allaha  təvəkkül  etməklə  yanaşı  tədbir  tökmək  də  zəruridir.
Təbii vasitələri də Allah yaratmışdır. Onlardan istifadə edilməsi
ilahi  vəzifədir.  Çətinliklər,  xəstəliklər  zamanı  təbii  vasitələrin
köməyi Allahın hikmətidir. 
İnsan  təhlükə  zamanı  öz  iman  səviyyəsinə  uyğun  sığınacaq
axtarır.  Diqqətin  sığınacağa  yönəlməsində  mə’rifət  də  rol
oynayır. Bu diqqət özü imanı gücləndirən amildir. Çünki iman
və  mə’rifətin  artmasında  diqqət,  düşüncə  böyük  rol  oynayır.
Diqqət  və  düşüncə  qəlbdə  yeni  hal  yaradır,  münasib  rəftar
imanı  gücləndirir.  Ona  görə  də  Əmirəl-mö’minin  buyurur:
“Bütün  işlərdə  özünü  Allaha  tapşır.  Belə  etsən  özünü  çox
möhkəm  bir  sığınacağa  tapşırmış  olarsan.”  Bəli,  düşmən
qarşısında  gücə  ehtiyac  duyarkən  Allah-təalaya  sığınanlar  heç
vaxt məğlub olmur.
ALLAHDAN VƏ BAŞQALARıNDAN KÖMƏK ISTƏYI
İnsan  yalnız  təhlükə  vaxtı  yox,  adi  vaxtlarda  da  xeyir  əldə
etmək  üçün  Allaha  sığınmalıdır.  Çünki  bütün  işlər,  bəlaların
dəfi  də,  ne’mətə  çatmaq  da  Allahın  əlindədir.  Qeyd  etməliyik
ki,  həm  əməl  meydanında,  həm  e’tiqad  sahəsində  Allahın
dərgahına  üz  tutmaq  zəruridir.  Əlbəttə  ki,  qəlbin  halı  daha
mühümdür. Təhlükə və ehtiyac hiss edən insan bütün varlığı ilə
Allaha üz tutmalıdır. Məsələn, insan nəfəs almaq üçün havaya
ehtiyac  duyursa,  unutmamalıdır  ki,  havanı  onun  ciyərinə
çatdıran  Allahdır.  Allah  insana  güc  verməsə,  insan  göz
qapaqlarını  hərəkətə  gətirə  bilməz.  İnsan  beyninə  dərketmə
qüvvəsi verən Allah deyilmi?!
Belə bir ruhiyyə Allahın xalis bəndələrinə xasdır. İxlas odur
ki,  insan  vücudunda  Allahdan  qeyrisinə  e’timad  olmasın.


79
Həqiqi  bəndə  yalnız  Allaha  ümid  bağlamalı,  yalnız  Allahdan
çəkinməlidir.  Ona  görə  də  Həzrət  (ə)  “arzularını  yalnız  öz
Allahından  istə”  buyurur.  İnsan  qəlbən  inanmalıdır  ki,  onun
istəklərini  yalnız  Allah  yerinə  yetirməlidir.  Əgər  Allah  əmr
edirsə ki, hansısa təbii vasitələrdən istifadə edilsin, insan Allahı
unudub  həmin  vasitələrə  bağlanmamalıdır.  Qəlb  daim  Allahı
düşünməli,  hər  şeyi  Ondan  istəməlidir.  Həzrət  (ə)  buyurur:
“Bağışlamaq və məhrum etmək Onun əlindədir.”
İnsan bir şəxsə inandıqda çətinlik zamanı məhz ondan kömək
gözləyir. Ümidi puça çıxmış insan tənhalıq hiss edir. O, kömək
gözlədiyi  şəxsin  diqqətini  cəlb  etmək  üçün  təvazö  göstərir,
özünü sındırır. Məqsədinə çatmaq üçün həmin şəxsin razılığını
əldə  etmək  istəyir.  Bundan  ötrü  onun  əlini  öpür,  qarşısında
ikiqat  əyilir.  Amma  Allaha  və  Onun  qüdrətinə    inanan  insan
başqalarına yox, məhz Allahın hüzurunda təvazö göstərir, müt’i
olur.  Yalnız  Allahı  sığınacaq  hesab  edən  bəndə  özü  kimi
insanlara  münasibətdə  Allah  əmrini  əsas  götürür.  Məsələn,
Allah-təala  buyurur:  “Rəbbin  yalnız  Ona  ibadət  etməyi  və
valideynlərə  yaxşılıq  etməyi  buyurmuşdur.”  Əgər  insan  öz
ata-anası  qarşısında  təvazö  edirsə,  bu  təvazö  Allahın  əmrinə
əsaslanır.  Əslində  belə  bir  təvazö  Allah  qarşısında  təvazödür.
Amma  çıxış  yolunu  yalnız  və  yalnız  başqalarına  əyilməkdə
görmək  Allaha  şərik  qoşmaqdır.  Yə’ni  belə  bir  insan  öz
taleyində  Allahla  bərabər  başqalarını  da  tə’sirli  bilir.  Zəiflik
onun ruhuna hakim kəsilir. Allah isə öz bəndəsini zəif görmək
istəmir.  Allah  insanı  özü  kimi  yaranmışlara  qul  olmamağa
çağırır.  Yalnız  ilahi  hikmət  səbəbindən  mə’sumlar  qarşısında,
valideyn önündə təvazö caizdir. Allah nəzərində hörmətli olan
şəxslərə ehtiram Allaha ehtiramdır.
Beləcə,  kiminsə  önündə  dünya  ne’mətlərinə  görə  əyilmək
şirk,  Allaha  şərik  qoşmaqdır.  Allah  öz  bəndəsinin  bu  şəkildə
alçalmasını istəmir. Qur’anda buyurulur: “Həqiqətən, xalis din
Allah  üçün  olan  dindir”  Başqa  bir  ayədə  oxuyuruq:  “Əmr
edilmədimi  ki,  dini  yalnız  Allaha  aid  edərək  Ona  ibadət


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə