Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə58/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   54   55   56   57   58   59   60   61   ...   101

 

 

273 



 

Əlcəzair  hökuməti  öz  hərbi  qüvvələrini  müdafiəyə 

hazır vəziyyətə gətirmiĢdi. 

Bu Çernobıl qəzasının baĢ verdiyi il, haqqında çox 

eĢitdiyimiz  və  ab-havasını  orada  duymadığımız 

yenidənqurmanın ikinci ili idi. 

 

SALAM,  VƏTƏN! 

 

Təyyarəmiz 



səhər 

saat 


9-da 

Moskvanın 

“ġeremetyevo-2”  təyyarə  meydanında  yerə  endi. 

Sərhədçilərlə  iĢimizi  qurtardıqdan  sonra    yüklərimizi 

alıb,  kömrükxanaya  doğru  yönəldik.  Kömrükxana 

iĢçisinin ilk sualı bu oldu: 

      - Dollarınız vardırmı? 

Cavab  verdim  ki,  yoxdur.  O,  mənim  həyat 

yoldaĢıma müraciətlə təkrar soruĢdu: 

- Sizdə dollar varmı? 

Həyat yoldaĢımı mən qabaqladım: 

- Axı sizə dedim ki, dollarımız yoxdur. 

O,  isə  hirslə  (nədənsə  adam  xaricdən  evə 

qayıdanda  ona  elə  gəlir  ki,  hamı  sevinib,  xoĢ  gəldin 

deyəcək): 

-  Mən  sizdən  soruĢmuram  –  dedi.  YoldaĢınızdan 

soruĢuram. 

Mən: 


      -  Siz  bilmirsiniz  ki,  biz  qafqazlılarda  pul 

qadınlarda yox, kiĢilərdə olur – dedim. 

Deyəsən möhkəm hirslənmiĢdi. 

- Neçə quran aparırsınız – deyə soruĢdu. 




 

 

274 



 

- Ġkisini – dedim. 

- Açın, göstərin. 

Mən  tez  bloknotumu  açıb  baxdım  ki,  quranlar  2 

nömrəli  çamadandadır.  Çamadanı  açdıq  və  quranları 

orada  tapmadıq.  Bütün  çamadan  və  qutuları  ələk-

vələk etdik, lakin quran tapılmadı ki, tapılmadı. 

Sonra lap yazıq görkəm alıb soruĢdu: 

- Axı quran haradadır? 

Mən: 


       - 

Sizsiniz  gömrükxana  iĢçisi  –  dedim. 

Axtardığınızı  siz  tapmalısınız.  Biz  onları  bax  bu 

çamadanda  qoymuĢduq.  Ġndi  haradadır,  deyə 

bilmərəm. 

Digər  gömrükxana  iĢçisi  qutuların  birindən 

“Fizika” dərsliyini götürüb, həmkarına sataĢdı: 

- Bura bax, quranı tapmıĢam. 

O,  sevincək  əlini  atdı  ki,  kitabı  alsın.  Quran 

olmadığını  görəndə  pərt  oldu.  AxtarıĢ  bir  nəticə 

verməyəndən sonra: 

Belə  hesab  edin  ki,  sizinki  gətirdi  –  dedi. 

YığıĢdırın  Ģeylərinizi.  Mən    Ģeylərimi  yığıĢdıra-

yığıĢdıra: 

-  Quran  qaçaq  malı  deyil,  yoldaĢ  –  dedim.  Bunu 

unutmayın. 

Yolda  həyat  yoldaĢımı  danladım  ki,  quranları 

yaddan çıxarıb Bumerdesdə qoyub. Elə hirslənmiĢdim 

ki,  “Univerisitet”  mehmanxanası  qarĢısında  taksidən 

düĢəndə  içərisində  bütün  sənədlərimiz  olan  çantanı 

yaddan  çıxarıb  orda  qoymuĢdum.  Buna  baxmayaraq 



 

 

275 



 

bizə  mehmanxanada  yer  verdilər.  Mehmanxana 

nömrəsinə girən kimi axtarıĢa baĢladıq və möcüzə baĢ 

verdi:  Quranların  hər  ikisi  2  nömrəli  çamadanda  idi. 

Bir  qədər  rahatladım.  Axı  mən  bu  quranları  anam  və 

bacıma aparırdım. Onlara söz vermiĢdim. Sonralar bir 

din xadiminin dediyi kimi islamın müqəddəs kitabları 

kafirlərin  (gömrükçülərin)  gözünə  görünməmiĢdi. 

Bəli, bu doğrudan da əsil möcüzə idi. 

Elə  yarımsaat  keçməmiĢdi  ki,  moskvalı  dostum 

Valera gəlib bizi tapdı. Məni çox pəriĢan gördü. Belə 

ki, “Qurani-kərim”i tapsam da sənədlərimi itirmiĢdim. 

Bu mənə çox baha baĢa gələcəkdi. Mən hətta iĢimdən 

məhrum ola bilərdim. 

Valera ilə görüĢəndən sonra o mənə dedi: 

-Vaqif aĢağıda hollda bir nəfər səni soruĢurdu. Rus 

idi. 

Mən dərhal dostumla birgə aĢağı düĢdüm. 



Məni axtaran taksi sürücüsü idi. 

O mənə: 


-BağıĢlayın  sizdən  sonra  bir  müĢtəri  düĢdü,  onu 

Ģəhərin o biri baĢına aparmalı oldum. Ona görə sizin 

çantanı  bir  qədər  gec  gətirdim.  Çırxarıb  bir  iyirmi 

beĢlik ona verdim. O isə on beĢ manat qaytarıb dedi: 

-Mənim  zəhmət  haqqım  on  manatdır.  Artığı lazım 

deyil. 


Moskvada olduğumuz bir həftə ərzində heç burada 

da  yenidənqurmanın  ab-havasını  duymadıq.  Yalnız 

küçələrdə sərxoĢ halda yatanların sayı kəskin surətdə 

azalmıĢdı. 




 

 

276 



 

Haşiyə.  Moskvada  olduğumuz  zaman  rast 

gəldiyimiz  bir  hadisəni  də  qeyd  etmək  istiyirəm. 

Dostum  Tofiq  Mahmudzadə  ilə  mənə  ”Qaz-24-10” 

almaq  üçün  “Avtomobil”  mağazasına  getdik.  Elə 

oradaca  bir  sürücü  ilə  müqavilə  bağlayıb  (sürücü 

həmin  mağazanın  iĢçisi  olub,  həmin  müqavilə 

əsasında  maĢınları  alıcıların  istədiyi  yerə  aparırlar və 

onlara  “pereqonĢik”lər  deyirlər)  parkda  mənimüçün 

maĢın “seçdik”. “Volqa”nın sənədləri elə tez və asan 

tərtib olunurdu ki, adam gözlərinə inanmırdı. 

Avtomobili mehmanxananın qarĢısında saxladıq və 

otaqda  bu  hadisəni  qeyd  etməyə  baĢladıq.  Bu  zaman 

qapı  döyüldü  və  birisi  otağa  daxil  oldu.  Erməni  idi. 

Ona da araq süzüb, yeməyə dəvət etdik. O, avtomobili 

haradan  və  necə  aldığımızı  soruĢdu  və  özünün  də  bu 

arzuda  olduğunu  söylədi.  Mən  ona  xarici  ölkədə 

iĢlədiyimi və bu maĢını valyuta ilə aldığımı dedim. O 

isə: 


-  Deməli,  sıravı  sovet  adamı  bu  maĢından  ala 

bilməz-dedi

Mən isə: 



-  Bu  dedikləriniz  mənə  aid  deyil,  bunun  üçün 

müvafiq təĢkilatlar var. Müraciət edin. 

Elə hirslə ayağa qalxdı ki... Heç süfrədəkilərə əlini 

uzatmadan  otağı  tərk  elədi.  Bu  məkrli  erməni  və 

xeyirxah, açıq ürəkli Azərbaycan mahiyyəti idi ki, üz-

üzə dayanmıĢdı. 

O  vaxt  biz  sadəlövhlüyümüzdən  belə  Ģeylərə  çox 

diqqət vermirdik 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə