Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə62/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   58   59   60   61   62   63   64   65   ...   101

 

 

290 



 

BABALI - Ə, Kamal nə yaman qorxdu. 

ƏSƏD  -  Niyə  də  qorxmasın?  Kamalın  həmin  pul 

kəsənlə  birbaĢa  əlaqəsi  vardı.  Qızıl  onluqları 

əridənlərdən biri də elə Kamal idi də. Bir ildə imarəti 

hansı pulla tikdi? Özünə fermanı hansı pulla yaratdı? 

Qatarda  getməyinə  baxma,  o  iki  inomarkanı  hansı 

pula aldı? 

BABALI - Nə eyləyib özü bilər, bir də Allahı. 

ƏSƏD  -  Əlbəttə,  özü  bilər.  Mən  sadəcə  olaraq 

onun narahatçılığının səbəbini deyirəm. 

ġĠROĞLAN  (astadan  gülərək)  -  Sən  öl,  lap  güllə 

kimi çıxdı kupedən. Biz Gəncədə oxuyanda... 

ƏSƏD  (onun  sözünü  kəsərək)  -  Saxla,  əĢi  saxla. 

Siz  Gəncədə  oxuyanda  bir  tələbə  yoldaĢınız  olub. 

Yataqxanadakı otaqda bir balaca tünlük olanda aradan 

çıxırmıĢ. 

ġĠROĞLAN  -  Pah  atonnan,  elə  bil  Gəncədə  mən 

yox,  elə  bu  (Əsədə  iĢarə  ilə)oxuyubmuĢ.  (Astadan 

gülür, o biri iki dost da ona qoĢulur). 

            Babalı  narazı  şəkildə  bir  kupenin  qapısına 

tərəf,  bir  də  yarımçıq  araq  butulkasına  baxır.  Əsəd 

başını bulayır. Əhmədov yenə kupenin qapısı ağzında 

görünür. 

ƏHMƏDOV  -  Kstati,  sizin  rayonda  Bəyalı  kəndi 

var. Bax orada inək oğurluğu məsələsi necə oldu? 

ġĠROĞLAN (tələsik) - Tutdular, oğruları tutdular. 

(Sonra astadan dostlarına) ƏĢi bu hər Ģeyi bilir. Yəqin 

prokurorluq iĢçisidir. 




 

 

291 



 

ƏHMƏDOV - Hə, (pauza). Kstati, gecələr xəlvəti 

Ģəxsi obyektlərdə oğurluq edib, sonra həmin obyekləri 

yandıran  var  idi    e,  onunçün  qəti  imkan  tədbiri 

görülüb.  Deyəsən  (baĢına  barmağı  ilə  iĢarə  edir) 

ondan imiĢ. 

ƏSƏD (o da barmağı ilə baĢına iĢarə edir) - Ondan 

olsaydı  camaatın  malını  oğurlayıb  mülkünə  niyə  od 

vuvrdu.  Elə  özünə  od  vurardı  da.  Bir  də  ki,  dəlini 

dama basmazlar ki. 

ƏHMƏDOV  -  Mən  demədim  o,  yüz  faiz  dəlidir. 

ġübhəsiz ki, müvafiq orqanlar bunu araĢdıracaqlar. 

BABALI  (kənara)  - ġübhəniz olmasın, mən ölüm, 

bu prokurorluq iĢçisidir ki, var. 

ġĠROĞLAN  -  QardaĢlar,  yamanca  iĢə  düĢmüĢük. 

Biz Gəncədə oxuyanda... 

ƏSƏD  (onun  sözünü  kəsərək)  -  Sən  Allah,  bir 

dayan, bunu da eĢitmiĢik, söyləyim? 

ġĠROĞLAN  (sakitcə)  -  Yox,  ehtiyac  yoxdur. 

Özüm sizə söyləmiĢəm də. 

         Əhmədov  kupenin  qarĢısında  var-gəl  edir. 

Kupenin qapısı açıqdır. 

ƏSƏD (astadan) - Mən ölüm, burda Əlinin yeri nə 

görünür!  Əli  burda  olsaydı  bu  Əhmədovu  yuyub 

çəpərdən asardı. 

BABALI  -  ƏĢi, sən  də  Əlini  çox ĢiĢirtmə. BaĢdan 

ayağa gopdur. Lap elə olaydı burda, nə edərdi ki? 

ġĠROĞLAN (kənara) - Gopçu gopçunu bəyənməz. 

Bu  da  (Babalıya  iĢarə  edir)  onun  kimi  gopçudur  axı. 



 

 

292 



 

Atalar  yaxĢı  deyib  ki,  iki  qoçun  baĢı  bir  qazanda 

qaynamaz! 

ƏSƏD  -  Yox,  Babalı  elə  demə,  o  respublikanın 

bütün  “bərk  gedənlərini”  tanıyır.  Böyük-böyük 

adamların  çoxu  onunla  dostluq  edir.  (DanıĢığına  ara 

verir). Bəlkə elə bu Əhmədov onun tanıĢı çıxardı. 

BABALI - ƏĢi o, hamısını gop eyləyir, heç elə bir 

fərli-baĢlı  tanıdığı  adam  da    yoxdur.  Sadəcə  olaraq 

yalandan  ĢiĢirdir.  Bir  dəfə  avtobusda  baĢımıza  oyun 

açdı. EĢitmisiz? 

ƏSƏD - DanıĢ eĢidək də. 

ġĠROĞLAN (qımıĢaraq) - Hə, hə, Babalı sən canın 

söylə  həmin  əhvalatı.  Qoy  bir  az  əhvalımız  düzəlsin. 

Baxmayaraq  ki,  mən  o  əhvalatı  səndən  bir  neçə  dəfə 

eĢitmiĢəm.  Əsəd  eĢitməyib.  Bir  də  eĢitsə  nə  olar  ki? 

Sən  o  hadisəni  hər  dəfə  bir  cür  danıĢırsan. 

DanıĢdıqlarının heç biri o birinə uyğun gəlmir. Həmin 

əhvalatı  eĢitmiĢ  olsaydı  belə,  indi  danıĢacağın 

onunçün təzə olacaqdı. Hi, hi...(gülür). 

BABALI  (ciddi  görkəm  alaraq)  -  ƏĢi  avtobusla 

kəndə gəlirdim. Kamalla Əli də mənimlə idilər. QonĢu 

rayondan birisi yanımda oturmuĢdu. TanıĢ olduq, Ģirin 

söhbətə giriĢdik. QonĢu rayonlu bizim kənddən çoxlu 

adam  tanıyırdı.  Əli  də  ondan  geri  qalmamaq  üçün 

onun  rayonundan  olan  bir  dostunun  adını  çəkdi.  Lap 

çoxdan  Cabir  müəllimlə  dostluq  etdiyini  soylədi. 

Səfalı  kəndinə  çatar-çatmaz  qonĢu  rayonlu  kiĢi 

avtobusu  saxlatdı.  O,  avtobusdan  düĢməzdən  əvvəl 

bizdən  xahiĢ  etdi  ki,  Həsənə,  Kərimə,  Əkbərə  ondan 




 

 

293 



 

salam söyləyək. Bizim Əli də eləmə tənbəllik, ondan 

xahiĢ  etdi  ki,  Cabir  müəllimə  salam  söyləsin.  QonĢu 

rayonlu kiĢi geri çevrilərək: ”ƏĢi Cabir müəllim mən 

özüməm  də”  deyib  avtobusdan  düĢdü  və  heç  geri  də 

baxmadı.  Bizim  isə  gülməkdən  az  qaldı  qarnımız 

cırıla.  Əli  isə  kəndəcən  heç  ağzını  açmadı,  ha, 

ha...(Birlikdə gülürlər). 

      Əhmədov kupeyə daxil olur və Əsədin yanında 

oturur. 

ƏHMƏDOV (yarımçıq araq butulkasına baxaraq) - 

Deyəsən  axı  zakuskanız  qurtardı.  Bunu  (arağa  iĢarə 

ilə) sona yetirə bilmədiniz. 

ƏSƏD - Yox, yox, biz içən deyilik. Elə, belə... 

ƏHMƏDOV  (gülümsəyərək)  -  A  kiĢilər,  nə 

danıĢırsınız?  Kstati,  mən  öz  kliyentlərimi  əla 

tanıyıram.  (Diplomat  portfeli  açıb  oradan  bir  neçə 

mandarin  və  limon  çıxarıb  stolun  üstünə  qoyur). 

Kstati,  əla  mandarin  və  limonlardır.  Vurun  bununla 

(arağa iĢarə edir). 

ġĠROĞLAN  -  Əcəb  gözəl  mandarin  və 

limonlardır. Yəqin bazardan alıbsınız. 

ƏHMƏDOV  (təəccüblə)  -  Niyə  bazardan?  Ġcra 

Hakimiyyətinin bağındandır. 

ġĠROĞLAN (kənara) - Dedim də, böyük adamdır, 

inanmadız! 

ƏHMƏDOV  (sözünə  davam  edərək)  -  Mən  Ġcra 

hakimiyyətinin bufetində iĢləyirəm. Bufetçiyəm. Sizin 

rayonun  bütün  Ġcra  baĢçılarına  xidmət  etmiĢəm. 

Hamısını  beĢ  barmağım  kimi  tanıyıram.  QonĢu 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə