Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə10/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   6   7   8   9   10   11   12   13   ...   102

__________________Milli Kitabxana___________________ 

31 


 

(Bu halda bir neçə ərəb gəlib keçərkən bu macəranı görüb, M ə c n u n u n  a t a s ı n d 

a n soruşurlar). 

 

(M u s i q i; təsnif)  



 

Ə r ə b l ə r-- 

 

Söylə bir görək, ərəb, bu cavan nədən xəstə, (2 dəfə) 



Bəlkə bizdə bu dərdin davası tapıla kaş....  

Davası tapıla kaş, davası tapıla kaş.... 

Ey, biz də dünya görmüş adamız, (2 dəfə) 

Xəstələrə dava edəriz.  

İnsan başına ələni bilmək gərək. (2 dəfə) 

 

(M u s i q i)  



 

M ə c n u n u n  a t a s ı-- 

 

Allahın bəndələri, bu mənim fərzəndimdir, (2 dəfə)  



Eşqdir bunun dərdi, olub bir qıza aşiq, 

Leyliyə budur aşiq! (2 dəfə)  

Ey, hər təbibə getdim, söylədim,  

Dərdi-eşqə əlac istədim.  

Min cürə dəva verdilər, kar etmədi.... (2 dəfə) 

 

(M u s i q i) 



 

Ə r ə b l ə r-- 

 

Ey pir, bunun dərdinə əlac bircə şey var, (2 dəfə)  



Kəbəyə aparasan, həcəri görə bəlkə. 

Həcəri görə bəlkə, 

Dərdindən ola azad,  

Ey, səcdə qılsın Kəbəyə oğlan, (2 dəfə)  

Sən də üz tut dərgahi-ilahə,  

Qılgilən münacat, dilə bir əlac. (2 dəfə) 

 

(M u s i q i: əraq) 



 


__________________Milli Kitabxana___________________ 

32 


 

M ə c n u n-- 

 

Eşq dərdi, ey  müalic, qabili-dərman deyil!  



Cövhərindən eyləmək cismi cida asan deyil!  

Dövr cövründən şikayət edənə aşiq demə,  

Eşq  məsti  vaqifi-keyfiyyəti-dövran  deyil!  

Canı canan ittihadi fariq eylər cismdən,  

Cismdən agah olan can vasili-canan deyil! 

 

(M u s i q i: heyratı; N o f ə l qoşunu ilə gəlir; bunları görüb oxuyur.)  



 

N o f ə l-- 

 

Ey xəstə, nədir bu çəkdiyin zəhmətü rənc,  



Viranədə zaye etdiyin dürü gənc?!  

Vəhşi nə bilir sənin məqamın? (2 dəfə)  

Hal əhlisən, istə, əhli-hali etsin əlac,  

Hal əhlisən, istə, tapasan şəfa. 

 

Ə r ə b l ə r  h a m ı s ı-- 



 

Bu oğlan aşiqdir 

 

(M u s i q i) 



 

Leyli adlı bir gözələ. 

Əmma bəxti yar olmaz; 

Atası qızı verməz. 

Bu da qızın eşqindən olmuş divanə, (2 dəfə) 

Əl çəkib dünyadan, ata-anadan qaçıbdır. 

Əl çəkib dünyadan, məcnun olubdur. 

 

(M u s i q i)  



 

N o f ə l-- 

 

Ey cavan, bildim dərdini sənin, bəladır,  



Əmma ümidini kəsmə, allah kərimdir.    

Mən cəhd eylərəm, Leylini sənə alaram,  

Qızıl istəsələr, qızıl bəxş eylərəm.  

Yoxsa qılıncımın zoru ilə alaram. 

 

 



__________________Milli Kitabxana___________________ 

33 


 

(M u s i q i) 

 

(N o f ə l kağız yazıb göndərir.)  



 

M ə c n u n (Kabili üstə)-- 

 

Şükr eylərəm, ey yeganeyi-əhd!  



Tədbirimə çoxlar etdilər cəhd.  

Səndə, bilirəm ki, lütf çoxdur,  

Nə sud ki, məndə bəxt yoxdur.  

Bəxtim, bilirəm, mənim yamandır,  

Sud istədiyin mənə ziyandır. 

 

Ə r ə b l ə r-- 



 

Ey Nofəl, məlumdur, səndə şücaət çoxdur,  

Əmma ki, Məcnunun bəxti, taleyi yoxdur. 

 

M ə c n u n-- 



 

Bəxtim, taleyim yoxdur, bəxtim, taleyim yoxdur, 

 

Mən ki, məcnunəm.  



 

Ə r ə b l ə r-- 

 

Məcnunin də allahdan başqa bir əlacı yox,  



Ona əlac olsa allahdan olar. 

 

(M u s i q i) 



 

N o f ə l-- 

 

 

Qəm çəkmə ki, mən olunca sənə qəmxar,  



Yarın, bil ki, ənqərib olur sana yar. 

Ümidvar ol! 

Sən cəhd elə ki, yar ola sənə mayil,  

Çün yar olsa mayil, kar olur asan. 

 

(M u s i q i) 



 

(Bu vaxt L e y l i n i n  a t a s ı  on nəfər yaraqlı ərəblə gəlir. N o f ə l onlara deyir:) 

 



__________________Milli Kitabxana___________________ 

34 


 

N o f ə l-- 

 

Ey qom büləndpayə, 



Biganə olmuş aşinayə. 

Leylini verin Məcnunə, 

Bu işə siz razı olsanız, 

Sizi eylərəm dövlətmənd. 

Simüzər verərəm, 

Əgər sözlərimi yerə salsanız, eylərəm 

Sizi şəmşirin zərbinə qurban. 

 

(M u s i q i)  



 

L e y l i n i n  a t a s ı-- 

 

Ey hünərvər, bu cünundur, 



Bizdə cünunə qız yoxdur. 

Lazım deyil bizə zərin

Əl çəkirik zərindən. 

Qorxmuruq şəmşirindən. 

Hər nə bilsən et! 

Laf ilə qılıncdan gəl urma qıl dəm 

Kim, vardır qılınclar bizlərdə də həm. 

 

(M u s i q i) 



 

(Qılınclarını çəkib davaya başlayırlar. M ə c n u n  əlinə bir xəncər alıb N o f ə l i n 

qoşunlarını qırmağa başlayır. N o f ə l onu kənara çəkib deyir:) 

 

N o f ə l-- 



 

Nə iş görürsən, divanə! 

Düşmənə kömək edirsən. 

Biz ölürük sənin üçün, 

Sən qırırsan bizi neçün? 

Xəncəri tulla, 

Mən cəhd edirəm ki, düşməni məğlub eyləyim 

Kim, Leylini alıb sənə verdirim. 

 

(M u s i q i)  



 

 

 




__________________Milli Kitabxana___________________ 

35 


 

M ə c n u n (Kabili üstə)-- 

 

Ey Nofəl, mən fədayi-yarəm,  



Vəslinə onun  ümidvarəm,  

Yarım tərəfində ola nüsrət,  

Bəlkə ki, bulam vüsalə fürsət. 

Canım ola dust dilpəziri,  

Ya köştəsi ola, ya əsiri. 

 

(Bu vaxt L e y l i n i n  a t a s ı ilə İ b n-S ə l a m  gəlir; qılınclarını salıb, N o f ə l ə 



müraciətlə oxuyurlar:) 

 

L e y l i n i n  a t a s ı-- 



 

Ey hünərvər, səndə zəfər. 

Bizə aman ver, nahaq bu xəlqi 

Qırma, qırma, qırma, qırma! 

Leylini vermişəm özgə ərə, 

Leyli verilib İbn-Səlamə. 

İndi razı olma iki əri olsun yarın, 

Namusa toxunan iş deyilmi bu?! 

 

(M u s i q i)  



 

N o f ə l (əl verir)-- 

 

Doğrudur, doğrudur, doğrudur, 



 

(Qoşuna) 

 

Ey ləşkər! Çəkilin davadan, 



Dəxi bəsdir cəng; 

Əvvəldən bilsəydim tökməzdim bu qədər qan, 

Məcnunə allahdan əql istərdim. 

 

(M u s i q i) 



 

(H a m ı bir yerdə əllərini yuxarı qaldırır).  

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə