V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   49   50   51   52   53   54   55   56   57

 
203 
tur mürəkkəbləĢmə aĢkar edilmiĢ, qravimetrik üsulla Hacıqabul və 
ġimali  Hacıqabul  strukturu  ayrılmıĢdır.  Sonrakı  illərin  ÜDN 
məlumatları  əsasında  burada  Ağcagil  çöküntülərinin  3200-3400  m 
dərinlikdə  Məhsuldar  Qatın  səthinə  pazlaĢmaları  aĢkar  edilmiĢdir. 
1998-1999-cu  illərdə  kompleks  geofiziki  (seysmo-qravimetrik) 
üsullarla  aĢkar  edilmiĢ  seysmik  və  qravimetrik  yataq  tipli  anoma-
liyaların  (YTA)  məhz  Ağcagil  çöküntülərinin  pazlaĢma  zonasına 
təsadüf  etdiyi  müəyyənləĢdirilmiĢdir  (Ə.Q.Novruzov,  S.H.Məm-
mədov və b., 1998). 
Nəvahi sahəsi. Nəvahi sinklinalında 2000-2002-ci illərdə apa-
rılmıĢ  seysmik  (SDÜ)  və  qravimetrik  kəĢfiyyat  iĢləri  nəticəsində 
sinklinalın  Ģimal-Ģərq  bortunda  iki  zolaq  daxilində  qravimetrik  və 
seysmik YTA-lar aĢkar edilmiĢdir. YTA-lar zonasının biri Ağcagil 
çöküntülərinin  MQ-yə  pazlaĢdığı  zona  daxilinə  düĢür,  təxminən 
1300-1800  m  dərinliyi  əhatə  edir.  Burada  xarakterik  lokal  qravi-
tasiya  anomaliyasının  intensivliyi  0,2-0,4  mQal-dır.  Bu  zonadan 
cənub  və  cənub-qərb  istiqamətdə,  təxminən  5  km  məsafədə  digər 
yataq tipli qravimetrik və seysmik anomaliyalar aĢkar edilmiĢdir ki, 
bunlar  2500-3000  m  dərinlik  intervalını  əhatə  edir  və  MQ  Ģökün-
tülərinin həmin yerdəki dərinliklərinə uyğun gəlir (Ģəkil 7.8). Belə 
hesab etmək olar ki, burada da Ağcagil Ģöküntülərinin alt hissələri 
MQ-yə pazlaĢaraq tələ əmələ gətirmiĢdir. Qeyd etmək lazımdır ki, 
seysmik profillərin keçmədiyi digər sahədə də qravimetrik YTA-lar 
aĢkar edilmiĢdir. 
Hacıqabul və Nəvahi sahələrində kompleks geofiziki (seysmo-
qravimetrik) birbaĢa  axtarıĢ üsulları  ilə Ağcagil horizontunun  aĢa-
ğılarının  MQ-yə  pazlaĢdığı  yerlərdə  yataq  tipli  seysmik  və  qravi-
metrik  anomaliyaların  aĢkar  edilməsi  bu  sahələrə  diqqətin  artırıl-
masını  tələb  edir.  Ona  görə  də,  bu  sahələrdə    kompleks  geofiziki 
(seysmo-qravimetrik) birbaĢa axtarıĢ  üsulu ilə tədqiqatların  davam 
etdirilməsi təklif olunur. 


 
204 
 
 
 
ġəkil 7.8. Nəvahi sinklinalının Ģimal-Ģərq qanadında yataq tipli 
qravimetrik və seysmik anomaliyaların yerləĢmə sxemi 
 
1- MQ çöküntülərinin yuxarılarının (SH-I) izoxətləri; 2- qırılma; 3- Ağcagil 
çöküntülərinin MQ-yə pazlaĢma xətti; 4- lokal qravitasiya minimumları zonası və 
izoxətləri; 5- seysmik yataq tipli anomaliya; 6- axtarıĢ-kəĢfiyyat quyusu. 


 
205 
Göytəpə  sahəsi.  Ötən  əsrin  70-ci  illərində  Kürovdağ-
Babazənən  istiqamətində  profil  boyu  aparılmıĢ  qravimetrik 
müĢahidələr  ağırlıq  qüvvəsinin  ümumən  artdığını,  Kürovdağ, 
Qarabağlı,  Babazənən  strukturlarının  isə    lokal  maksimumlarla 
qeyd olunduğunu  göstərmiĢdir. Bu profildə Qarabağlı və Babazə-
nən strukturları arasında digər lokal qravitasiya maksimumu  aĢkar 
edilmiĢ və bu sahədə  yeni struktur mürəkkəbləĢmənin varlığı ehti-
mal olunmuĢdur [42]. 1995-ci ildə bu sahədə aparılmıĢ qravimetrik 
və maqnit kəĢfiyyatı tədqiqatları (6 paralel və 2 əlaqələndirici profil 
üzrə)  Qarabağlı  və  Babazənən  strukturları  arasında  ölçüləri  6,5×4 
km,  intensivliyi  1,5-2  mQal  olan  lokal  maksimum  zonasının  ol-
masını  üzə  çıxartdı.  Bu  maksimum  Qarabağlı  və  Babazənən 
sahələrində  olduğu  kimi  MQ  çöküntülərinin  nisbi  qalxımı  ilə 
əlaqələndirilmiĢ və Göytəpə adlandırılmıĢdır. 
Məhsuldar Qat çöküntülərini açmıĢ quyuların məlumatına əsa-
sən MQ-nin dərinliyi Qarabağlı sahəsində 2800-2900 m-dən Baba-
zənən  sahəsində  1400-1800  m-ə  qədər  qalxmıĢdır.  Bu  sahələrin 
arasında  isə  quyu  və  digər  geofiziki  kəĢfiyyat  məlumatları  ilə 
struktur mürəkkəbləĢmə aĢkar edilməyib. Qeyd etmək lazımdır ki, 
bu sahədə  ĢmĢmq-ccĢ istiqamətində (submeridional) MQ  çöküntü-
lərinin səthinin qalxması (Qarabağlıdan Babazənənə doğru 1000 m) 
bu  istiqamətdə  ağırlıq  qüvvəsinin  5-6  mQal  artması  ilə  müĢahidə 
olunur.  Qərb-Ģərq  istiqamətində  isə  ağırlıq  qüvvəsinin  ≈10  mQal 
dəyiĢməsinə  baxmayaraq  (6  paralel  profil  üzrə)  qurulmuĢ  xəritə-
lərdə Məhsuldar Qatın dərinliyi az dəyiĢmiĢdir.  Əslində isə ağırlıq 
qüvvəsinin  10  mQal  dəyiĢməsi  müqabilində  MQ-nin  dərinliyində 
böyük dəyiĢmə gözləmək olardı. (Qərb istiqamətində ağırlıq qüvvə-
sinin böyük qradiyentlə (≈ 3 mQal/km) artımı müĢahidə olunur ki, 
bu, Muğan monoklinalı zonasına uyğun gəlir). 
Yeni  aĢkar  edilmiĢ  Göytəpə  sahəsində  neft-qazlılıqla  əlaqə-
ləndirilən  və  intensivliyi  0,3-0,4  mQal-a  çatan  xarakterik  lokal 
qravitasiya  minimumlarının  (qravimetrik  YTA-ın)  aĢkar  edilməsi 
bu sahənin neftlilik-qazlılıq baxımından perspektivli olmasını gös-
tərir   (Ģəkil7.9). Həmin sahədə, eyni zamanda, intensivliyi 30 nTl-


 
206 
ya  çatan  maqnit  minimumları  da  qeyd  edilmiĢdir.  Qarabağlı 
strukturunun  uzaq  cənub-qərb  qanadında  qazılmıĢ  50  saylı  dərin 
kəĢfiyyat  quyusundan  MQ  çöküntülərindən  sənaye  əhəmiyyətli 
neftin alınması bu sahənin neft-qaz perspektivliyini göstərir. 
 
 
 
ġəkil 7.9. Göytəpə sahəsində neft-qazlılıqla əlaqələndirilən lokal qravitasiya 
minimumlarının paylanması 
1- MQ-nin səthinin izohipsləri; 2- qravi-maqnit profillər; 3- qravi-maqnit məlumatlara görə 
müəyyən edilmiĢ tektonik xətlər; 4- lokal qravitasiya minimumları zonası və izoxətləri; 
 5- axtarıĢ-kəĢfiyyat quyuları.  


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə