Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə53/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   49   50   51   52   53   54   55   56   ...   101

 

 

253 



 

bizim xalqa böyük hörmət bəsləyirlər. Lakin bu gənc 

əczaçının  azərbaycanlılığımı  duyması  məni  Ģok 

vəziyyətinə  salmıĢdı.  Hiss  edirdim  ki,  onun  məni 

tanıması  təsadüfi  deyil  və  onunla  söhbət  etmək 

istədim. Sən demə onun özü çox söhbətcil imiĢ. 

Cavan oğlan mehribancasına: 

       -  Mən,  sizin  RəĢid  Behbudovu,  Zeynəb 

Xanlarovanı  yaxĢı  tanıyıram  (Ġlahi,  ilk  dəfə  idi  ki, 

xarici  ölkədə  bizim  mədəniyyət  xadimlərinin  adını 

eĢidirdim. Baxmayaraq ki, bizim bəzi  musiqiĢünaslar 

“filan  müğənni  bizi  bütün  dünyada  tanıtdırıb,  filan 

bəstəkar  millətin  üzünü  filan-filan  ölkələrdə  ağ 

edibdir”deməkdən 

yorulmurlar) 

–dedi. 


Sizin 

Azərbaycan  radiosunu  vaxtaĢırı  dinləyirəm.  Biskrada 

Azərbaycan radiosunun dostları klubu vardır. 

Sonra o, balaca stəkanla suyu mənə tərəf uzadaraq: 

      - Alın, dərmanı için –dedi. 

Mən təəccüblə: 

      - Nə dərman?-soruĢdum. 

O, gülümsəyərək: 

      - Bəs sizin baĢınız ağrımırdımı?-dedi. 

Doğrudan  da,  axı  mənim  baĢım  ağrıyırdı  və  məni 

də  bu  əczaxanaya  nasazlıq  gətirmiĢdi.  Əziz  oxucum, 

inanın  ki,  bu  mənim  uydurmam  deyil:  baĢ  ağrım 

tamamilə keçmiĢdi. 

Cibimdə Bakı mənzərələrinə dair bir - iki fotoĢəkil 

və Ģəhərimizin emblemini əks etdirən döĢ niĢanı vardı. 

Onları  böyük  məmnuniyyətlə  həmin  cavan  oğlana 

hədiyyə etdim. 



 

 

254 



 

O, mənə dedi: 

      -  Əgər  istəsəniz,  sizi  Azərbaycan  radiosu 

klubunun  üzvləri  ilə  tanıĢ  edərəm.  Onlar  sizinlə 

söhbət etməkdən məmnun olarlar. 

Təəssüflə bildirdim ki, bu mümkün deyil. Belə ki, 

biz  səhər  tezdən  Biskranı  tərk  etməliyik.  Axı  mən 

səyyah idim. Yolumuz isə Timqad Ģəhərinədir. 

 

 

TİMQAD ƏN QƏDİM   



ROMA ŞƏHƏRİDİR 

 

Timqada 


üz 

tutmamıĢdan 

əvvəl 

Sovet 


mütəxəssislərinin  Bumerdes  Ģəhəri  üzrə  ekskursiya 

bürosunun  rəhbəri  V.Morozov  mənə  yaxınlaĢıb 

Timqad  Ģəhərinə  getmək  marĢrutunu  seçməyi  təklif 

etdi  (Ġrəlidə  qeyd  etdiyim  kimi  mən  turist  qrupunun 

rəhbəri  idim).  Məsələ  burasındadır  ki,  bu  Ģəhərə  iki 

marĢrutla getmək olar. Bu marĢrutlardan biri dağ yolu 

ilə  Ores  massivindən  (burada  dəniz  səviyyəsindən 

2328  metr  hündürlükdə  yerləĢən  ġemqa  Ģəhəri 

yerləĢir)  keçir.  Əlbəttə  hava  Ģəraiti  yaxĢı  olduqda  bu 

marĢrut əlveriĢlidir. Ores Ģimali Afrikanın əsil əhalisi 

olan  bərbərlərin  yuvası  sayılır.  Onlar  qədim 

romalıların  vaxtından  baĢlayaraq  müstəmləkəçilərdən 

qaçmıĢ  və  burada  yurd  salmıĢlar.  Bərbərlər 

müstəmləkəçilərə  qarĢı  dəfələrlə  üsyan  etmiĢlər. 

Təsadüfi deyildir ki, azadlıq müharibəsinin ilk atəĢləri 

1  sentyabr  1954-cü  ildə  Ores  dağlarında  açılmıĢdır. 




 

 

255 



 

Burada  həyat  səviyyəsi  çox  aĢağıdır.  KiĢilərin 

əksəriyyəti  pul  qazanmaq  üçün  baĢqa  Ģəhərlərə 

gedirlər. Əlcəzair hökuməti geridə qalmıĢ bu  əyalətin 

inkiĢafı  üçün  tədbirlər  görməkdədir.  Bu  barədə  ölkə 

mətbuatı vaxtaĢırı məlumatlar verir. 

Ġkinci  marĢrutu  turistlər  pis  hava  Ģəraitində 

seçirlər.  Bu  Timqada  Əl-Kantar  vadisindən  və  Batna 

Ģəhərindən keçən yoldur. Birinci marĢrutun uzunluğu 

150 km, ikincininki isə, 153 km-dir. Hava Ģəraiti bizə 

birinci marĢrutu seçməyə imkan verdi. 

Timqad  Əlcəzair  torpağında  yerləĢən  ən  qədim 

Roma Ģəhəridir. Bu Ģəhərin əsası imperatorun əmri ilə 

101-ci  ildə  üçüncü  Avqust  legionu  veteranları 

tərəfindən  qoyulmuĢdur.  ġəhərin  küçə  və  məhəllələri 

dəqiq  həndəsi  plan  üzrə  qurulmuĢdur.  Burada  qədim 

teatr,  termlər,  ibadətgahlar,  arkalar  vardır.  ġəhərin 

çiçəklənən  dövründə  əhalisi  sıx  olmuĢdur.  Dinin 

inkiĢafı zamanı donatistlərin bazasına çevrilmiĢdir ki, 

onlar  da  rəsmi  kilsəyə  qarĢı  mübarizə  aparmıĢlar. 

ġəhərin 

vandal 


dövründə 

əhalisi 


azalmıĢ, 

vizantiyalıların  gəlməsi  ilə  isə  artmıĢdır.  ġəhərin 

dağılma  tarixi  məlum  deyil.  Ġlk  qazıntı  iĢləri  1880-ci 

ildən baĢlamıĢ və bu günə kimi davam edir. 

Bu  Ģəhərə  gələn  turistlər  ilk  növbədə  dağılmıĢ 

Ģəhərə  baxırlar.  Qədim  romalıların  tikdirdiyi  bu 

dağılmıĢ Ģəhər ayrıca muzey kimi fəaliyyət göstərir. 

ġəhər – muzeyin planı turistlərə əvvəlcədən təqdim 

olunur. Bu Ģəhərdə vaxtilə bazar, teatr, kitabxana, bağ, 

villalar  və  s.  olmuĢdur.  168-ci  ildə  tikilən  teatr  3-4 




 

 

256 



 

min  yerlik  imiĢ.  Hazırda  bu  teatrda  tamaĢa  həftələri 

keçirilir.  Hazırkı  teatrın  birinci  beĢ  sırası  qədim 

romalılardan yadigardır. Yerdə qalan sıralar isə bərpa 

edilib. 

ġəhərin  mərkəzində  tacir  dükanları  və  gözəl 

mərmərdən  hörülmüĢ  tualet  varmıĢ.  Bu  tikililərin  baĢ 

tərəfində 

Ģəhər  senatının  binası  (116-cı  il) 

yerləĢmiĢdir.  Elə  buradaca  böyük  bir  heykəl 

ucaldılmıĢ  və  onun  postamentində  bu  sözlər 

yazılmıĢdır: “Ov etmək, çimmək, oynamaq və gülmək 

–  bax  budur  həyat”.  Bu  dağılmıĢ  Ģəhərə  tamaĢa 

etdikcə  tez-tez  xəyala  dalırsan.  Hər  daĢın  yanından 

ehtiyatla  keçir  və  onlardan  nəsə  eĢitmək  istəyirsən. 

DüĢünürsən  ki,  bax  elə  indicə  bu  daĢlar  dil  açacaq, 

bələdçilərin  demədiklərini  və  bilmədiklərini  sənə 

söyləyəcəkdir. DaĢlar isə susur. 

Beləliklə,  Böyük  Səhra  oazisi  boyu  səyahətimiz 

baĢa  çatmaq  üzrədir.  Mən  gördüklərimi  bir-bir 

yaddaĢımda yerbəyer edir, dəftərçəmə qeydlər edirəm. 

Fikir  məni  yenə  Böyük  Səhraya  aparır.  Səyahət  üçün 

həddən  artıq  maraqlı  olan  bu  yerdə  yaĢayanları 

düĢünürəm. DüĢünürəm ki, görəsən bu camaatı burada 

saxlayan 

nədir. 


Axı 

təbiət 


özünün 

bütün 


amansızlıqlarını  burada,  məhz  burada  sınaqdan 

keçirir.  Özüm-özümə  cavab  verirəm:  -  Vətənə  olan 

məhəbbətdir  onları  burada  saxlayan.  Torpağı  daĢ  da 

olsa,  qum  da  olsa,  qara  da  olsa,  sarı  da  olsa,  Vətən 

Vətəndir. O ki, qaldı təbiətin amansızlığına, gözlərim 

önündə bir mənzərə canlandı: bazar qarĢısında camaat 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə