Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə54/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   50   51   52   53   54   55   56   57   ...   101

 

 

257 



 

bir-biri  ilə  görüĢürdü.  GörüĢən  zaman  cavan  adamlar 

ağsaqqalların  baĢından,  ağsaqqallar  isə  onların 

əllərindən öpürdü. DüĢünürəm ki, bu nə sirdir, bu nə 

hikmətdir. Birdən ağlıma gəlir ki: 

 

Cavan baĢdan öpür, qoca əllərdən 



Görən bu nə sirdir, bu nə hikmətdir? 

Bir öpüĢ ağıla böyük ehtiram, 

O biri öpüĢsə gücə qiymətdir. 

Bəli,  Böyük  Səhrada  güc  ilə  ağılın  vəhdətinə 

böyük  ehtiyac  vardır.  Əks  halda  burada  həyat 

olmazdı. 

Xəyalların  qoynunda  ikən  gözlərimə  lap  uzaqdan 

iĢıqlar dəyir. Bu iĢıqlar Bumerdesin iĢıqları idi... 

 

TLEMSENƏ  VƏ ORANA   

SƏYAHƏTLƏR 

 

Əlcəzairdə  iĢlədiyim  müddətdə,  Tlemsenə  və 



Orana  səyahət  etmək  mənim  ən  böyük  arzularımdan 

biri  olmuĢdur.  Belə  ki,  bu  Ģəhərlərdə  olan 

həmyerlilərimiz 

onların 


orijinallığından 

və 


gözəlliyindən  o  qədər  danıĢmıĢdılar  ki,  ürəyimdə 

dərhal bu Ģəhərləri görmək arzusu  baĢ qaldırmıĢdı. 

Onu da qeyd edim ki, Əlcəzair üzrə bizim instituta 

qəbul  imtahanları  keçirilən  zona  mərkəzlərindən  ikisi 

də, bu Ģəhərlərdə idi. 

Bumerdesdən çıxan avtobus birinci on kilometrləri 

yenicə  tikilmiĢ  Beynəlxalq  səviyyəli  Ģose  yolu  ilə 



 

 

258 



 

gedir. Elə Bumerdesdən aralanandan 30 km sonra sol 

tərəfdə  bizə  tanıĢ  olan  paytaxt  aeroportu  görünür.  Bu 

Huari Bumediyən adına aeroportdur ki, Əlcəzairlə ilk 

tanıĢlıq məhz bu aeroportdan baĢlanır. Aeroport 1924-

cü  ildə  tikilib;  sahəsi  1200  hektardır.  3500  və  2350 

metrlik iki uçuĢ yoluna malik olan bu meydan ildə 3 

milyon sərniĢin qəbul edir. 

Bumerdesdən  65  km  aralıda  Mitidcə  düzənliyinin 

mərkəzində  cavan  Bufariq  Ģəhəri  yerləĢir.  Burada 

qəĢəng  bağlar,  üzümlüklər  vardır.  Buranın  üzümü 

xurma  kimi  Ģirindir.  Mitidcə  əvvəlcə  dəniz  körfəzi 

olub.  Onunla  Əl-HəraĢ  da  birləĢmiĢdi.  Milyon  illər 

ərzində  bu  körfəz  Tel  dağının  məhsulları  ilə  dolmuĢ 

və 

5000  kv.m  ölçülü  məhsuldar  düzənliyə 



çevrilmiĢdir.  Fransa  istilası  zamanı  burada  həmiĢə 

üzümçülük  də inkiĢaf  etdirilmiĢdir.  Əlcəzair  azadlığa 

çıxdıqdan  sonra  fransızlar  onların  yetiĢdirdikləri 

məhsulları 

almadıqlarına  görə  fəllahlar  bütün 

üzümlükləri  məhv  etmiĢlər.  Hazırda  əksər  fəllahlar 

birləĢib  kooperativlər  yaratmıĢlar.  Qəribə  də  olsa 

burada yolüstü “sosialist kəndləri”nə də rast gəlirdik. 

Bumerdesin  98-ci  km-liyində  Əl-Əfruq  Ģəhəri 

yerləĢir.  Bu  Ģəhər  dağ  silsiləsinin  ətəyindədir. 

Avtobusumuz  demək  olar  ki,  bütün  Mitidcə 

düzənliyini  keçmiĢdir.  Arxada  6  km-lik  məsafədə 

Muzaya Ģəhəri qalmıĢdır. Bu Ģəhər Əlcəzairdə özünün 

məĢhur “Muzaya” mineral suyu ilə tanınır. 

4  nömrəli  Əlcəzair  –  Oran  Ģosesi  Cer  çayı  vadisi 

boyu dağlara qalxır. Bu yol mənə ViləĢ çayının kənarı 




 

 

259 



 

ilə  Masallıdan  Yardımlıya  gedən  yolu  xatırlatdı. 

Təkcə  fərq  ondadır  ki,  Əlcəzair-Oran  Ģose  yolunun 

kənarı  ilə  dəmir  yolu  da  keçir.  Bumerdesin  148  km-

liyində  310  m  hündürlükdə  Hemis-Miliana  Ģəhərciyi 

yerləĢir.  Ġrəlidə  isə  ƏXDR-in  böyük  çayı  olan  ġelif 

çayının  vadisi  görünür.  Bu  balaca  Ģəhərdə  Ģəkər 

zavodu,  Kənd  Təsərrüfatı  Məhsulları  Texnologiyası 

Ġnstitutu  vardır.  Əvvəllər  burada  romalılar  – 

mallianlar  yaĢamıĢlar.  ġimal  tərəfdə  dağ  ətəyində 

daha  böyük  və  gözəl  Ģəhər  olan  Miliana  görünür. 

Sonra  yol  100  km  uzunluğunda  ġelif  çayının  vadisi 

boyunca  davam  edir.  Bu  zona  10.10.1980-ci  il 

zəlzələsinin  ən  çox  ziyan  vurduğu    yerdir.  Cənubda 

Uarsenis  dağ  massivinin  2  km-lik  hündürlüyü, 

Ģimalda  isə  Dəzrə  dağları  (1-1,5  km  hündürlükdə) 

görünür. 

217  km-likdə  Ued  Fodda  Ģəhərciyi  yerləĢir.  

ġelifdən  Ģimalda  nəhəng  bir  su  anbarı  tikilmiĢdir. 

Cənubda  isə  1954  və  1980-ci  illərin  zəlzələlərinə 

dözən, hündürlüyü 90 m-ə, uzunluğu isə 68 m-ə çatan 

bənd vardır. 

235  km-də  Əl-Əsnam  Ģəhəri  yerləĢir.  Bu  Ģəhərə 

fransızlar  Orleanvil  adını  qoymuĢdular  (Orleanvil 

fransızca Orlean Ģəhəri deməkdir). Zəlzələyə kimi bu 

böyük  Ģəhərin  əhalisi  255000  nəfərmiĢ.  Əl-Əsnam 

Əlcəzair – Oran yolunun demək olar ki, tən ortasında 

yerləĢir. 

Əl-Əsnam  ərəbcə  “büt”,  “səcdəgah” 

deməkdir.  ġəhərin  əsası  1843-cü  ildə  marĢal  Buja 

tərəfindən qoyulmuĢdur. 



 

 

260 



 

Həmin Ģəhər 150000 kv.m sahəni əhatə edən Roma 

xarabalıqları üzərində qurulmuĢ və fransızlar bu yerdə 

axtarıĢlar nəticəsində mozaikalarla bəzədilmiĢ xristian 

bazilikləri  (içərisi  sütunlarla  iki  hissəyə  bölünən 

böyük  bina)  tapmıĢlar.  Bu  mozaikaların  tarixi 

imperator  Konstantinin  dövrünə  aparır  (Afrikada  bu 

ən qədim xristian məbədidir). Yeni Ģəhər yavaĢ-yavaĢ 

böyüməyə  baĢlayır.  Yayda  ġelif  vadisi  çox  isti  olur. 

(Temperatur  orta  hesabla  +52

0

C-dir).  Orana  Ģose  və 



dəmir  yollarının  çəkilməsi,  vadinin  su  və  yerüstü 

sərvətlərindən istifadə, Ģəhərin inkiĢafına təkan verib. 

1954-cü  ildə  Rixter  Ģkalası  üzrə  6,7  ballıq  zəlzələ 

zamanı  artıq  bu  Ģəhərin  əhalisi  100000  nəfərdən  çox 

idi. Fəlakət nəticəsində evlər dağılmıĢ, minlərlə adam 

məhv  olmuĢdur.  Əl-Əsnam 

təzədən 

tikilməyə 

baĢlanmıĢ,  sənayesi  inkiĢaf  etdirilmiĢdir.  1980-ci  il 

zəlzələsi (Rixter Ģkalasında 7,2 bal) nəticəsində Ģəhər 

demək  olar  ki,  məhv  olmuĢdur.  Tikililərin  85%-i 

dağılmıĢ  və  ya  bərpası  mümkün  olmayan  zədə 

almıĢdır. Rəsmi məlumata görə bu zəlzələ nəticəsində 

25000  adam  ölmüĢdür.  Təkrar  titrəmələr  yeni 

qurbanlar  aparmıĢ  və  nəticədə  ziyan  çəkənlərin  sayı 

300000-ni  aĢmıĢdır.  Alimlər  bu  zəlzələni  ġimali 

Afrikada  baĢ  verən  ən  dəhĢətli  zəlzələ  sayırlar. 

Beynəlxalq  aləmin  köməyi  və  Əlcəzair  xalqının 

igidliyi  sayəsində  zəlzələdən  bir  həftə  sonra 

yaponların  köməyilə  tikilmiĢ  sement  zavodu  öz  iĢinə 

baĢlamıĢ,  yığılma  evlər  göbələk  kimi  Ģəhərdə 

çoxalmağa  baĢlamıĢ  və  Ģəhər  öz  köhnə  yerində 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə