Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə14/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

48
Həzrət  (ə)  keçmişdəkilərin  aqibətini  öyrənməyimizi  tapşırır.
Olsun  ki,  bu  tövsiyyənin  nəticəsində  dünyanın  ötəriliyini,
ölümün  labüdlüyünü  dərk  etməliyik.  Beləcə,  insan  bütün
diqqətini yola yox, məqsədə yönəltməlidir. Ona görə də keçid
yerini  yox,  mənzili  abad  etmək  tapşırılır.  İnsan  bu  dünyada
müsafir  kimidir.  Dünya  keçid,  axirət  isə  mənzildir.  “Axirətini
dünyaya  satma”.  Qəlbin  abadlaşdırılması  göstərişini  alan
adama  sanki  yol  göstərilir  ki,  bu  iş  göz  və  qulaq  vasitəsi  ilə
yerinə  yetirilməlidir.  Çünki  qəlbə  tə’sir  göstərən  gözün
gördüyü  və  qulağın  eşitdiyidir.  Göz  faydalı  səhnələr  görsə,
qulaq  faydalı  sözlər  eşitsə,  qəlb  də  abad  olar.  İbrətamiz
səhnələrin  müşahidəsi,  ibrətamiz  sözlər  dinləmək  qəlbi  islah
edir. 
ALTıNCı DƏRS


49
SƏADƏT YOLU
(Ey  oğlum!)  Bilmədiyini  danışma,  vəzifən  olmayan  iş
barədə  düşünmə,  azmaq  təhlükəsi  olan  yoldan  imtina  et,
həqiqətən,  azmaq  təhlükəsi  olan  işdən  əl  çəkmək  hövlnak
işlər  görməkdən  üstündür.  Yaxşı  işləri  əmr  et,  özün  də
yaxşılardan  ol.  Əlin  və  dilinlə  xalqı  çirkinlikdən  çəkindir,
pis iş görənlərdən uzaq olmağa çalış.”
Yığcam moizədən, qəlb halətlərinin bəyanından sonra həzrət
Əli (ə) öz tövsiyyələrini bəyan edərək ilk addımda bizə tapşırır:
“Bilmədiyini  danışma.”  Bəli,  mə’lumatsız  olduğun  məsələlərə
müdaxilə etmə! Bu məsələnin ötən söhbətlərlə nə əlaqəsi var?
Vəsiyyətə əməl etmək istəyən şəxs, təbii ki, öz axirəti haqqında
düşünməlidir.  Əbədi  səadətə  çatmaq  üçün  faydalı  olan  işlər
müəyyənləşdirilməlidir. Bu yolda ilk qədəmlərini atan şəxs nə
etməlidir?  İnsan  bu  yolda  necə  hərəkət  etməlidir  ki,  Allahın


50
razılığına  nail  olsun?  Həzrət  (ə)  öz  vəsiyyətinin  davamında
uyğun suallara cavab verir. 
SƏADƏTIN ILKIN ŞƏRTI
Bir  daha  qeyd  edək  ki,  vəsiyyətnamənin ümumi şəkildə
ünvanlandığı  şəxs  e’tiqadlı  müsəlmandır,  vacib  və  haramlar
haqqında  mə’lumatlıdır.  Belə  şəxs,  təbii  ki,  dini  göstərişlərə
əməl  etmək  fikrində  olacaqdır.  O,  vəsiyyətnamənin  ilk
tövsiyyəsi  olan  təqvaya  bağlıdır,  dini  vəzifələrinə  əməl  edir.
Bütün  bunları  yerinə  yetirdikdən  sonra  belə  bir  sual  ortaya
çıxır:  Axirətə  çatmaq  məqsədi  ilə  dünyadan  necə  səmərəli
istifadə etmək olar? Dünyaya aldanıb, axirəti unutmamaq üçün
nə  etməliyik?  Həzrət  Əli  (ə)  bu  yolda  ilk  addım  olaraq,
bilmədiyimiz  şübhəli  işləri  araşdırmağı,  qaranlığa  addım
atmamağı,  tərəddüddə  olduğumuz  məsələlər  haqqında
danışmamağı tövsiyyə edir. 
Qarşıda  “dində  fəqihlik,  alimlik”  bəhsində  uyğun  mövzuda
daha  ətraflı  danışacağıq.  Amma  bilmədiyini  danışmamaq
məsələsi öz-özlüyündə müstəqil bir mövzudur. 
HESABSıZ ZƏRƏR
Nəzərə almalıyıq ki, dünya həyatı misilsiz bir sərmayədir və
bu  sərmayə  ilə  əbədi  səadəti  əldə  etməliyik.    Belə  düşünən
insan 
dünya 
sərmayəsini 
havayı 
xərcləməməlidir.
Qur’ani-kərimdə  bu  sərmayə  haqqında  buyurulur:  “Ey  iman
gətirənlər!  Sizə  şiddətli  əzabdan  xilas  edəcək  bir  sərmayə
göstərimmi?”  Başqa  bir  ayədə  oxuyuruq:  Allah  kitabını
oxuyan,  namaz  qılan,  verdiyimiz  ruzidən  gizli  və  aşkara
xərcləyən kəslər ziyansız bir ticarət ümidindədirlər.” Gündəlik
həyatda  “müamilə”,  “ticarət”  kəlmələri  ilə yaxından  tanış
olduğumuz  üçün  Allah-təala  öz  buyuruğunda  həmin
kəlmələrdən  istifadə  edir.  Əmirəl-mö’minin  də  “axirətini
dünyaya satma”  buyuruğunda eyni  yolla gedir. Çünki insanlar
“alış-veriş” kəlmələrini daha yaxşı anlayır və axirətin dünyaya
satılması  məsələsini  bilirlər.  Bizim  gündəlik  həyatımız


51
alış-veriş  üzərində  qurulmuşdur.  Daim  nəsə  verir  və  əvəzində
başqa bir şey alırıq. Biz istəsək də, istəməsək də ömür xərclənib
gedir.  Amma  insan  çalışmalıdır  ki,  bu  alış-verişlərdə
aldanmasın.  İnsan  öz  ömrünü  boş  yerə  xərcləməməlidir.  Axı
hansı  sərmayə  ömürdən  qiymətlidir?!  Ən  böyük  nadanlıq,
ağılsızlıq isə ömrü günaha xərcləməkdir. Günahkar insan ömür
sərmayəsini  verib,  əvəzində  əzab  alır.  Hansı  ki,  insan  öz
ömrünün  əvəzində  imkan  qədərincə  qiymətli  əvəz  almalıdır.
Bə’zən  hər  hansı  bir  məclisdə  oturmuş  şəxs  bilmədiyi  şeydən
danışır,  lovğalanır,  bütün  mövzularda  meydan  sulayır.  Onun
üçün  söhbətin  elmdən,  sənətdən,  şəriətdən,  iqtisadiyyatdan
getməsinin  fərqi  yoxdur.  Özünü  mütəxəssis  kimi  göstərib,
ağzına  gələni  danışır.  Əsassız,  boş  danışıq  insanın  xeyli
enerjisini və vaxtını əlindən alır. Ömür faydasız yerə tələf olur.
Belə  işlərə  sərf  olunan  ömürün  əvəzi  nədir?  Dünyanın
böyüklü-kiçikli  bütün  məsələləri  haqqında  fikir  yürüdürük,
hansı ki, həmin məsələlərin mahiyyətindən xəbərsizik. Zərrəcə
mə’lumatımız olmayan məsələlər haqqında söz düşən kimi biz
də  nəsə  deyirik.  Bə’zən  mübahisə  qızışır,  səs-küy  aləmi
bürüyür.  Görən  bütün  bu  qalmaqalların  faydası  nədir?  Boş
danışıq  ömür  sərmayəsini  puça  çıxaran  minlərlə  işlərdən
biridir.  Nə  danışdığını  özü  də  bilməyən  insan  nadanlıq
girdabında  çırpınır.  Bu  işin  cahillik  olduğunu  hamı  bilsə  də,
əksər  cəmiyyətlər  bu  sayaq  nadanlıqdan  əziyyət  çəkir.  Ömür
bada gedir, kin-küdurət artır. Ona görə də həzrət Əli (ə) ömür
sərmayəsini boş danışıqlarla hədərə verməməyi tövsiyyə edir. 
Deyilənlər  danışığa  aid  idi.  Əməl  meydanında,  digər
sahələrdə  də  vəziyyət  oxşardır.  Bə’zən  elə  işlərə  müdaxilə
edirik  ki,  bizə  zərrəcə  aidiyyatı  yoxdur.  Vəzifəmiz  olmayan
işlərə  qarışmağın  nə  dünya,  nə  də  axirətimiz  üçün  heç  bir
faydası  yoxdur.  Hətta  bu  işlər  bizi  zərərə  də  sala  bilər.  Bütün
bunları  bilə-bilə  çarəsizmiş  kimi  özümüzə  aid  olmayan  işlərə
müdaxilə edirik. Belə bir ruhiyyə insanı yolundan azdırır, ömür


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə