V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə51/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

 
196 
Həmin tektonik xətlər arasında 6, 7, 14 və 15 saylı profillərin 
məlumatları  əsasında  1,5×2,0  km  ölçülü  digər  xarakterik  lokal 
minimumlar sahəsi müəyyənləĢdirilmiĢdir. Qeyd etmək lazımdır ki, 
aĢkar  edilmiĢ  bu  lokal  minimumlar  zonası  daxilində  axtarıĢ-
kəĢfiyyat qazıma iĢləri aparılmamıĢdır.  
Qazanbulaq  sahəsində  qazılmıĢ  quyular,  əsasən,  1-3-cü  tek-
tonik  xətlərin  arasında  yerləĢir.  Burada  da  xarakterik  lokal  qravi-
tasiya  minimumları  aĢkar  edilmiĢdir.  2  və  3-cü  tektonik  xətlər 
arasında  yalnız  8,  9  və  15-ci  profillərin  məlumatları  əsasında,  eni   
≈1  km,  uzunluğu  2  km-dən  artıq  olan  sahə  daxilində  lokal  mini-
mumlar  müəyyən  edilmiĢdir.  01÷07  saylı  profillərdə  bu  tektonik 
xətlər  arasında  xarakterik  lokal  minimumları  ayırmaq  mümkün 
olmamıĢdır. 
1  və  2-ci  xətlər  arasında  isə  01-07  və  13  saylı  profillərin 
məlumatları  əsasında  intensivliyi  0,2-0,3  mQal  olan  lokal  mini-
mumlar zonası müəyyən edilmiĢdir. Bu zonanın 01÷03 saylı profil-
ləri  əhatə  edən  hissəsi  Ziyadxan  strukturunun  Ģərq  periklinalını 
əhatə edir və burada axtarıĢ-kəĢfiyyat quyuları yoxdur. 1-1 tektonik 
xəttindən  qərbdə,  01÷03  və  13  saylı  profillərin  məlumatlarına 
əsasən 0,3 mQal intensivli daha bir lokal minimumlar zonası aĢkar 
edilmiĢdir.  01÷03  saylı  profillərin  baĢlanğıclarında  aĢkar  edilmiĢ 
lokal minimumlar Ziyadxan strukturunun üzərinə düĢür. 
Qazanbulaq  sahəsində  qazılmıĢ  quyuların  nəticələri  ilə  aĢkar 
edilmiĢ lokal minimumlar müqayisəli analiz olunmuĢdur. Bu sahə-
də Mezokaynozoy çöküntülərində 7 neftli obyekt  aĢkar edilmiĢdir. 
Bunlar  üst  TəbaĢir,  Paleosen,  orta  və  üst  Eosen,  Maykop  lay 
dəstəsində  Qaraçinar,  I  Qazanbulaq,  II  Qazanbulaq  horizontlarına 
uyğun  gələn  V,  VI,  VII  Naftalan  horizontlarıdır  [53].  2  saylı 
quyuda 1650-1655 m intervalında üst TəbaĢir (Maastrixt mərtəbəsi) 
əhəngdaĢlarından 0,5 t/sut debitlə neft alınmıĢdır. Lokal minimum-
lar  xəritəsində  bu  quyu  0,1  mQal  izoxəttin  üzərinə  düĢür.  3  saylı 
quyuda  isə  üst  TəbaĢir  çöküntülərinə  giriĢdə  500  t/sut  debitlə  neft 
fontanı  alınmıĢdır.  Bu  quyu  isə  0,3  mQal  izoxəttin  əhatəsindədir. 
Nəzərə alsaq ki, bu quyu keçən əsrin 50-ci illərində qazılmıĢ, uzun 


 
197 
müddət  istismarda  olunmuĢdur,  onda  daha  intensiv  minimumun 
alınmaması aydın olar.  
9 saylı quyuda 1010 m dərinlikdə Paleosen çöküntülərindən (II 
mergel dəstəsi) 150 t/sut debitlə, 6 saylı quyuda 1028-1096 m inter-
valda  orta  Eosen  çöküntülərindən  100-150  t/sut  baĢlanğıc  debitlə 
neft əldə  edilmiĢdir [53]. Qeyd olunan hər iki quyu 2 və 3-cü tek-
tonik xətlər arasında aĢkar edilmiĢ lokal minimumlar zonasına dü-
Ģür ki, burada anomaliyanın intensivliyi 0,3 mQal təĢkil edir. Səna-
ye əhəmiyyətli neft alınmıĢ 43, 44, 50, 139 və 191 saylı quyular da 
anomal  zonalar  daxilindədir.  Məhsuldar  olmamıĢ  1,  62,  10  saylı 
quyular isə lokal minimumlar zonasından kənarda qalmıĢdır.  
R.R.Rəhmanova  görə  62  saylı  quyudan  Ģərqə  doğru  “mergel” 
və  “mergel-tufogen”  dəstədən  ibarət  olan  alt  Eosen  çöküntüləri 
pazlaĢırlar.  Əvvəlcə  alt  Eosenin  “mergel”  dəstəsi,  ondan  bir  neçə 
kilometr  Ģərqə  doğru  “mergel-tufogen”  dəstələri  növbə  ilə  pazlaĢ-
mıĢdır. Alt  Eosen  əsasən, mergel  və əhəngli qumdaĢları  laycıqları 
olan mergelli və qumdaĢlı gillərdən ibarətdir. Bu çöküntülərin paz-
laĢması 6 saylı quyudan Ģərqdə qeyd olunur [53].  
Bu  araĢdırmalara  əsasən  güman  etmək  olar  ki,  6  və  62  saylı 
quyulardan Ģərqdə qravimetrik kəĢfiyyatla müəyyənləĢdirilmiĢ 3-3 
və  4-4  tektonik  xətləri  uyğun  olaraq  alt  Eosenin  “mergel”  və 
“mergel-tufogen” dəstələrinin pazlaĢmalarını əks etdirir. 
Əldə edilmiĢ bu məlumatlar Qazanbulaq, Borsunlu, Ziyadxan 
sahələrində aĢkar edilmiĢ xarakterik minimumlar zonasına diqqətin 
artırmasını  tələb  edir.  Bu  sahələrdə  güman  olunan  yatağın  strati-
qrafik  Ģamilliyini  və  dərinliyini,  vulkanogen  əmələgəlmələrin  yer-
lərini  dəqiqləĢdirmək  üçün  seysmik  (ÜDNÜ,  SDÜ),  qravimetrik, 
maqnitometrik  kəĢfiyyat  iĢlərinin  əlavə  olaraq  aparılması  təklif 
olunur. AxtarıĢ-kəĢfiyyat qazıma iĢlərinin aparılması labüd olduqda 
quyuların  lokal  qravitasiya  minimumları  zonasında  qoyulması 
məqsədəuyğundur. 
Bozqobu  sahəsi.  1979-cu  ildə  qravimetrik  kəĢfiyyatla  müəy-
yənləĢdirilmiĢ (S.H.Məmmədov, V.Q.Qədirov) Bozqobu sahəsində 
2005-ci  ildə  4 profil üzrə  alınmıĢ  məlumatlar burada qravimetrik 


 
198 
YTA-ların varlığını bir daha göstərdi. Lakin, bu məlumatlar güman 
olunan  yatağın  konturlarını  müəyyənləĢdirməyə  imkan  vermə-
miĢdir.  Ona  görə  də,  bu  sahədə  kompleks  geofiziki  (seysmik, 
qravimetrik, maqnit) kəĢfiyyat iĢlərinin aparılması tövsiyə olunur. 
 
7.2. AĢağı Kür çökəkliyində neft-qaz yataqlarının proq-
nozlaĢdırılması. Birinci növbəli geofiziki tədqiqatların və 
axtarıĢ qazımasının aparılması  üzrə tövsiyələr. 
 
AĢağı Kür çökəkliyinin Kürsəngi, Kürovdaq, Qarabağlı, Baba-
zənən  sahələrində  aparılmıĢ  qravimetrik  kəĢfiyyat  iĢləri  bu  ərazi-
lərdə  sahənin  neft-qazlılığının  qiymətləndirilməsində  xarakterik 
qravitasiya minimumlarından istifadə etməyin əhəmiyyətini bir da-
ha  göstərmiĢdir 

42,  64

.  Qeyd  edək  ki,  Kürsəngi,  Qarabağlı, 
Babazənən sahələrində Məhsuldar Qatın qalxımı ağırlıq qüvvəsinin 
artması ilə müĢayiət olunur. Belə sahələrdə də, məlum neft-qaz ya-
taqları  üzərində  xarakterik  lokal  minimumlar  ayırmaq  mümkün 
olmuĢdur. Belə ki, intensivlikləri 0,3-0,4 mQal olan bu minimumlar 
lokal  maksimumların  üzərində  ayrılmıĢ  və  məlum  yataqların  kon-
turlarına uygun gəlmiĢdir 

42


AĢağı Kür çökəkliyinin məlum yataqları üzərində aparılmıĢ bu 
tədqiqatlar  Bəndovan  sahəsində,  Hacıqabul  və  Nəvahi  sinklinal-
larında alınmıĢ qravimetrik məlumatların nəticələrindən istifadənin 
mümkünlüyünü göstərir. Tədqiq olunan sahələrdə iĢlənilmiĢ bütün 
profillərdə    xarakterik  lokal  minimumlar  ayrılmıĢ,  onların  sərhəd-
ləri  və  qiymətləri  planda  qeyd  edilmiĢ  və  neft-qazlılıqla  əlaqələn-
dirilən lokal minimumlar xəritəsi qurulmuĢdur. 
 Bəndovan  sahəsi.  Bu  sahə  üzrə  qurulmuĢ  ağırlıq  qüvvəsinin 
neft-qazlılıqla əlaqələndirilən lokal minimumlar xəritəsindən görü-
nür ki, strukturun tağ hissəsində 15, 16, 25, 29, 30, 31, 32, 34 saylı 
quyuların yerləĢdiyi sahədə 0,2 mQal intensivli minimumlar zonası 
ayrılır (Ģəkil 7.6). Bu zona daxilində bir sıra quyudan (15, 29, 31, 
34 və s.) AbĢeron çöküntülərindən qaz alınmıĢdır.  
 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə