V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə28/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

 
99 
FƏSĠL 

 
QRAVĠ-MAQNĠT ANOMALĠYALARIN  
GEOLOJĠ YOZUMU 
 
 
5.1. Kür çökəkliyində müĢahidə edilmiĢ geopotensial  
sahələrin və lokal anomaliyaların xüsusiyyətləri 
 
Kür çökəkliyində aparılmıĢ qravimetrik və maqnitometrik kəĢ-
fiyyatların  məlumatları  əsasında  qravitasiya  və  maqnit  sahələrinin 
dəyiĢmə  xüsusiyyətləri  analiz  olunmuĢ,  sahələrin  struktur-tektonik 
vəziyyətləri öyrənilmiĢdir [13, 19, 39, 44, 61 ]. Lakin, bu iĢlər kiçik 
miqyaslarda yerinə yetirilmiĢ, geoloji-geofiziki materialların analizi 
əsasən iri tektonik elementlərin üzə çıxarılması ilə yekunlaĢmıĢdır. 
Xırda  miqyaslı  planalmalarda  müĢahidə  edilən  və  ya  böyük 
əraziləri əhatə  edən regional qravitasiya və maqnit sahələri nə qə-
dər  hamarlanırsa  detal  planalmalarda  potensial  sahələrin  kiçik 
dəyiĢmələri üzə çıxır, onların mürəkkəbliyi özünü daha qabarıq bi-
ruzə verir. Bu baxımdan, sonrakı illərdə Orta Kür çökəkliyində Me-
zozoy  çöküntülərinin  geoloji  quruluĢunu,  vulkanogen  əmələgəl-
mələrin yayılma zonalarını, AĢağı Kür çökəkliyində Məhsuldar Qat 
çöküntüləri ilə əlaqədar struktur mürəkkəbləĢmələri daha dəqiq öy-
rənmək,  bu  çöküntülərdə  neft-qaz  yığımı  zonalarını  aĢkar  etmək 
məqsədilə daha iri miqyasda (1:50000; 1:25000) qravi-maqnit təd-
qiqatları aparılmıĢdır [15, 17, 41, 67, 70, 71].  
Yevlax-Ağcabədi  çökəkliyində,  Kür-Qabırrı  çaylararası  sahə-
nin  cənub-Ģərqində,  Sabirabad-Kürdəmir  qalxım  zonasının  mərkə-
zində  qravitasiya  və  maqnit  anomaliyalarının  paylanması,  onların 
planda eyni sahəni əhatə etməsi faktları analiz olunmuĢ, bu anoma-
liyaların  əsasən  Mezozoy  çöküntü  kompleksinin  əmələ  gətirdiyi 
struktur-tektonik-litoloji  amillərlə  əlaqədar  olduğu  göstərilmiĢdir 
[15, 17, 72]. Mezozoy çöküntülərinin səthi üzrə məlum qalxımların 
ağırlıq  qüvvəsi  sahəsində  lokal  maksimumlarla  əks  olunduğu 


 
100 
müəyyənləĢdirilmiĢ,  eyni  zamanda,  bir  çox  sahələrdə  yeni  lokal 
qravitasiya  maksimumları  aĢkar  edilmiĢdir  ki,  bunlar  da  Mezo-
zoyun qalxımları ilə əlaqələndirilmiĢdir. Orta Kür çökəkliyində lo-
kal  maqnit  maksimumlarının  isə  Mezozoy  yaĢlı  vulkanik  əmələ-
gəlmələrin  intiĢar  tapdığı  sahələrə  uyğun  gəldiyi  göstərilmiĢdir. 
Lokal qravitasiya və maqnit maksimumlarının planda üst-üstə düĢ-
məsi  Muradxanlı  strukturuna  oxĢar  olaraq  həmin  sahədə  vulkanik 
assosiasiyaların  qalxım  əmələ  gətirməsi  kimi  interpretasiya  olun-
muĢdur [15]. 
Yevlax-Ağcabədi  çökəkliyinin  cənub-Ģərq  hissəsində,  Sabira-
bad-Kürdəmir  qalxım  zonası  üzərində  ağırlıq  qüvvəsi  müsbət  qiy-
mətlərlə, Kür-Qabırrı çaylararası sahədə,Yevlax-Ağcabədi çökəkli-
yinin Ģimal-qərb hissəsində və qərb  yamacında, AĢağı Kür çökək-
liyinin  bütün  sahələrində  isə  mənfi  qiymətlərlə  səciyyələnir.  Geo-
maqnit  sahə  Muradxanlı  strukturu  üzərində  750-800  nTl-ya  qədər 
yüksəlir, onun ətrafında isə 400-500 nTl-ya qədər azalır. Bu, yük-
sək maqnit qavrayıcılığına malik effuziv süxurların yer səthinə ya-
xınlaĢması ilə əlaqədardır. Yevlax-Ağcabədi çökəkliyinin bütün sa-
hələrində,  Tərsdəllər-Ceyrançöl  ərazisində,  Sabirabad-Kürdəmir 
qalxım  zonasında  geomaqnit  sahə  müsbət  qiymətlərlə  (200-800 
nTl),  AĢağı  Kür  çökəkliyində  əsasən,  mənfi  qiymətlərlə  (-150  ÷  -
200 nTl) səciyyələnir. 
Ümumiyyətlə,  Orta  və  AĢağı  Kür  çökəkliklərində  müĢahidə 
olunan ağırlıq qüvvəsi sahəsi olduqca mürəkkəbdir. Müəyyən düz-
xətli  profil  üzrə  müĢahidə  olunan  ağırlıq  qüvvəsi  sahəsinin  dəyiĢ-
məsi  hamar  olmayıb,  müəyyən  intervallar,  zonalar  daxilində  müx-
təlif  qradiyentlərlə  səciyyələnir.  Ümumi  dəyiĢmə  fonunda  baĢ  ve-
rən lokal dəyiĢmələr geoloji kəsiliĢi təĢkil edən süxurların struktur-
tektonik  və  petrofiziki  (sıxlıq,  məsaməlik,  temperatur  və  s.)  və-
ziyyətləri ilə bilavasitə əlaqədardır. 
Keçən  əsrin  80-cı  illərinin  sonlarında  Kür-Qabırrı  çaylararası 
vadinin  Tərsdəllər,  Ceyrançöl,  cənubi  Palantökən  sahələrində  apa-
rılmıĢ  qravi-maqnit  tədqiqatlarda  profillər  üzrə  müĢahidə  edilmiĢ 
potensial  sahələrin  “miĢarvarı”  dəyiĢmələri  qeyd  edilmiĢdir.  Bu-


 
101 
rada  qərb-Ģərq  istiqamətli  (bəzən  də  Ģmq-cĢ  istiqamətli)  zonalar 
daxilində  müxtəlif  intensivlikli  lokal  qravitasiya  və  maqnit  mak-
simumları  aĢkar  edilmiĢdir.  Onlar  paralel  profillərdə  korrelyasiya 
olunaraq  20  km  məsafədə  izlənilmiĢdir  [15].  Eyni  mənzərə  kiçik 
Qafqazönü zonada  Kəbirli, Qəmərli və Cəbri  sahələrində  də  mü-
Ģahidə  edilmiĢdir   (S.H. Məmmədov, 1989). 
ġəkil  5.1-də  ġimali  Naftalan-Gödəkboz,  Qazanbulaq-Borsun-
lu-Ziyadxan, Pənahlı və Oruclu sahələrində müĢahidə edilmiĢ ağır-
lıq  qüvvəsi  sahəsinin  qrafikləri  təsvir  olunmuĢdur.  Göründüyü 
kimi,  hər  bir  profildə  ağırlıq  qüvvəsinin  mürəkkəbləĢmələri  müĢa-
hidə  edilir,  Δg  qradiyentlərinin  kəskin  dəyiĢmələri  qeyd  olunur. 
Lakin,  bir-birinə  paralel  olaraq  iĢlənilmiĢ  bu  profillərdə  regional 
fon  vasitəsilə  ayrılan  lokal  qravitasiya  anomaliyalarının  korrel-
yasiya  olunaraq  böyük  ərazidə  izlənilməsi  onların  təsadüfən  ya-
ranmadığını, davamlı geoloji amillərlə bağlı olduğunu göstərir. 
Qeyd  olunan  sahələrdə  ağırlıq  qüvvəsinin  2  və  3  ölçülü  təs-
virləri  də  bunu  söyləməyə  əsas  verir.  ġimali  Naftalan-Gödəkboz-
Duzdağ sahələrində ağırlıq qüvvəsinin analizi göstərir ki, potensial 
sahənin  ən  mürəkkəbləĢmiĢ  hissəsi  2  saylı  Gödəkboz  quyusundan 
qərbdə  yerləĢir (Ģəkil 5.2). Bu quyudan 2,5-3 km Ģimal-qərbdə, 10 
saylı quyudan  ≈1.5 km  qərbdə  ağırlıq  qüvvəsi sahəsinin  profillər 
üzrə  kəskin  dəyiĢmələri  baĢ  vermiĢdir  ki,  Buge  anomaliyası  xəri-
təsində  bu  dəyiĢmələr  özünü  izoanomalların  “fleksura”  Ģəklində 
əyilmələri  ilə  biruzə  verir.  Bu  zonada  seysmik  kəĢfiyyat  məlu-
matları  əsasında  Mezozoy  kompleksinə  aid  edilən  böyük  ampli-
tudlu qırılma aĢkar edilmiĢdir. Ağırlıq qüvvəsinin ġimali Naftalan 
sahəsindən  Duzdağın  ətəklərinə  qədər  azaldığı  və  sonra  yenidən 
artdığı müĢahidə edilir. Sahənin ayrı-ayrı hissələrində ağırlıq qüv-
vəsi izoanomallarının mürəkkəbləĢməsi burada davamlı izlənən lo-
kal anomaliyaların  varlığını göstərir. 
Qazanbulaq-Borsunlu-Ziyadxan sahələrində də ağırlıq qüvvəsi 
sahəsi  çox  mürəkkəbdir.  Qazanbulaq  sahəsində  axtarıĢ-kəĢfiyyat 
quyularının  yerləĢdiyi  ərazidə  və  ondan  cənub-qərbdə  qravitasiya 
sahəsi daha çox mürəkkəbləĢməyə məruz qalmıĢdır (Ģəkil 5.3).  


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə