Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə42/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   38   39   40   41   42   43   44   45   ...   101

 

 

209 



 

Dostluq  həftəsi  yekun  konserti  ilə  baĢa  çatdı. 

ġəhərin  meri  öz  çıxıĢında  bizə  öz  minnətdarlığını 

bildirdi və gələcəkdə də belə tədbirlərin keçirilməsini 

arzuladı. 

O, fasilədə mənə yaxınlaĢdı və soruĢdu: 

       - Siz azərbaycanlısınızmı? 

       - Bəli – dedim. 

       - Deməli müsəlmansınız. 

       -  Əlhəmdulillah  –  dedim.  Siz  bunu  haradan 

bilirsiniz? 

         -  Burada  çoxlu  azərbaycanlılar  çalıĢıblar.  Mən 

istərdim  ki,  əlaqələrimiz  daha    sıx  olsun.  Bununçün 

yol  görürəm:  bizim  Bumerdeslə  sizin  respublikanın 

Ģəhərlərindən birini qardaĢlaĢdırmaq. 

Dərhal  ürəyimdən  Gəncə  keçdi.  Lakin  təəssüflər 

olsun ki, müstəqilləĢmənin mehi Afrika qitəsinə gəlib 

çıxmamıĢdı... 

Yekun konsertdən sonra dostluq həftəsinin bir qrup 

təĢkilatçısına  fəxri  fərmanlar  və  mükafatlar  verildi. 

Mükafat alanlar arasında mən də var idim. 

Bumerdesdə  bəzən  Ģəhər  çərçivəsindən  kənara 

çıxan  görüĢlər  də  keçirilirdi.  Dostluq  həftəsi  xətti  ilə 

ölkəmizi  təmsil  edən  Qırğızıstan  nümayəndələrinin 

qarĢılanması  və  konsertlərinin  təĢkili  də  buna 

misaldır. 

Belə dostluq həftələri tez-tez keçirilirdi. Əlcəzairdə 

yaĢayan  azərbaycanlıların    xoĢbəxtliyindən  bu 

tədbirlərin 

birində 


Ġttifaqı 

Azərbaycanın 




 

 

210 



 

nümayəndələri  təmsil  edirdilər.  Biz  bu  xəbəri 

eĢidəndə uçmağa qol-qanadımız yox idi. 

AxĢam  bütün  azərbaycanlılar  bir  yerə  toplaĢdılar. 

Qonaqları  qarĢılamağı  planlaĢdırdıq.  Nümayəndə 

heyətini salamlamaq mənə həvalə olundu. 

Nümayəndə  heyətinə  Azərbaycan  Ali  və  Orta 

Ġxtisas Təhsili naziri Q.Əliyev rəhbərlik edirdi. 

Biz  Bumerdesdə  keçiriləcək  konsert  üçün  də 

dəvətnamələr hazırladıq. Dəvətnamələrin bir hissəsini 

Ģəhər merinə göndərdik, qalan hissəsini isə kontraktlar 

arasında bölüĢdürdük. 

Konsertin  baĢlanmasına  bir  neçə  saat  qalmıĢ,  biz 

ailəliklə Ģəhər mədəniyyət sarayına yollandıq. UĢaqlar 

bizdən  irəlidə  idilər.  Uzaqdan  gördüm  ki,  qapının 

ağzında bizim uĢaqları kimsə saxlayır. Elə düĢündüm 

ki,  ərəb  yoldaĢlardır,  ya  valideynsiz,  ya  da  ki, 

dəvətnaməsiz  uĢaqları  içəriyə  buraxmaq  istəmirlər. 

Yeyin yeriyib oraya çatanda bir də gördüm ki, böyük 

oğlum Eminlə bir cavan oğlan bizə doğru gəlir. Bizə 

çatmasına  iki-üç  addım  qalmıĢ,  ərəb  sandığım  oğlanı 

tanıdım.  O,  sevincək  üstümə  atıldı,  qucaqlaĢdıq.  Bu 

bizim  qapı  qonĢumuz  (Bakıda)  Yusif  idi.  Sən  demə 

Yusif  Bakıdan  gələn  rəqs  qrupunun  solisti  imiĢ. 

Əlcəzairdən  əvvəl  onlar  bir  həftə  Tunusdə  olmuĢ, 

oradan da Əlcəzairə gəlmiĢdilər. Yusif bizi görüb elə 

kövrəlmiĢdi  ki,  sanki  vətəndən  uzun  müddətə  ayrı 

düĢən  biz  yox,  odur.  Biz  özümüzü  dəyanətli,  Ģux 

göstərməyə  çalıĢırdıq.  Amma  Allah  bilir  ki, 

ürəyimizdə nələr çəkirdik. 




 

 

211 



 

...Nümayəndə heyətimiz mədəniyyət sarayına tərəf 

irəlilədi.  Mən  əlimdə  gül  dəstəsi  onlara  yaxınlaĢıb, 

salamladım  və  yanımdakı  yoldaĢları  bir-bir  təqdim 

etdim.  Nümayəndə  heyətini  Əlcəzairin  Təhsil  və 

Ġdman  naziri  müĢayiət  edirdi.  Bumerdesdə  iĢləyən 

azərbaycanlı A.Ağayev bizim nazirə müraciətlə dedi: 

 



Biz  sizin  yolunuzu  çoxdan  gözləyirdik. 

Azərbaycanlılar  nümayəndə  heyəti  üçün  süfrə 

hazırlamıĢdır.  XahiĢ  edirik  konsertdən  sonra  bizim 

qonağımız olasınız. 

Nümayəndə  heyətinin  baĢçısı  Q.Əliyev  üzünü 

əlcəzairli həmkarına tutub: 

 

Mənim  həmyerlilərim  məni  öz  evlərinə  dəvət 



edirlər – dedi. Siz buna necə baxırsınız? 

Əlcəzairli nazir: 

 

Bizim 



adətimizə 

görə  heç  vaxt  əziz 

qonaqlarımızın 

hərəkətləri 

ölkəmizdə 

məhdudlaĢdırılmır – deyə cavab verdi. 

Bizim nazir qəh-qəhə çəkib: 

 



Ah, siz nə gözəl diplomatsınız, ah, siz nə gözəl 

diplomatsınız – deyə təkrar etdi. 

Sonra  o,  bizim  hamımıza  nümayəndə  heyəti 

adından  təĢəkkürünü  bildirdi  və  vaxt  məhdudluğu 

üzündən  dəvətimizi  qəbul  edə  bilməyəcəyinə 

təəssüfləndi. 

Konsert  baĢlandı.  Konsertin  birinci  hissəsində 

bizim  artistlər, ikinci  hissəsində  isə  əlcəzairli  artistlər 

çıxıĢ  etdilər.  Zümrüd  Məmmədova,  Baba  Mirzəyev 

(Mahmudoğlu)  və  Nizami  Ġsmayılovun  çıxıĢları 




 

 

212 



 

hərarətlə  qarĢılandı.  Rəqs  qrupunun  çıxıĢları  ağzına 

kimi  dolu  salonu  yerindən  oynatdı.  “Xançobanı” 

rəqsini tamaĢaçılar elə sürəkli alqıĢlarla qarĢıladılar ki, 

Əlcəzairdə  yaĢayan  azərbaycanlılar  sevincdən  göz 

yaĢlarını  gizlədə  bilmirdilər.  Ecazkar  Azərbaycan 

musiqisi  ruhumuzu  qəribliyin  sıxıntılarından  xilas 

etmiĢdi.  Hamımız  fəxr  edirdik  ki,  bu  musiqiçilər 

bizim  həmvətənlərimizdirlər.  Əlcəzair  televiziyası 

Azərbaycan artistlərinin çıxıĢını bütövlüklə lentə aldı. 

Tər  çiçək  dəstələri  sel  kimi  səhnəyə  axırdı. 

Konsertin  sonunda  bizim  artistlər  onlarla  birlikdə 

Əlcəzairin  inqilab  mahnısını  oxudular.  Bütün  zal 

ayağa  qalxdı.  Sürəkli  alqıĢların  sədası  dalğa-dalğa 

konsert zalından çıxıb Aralıq dənizinin sularına qarıĢır 

və Dünya okeanına çıxırdı. 

Sevincimizin  həddi-hüdudu  yox  idi.  Qonaqlar 

avtobusa doğru yeriyir və biz də onları yola salırdıq. 

Birdən  nümayəndə  heyətinin  üzvlərindən  biri  mənə 

yaxınlaĢıb astaca: 

       -  EĢitmiĢəm  siz  Nəriman  müəllimlə  dostsunuz  – 

dedi. 


Mən dərhal soruĢdum: 

        - Hansı Nərimanı deyirsiniz? 

O: 

       -  Həsənzadə  Nərimanı  deyirəm,  Ģair  Nərimanı  – 



dedi. 

        - Düz eĢitmiĢsiniz, necə məgər? 

        - Bir neçə gün bundan qabaq onun həyat yoldaĢı 

vəfat etdi. Dedim bəlkə baĢsağlığı göndərəsi oldunuz. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə