Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə50/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   46   47   48   49   50   51   52   53   ...   101

 

 

241 



 

Tuqurt  yolunda  avtobusu  ikinci  dəfə  xurma 

bağlarının  (yarğanların  içində)  yanında  saxlatdırdıq. 

Təsəvvür  edin  ki,  ucu-bucağı  görünməyən  səhra  ilə 

gedirsiniz.  Hər  tərəf  qumluqdur.  Birdən  böyük  bir 

yarğanın  içərisində  xurma  ağaclarını  görürsünüz. 

Gözlərinizə inanmırsınız. Axı bir neçə dəqiqə bundan 

əvvəl  sizə  elə  gəlirdi  ki,  artıq  bu  səhrada  həyat 

yoxdur.  Birdən-birə  gözlərinizə  yaĢıl  xurma  ağacları 

görünür. YaĢıllıq və həyat. Bu mənzərə hər 40-50 km-

dən bir təkrarlanır. 

Avtobusdan düĢən kimi bir oğlanı xurma ağacında 

gördük.  SalamlaĢdıq.  Ona  turist  olduğumuzu 

söylədim. O gülümsədi və bizim turistlərin bu yerlərə 

tez-tez gəldiyini qeyd etdi. 

Xurma  bağını  gəzməyə  baĢladıq.  Məhsul  artıq 

yığılmıĢdı. Bir-iki ağacda xurma görünürdü. Təsəvvür 

edin ki, bir saplaqdan yüzdən artıq qol asılmıĢ və hər 

qolda  da  20-25  ədəd  xurma  var  idi.  Xurma  dərənlər 

əvvəlcə  bütün  qolları  tora  salır,  saplağı  qayçı  və  ya 

bıçaqla kəsib, ip vasitəsilə toru aĢağı buraxırlar. 

Bağdakı cavan oğlan bizim üçün xurma dərdi. Mən 

Əlcəzairdə  yaĢadığım  müddətdə  bu  cür  xurma 

görməmiĢdim.  Çəllək  formalı,  tünd  qara  rəngli, 

asanlıqla  qabığı  soyula  bilən    bu  xurma  həddindən 

artıq  Ģirindir.  Onun  ikisini  yeyəndən  sonra  adam  bir 

gün  yeməkdən  qalır  (Görünür  ġeyx  Nəsrullah  bu 

xurmadan yeyirmiĢ). 




 

 

242 



 

Öyrəndik  ki,  bu  xurma  yalnız  Səhrada  bitir,  ona 

“iĢıq  barmaqları”  deyirlər  və  ancaq  ixrac  üçündür. 

(Mən bizim tərəflərdə də beləsini görməmiĢəm.) 

Nəhayət avtobusumuz Tuqurta çatdı. 

Tuqurt  vaxtilə  nəhəng  çay  olmuĢ  Riq  vadisində 

Oazislər  (vahə)  zəncirinin  mərkəzində  yerləĢib,  otuz 

minə qədər əhalisi vardır. ġəhəri bir milyon yarımdan 

artıq  xurma  ağacı  əhatə  etmiĢdir.  “ĠĢıq  barmaqları”  

adlı bu xurmaların dörddə biri ixrac olunur. 

Burada  fəllahlar  kooperativlər  yaratmıĢ,  suyu 

dərinliyi  100-200  m  olan  artezian  quyularından 

çıxarırlar.  1954-cü  ildən  baĢlayaraq  dərinliyi  2000  m 

olan  quyular  qazmağa  baĢlamıĢlar  ki,  oradan  da 

demək  olar  ki, isti  su  çıxır.  Bu  sudan  suvarma  iĢində 

istifadə  etmək  üçün  təbiidir  ki,  onu  soyutmaq 

lazımdır. 

Ġrəlidə qeyd etdiyim kimi, Tuqurt vaxtilə Səhranın 

paytaxtı  olmuĢdur.  Buranın 

əhalisi  müxtəlif 

məhəllələrdə  yaĢayan  qara  zəncilərin,  bərbərlərin  və 

ərəblərin  qarıĢığından  ibarətdir.  Səyyahlar  üçün  ən 

maraqlı yer-Tuqurt “Ģahlığı” hökmdarlarının (XV-XX 

əsrlər) dörd məqbərəsidir. Bu Ģəhərin qərb hissəsində 

yerləĢir  və  qeyri-adi  arxitekturaya  malikdir.  Burada 

çoxlu  sayda  qəbirlər  vardır.  Qadın  və  kiĢi  qəbirlərini 

asanlıqla  ayırmaq  olur.  Belə  ki,  kiĢi  qəbrindən  iki, 

qadın  qəbrindən  isə  üç  daĢ  çıxır.  Bu  məqbərələrdən 

biri “Oazis” mehmanxanasının arxa tərəfində yerləĢir. 

Bizim  gecələməli  olduğumuz  mehmanxana  məhz 

“Oazis”  idi.  Bu  XIX  əsr  Tuqurt  sultanı  Si  Ben 



 

 

243 



 

Yəhyanın  məqbərəsi  yaxınlığında  tikilmiĢ,  müasir 

avadanlıqlarla  təchiz  olunmuĢ  bir  mehmanxanadır. 

Mehmanxananın  həyətində  yekə  bir  hovuz  da  vardır. 

Arzu 

edənlər 


çimə 

bilərlər. 

(Ümumiyyətlə 

Əlcəzairdəki  mehmanxanaların  hamısında  belə 

hovuzlar  vardır.  Hovuzun  ətrafına  stol  və  stullar 

düzülür. Kimi hovuzda çimir, kimi kofe və ya çay içir 

və  s.)  Burda  müĢtəriyə  xüsusi  diqqət  və  qayğını  ora 

düĢdüyün  ilk  andan  hiss  edirsən.  Bizim  bir  qədər 

yorulduğumuzu  hiss  edən  inzibatçı  hamımıza  elə 

mehmanxananın geniĢ foyesində əyləĢməyi təklif etdi. 

(Adətən burada otaqları almaq üçün qrupun iki məsul 

nümayəndəsi  inzibatçı  ilə  haqq-hesab  aparır  və 

açarları bölüĢdürür.) 

O bizə: 


      - Bizim tərəflər Sovet ölkəsindən gələn qonaqların 

xoĢuna gəlirmi? –deyə müraciət etdi. 

 

Mən: 


      - Bəli –dedim. Çox gözəldir. 

Sonra o, soruĢdu: 

      - Siz kofe içirsiniz, yoxsa çay? 

Hər  kəs  öz  istəyini  söylədi  və  60  nəfərlik  turist 

qrupu pulsuz çay və kofe ilə təmin olundu. 

Öz-özümə  düĢündüm  ki,  bəlkə  bu  xidmət  yalnız 

bizə 

görədir.  Bizdən  sonra  alman  turistlər 



mehmanxanaya  daxil  oldular.  Ġnzibatçı  tez  onlara 

yaxınlaĢdı  və  eyni  suallarla  onlara  da  müraciət  etdi. 




 

 

244 



 

Bir neçə dəqiqədən sonra alman turistləri üçün də çay 

və kofe gətirdilər. 

Hamımız  bərk  yorulmuĢduq.  Hərə  öz  otağına 

yollandı. Lakin heç kəs dincəlmək istəmədi. Məgər bu 

boyda  gözəlliyi  qoyub,  yatmaqmı  olardı?  Yenidən 

Tuqurtu gəzməyə çıxdıq. 

Mən irəlidə qeyd etmiĢdim ki, Əlcəzairin müxtəlif 

Ģəhərlərində  bazar  –səyyari  olub,  yalnız  həftənin 

müəyyən  günləri  fəaliyyət  göstərirlər.  Bazar  günləri 

arası  müddətdə,  əlbəttə  xüsusi  mağazalar  fəaliyyət 

göstərir. Bazarda Ģeylər xüsusi mağazadakına nisbətən 

çox ucuzdur. Ona görə də az maaĢlılar və yaxud pula 

çox qənaət etmək istəyənlər alıĢ-veriĢi bazarda edirlər. 

Əlcəzairin  digər  Ģəhərlərindən  fərqli  olaraq, 

Tuqurtda  bazar  hər  gün  fəaliyyətdədir.  Bu  bazarda 

nələr satılmır?... 

Köhnə 


ev 

əĢyalarından 

tutmuĢ 

müasir 


elektronikaya  kimi  hər  Ģey  bu  bazarda  satılır.  Sabit 

qiymət yoxdur. Satıcı ilə danıĢıb qiyməti aĢağı salmaq 

olar. 

Bazarın  ətrafında  palçıqdan  birmərtəbəli  evlər 



tikilmiĢdir.  Burada  nadir  hallarda  daĢ  evlərə  rast 

gəlinir.  Küçələr  tağlıdır.  Bu  tağların  altında  hara 

istəsən gedə bilərsən. Tağlar adamı GünəĢin öldürücü 

istisindən qoruyur. 

Müxtəlif  tayfalar  Ģəhərin  müxtəlif  məhəllələrində 

yaĢayırlar.  Məsələn,  bərbərlər  əvvəllər  avropalıların 

yaĢadıqları  BolluĢ  məhəlləsində  yaĢayırlar.  Bu 

məhəllə  Ģəhər  vağzalının  yanında  yerləĢir.  Vaxtilə 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə