Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə5/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   51

16
VƏSIYYƏTIN SƏBƏBI
Vəsiyyət edənin kimliyi tanıtdırıldıqdan və vəsiyyət olunan
şəxsin xüsusiyyətləri sadalandıqdan sonra
Həzrət  (ə)
vəsiyyətnamənin səbəbi,  vəsiyyət edənlə vəsiyyət olunan
arasındakı bağlılıq haqqında buyurur: “əmma bə’d, fəinnə fima
təbəyyəntu min nubarid-dünya ənni və cumuhid-dəhri ələyyə
və iqbalil-axirəti iləyyə,  ma yəzəuni ən zikri mən sivayə,
vəl-ihtimami bima vərai...” (“Belə ki, dünyanın üz çevirməsini,
dövranın azğınlığını,  axirətin üz tutmasını gördükdə yalnız
özümü düşünməli,  arxada qalmış işlərə diqqət yetirməməli
idim.  Amma elə ki,  fikrim sadiqanə aşkarlandı,  nəfs
istəklərimin ardınca getməyimin qarşısı alındı,  həqiqət mənim
üçün işi aydınlaşdırdı, əbəslikdən uzaq yola yönəltdi və səni öz
param,  bəlkə də,  bütün varlığım kimi gördüm...”).  Bu pir ata
qarşıda onu gözləyən axirət həyatı haqqında düşündükdə öz
övladını unutmalı idi.  Amma o,  bu övladı heç vəchlə unuda
bilmir. 
İmamların (ə) vahid bir vücud olduğunu nəzərə almasaq belə,
təbiət e’tibarı ilə bu övlad pir atanın canparəsidir.  Ata
dünyadan gedəcəyini və öz övladının onun yerində canişin
qalacağını düşünərkən övladında həyat davam edəcəyini zənn
edir.  Bu vaxt o,  övladını öz vücudu,  özünü onda əbədi görür.
Həzrət (ə) dinləyicinin diqqətini cəlb etmək üçün belə danışır.
O,  özü üçün istədiyini övladı üçün də istəyir.  Övladının
qarşılaşacağı çətinlikləri öz çətinliyi hesab edir, onun ölümünü
öz ölümü kimi dəyərləndirir. 
Bildiyiniz kimi,  insan öz həyatındakı bə’zi işlərə daha çox
əhəmiyyət verir.  Amma başqa işlərə e’tinasız yanaşır,  onların
fərqinə varmır.  Həzrət  (ə)  bildirir ki,  özü üçün əhəmiyyətli
saydıqlarını övladı üçün də əhəmiyyətli bilir.  O,  bu
vəsiyyətnaməni yazmaqla övladına sığınacaq yaradır. Çünki bu
vəsiyyət Həzrətin (ə) misilsiz təcrübəsinin nəticəsidir. 


17
İKINCI DƏRS
BÜNÖVRƏ DƏYƏRLƏR
Ey  oğlum!  Sənə  Allah  qarşısında  pəhrizi  (təqvanı)
vəsiyyət  edirəm;  Onun  göstərişlərinə  diqqətli  olasan,
qəlbini  Onun  zikri  ilə  abad  edəsən,  Onun  ipindən
yapışasan. Əgər bu vasitədən tutsan, səninlə Allah arasında
bu bağlılıq ipindən möhkəm nə ola bilər?!


18
Qeyd olunduğu kimi, Həzrət (ə) bu vəsiyyətnamədə vəsiyyət
edənin  və  vəsiyyət  olunanın  sifətlərini  sadalamaqla  bütün
oxucuların  bu  sifətləri  özlərinə  şamil  etmələrinə  səbəb
olmuşdur.  Digər  bir  tərəfdən,  dinləyici  vəsiyyət  edən  şəxsin
kimliyi ilə tanış olur, vəsiyyət edənin vəsiyyət olunanla rabitəsi
aydınlaşır,  vəsiyyətnamənin  məqsədi  mə’lum  olur.  Vəsiyyət
edənlə  vəsiyyət  olunan  arasındakı  bağlılığın  açıqlanması
vəsiyyət  olunan  şəxsin  fitri  və  əqli  rabitənin  dərinliyini  dərk
etməsinə səbəb olur. O, əmin olur ki, bu vəsiyyətnaməni yazan
onun  xeyirxahıdır.  Bu  məsələ  hər  hansı  moizənin,  nəsihətin
qəbul  olunmasında  tə’sirli  amildir.  Vəsiyyət  etdiyi  şəxsin
e’timadını qazandıqdan sonra Həzrət (ə) həqiqi dəyərləri bəyan
etməklə hər bir agah aşiqin qəlbini və zehnini  işıqlandırır. 
ƏN ÜSTÜN DƏYƏRLƏR
Daha sonra Həzrət  (ə) vəsiyyətin xülasəsini yığcam şəkildə
zikr edir. Bu da uyğun vəsiyyətnamənin özünəməxsus tərbiyəvi
nöqtələrindən biridir.  İnsan bütün vəsiyyətnaməni oxumağa
macal tapmadıqda onun bir səhifədən də az yer tutmuş
xülasəsini oxuya bilər və ondan faydalanar.  Bundan əlavə,
insan bir kitabı oxumamış,  əvvəlcə onun qısa məzmunu ilə
tanış olduqda kitabdakı məsələləri daha dərindən dərk etməyə
çalışır. Vəsiyyətnamə, demək olar ki, onun başlanğıcındakı qısa
moizələrin şərhindən ibarətdir. Həzrət (ə) bu qısa moizələrdə üç
əsas dəyər üzərində dayanır: - təqva (Allah qarşısında pəhriz),
Allahı xatırlamaq (zikr), qırılmaz (ilahi) ipdən yapışmaq.
Şəksiz ki,  vəsiyyətnamənin ümumi şəkildə müraciət etdiyi
şəxs ilahi və islami mə’rifətə biganə,  imansız şəxs deyil.  Bu
şəxs kamal həddində olmasa da,  Allaha inanır,  İslamı qəbul


19
edir,  dini əsaslara e’tiqadlıdır.  Ona görə də vəsiyyətin
başlanğıcında Allahın varlığından, Onu tanımaq və Ona ibadət
etməyin zəruriliyindən danışılır.  Sonralar isə Allahşünaslıq
mövzusunda bə’zi mətləblər bəyan olunur. 
İlk öncə təqva tövsiyyə olunur.  Bütün ilahi kitabların,
vəsiyyətlərin əsas mövzusu təqvadır.  İmamət və rəhbərlik
məs’uliyyəti daşıyan bütün insanlar xalqla söhbət zamanı onları
təqvaya çağırmalıdırlar.  Cümə namazının hər iki xütbəsində
imam xalqı təqvaya də’vət edir. Təqvaya də’vət xütbənin zəruri
əsaslarındandır.  Əgər xütbədə təqvaya çağırış olmazsa,  həmin
xütbə naqis sayılır. 
TƏQVA DƏYƏRLƏRIN MEHVƏRIDIR
Qur’an-kərimin bir çox ayələrində  “təqva”  kəlməsi ilə
qarşılaşırıq.  İslami
dəyərlər
kompleksində
ən
böyük
dəyərlərdən biri,  demək olar ki,  bütün dəyərlərin mehvəri
təqvadır.  Allah-təala buyurur:  “Həqiqətən,  sizin təqvalınız
Allah yanında ən hörmətlidir.” Allah qarşısında kəramət ölçüsü
olan təqvanın heç bir əvəzi yoxdur.  Ona görə də bu
vəsiyyətnamədə bütün öyüdlərin mehvəri olan təqva diqqəti
daha çox cəlb etməlidir. 
Təqva haqqında müxtəlif baxımlardan danışmışıq.  Ona görə
də indi sadəcə bu mövzuya işarə edirik.  Həzrət  (ə) buyurur:
“Sənə təqva və Allah göstərişlərinə diqqəti tövsiyyə edirəm.”
“Təqva”  müxtəlif mə’nalara malikdir.  Bu söz bə’zən
“günahdan çəkinmək”,  bə’zən  “bütün şər’i göstərişlərə riayət
etmək”  mə’nalarını ifadə edir.  Əgər  “təqva”  kəlməsi yalnız
günahlardan çəkinmək mə’nasını daşıyarsa,  “lüzumu əmrihi”
(“Allahın əmrinə diqqət,  bağlılıq”)  ifadəsi  “təqvəllah”  (“Allah
qarşısında pəhriz,  təqva”)  ifadəsinə bağlı olar.  Ayrı-ayrılıqda
“təqvəllah” günahdan çəkinmək, “lüzumi əmrihi” vacib əmrlərə
itaət etməkdir.  Amma  “təqva”nın ümumi mə’nası həm əmrin
icrası,  həm günahın tərki kimi qəbul olunsa,  “lüzumi əmrihi”


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə