217
oturub çay-çörək hazırlamıĢ, kiĢilər isə evin ətrafında
gəziĢirdilər (belə birlik bizə necə də lazımdır!)...
Ġki həftədən sonra bir də rentgenə getdik və dedilər
ki, hələ tezdir, gipsi açmaq olmaz. Yenə on gündən
sonra gəlməyi təklif etdilər. Nəhayət həmin məqam
yetiĢdi və gipsi açdılar. Həkim Əli üç ay müddətinə
müəyyən müalicələr təyin etdi.
Biz evdə çox götür-qoy etdik ki, bu həkimə nə
hədiyyə verək. (Pul təklif edə bilməzdik. Belə ki,
bizim azərbaycanlı mütəxəssislərdən biri həmin
xəstəxanada onun həyat yoldaĢını müalicə edən
həkimə pul təklif etmiĢdi. Həkim də onu elə utandırıb
puldan imtina etmiĢdi ki, bizim azərbaycanlı
həmkarımız uzun müddət özünə gələ bilməmiĢdi).
Qərara gəldik ki, üzərində Zeynəb Xanlarovanın Ģəkli
olan məcməyini ona verək. Həkim öz iĢini
qurtarandan sonra ona yaxınlaĢdım və dedim:
Həkim, çox sağ olun. Bu kiçik hədiyyəni
bizdən qəbul edin. Bu Ģəkil bizim məĢhur
müğənnimiz Zeynəb xanımın Ģəklidir. Bəlkə də onun
haqqında eĢitmisiniz.
O, verdiyim hədiyyəni əvvəlcə götürmək istəmədi
və sonra nə fikirləĢdisə, siyirməsindən iki nar çıxarıb,
oğluma tərəf uzadaraq dedi:
Əgər oğlunuz bu narları götürsə, mən də sizin
hədiyyəni qəbul edərəm.
Bizim uĢaqlar da valideynlərinin icazəsi olmadan,
heç kimdən bir Ģey götürməzlər. Oğluma iĢarə
218
vurdum ki, götür. Öz-özümə fikirləĢdim ki, bunun
assistentlərinə də kiçik hədiyyələr verim.
O, məcməyini düz pəncərənin üstünə qoydu və
sanki mənim nə düĢündüyümü hiss edirmiĢ kimi dedi:
Cənab, buradakı iĢimiz üçün biz dövlətdən
məvacib alırıq. Ondan əlavə biz nəyi götürsək
haramdır. Allaha Ģükür ki, müsəlmansınız, haram və
halalın nə olduğunu yaxĢı bilirsiniz. Biz də
cəhənnəmə düĢmək istəmirik. Bizim mükafatımız
xəstələrin “Çox sağ ol”udur.
Düzü, Ģok vəziyyətinə düĢmüĢdüm. Məcməyi
verməyimə peĢman olmuĢdum. Özümü gözəl bir əkin
sahəsinə qanqal toxumu səpən bir adam kimi hiss
edirdim.
Hərarətlə görüĢdük. Məni qucaqladı və ürəyimdə
“əhsən belə həkimə” deyə-deyə oradan çıxdım
BAYRAMLAR, BAYRAMLAR...
Əlcəzairlilər həm milli və həm də dini bayramları
çox böyük təmtəraqla keçirirlər. Ümumiyyətlə bu
ölkədə çoxlu mərasim vardır. Milli azadlıq hərəkatının
baĢlandığı (1 noyabr 1954-cü il) və Əlcəzair xalqının
istiqlaliyyət qazandığı (3 iyul 1962-ci il) günlər bu
xalqın ən böyük bayramları sayılır. Həm milli, həm də
dini bayramların keçirildiyi günlər ölkədə iĢ günü
sayılmır. Əlcəzairlə bağlanan kontrakta əsasən,
mütəxəssislərimiz həm Əlcəzairin, həm də bizim öz
bayram günlərimizdə iĢləməməlidirlər. Məsələ
219
burasındadır ki, hər iki ölkənin bayramlarını
toplayanda istirahət günlərinin sayı çox alınırdı. Həm
də bizim bayram günlərimizdə əlcəzairli tələbələr də
iĢləməməli olurlar (müəllimsiz tələbə institutda nə
etsin?). Ona görə də biz öz bayram günlərimizdə
iĢləməli olurduq. Lakin neftçi və geoloqlarımız,
habelə bizim Sovet məktəbimiz həm Əlcəzairin (dini
bayramlardan savayı), həm də bizim ölkənin
bayramlarını təntənəli surətdə qeyd edir, həmin günü
istirahət edirdilər.
Əlcəzairin ən böyük bayramı ölkənin milli
istiqlaliyyət qazanması gününün ildönümüdür. Bu
bayram münasibətilə təntənəli iclaslar, müxtəlif idman
yarıĢları keçirilir, konsertlər təĢkil olunur. Bu
konsertlərin bəziləri ailə konsertləri formasında
keçirilir. Ailə konsertləri deyəndə mən elə bilirdim ki,
bu konsertlərdə ailə ansamblları çıxıĢ edirlər. Sonralar
məlum oldu ki, bu belə deyildir. TamaĢaçı konsertdə
ailəsi ilə iĢtirak edir. BaĢqa sözlə desək bu konsertlərə
tamaĢaçı tək yox, yalnız ailəsi ilə buraxılır. Məncə bu
düĢünülmüĢ tədbirdir. Axı bəzi müsəlman kiĢiləri
arvadları ilə konsertlərə getmirlər.
Ailə
konsertlərinə
bizim “Raduqa” vokal-
instrumental ansamblı və “Azərbaycan təranələri”
instrumental ansamblını dəvət edirdilər.
Əlcəzairdə 1 May, 8 MART və Yeni il bayramları
çox da böyük olmayan təntənə ilə qeyd olunur. Bu
bayramların adətən həm təĢkilatçısı, həm də aparıcısı
biz olurduq. Gecədə bir qayda olaraq bizim səfirin
220
təbriki oxunur, Əlcəzair tərəfindən bir rəsmi Ģəxs çıxıĢ
edir və konsert baĢlanırdı. Bizim Bumerdesdə
iĢlədiyimiz ilk illərdə həmin konsertlərdə yalnız bizim
bədii özfəaliyyət kollektivlərimiz çıxıĢ edirdilər.
Sonralar isə əlcəzairli yoldaĢları da bu iĢə cəlb etdik.
Onların həm folklor və həm də estrada heyətləri bu
konsertlərdə iĢtirak edirdilər.
Əlcəzairdə dini bayramlar çox böyük təntənə ilə
qeyd olunur. Bu bayramların ən səciyyəvisi
Məhəmməd peyğəmbərin anadan olduğu günün qeyd
olunmasıdır. Bu Mövlud bayramı adlanır. Həmin gün
sanki bütün ölkə qaynayır. Adamlar təzə paltarlar
geyinir, paxlava və digər Ģirniyyat məmulatları
biĢirirlər. Bayram axĢamı bütün evlərdə rəngbərəng
Ģamlar yandırılır və eyvanların kənarlarına düzülür.
Evlərdə ən ləziz yeməklər biĢirilir. UĢaqlar isə
valideynlərinin mağazalardan aldıqları kükürdlü
əĢyaları (pitarda) partladırlar. Son illər ölkənin
prezidenti pitardaların istehsalını və satıĢını qadağan
etmiĢdi. Çünkı bu təhlükəli “oyuncaq”dan nəinki
balacalar, hətta onların valideynləri də istifadə
etmiĢdilər və böyük bir anbarda yanğın baĢ vermiĢdi.
Bayram gecəsi uĢaqlar səhərə kimi, dəmir qab
döyürlər və əsla yatmaq mümkün olmur.
Qurban bayramı da Əlcəzairdə əlamətdar Ģəraitdə
keçir. Ġmkanı olan ailələr qurban qoyunu kəsir, imkanı
olmayanlar isə bazardan ət almaqla kifayətlənirlər.
KəsməmiĢdən qabaq qurbanlıq qoyunun baĢını
qırmızı rəngləyir, boynuna qırmızı lent bağlayır və
Dostları ilə paylaş: |