Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə8/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

27
a) Bədənə aid olan işlər; məsələn, əzələlər və sinirlər vasitəsi
ilə  icra  olan  hərəkətlər.  Bu  işlər  çox  vaxt  ona  görə  ruha  aid
edilir ki, hərəkətverici qüvvə ruhdur. Amma amil ruh olsa da,
əməl bədəndə zahir olur. 
b) Agahlıq, tanıma, bilmə, anlama kimi işlər; olsun ki, “elm”
kəlməsi deyilənləri daha ümumi şəkildə ifadə edir. “Hüzuri” və
“hüsuli” olan bu bilikləri də ruhumuza aid edirik. 
v) Digər bir qrupu meyllər, sə’ylər təşkil edir. Psixologiyada
bu işlər meyllər, hisslər, tə’sirlər kimi qruplara ayrılır. Məsələn:
qorxu, ümid, məhəbbət, eşq, kin, ədavət, şadlıq, hüzn və s. Bu
qrupdan olanları elmin eyni saymaq olmaz. Amma onlar idrak
yolu  ilə  gerçəkləşir.  Məsələn,  qorxu  elm  deyil.  Amma  idrak
gücü  ilə  həyata  keçir.  Yə’ni  insan  qorxduğu  vaxt  bilir  ki,
qorxur. Sevdiyi vaxt bilir ki, sevir. Sözsüz ki, elm və agahlığın
da  mərtəbələri  var.  Amma  bütün  mərtəbələrdə  idrak  rol
oynayır. 
Beləcə,  deyə  bilərik  ki,  ruha  aid  olan  işlər  baxış  və
münasibətdən, meyllərdən və ruhun bədəndə hərəkətə gətirdiyi
rəftardan  ibarətdir.  Bu  rəftarların  qəlbə  aidiyyatı  yoxdur.
Qəlbin  bədəni  inkişaf  etdirməsi  barədə  nə  ayə,  nə  də  rəvayət
vardır.  Bədəndə  baş  verənlər  ruha  aid    edilir.  Amma
münasibətlər və meyllər qəlbə aiddir. Qur’ani-kərimdə “qəlb nə
gördüsə, doğru gördü”, buyurulur. Bu şühudi, hüzuri, batini bir
elmdir. Demək, qəlb elmə malikdir. Həzrət Əli (ə) “qəlb Allahı
görür”, buyurur. Qəlbin bu elmi, biliyi hüzuri, şühudi elmdir. 
Amma meyllərin və hisslərin qəlbə aid edilməsinə heç bir irad
yoxdur.  Qur’ani-kərimdə  belə  işlərin  qəlbə  aid  edilməsi  ilə
tez-tez qarşılaşırıq. Gündəlik həyatda “qəlbim istəyir”, “qəlbim
şaddır”  kimi  sözlər  çox  işlənir.  Beləcə,  qəlb iki fərqli cəhətə, 
yönə malikdir: 
1. Elm və idrak yönü;
2. Meyl və istək yönü.  Bilik və tanıma kimi işlər qəlbə aid
edildiyi kimi,  məhəbbət və nifrət kimi meyllər də ona
ünvanlanır. 


28
SAĞLAM QƏLB
Yuxarıda deyilənlərə əsasən,  qəlb iki fərqli həqiqətə malik
mövcuddur.  Başqa sözlə,  qəlb həm iş görür,  həm də onda
halətlər yaranır.  Bir sözlə,  o həm tə’sirlənir,  həm də
tə’sirləndirir.  Məsələn,  göz görmək üçün yaradılmışdır.  Əgər
görmürsə,  demək,  kordur.  Qəlb də müəyyən şeyləri görməli,
eşitməli, müxtəlif halətlərə düşməli və onda müəyyən işlər baş
verməlidir.  O,  bə’zi şeyləri sevməli,  bə’zi şeylərə isə nifrət
etməlidir.  Qəlbdə meyllər və münasibətlər olmalıdır.  Bütün
bunlar yerindədirsə,  qəlb sağlamdır.  Qur’ani-kərim belə qəlbi
“sağlam, saf qəlb” adlandırır. Amma zəruri biliklərdən məhrum
olub, səhvə düçar olan, aramlığını itirən, qorxmalı olduğu halda
qorxmayan qəlb xəstədir.  Qur’ani-kərimdə belə qəlb  “xəstə
qəlb” hesab olunur. Bu baxımdan qəlb elə ruhdur. Onun idrakı,
meylləri, istəkləri vardır. 
Qəlbə aid olan hal və sifətlər ikiqütblüdür. Bir qütbdə sağlam,
digər qütbdə xəstə qəlbə xas əlamətlər durur. Qur’ani-kərimdə
buyurulur:  “Biz ona şe’r öyrətmədik,  bu ona yaraşmaz.  Ona
vəhy olunan yalnız zikr və aşkar Qur’andır.  Onunla ağıl və
bəsirət sahiblərini qorxutsun,  kafirlər haqqında deyilənlər
gerçək olsun.”  Qur’an və peyğəmbərlərin də’vəti yalnız diri
qəlblərə tə’sir edə bilir.  Allah-təala buyurur:  “Şübhəsiz ki,
ölülərə eşitdirə bilməzsən.”  Qəlbi ölmüş insan heç nəyi dərk
etmir,  dinin qorxutmaları ona tə’sirsiz olur.  Xəstəliyin sonu
ölüm və fənadır.  Xəstələnmiş insan müalicə olunmazsa,  onun
ölümü labüddür.  Qəlb də xəstələndikdə müalicə olunmazsa,
öləsidir. 
QƏLBIN DIRILMƏSI VƏ ÖLÜMÜ
Tələb olunan budur ki,  qəlb diri saxlanılsın.  Qəlbin ölümü
insan üçün olduqca böyük fəlakətdir.  Amma qarşımızdakı
vəsiyyətnamədə qəlbin həm dirildilməsi,  həm də öldürülməsi
tapşırılır:  “Qəlbini moizə və nəsihətlə dirilt,  zöhd və pəhrizlə
öldür.”  Məgər qəlbin öldürülməsi də yaxşı bir iş ola bilərmi?


29
Bəli, bəyənilməyən həyat tərzinin ölümü çox yaxşı işdir. İnsan
qəlbi ikiüzlü sikkə kimidir. Onun bir üzünə baxmaq üçün o biri
üzünü qapamalısan. Qəlbə aid olan meyl və istəklər həm ilahi
ola bilər, həm də heyvani. İnsanı kamala aparan meyllər ilahi,
onu alçaldan meyllər heyvanidir.  Heyvani şəhvətlər,  şeytani
istəklər,  insanı uçuruma sürükləyən əmmarə nəfs hökmən
öldürülməlidir.  Bu meyllərin öldürülməsinə,  əmmarə nəfsin
insana hakim olmasına yol verilməməlidir. Bu meyllər hökmən
öldürülməlidir.  Əks-təqdirdə insanın tərəqqisinin qarşısı
alınacaqdır. Əslində həmin meylləri öldürmək yox, kamilləşmə
istiqamətinə yönəltmək lazımdır. Onlardan təkamül məqsədi ilə
istifadə olunmalıdır.  Əgər insan öz heyvani istəklərini
doyurmaq üçün ifrata varsa,  bir çox başqa mənfi qüvvələr də
canlanacaq,  insanı oda çəkəcək.  Ona görə də bu meyllər
söndürülməlidir.  Həzrət  (ə)  “qəlbi öldür”  deyərkən məqsədi
qəlbdəki heyvani hisslərin öldürülməsi olmuşdur. 
Biz həyat dedikdə hərəkət və fəaliyyət nəzərdə tuturuq.
Dirilik nəzərimizdə nəfəs almaq kimi canlanır.  Bir canlı
dayanıb,  nəfəs dərmədikdə onu ölmüş hesab edirik.  Amma
qəlbin diriliyi dedikdə xüsusi bir fəallıq nəzərdə tuturuq.
Demək,  bə’zi fəaliyyətlər nəinki dirilik sayılmır,  hətta həmin
fəaliyyətlərə görə qəlb ölü hesab olunur.  Yalnız insanın
kamilliyinə xidmət edən fəaliyyətlər dirilik nişanəsidir. Şəhvət
odundan hərəkətə gələn fəaliyyətlər isə hökmən buxovlanmalı,
məhv edilməlidir. 
QƏLBIN DIRILIK AYINI
Qəlbin dirilik və ölülüyündən danışdıqdan sonra bu işin hansı
yolla həyata keçməsini bilmək faydalı olardı. Qəlb hansı yolla
dirilə  bilər,  heyvani  hisslər  hansı  yolla  aradan  qalxar?  Bu
məqsədlərə necə çatmaq olar?
Həzrət  Əmirəl-mö’mininin  (ə)  moizəsindən  mə’lum  olur  ki,
insan  qəlbi  həyat  və  ölümə  malikdir.  Bu  qəlbdə  bə’zi
fəaliyyətlərin həyatı, bə’zi fəaliyyətlərinsə ölümü faydalı hesab


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə