Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu 7 noyabr 2001-ci IL, 30 aprel 2002-ci IL, mart 2006-cı IL, 17 aprel



Yüklə 326,37 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix17.09.2018
ölçüsü326,37 Kb.
#68805
1   2   3   4   5   6   7

maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə 

razılaşdırmaqla müəyyən edilir. 

 

Maddə 4. Valyuta sərvətləri üzərində mülkiyyət hüququ 

 

1.  Azərbaycan  Respublikasında  valyuta  sərvətləri  həm  rezidentlərin,  həm  də 



qeyri-rezidentlərin mülkiyyətində ola bilər. 

Onlar,  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  hallar 

istisna  olmaqla,  valyuta  sərvətləri  ilə  hər  hansı  əqdlər  bağlamaq  və  əməliyyatlar 

aparmaq hüququna malikdirlər. 

Azərbaycan Respublikasında valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər 

mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə 

olunur. 

2.  Azərbaycan  Respublikasında  qiymətli  metallar  və  təbii  daş-qaşla  əqdlərin 

bağlanması  qaydası  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  və  Azərbaycan 

Respublikasının Mərkəzi Bankı tərəfindən birgə müəyyən edilir. 

 

Maddə  5.  Azərbaycan  Respublikasının  valyuta  ehtiyatlarının  formalaşması  və 

ondan istifadə edilməsi 

 

1.  Azərbaycan  Respublikasının  ərazisi  vahid  valyuta  ərazisidir  və  bu  ərazidə 



milli  valyuta  kimi  manatın  alıcılıq  qabiliyyətinin  möhkəmləndirilməsini  təmin  edən 

pul-kredit və valyuta siyasəti yeridilir. 

2.  Azərbaycan  Respublikasının  valyuta  ehtiyatları  milli  valyutanın  alıcılıq 

qabiliyyətini qorumaq, dövlətin iqtisadi tələbatı və sosial inkişafı ilə bağlı ehtiyacları 

ödəmək, xarici borcun ödənilməsi sahəsində öhdəlikləri yerinə yetirmək məqsədi ilə 

mərkəzləşdirilmiş xarici valyuta və digər valyuta sərvətləridir. 

3. Azərbaycan Respublikasının valyuta ehtiyatları respublika büdcəsinin valyuta 

gəlirlərindən və sabitləşdirmə fondundan ibarətdir. 

Azərbaycan Respublikasının valyuta ehtiyatlarının formalaşması qaydası Azərbaycan 

Respublikasının prezidenti tərəfindən müəyyən edilir. 

4.  Sabitləşdirmə  fondu  manatın  məzənnəsinin  sabitləşdirilməsini  təmin  etmək 

məqsədi  ilə  yaradılır  və  ondan  istifadə  edilməsi  barədə  sərəncamı  Azərbaycan 

Respublikasının Mərkəzi Bankı verir. 

 

Maddə 6. Müəssisə və təşkilatların valyuta vəsaitinin formalaşması 



 

Həm rezident, həm də qeyri-rezident olan hüquqi şəxslərin valyuta vəsaiti xarici 

iqtisadi fəaliyyətdən, daxili valyuta bazarında valyuta alınmasından, valyuta kreditləri 

formasında,  habelə  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olmayan 

digər formalarda əldə edilən valyuta hasilatı hesabına formalaşır. 

 

 



Maddə 7. Rezidentlərin xarici valyutada hesabları 

 


1.  Rezidentlər  Azərbaycan  Respublikasında  müvəkkil  banklarda  xarici  valyuta 

hesablarına malik ola bilərlər. 

2.  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  tərəfindən  başqa  hal  müəyyən 

edilmədikdə  rezident  müəssisə  və  təşkilatlar  əldə  etdikləri  xarici  valyutanı  məcburi 

şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər. 

3.  Maliyyə  bazarlarında  fəaliyyətinə  nəzarət  olunan  subyektlər  (qiymətli 

kağızlar  bazarında  lisenziyalaşdırılan  şəxslər,  kredit  təşkilatları,  sığorta  bazarının 

peşakar  iştirakçıları,  investisiya  fondları  və  onların  idarəçiləri)  maliyyə  bazarlarına 

nəzarət  orqanının,  digər  rezidentlər  isə  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının 

müəyyən  etdiyi  hal  və  şərtlər  daxilində  Azərbaycan  Respublikasının  hüdudlarından 

kənarda xarici valyuta hesabı aça bilərlər. 

4. Müvəkkil banklar tərəfindən rezidentlərin xarici valyuta hesablarının açılması 

qaydasını  maliyyə  bazarlarına  nəzarət  orqanı,  bu  hesablar  üzrə  əməliyyatların 

aparılması qaydasını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. 

 

Maddə 8. Hüquqi şəxs olan rezidentlərin Azərbaycan Respublikasında valyuta 



əməliyyatları 

 

1. Hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata 

keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmur. 

2. Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları hüquqi şəxs olan rezidentlər 

tərəfindən  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  müəyyən  etdiyi  qaydada 

aparılır. 

3.  Hüquqi  şəxs  olan  rezidentlər  valyuta  sərvətlərini  köçürmə  yolu  ilə 

Azərbaycan  Respublikasına  gətirmək  və  Azərbaycan  Respublikasından  çıxarmaq, 

habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən 

çıxarmaq hüququna malikdirlər. 

Hüquqi  şəxs  olan  rezidentlər  tərəfindən  valyuta  sərvətlərinin  Azərbaycan 

Respublikasına  köçürülməsi  və  nağd  şəkildə  gətirilməsi,  habelə  Azərbaycan 

Respublikasından  köçürülməsi  və  nağd  şəkildə  çıxarılması  qaydalarını  Azərbaycan 

Respublikasının Mərkəzi Bankı müəyyən edir. 

Qiymətli  metallarla  və  qiymətli  daşlarla  əməliyyatların  aparılması  ilə  bağlı 

münasibətlər  «Qiymətli  metallar  və  qiymətli  daşlar  haqqında»  Azərbaycan 

Respublikasının Qanunu ilə tənzimlənir. 

4. Azərbaycan Respublikası ərazisində xarici investisiyaların iştirakı ilə hüquqi 

şəxslərin öz məhsulunun ixracından əldə etdikləri valyuta hasilatından istifadə etməsi 

qaydası  «Xarici  investisiyanın  qorunması  haqqında»  Azərbaycan  Respublikasının 

qanunu ilə müəyyən edilir. 

 

 



 

 

Maddə  9.  Fiziki  şəxs  olan  rezidentlərin  Azərbaycan  Respublikasında  valyuta 

əməliyyatı 

 


Yüklə 326,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə