Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə48/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   44   45   46   47   48   49   50   51   ...   101

 

 

233 



 

Vadidə  tikilən  bu  beĢ  Ģəhərə  xas  olan,    küçəyə 

pəncərəsi  olmayan  evlər  burada  da  tikililərin  əsasını 

təĢkil  edir.  Bir  gözü  ilə  baxan  çadralı  qadınlar 

turistləri  görən  kimi  gizlənirlər.  Dar  küçələrdən 

keçdikcə  özünü  tamam  baĢqa  bir  əsrdə  hiss  edirsən. 

Arabir həyətlərdən heyvan səsləri gəlir. Bələdçi deyir: 

 



Heyvanlar da bu həyətlərdə saxlanılır. 

Dar  küçələrlə  yolumuza  davam  edirik.  Həyət 

qapılarından biri açılır. Üfunət bütün küçəni bürüyür. 

Bələdçidən soruĢuram: 

 

Əhalinin sağlamlığı necədir? 



O cavab verir: 

 



Bizdə  adamlar  cəmisi  bir  dəfə  xəstələnirlər.  O 

da  ölməmiĢdən  qabaq,  vəssalam.  FikirləĢirəm  ki, 

görəsən buna sanitariya və gigiyena elmi nə deyir. 

Yolumuz  düz  Beni-Ġzgen  bazarına  gəlib  çıxır. 

Qəribə  bazardır.  Alıcılar  oturmuĢ,  malları  isə  xüsusi 

dəllallar  satırlar.  Dəllal  əlində  satılan  malı  tutub, 

qiymətini  tez-tez  təkrar  edərək  qaçır  və  alıcıların 

qarĢısında dövrə vurur. Alıcılar isə çay və kofe içə-içə 

ona  tamaĢa  edirlər.  Deyək  ki,  dəllal  malın  qiymətini 

100  dinar  söyləyir.  Alıcılardan  birisi  isə  həmin  mala 

60 dinar təklif edir. Dəllal əgər bu qiymətə razıdırsa, o 

saat  malı  həmin  alıcının  üstünə  atır  və  pulunu  alır. 

Yox  əgər  razı  deyilsə,  o  öz  iĢində,  yəni  qaça-qaça 

malın  qiymətini  təkrar  etməkdə  davam  edir.  Əgər 

həmin  dəllal  bir  neçə  dəfə  dövrə  vurduqdan  sonra 

münasib müĢtəri tapmırsa, gətirib malı 60 dinar təklif 

edən  müĢtərinin  üstünə  atır.  Həmin  müĢtəri  o  malı 



 

 

234 



 

hökmən  almalıdır.  Bu  həmin  bazarın  qanunudur. 

Dəllal malın birini satdıqdan sonra digərini götürür və 

əvvəlki  kimi  alıcılar  qarĢısında  dövrə  vurmağa 

baĢlayır. 

Burada  alver  saat  12-yə  yəni  günorta  namazına 

kimi  davam  edir.  Bizim  Sovet  malının  bu  bazarda 

necə 


satılacağını 

gözlərimizlə 

görmək 

üçün 


turistlərdən  biri  dəllala  bir  taxta  qaĢıq  bağıĢladı  və 

xahiĢ  etdi  ki,  onun  satıĢını  nümayiĢ  etdirsin.  Dəllal 

razılaĢdı. Ġki dövrə vurduqdan sonra suvenir-qaĢıq 100 

dinara satıldı. 

Onu  da  qeyd  edim  ki,  Beni-Ġzgen  Ģəhərinə 

axĢamlar xarici turistlər buraxılmırlar. 

Mzaba  vadisinəki  Ģəhərciklərdən  biri  də  Bu-

Nuradır.  Bu  Ģəhərə  turist  çox  az  gəlir.  Bu-Nura 

qayalar  üzərində tikilmiĢ  çox gözəl  bir Ģəhərdir.  Ona 

bəzən  qadınlar  Ģəhəri  də  deyirlər.  Belə  ki,  kiĢilərin 

çoxu  pul  qazanmaq  üçün  müxtəlif  Ģəhərlərə  gedir, 

qadınlar  isə  uĢaqlarla  birlikdə  bu  Ģəhərdə  qalırlar. 

Avropalı  turistlər  bura  bəzən  “qadın  monastrı” 

deyirlər. Biz orada olanda nəql etdilər ki, iki avropalı 

kiĢi  turist  burada  oğurlanmıĢ  və  onları  bir  həftədən 

sonra buraxmıĢlar. 

Qardayadan  9  km  məsafədə  Əl-Attif  (1010-cu  il) 

Ģəhərciyi yerləĢir. Bu Ģəhərcik özünün iki məscidi ilə 

fərqlənir.    ġəhərciyin  divarları  yanında  məĢhur  Sidi-

Ġbrahim məscidi ucaldılmıĢdır. 

Bir  günün  necə  keçdiyini  heç  hiss  etmədik.  Artıq 

axĢam  düĢmək  üzrə  idi.  Deməli  biz,  xarici  turistlər 




 

 

235 



 

hökmən  mehmanxanaya  qayıtmalı  idik.  “Qardaya” 

mehmanxanasına  gəldik.  Bu  avropasayağı  tikilmiĢ, 

müasir avadanlıqlarla təchiz olunmuĢ və çox səviyyəli 

xidmətə  malik  olan  bir  mehmanxanadır.  Turist 

yoldaĢlarımıza  otaqları  bölüĢdürdükdən  sonra  (mən 

qrupun  rəhbəri  idim)  öz  otağımıza  gəldik.  Moskvalı 

dostum  Volodya  ġerbakovla  bir  nömrəyə  düĢdük. 

Küçədə  29-30  dərəcə  temperatur  var.  (Təsəvvür  edin 

ki,  bu  hələ  fevral  ayının  ilk  günləridir);  otaqlarda  isə 

kondisionerlər  iĢləyir  və  ora  daxil  olduqda  sanki 

cənnətə  düĢürsən.  Azca  uzandım.  Buna  səbəb 

gördüklərimin  nağıla  bənzəməsi  idi.  Sonradan  isə 

nağıllara o qədər əlavələr olunub ki... 

Dostumla balkona çıxdıq. Mzaba Ģəhərciklərindən 

Ģam iĢığına bənzər çox zəif iĢıq gəlirdi. Sanki axĢam 

düĢməmiĢ Mzaba yuxuya dalırdı və bir Ģəhərdə sanki 

müxtəlif əsrlər görüĢürdülər. Mehmanxanada XX əsr, 

Ģəhər  bazarında  isə  deyək  ki,  X-XI  əsrlər. 

Mehmanxanadan  Ģəhəri  seyr  edir  və  qəribə  hisslər 

keçirirdik.  Sanki  XX  əsrdən  keçmiĢ  əsrlərə  baxırdıq. 

Ġstər-istəməz  baĢımdan  bu  fikir  keçdi:  buralar  qədim 

tarixin yuva saldığı yerlərdir. 

 

 



 

UARQLA  ƏLCƏZAİR  SƏHRASININ  

PAYTAXTIDIR 

 



 

 

236 



 

Uarqla Ģəhəri Qardayanın 190 km-liyində yerləĢır. 

Bu  Ģəhər  Əlcəzair  səhrasının  paytaxtı  olub,  sürətlə 

inkiĢaf edən inzibati və sənaye mərkəzidir. 

Biz Uarqlaya getməkdən ötrü səhər tezdən (saat 6-

da)  yuxudan  durub,  səhər  yeməyini  yedikdən  sonra 

yola  düĢdük.  Avtobusumuz  Mzabanın  sənaye 

zonalarının, habelə aeroportunun yanından keçdikdən 

sonra düz yola çıxdı. Bu yol səhra boyu uzanıb heç bir 

yaĢayıĢ məntəqəsindən keçmir. 

Uarqla  Ģəhərinin  yaranma  tarixi  məlum  deyildir. 

Bircə o məlumdur ki, bu Ģəhər IX-X əsrlərdə ibadilər 

dövlərtinin  tərkibində  olmuĢdur.  Belə  ki,  ibadilərin 

son hökmdarı din düĢmənlərinin qorxusundan səhraya 

qaçmıĢ və Uarqlanın yanında Sədrət Ģəhərinin əsasını 

qoymuĢdur. Sonralar bu Ģəhər öz böyüklüyü və gözəl 

tikililəri ilə regionda məĢhurlaĢmıĢdır. Din düĢmənləri 

gəlib  bura  çıxmıĢ,  xurma  ağaclarını  kəsmiĢ,  tikililəri 

dağıtmıĢlar. Ġbadilər Mzabaya qaçmalı olmuĢlar. 

Sədrət  xarabalıqları  qazıntı  nəticəsində  aĢkar 

edilmiĢ  və  indi  də  durur  (Uarqlanın  cənubi-qərbində, 

ondan 13 km məsafədə). KeçmiĢ ibadilər (indi onlara 

mzambilər  deyirlər)  yazda  bu  xarabalıqları  ziyarət 

etməyə gedirlər. 

Uarqlanın  görməli  yerləri  “köhnə  Ģəhər”  (burada 

əsasən  zəncilər  yaĢayır),  “köhnə  bazar”  və  mərkəzi 

muzeydir.  Bu  muzeyin  Sədrətdə  tapılmıĢ  zəngin 

kolleksiyası var. Muzey olduqca gözəl və orijinal bir 

binada  yerləĢmiĢdir.  Burada  qədim  Səhra  daĢ  alətləri 

və  digər  maraqlı  əĢyalar  saxlanılır.  Zallardan  birinin 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə