Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə43/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   39   40   41   42   43   44   45   46   ...   101

 

 

213 



 

Bu  bəd  xəbər  tamam  əhvalımı  korladı.  Mən 

Nəriman  müəllimin  Sara  xanımın  xəstəliyi  ilə  bağlı 

necə əzab və sarsıntı keçirdiyini bilirdim və bu itkinin 

onun üçün nə demək olduğunu yaxĢı baĢa düĢürdüm. 

Yorğun  halda  evə  çatdım.  BirbaĢa  yazı  masamın 

arxasına  keçib,  qələm-kağız  götürüb  yazmağa 

baĢladım: “Əziz Nəriman müəllim...” 

 

“SAĞ  OL  HƏKİM” 

 

Əlcəzairdə  həm  poliklinikalar  və  həm  də  ki, 



xəstəxanalar  dövlətə  məxsusdur.  Burada  müalicə  də 

pulsuzdur.  Bundan  əlavə  ölkədə  az  da  olsa  xüsusi 

xəstəxana və poliklinikalar da vardır. Bu xəstəxana və 

poliklinikalarda xidmətin və həkimlərin səviyyəsindən 

asılı  olaraq  müalicə  pulludur.  Dövlət  müalicə 

müəssisələrində  iĢləyən  həkimlər  əsasən  əlcəzairlilər, 

sovet, 

bolqar 


və 

bir 


qədər 

də 


 

macar 


mütəxəssisləridirlər.  Xüsusi  müalicəxanalarda  isə 

Avropa  və  Amerikada  təhsil  almıĢ  əlcəzairli 

mütəxəssislər çalıĢırlar. 

Xüsusi  Ģəfaxanalarda  xəstənin  müalicəsinə  sərf 

olunacaq  vəsait  barədə  oxucularda  müəyyən  təsəvvür 

yaratmaq  üçün  onu  deyim  ki,  ən  yaxĢı  həkimin  bir 

qəbulunun qiyməti 100 dinardır (Bazarda qoyun ətinin 

bir  kiloqramı  100-120  dinardı.  Bizim  kafedranın 

laborantının aylıq əmək haqqı 1700 dinar idi). 

Mən  hələ  pioner  düĢərgəsində  iĢləyərkən  Tipaza 

Ģəhərinin  yaxınlığında  yerləĢən  Hadcut  Ģəhər 



 

 

214 



 

xəstəxanasına  getmiĢ  və  az  da  olsa,  ora  ilə  tanıĢ 

olmuĢdum.  Həmin  xəstəxanada  bolqar  həkimlər 

çalıĢırdılar.  Ora  getməkdə  məqsədim,  ilan  zəhərinə 

qarĢı  vaksina  almaq  idi.  Belə  ki,  mənə  qabaqcadan 

demiĢdilər  ki,  düĢərgəmizin  ərazisində  çoxlu  zəhərli 

ilanlar vardır. Bolqar həkimlər təmiz rusca danıĢırlar. 

Onlar  bizi  palatalarla  tanıĢ  etdilər.  Palatalara  girən 

kimi  ilk  baxıĢdan  adamın  nəzərini  orada hökm  sürən 

səliqəsizlik,  natəmizlik  cəlb  edir.  Nədənsə  bu 

xəstəxana mənə bir qədər bizim 20 il bundan qabaqkı 

kənd 


xəstəxanasını 

xatırlatdı. 

Xəstələr 

öz 


palatalarında  çarpayıların  üzərinə  uzanmıĢ,  hərə  öz 

ürəyi istəyən Ģeylərdən yeyirdi. 

Sonra  mən  bolqar  həkimlərin  geydikləri  xalatlara 

baxanda  gördüm  ki,  yox,  elə  bu  həkimlər  də  yerli 

mühitə artıq öyrəĢiblər. 

Vaksinaları  alıb  təngnəfəs  xəstəxanadan  çıxdım. 

XoĢbəxtlikdən bu vaksinalara ehtiyacımız olmadı (On 

bir ilan öldürdük). 

Ġkinci  dəfə  yolum  Lakhadariyadakı  xəstəxanaya 

düĢdü.  Dəhlizlərdən  keçəndə  gözucu  palatalara  da 

nəzər  salırdım.  Gördüm  ki,  yox,  bu  xəstəxana  o 

birisindən  deyil.  Hər  Ģey  öz  yerində  tər-təmiz  və 

səliqəlidir. 

Üçüncü dəfə isə...Bu dəfə mən artıq bir qonaq kimi 

yox, xəstə kimi, daha doğrusu xəstənin valideyni kimi 

xəstəxanaya gedirdim. 

...AxĢam  iĢdən  evə  gələndə  gördüm  ki,  kiçik 

oğlum  Tərlan  ağlayır.  (O  vaxt  onun  səkkiz  yaĢı  var 




 

 

215 



 

idi). Səbəbini soruĢduqda dedilər ki, məktəb həyətində 

uĢaqlarla  oynayanda  qolunu  sındırıb.  Mən  uĢağın 

qoluna  baxdım  və  gördüm  ki,  doğrudan  da  biləkdən 

elə  bil  ki,    sümük  içəriyə  keçib.  Dərhal  maĢın 

axtarmağa  getdim.  (Orada  maĢın  məsələsi  belədir: 

Sovet  mütəxəssislərinin  müəyyən  qisminin  öz 

maĢınları  var  idi.  Əgər  onlarla  bir  yerə  gedirdinsə, 

hökmən  benzini  sən  almalı  idin).  Bizim  kafedranın 

əməkdaĢı,  Qorki  Universitetinin  dosenti  Robert 

ġukinin  “Reno-16” markalı  köhnə  bir  maĢını  var idi. 

Onu tapdım. Doğrudan da Robert çox həyəcanlandı və 

həyat yoldaĢı ilə birlikdə bizə gəldi (Biz həm də ailəvi 

dost  idik).  FikirləĢdik  ki,  uĢağı  hansı  xəstəxanaya 

aparaq:  Lakhadariya  uzaq  olar,  yaxında  Teniyaya 

(Bumerdesdən  27  km  məsafədə)  aparmaq  olar,  orada 

da  Sovet  həkimləri  iĢləyirlər.  Mən  hətta  onların  bir 

neçəsini  tanıyırdım.  Çünki  onları  biz  öz  yerli 

komitəmiz  hesabına  turist  yol  vərəqələri  ilə  təmin 

etmiĢdik. 

MaĢını  birbaĢa  Teniyaya  sürdük.  AxĢam  saat  9 

olardı  ki,  biz  oraya  çatdıq.  Darvaza  və  qapılar 

bağlanmıĢdı. ĠĢ elə gətirmiĢdi ki, Sovet həkimlərindən 

biri  də  həmin  gün  növbətçi  düĢməmiĢdi.  Qapıçıya 

yaxınlaĢıb  xeyli  dilə  tutduqdan  sonra  darvazanı 

açdırdım.  Əvvəlcə  xəstəni  xəstəxana  nəzdində  olan 

poliklinikanın  həkiminə  göstərmək  lazım  idi. 

Poliklinikanın  qapısını  bir  xeyli  döydükdən  sonra 

açdılar. Dedim: 



 

 

216 



 

 



Cənab,  kömək  edin,  uĢağın  vəziyyəti  ağırdır. 

Heç nə demədi. Əli ilə daxil olmaq iĢarəsi verdi. 

Ġçəri  daxil  olan  kimi  mən  ona  əhvalatı  danıĢdım. 

O,  çox  qısa  anket  doldurub,  bizi  dərhal  rentgen 

kabinetinə  göndərdi.  Rentgençi  beĢ  dəqiqə  ərzində 

sınığı çəkdi və mənə dedi: 

 

Cənab,  uĢağın  qolu  sınıb,  amma  Ģükür  olsun 



Allaha ki, sürüĢməyib. 

Poliklinikanın növbətçi həkimi tez göndəriĢ yazıb, 

bizi 

xəstəxananın 



növbətçi  cərrahının  yanına 

göndərdi. 

Cərrahla  tanıĢ  olduq.  Adı  Əli  idi.  Fransada  təhsil 

almıĢdı. Üzünü oğluma tutub dedi: 

 

Hə,  balaca  müsəlman,  uzan  görək.  Sənin  əlini 



elə düzəldəcəyəm ki, onunla dəmiri qıra biləsən (niyə 

məhz dəmiri, baĢa düĢmədim). 

UĢağı  cərrahiyyə  stoluna  uzatdılar  (həkimin  iki 

assistenti  var  idi),  gips  qoydular.  Gipsi  qoyan  kimi 

təzədən  rentgendən  keçirdilər.  Bu  dəfə  də  o 

rentgenoqrama  baxdı  və  hər  Ģeyin  yaxĢı  olduğunu 

söylədi. Sonra dedi ki, iki həftədən sonra gəlin, gipsi 

açaq.  Yorğun-arğın  evə  qayıtdıq.  Gecə  saat  12-yə 

yaxın  olardı.  Evimizə  çatanda  gördüm  ki,  iyirmiyə 

yaxın kiĢi evimizin ətrafında gəziĢir. Robert dedi: 

 

Vaqif, 



bunlar 

azərbaycanlılardır, 

sizin 

həmyerlilər



.

 

Sevincdən  gözlərim  yaĢardı.  UĢağın  qolunun 



sınmaq  xəbərini  eĢidən  bütün  azərbaycanlılar  bizə 

toplaĢmıĢdılar.  Qadınlar  evdə  uĢaqların  yanında 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə