1
Bu kitab Wap.IXLAS.Az saytindan yuklenib
ƏBƏDİ ÖYÜD
(HƏZRƏT ƏLİ ƏLEYHİSSƏLAMIN ÖZ OĞLU
İMAM HƏSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ
ƏXLAQ DƏRSLƏRİ)
MÜƏLLİF: USTAD MİSBAH YƏZDİ
TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD TURAN
2
Entesharate Taharat
Kitabın adı:....................................Əbədi öyüd
Müəllif:...........................Ustad Misbah Yəzdi
Tərcümə edən:........................Məhəmməd Turan
Nəşr edən:...............................................Təharət
Çap növbəsi:.........................................Birinci
Çap tarixi:.....................................................2005
Tiraj:..............................................................3000
964-95613-3-1
3
ÖN SÖZ
“Nəhcül-bəlağə” özündə çox qiymətli gövhərlər gizləmiş
sahilsiz bir dəryadır. Haqlı olaraq, “Qur’anın qardaşı”
adlandırılmış bu kitab müxtəlif yönümlərə malikdir. O, tarix
boyu bir çox alimlərin, müsəlman və qeyri-müsəlman düşüncə
sahiblərinin diqqət mərkəzində olmuşdur. Hər şəxs öz zövqü,
dərrakəsi və iste’dadı səviyyəsində bu xəzinənin bir guşəsinə
baş vurmuş, onun gizli və aşkar sərvətlərindən faydalanmışdır.
Bu kitabın mühüm və üstün mövzularından biri əxlaq və
tərbiyə mövzusudur. “Nəhcül-bəlağə”də bu mövzu nisbətən
daha geniş yer tutur. Əmirəl-mö’mininin (ə) bu mövzudakı
öyüd-nəsihətləri mə’nəviyyat təşnəsi, haqq axtarışında olan
iman yolçuları üçün yardımçı ola bilər. Bu səbəbdən də böyük
ustad, ziyalı alim ayətullah Misbah Yəzdi bir çox əxlaq dərsləri
üçün Əmirəl-mö’mininin (ə) çox mühüm və dəyərli
məktublarını mehvər seçmiş və ilahi maarif, eləcə də əxlaqi
söhbətlərə təşnə olanların ruhunu bu çeşmə ilə sirab etmişdir.
Bu məktub həzrətin (ə) öz aliqədr oğlu imam Həsən Müctəbaya
(ə) çox ali və misilsiz məziyyətlərə malik vəsiyyətindən
ibarətdir. Müəzzəm rəhbərlik məqamının “Əmirəl-mö’minin
ili” adlandırdığı bu ildə bu bəhslərdən ibarət məcmuəni kitab
halında həzrətin (ə) dostları və vilayət ardıcıllarına təqdim edə
bildiyimiz üçün Allaha şükr edirik. Bu kitabdakı bəhslər
çıxışlar əsasında tərtib olunduğundan, təbii ki, əvvəlcədən kitab
məqsədi ilə qələmə alınmış bəhslərdən fərqlənir. Söhbətlər
yazıya çevrilərkən bə’zi ifadələr dəyişdirilmişdir. Bununla belə,
4
bütün kitabda çıxış forması az-çox nəzərə çarpır. Mövzular
həcmcə böyük olduğundan kitab iki cilddə tərtib olunmuşdur.
Ustad Misbah Yəzdinin söhbətlərini qələmə almış cənab Əli
Zinətiyə və onun son tərtibini öhdəsinə götürmüş cənab
höccətül-islam Məhəmməd-mehdi Nadiriyə təşəkkür edirik.
Təhsil və araşdırma müəssisəsi nəşriyyatı
5
BIRINCI DƏRS
ASIMANI ÖYÜD
Bu, ölümə yaxın, zamanın qələbəsini e’tiraf etmiş bir
atanın öyüdüdür; həyat ondan üz döndərmiş, o, rüzgara
təslim olmuş, ölülər məskənində sakin olmuşdur; dünyanı
məzəmmət etmiş, sabah isə ondan köçəsidir. O övlada
vəsiyyət edir ki, arzularına çatmaz; o övlad ki, həlak
olanların yolunu gedir, xəstəliklərin hədəfi, zəmanənin
girovu olar. O, dünyanın qulu, hiylə və yalan sövdəgəri,
heçliyin borclusu, ölumə giriftar, kədərlə və’dəli, qüssə ilə
yoldaş, bəlalarla nəfəs-nəfəsə, nəfs istəklərinə məğlub,
gedənlərin canişinidir.
Belə ki, dünyanın üz çevirməsini, dövranın azğınlığını,
axirətin üz tutmasını gördükdə yalnız özümü düşünməli,
arxada qalmış işlərə diqqət yetirməməli idim. Amma elə ki
fikrim sadiqanə aşkarlandı, nəfs istəklərimin ardınca
getməyimin qarşısı alındı, həqiqət mənim üçün işi
aydınlaşdırdı, əbəslikdən uzaq yola yönəltdi və səni öz
param, bəlkə də, bütün varlığım kimi gördüm. Belə ki, sənə
dəyən zərbə sanki mənə dəymişdir. Ölüm səni taparsa,
mənim həyatım qırılar. Gördüm ki, sənin işin nəzərimdə
mənim öz işim kimi böyükdür, sənin işin mənim işimdir. Bu
məktubu sənə yazıram ki, mən diri də olsam, dünyadan da
getsəm, öyüdlərimə uyğun rəftar edib, onun himayəsində
olasan.”
6
ÖN SÖZ
Allah-təalanın me’rac gecəsi Peyğəmbərə (s) bəyan etdiyi
hədis və moizələrdən istifadə etdikdən və peyğəmbərin (s) öz
ən üstün səhabələrindən olan Əbuzərə (r) moizəsi ilə qəlbimizi
işıqlandırdıqdan
sonra
Allah-təalanın
yardımı
ilə
Əmirəl-mö’mininin (ə) öz sevimli oğlu imam Həsən
Müctəbaya (ə) vəsiyyətləri haqqında söhbət edəcəyik.
Bu vəsiyyət mərhum Məclisinin “Biharul-ənvar” kitabında
nəql olunmuşdur. Bu vəsiyyəti mərhum Hərrani “Tuhəful-uqul”
kitabında azca fərqlə zikr etmişdir. Bu nəsihət mərhum Seyyid
Rəzi tərəfindən tərtib edilmiş “Nəhcül-bəlağə”yə daxildir.
Əlbəttə ki, bu hədislə başqa kitablarda da rastlaşırıq. Bu
nəsihətlər əksər mənbələrdə Əmirəl-mö’mininin (ə) həzrət
imam Həsən Müctəbaya (ə) vəsiyyəti kimi təqdim olunur.
Maraqlıdır ki, bə’zi mənbələrdə həzrət Əlinin (ə) bu vəsiyyətlə
Məhəmməd Hənəfiyyəyə müraciət etdiyi bildirilir. Qarşıdakı
söhbətlərimizdə bu ehtimalı araşdıracağıq.
Bu vəsiyyətdə başqa vəsiyyətlərdə oxşarı olmayan
xüsusiyyətlərlə rastlaşırıq. Başqa mətnlərdə onun ali
məziyyətlərinə çox az təsadüf olunur. Xüsusi müqəddiməyə
malik bu vəsiyyətdə mövzulara giriş və çıxışda psixoloji və
tərbiyəvi nöqtələr çox faydalıdır.
VƏSIYYƏTIN MƏ’NA VƏ MƏFHUMU
“Vəsiyyət” sözü “sifariş” mə’nasında işlədilir. Araşdırdığımız
mətndə həmin söz ölümdən sonraya aid olan fiqhi mə’nada
deyil. Cümə namazının xütbəsində xətib “sizə təqva vəsiyyət
edirəm” deyərkən bunu nəzərdə tutmur ki, onun ölümündən
sonra insanlar təqvalı (pəhrizkar) olsunlar. Əmirəl-mö’mininin
(ə) bu vəsiyyəti də onun ölümündən sonra yalnız yaxınlarının
əməl etməsi üçün nəzərdə tutulmamışdır.
Həzrət Əli (ə) bu vəsiyyətin başlanğıcında şəxsiyyətini
açıqlamaqla özünü təqdim edir. Öz mövqeyini və vəsiyyətin
məqsədini nəzərə çatdırır. Vəsiyyət edən şəxsin kimliyi və
Dostları ilə paylaş: |