Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə6/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   51

20
“təqvəllah”  kəlməsinə bağlı olacaq.  Yə’ni əvvəlcə təqva
tövsiyyə olunur, sonra Allahın əmrinə itaət xüsusi qeyd edilir. 
Amma zəif ehtimala əsasən,  “əmrillah”  “Allah işi”
mə’nasında da işlənə bilər. Yə’ni ilahi işlərə diqqət, qeyri-ilahi
işlərin tərki.  Hər halda,  Həzrət  (ə) ilkin olaraq təqvalı olmağı
tapşırır.  Bütün dəyərlərə şamil edilən bu kəlmə isə İslam və
bütün digər ilahi dinlərdə mö’təbərdir. 
Həzrət Əli (ə) bizə hər şeydən öncə bütün dəyərlərin mehvəri
olan təqvanı tövsiyyə edir. Amma insanın daxilində təqva ruhu,
Allah qorxusu olmazsa, yə’ni o, vacib əmrlərə, haramlara fərq
qoymazsa,  bu yolun axırı yoxdur.  Prinsipsiz,  biganə adam
başını itirmiş kimidir.  Təkamül yolunun ilk şərti nəfsə
nəzarətdir.  Tərəqqi etmək istəyən şəxs başıpozuqluqdan
çəkinməlidir.  Ürəyindən keçənin ardınca qaçan insan heç bir
mə’nəvi dəyərə nail ola bilməz.  Demək,  ilk addım nəfsə,
ürəkdən keçən həvəslərə nəzarətdir.  Bəli,  məhz bu baxımdan,
Həzrət (ə) hər şeydən əvvəl təqvaya çağırır. 
ZIKR VƏ ALLAHı XATıRLAMA
Həzrət Əlinin  (ə)  ikinci vəsiyyəti Allahın zikri,  Onun
xatırlanmasıdır.  Zikr insan qəlbini abad edir.  Həzrət  (ə)
buyurur:  “...qəlbini Allah zikri ilə abad edəsən”. Bu
vəsiyyətin ardınca hər biri insan qəlbinə ünvanlanmış ifadələr
gəlir.  Əvvəlcə qəlbin abadlığından danışılır.  Bildirilir ki,  qəlb
həm abad, həm viran ola bilər. Uyğun cümlələrdən mə’lum olur
ki, insan qəlbi özünəməxsus həyat və ölümə malikdir. O, aram
qalmalı,  bə’zi çətinlikləri qəbul etməli,  bə’zi həqiqətlərə
inanmalıdır.  Təbii ki,  heç kəs öz vücudunun səmərəsizliyini,
bəhrəsizliyini istəməz.  O,  yaşamaq,  inkişaf etmək,  səmərə
vermək istəyindədir.  İnsan qəlbi inkişaf etmiş bir məmləkət
kimi abad ola bilər. Eyni zamanda, onun uçulmuş bir bina tək
xaraba qalması da mümkündür. Qəlbi əzəmətli imarət tək abad
etmək və ya uçulmuş ev tək xaraba qoymaq insanın öz
əlindədir.  Hər halda Həzrət  (ə)  “qəlbini abad et”  göstərişini


21
verir.  Həzrət  (ə) onu da qeyd edir ki,  qəlbin abadlığı Allahın
zikri sayəsində mümkündür.  Zikrsiz qəlb virandır.  Qəlbin nə
olduğunu araşdırmaq fikrində deyilik.  Bu barədə müəllifin
“Əxlaq və Qur’an” kitabından mə’lumat ala bilərsiniz. Mövzu
qəlbin abadlığıdır. Qəlbinizi abad edin, onu viran qoymayın və
unutmayın ki, qəlblər Allahın zikri, xatırlanması ilə abad olur.
ALLAHıN IPINDƏN YAPıŞıN!
Həzrət  (ə)  bu vəsiyyətin üçüncü bəndində buyurur:
“və’təsimu bihəblihi”  (“Allahın ipindən yapışın”).  İnsanın  hər
hansı bir şeydən tutması, yapışması ərəbcə “e’tisam” kimi ifadə
olunur.  Bə’zən  “e’tisam”  yerinə  “təməssük”,    “istəmək”
kəlmələri  də  işlədilir.  Məsələn,  Allah-təala  Qur’ani-kərimdə
buyurur:  “fəqəd  istəmsəkə  bil-urvətil  vusqa”,  yə’ni  “möhkəm
ipdən  yapışmış  olur...”  “həbl”  kəlməsi  kəndir,  ip  mə’nasını
daşıyır.  Maraqlıdır  ki,  insan  nə  vaxt  ipdən  bərk  yapışır?
Adətən,  bu  hərəkətin  səbəbi  süqut  etməmək,  yuxarı  qalxmaq
istəyi olur. İnsan təhlükədən qurtarmaq üçün ipə əl atır. Beləcə,
ucalmaq, tərəqqi etmək, kamala çatmaq istəyən insan da vasitə
axtarır.  Əgər  insana  əmr  olunsa  ki,  ipdən  yapışsın,  demək,  o
təhlükədədir. Bu təhlükədən qurtarmaq, amanda qalmaq istəyən
şəxs  əmrə  tabe  olub,  ipdən  yapışmalıdır.  İnsana,  “Allahın
ipindən  “  yapışmaq  buyurulursa,  demək,  o,  təhlükə  ilə
üzbəüzdür və xilas olmaq üçün hökmən bu işə əl atmalıdır. Bu
insan  yerlə  göy  arasında  qalmış,  süquta  uğrayan  şəxs  kimidir.
Bu  vəziyyətə  düşməmiş  adamlar  vəziyyətin  ağırlığını  bir  o
qədər  də  hiss  etmirlər.  Amma  uyğun  vəziyyətə  düşmüş  adam
can-dildən  hiss  edir  ki,  nədənsə  yapışmaq  lazımdır.  Dərin
quyuya  düşmüş,  sıldırım  qayadan  uçmuş  insan  bütün  bunları
qədərincə hiss etmək qüdrətindədir. 
QƏFLƏT AZĞıNLıĞA APARıR
Mö’min  insan  təhlükədə  olduğunu  bir  an  da  unutmamalıdır.
Çünki  onun  ayağı  altda  daim  süqut  edə  biləcəyi  cəhənnəm
dərəsi qaynamaqdadır. O, bir tərəfi ilahi mərhəmət, digər tərəfi


22
əbədi  əzab  olan  fəzadadır.  Onun  süqut  etməyəcəyinə  heç  bir
zəmanət  yoxdur.  Bəli,  insan  daim  uçurum  kənarındadır.  Bu
uçurumdan  aşağı  insan  üçün  əbədi  əzab  vadisi  uzanır.  Əgər
ölüm  hər  şeyə  son  qoysaydı,  çox  asan  olardı.  Amma  həqiqət
başqadır. İnsan kiçik bir büdrəmə nəticəsində əbədi cəhənnəm
dərəsinə  yuvarlana  bilər.  Bə’ziləri  çətinliyə  düşdükdə  ölüm
arzulayırlar.  “Kaş  ölüb,  rahatlaşaydım”,  deyirlər.  Amma  onlar
unudurlar  ki,  ölümdən  sonra  əbədi  həyat  başlanır.  Bu  həyat
xoşbəxt  ola  biləcəyi  kimi,  bədbəxt  də  ola  bilər.  Hətta  imanlı
insanlardan  da  belə  sözlər  eşidirik  ki,  “Pərvərdigara,  artıq  bu
çətinliyə  dözə  bilmirəm,  məni  öldür.”  Belələri  bu  dünyanın
dərdlərinə, 
çətinliklərinə 
qarşı 
müqavimət 
qüvvəsini
itirənlərdir.  Onlar  Allahın  qəzasına  dözə  bilmir,  ölümü  daha
asan sayırlar. Onların nəzərincə, bu dünyanın dərdləri ölüm və
ölümdən  sonrakı  həyatın  mümkün  ağrılarından  daha
dözülməzdir. 
Qur’ani-kərim    qiyamət  gününün  sonsuz  ağrıları  barədə
cəhənnəm  əhlinin  dilindən  buyurur:  “Ey  Malik  (cəhənnəm
gözətçisi), qoy Rəbbin bizi öldürsün...” Onlara cəhənnəm əzabı
o  qədər  ağır  gələr  ki,  cəhənnəm  mələyindən  ölüm  istərlər.
Malik  isə  onlara  belə  cavab  verər:  “Siz  həmişəlik
qalacaqsınız”... Bəli, ölümdən sonra ölüm yoxdur. Cəhənnəmə
düşənlər orada əbədi qalasıdırlar. Hər halda unutmamalıyıq ki,
dünya  və  axirət  çətinliklərinin  əksəri  insanın  qəflətindən,
diqqətsizliyindən  yaranır.  Qəflətdə  olan  insan  qarşıda  onu
gözləyən təhlükədən xəbərsiz qalır.
İmam  rahil  (r)  öz  söhbətlərində  “diqqət”  sözünü çox
işlətmişdir. Əgər onun moizələrinə nəzər salsanız, təkrar-təkrar
bu sözləri dediyinə şahid olarsınız:  “Ağalar,  diqqətli olun...”
Əgər bu kəlmə çox işlədilirsə, demək, onda bir sirr vardır. Bir
çox problemlər məhz bu diqqətsizliyin nəticəsində yaranır.
Əgər insan hər an əbədi oda yuvarlanacağını mümkün hesab
etsə,  rahatlığını itirər,  daim diqqətli olar.  İnsan bir qədər
düşünüb,  qarşıdakı təhlükələri təsəvvüründə canlandırsa,  çox


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə