Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə3/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   51

10
deyilən məsələni sınaqdan keçirə bilərsiniz.  İnsan bir şəxsə
inandığı qədər onun nəsihətini dinləyir.  Ehtimal versək ki,
deyilən sözlərin yaxşı-pisliyindən asılı olmayaraq,  onlar bizə
yox,  bir başqasına xatir deyilir,  həmin sözlərə laqeyd olarıq.
Belə bir nəsihətə diqqət və əməl etməyə lüzum qalmır. Amma
əmin olsanız ki,  nəsihət verənin məqsədi sizə qarşı
xeyirxahlıqdır,  nəsihəti diqqətlə dinləyir,  ona əməl edirsiniz.
Bu səbəbdən də Həzrət  (ə)  özünü ömrünün sonu çatmış ata
kimi təqdim edərək, bəlalar və çətinliklərlə qarşılaşacaq oğluna
buyurur:  “Mən səni o qədər sevirəm ki,  sanki vücudumun
parəsisən, bəlkə də, bütün vücudumsan...” müraciət olunan şəxs
bu
sözləri
oxuduqda
vəsiyyət
edənin
xeyirxahlığını
anladığından onu həvəslə dinləyir.  Əmirəl-mö’minin  (ə)  kimi
bir atanın özü kimi bildiyi bir övladına bu sayaq vəsiyyətindən
hamının faydalanmasına dəyər. Xoşbəxtlik yolunu öyrənib, biz
də bu yolla səadətə çatmalıyıq.  Bəli,  Həzrət  (ə)  diqqəti cəlb
etmək üçün həmin yoldan istifadə edib, sonra sözə başlayır.
Deyildiyi
kimi,  az
moizələrdə
bu
ilahi
vəsiyyətin
xüsusiyyətləri ilə rastlaşırıq.  Bu vəsiyyətnamə elə bir vaxtda
yazılır ki,  Əmirəl-mö’minin  (ə)  Süffeyn döyüşündən yenicə
qayıtmış və müharibə çətinlikləri arxada qalmışdır.  Bu döyüş
“həkəmiyyət”  məsələsi ilə nəticələnmişdir.  İndi Həzrət  (ə)
ömrünün bütün təcrübəsini öz övladına təhvil verir.  Artıq o,
ömrünün son günlərini yaşayır.  Fürsəti əldən vermək olmaz.
Ona görə də altmış illik ömrün təcrübəsi vücudunun parəsi və
ya öz vücudu kimi olan ən üstün bir şəxsə verilir. Altmış yaşlı
ömür ağacının meyvəsindən daha layiqli kim var ki?
Bu vəsiyyətdə insanın kamilliyinə çox tə’sirli olan dəyərli
mətləblər bəyan olunmuşdur. Ümid var ki, bu izahlar dinləyici
və oxucuların həmin vəsiyyəti anlamasına və ona əməl
etməsinə səbəb olacaqdır. İnşaəllah.
Vəsiyyətnamədə Əmirəl-mö’minin  (ə)  özünü ömrü sona
çatmış pir kimi təqdim edərək, imamət elmi və mə’sumluğunu
nəzərdə tutmadan öz oğlunu belə nəsihət edir:  “Bu,  axirət


11
səfəri üstə olan,  zamanın ötdüyünü,  dünyanın arxa
çevirdiyini e’tiraf edən bir atanın vəsiyyətidir...”
Maraqlıdır ki,  Həzrət  (ə)  “Əmirəl-mö’minin
Əlinin  (ə) 
vəsiyyəti”  yox,  “bir atanın vəsiyyəti”  deyir və bununla da,  öz
vəsiyyətini hamıya aid edir.  Əlbəttə,  “əl-muqirri lizzəman”
tə’biri bizim üçün o qədər də tanış deyil. Onu belə tə’bir etmək
olar:  İnsan öz təbiəti e’tibarı ilə onun həyatını və dadacağı
ləzzətləri hədələyən amillərlə mübarizə aparıb,  onları aradan
qaldırmaq istəyir.  İnsanı rahat buraxmayan şeylərdən biri
zamanın onu qocaldan gedişidir.  Qocalıq dövrü bir müddət
davam etsə də,  nəhayət,  ölümlə sonuclanır.  Zaman ötməsəydi,
təbii ki insan əbədi olardı.  İnsan həyatın ötüb,  başa çatmasını
istəmir.  O,  əbədilik arzusundadır.  Bu,  hər bir insanın fitri
istəyidir.  Nə etməli ki,  bu gerçəkliklə mübarizə aparmaq
faydasızdır.  İnsanın məhdud ömürlü varlıq olduğunu qəbul
etməkdən başqa yol yoxdur.  Ölüm acı,  xoşagəlməz olsa da,
onu qəbul etməkdən başqa çarə yoxdur. Ata öz oğluna bildirir
ki,  bu mə’nanı
qəbul etmiş və zaman qarşısında təslim
olmuşdur.  O, əmindir ki, zaman ötür və onun qarşısını almaq
olmaz.  “Əl-muqirri lizzəman”  -  “zamanın qələbəsini e’tiraf
etmiş”  tə’biri ömrünün ötəriliyi qarşısında təslim olmaq
mə’nasındadır. Yə’ni artıq qəbul etdim ki, ömür məhduddur və
o, başa çatasıdır. Ona görə də Həzrət (ə) “mudbiril-ömr”, yə’ni
“ömrü keçmiş” ifadəsini işlədir. Bəli, ömrü başa çatmaqda olan
bir ata!  Bu ata ruzgara təslim olmuşdur.  “Mustəslimi liddəhr”
ifadəsi “əl-muqirri lizzəman” ifadəsinin oxşarıdır, amma o daha
geniş və mürəkkəbdir.  Sanki meydanda mübarizə aparan iki
nəfərdən biri o birinin qələbə çaldığını görüb,  əllərini qaldırır
və təslim olur.  İnsan zamanın ötəriliyi qarşısında da bu sayaq
məğlubdur.  Hansı ki o,  bu məğlubiyyətlə barışmaq istəmir,
əbədilik axtarır.  Nəhayət,  məğlubiyyətin qaçılmaz olduğunu
görür.  Ona görə də əllərini qaldırıb,  zaman və dövran
qarşısında təslim olur. Qəbul edir ki, ömür ötüşməkdədir. Bəli,
biz də bu axınla getməliyik,  başqa yol yoxdur.  Beləcə,


12
“əlmustəslimi liddəhri”,  yə’ni  “rüzgara təslim olmuş”  şəxs
onun qarşısında təslim əlaməti olaraq əllərini qaldırır,  qəbul
edir ki, ömür ötəridir və onunla mübarizə aparmaq əbəsdir. 
Vəsiyyətin davamında Həzrət Əli (ə) vəsiyyət edən şəxs kimi
özünü belə tanıtdırır:  “əzzaimi liddünya”,  yə’ni bu vəsiyyət o
şəxs tərəfindəndir ki,  ömrü başa vurmuşdur və dünyaya
məzəmmətlə baxır.  Həzrət  (ə)  sanki öz vəsiyyətinin dünya
bərbəzəyi haqqında olmadığını nəzərə çatdırır.  O,  dünyanı
məzəmmət etdiyini önə çəkir. Ömrü başa çatmaqda olan, dünya
həyatını xoşlamayan bir ata başqalarını dünya həyatının qədrini
bilməyə, ondan daha çox ləzzət almağa çağıra bilərmi?! Əsla!
Bu ata tövsiyyə edir ki, dünyanı yüksək məqamlı, sitayişə layiq
bilməyək. O, dünyanı məzəmmət edir, ölülər məskənində sakin
olduğunu bildirir.  Yə’ni o,  bir yerdə yaşayır ki,  əvvəllər də
orada yaşamışlar və hazırda həmin adamlardan əsər də yoxdur.
O, tezliklə öləcəyini bildirir. Bizim yaşadığımız məkanda əvvəl
minlərlə adam yaşamış və heç bir iz qoymadan dünyanı tərk
etmişlər.  Onların yerini tutmuş bizlər əbədi qalacağıqmı?!
Şübhəsiz ki,  biz də onlar kimi öləsiyik.  Vəsiyyət edən ata da
özünü həmin mövqedə görür. Ölülər karvanının ötüşdüyü yerdə
qərar tutmuş bu ata özünü eyni mövqedə hiss edir.  Hamı bu
dayanacaqda nəfəsini dərib,  yoluna davam edir.  Həzrət  (ə)  də
onların ardınca gedəcəyini bildirir.  Həzrət Əli  (ə)  buyurur:
“əzzaini ənha ğəda”,  yə’ni vəsiyyət edən kəs sabah bu
dayanacaqdan köçəcəkdir.   Müvəqqəti olaraq bu karvansarada
dayansa da, əvvəlki karvanlar tək yola düşəcəkdir. 
Bu bəyanlar vəsiyyət edən şəxsin mövqeyini müəyyənləşdirir.
Onu tanımaq üçün uyğun vəsflərə,  tə’birlərə nəzər salıb,
düşünmək kifayətdir.  Bu məqamda insan həmin vəsiyyətin
onun özü üçün də faydalı olub-olmadığını müəyyən edə bilər. 
VƏSIYYƏT OLUNAN ŞƏXS
Həzrət  (ə)  sözünün davamında müraciət etdiyi şəxsi belə
tanıtdırır:  “İləl-vələdil-muəmməli ma la yudrəkussaliki səbilə


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə