Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə39/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   35   36   37   38   39   40   41   42   ...   101

 

 

197 



 

ansamblı  Əlcəzairdə  məĢhur  idi.  Bu  ansambllar  həm 

bizim milli bayramların, həm beynəlxalq bayramların, 

həm 


də 

əlcəzairlilərin 

milli 

bayramlarının 



keçirilməsində xüsusi fəaliyyət göstərirdilər. 

KiĢilərdən  və  qadınlardan  təĢkil  edilmiĢ  birləĢmiĢ 

xor da tamaĢaçıların rəğbətini qazanmıĢdı. 

Bumerdesin  bədii  özfəaliyyət  kollektivləri  gah 

Sovet  səfirliyində 

və  gah  da 

Sovet  ticarət 

nümayəndəliyində  keçirilən  konsertlərdə  həmiĢə 

iĢtirak edərək həmin mərasimlərin bəzəyi olurdular. 

Bu  sətirlərin  müəllifi  Bumerdes  Ģəhəri  üzrə  Sovet 

kontraktlarının  inzibati  Ģurasının  üzvü  olub,  mədəni-

kütləvi  iĢlər  bölməsinə  rəhbərlik  edirdi;  bütün 

mədəni-kütləvi  iĢlərin  təĢkili  və  keçirilməsində 

birbaĢa  məsuliyyət  daĢıyırdı.  Bizim  bölmə  musiqi 

məktəblərinin, 

bədii 


özfəaliyyət 

dərnəklərinin 

fəaliyyətinə  nəzarət  edir,  onların  il  ərzində  müxtəlif 

bayram  konsertlərində  iĢtirakına  köməklik  göstərirdi. 

Tədbirlərin  hamısında  bizim  əlcəzairli  həmkarlarımız 

və  dostlarımız  iĢtirak  edirdilər.  Əvvəllər  onlar  yalnız 

tamaĢaçı  kimi,  sonralar  isə  həm  də  iĢtirakçı  kimi 

bizim gecələrdə fəaliyyət göstərirdilər. 

YaxĢı  yadımdadır,  konsertlərin  birində  ilk  dəfə 

olaraq  bizim  “Azərbaycan  təranələri”  instrumental 

ansamblı  çıxıĢ  edirdi.  Neft  və  Qaz  Ġnstitutunun  800 

nəfərlik konsert salonunda (bu salon əlcəzairli dostlar 

üçün hədiyyə kimi bizim ölkənin hesabına tikilmiĢdir) 

iynə 


atsaydın, 

yerə 


düĢməzdi. 

Ansambl 


C.Cahangirovun “Ana” mahnısı ilə çıxıĢına baĢladı. 


 

 

198 



 

Vahid  müəllim  muğamdan  bir  parça  çalmağa 

baĢladıqda  isə,  zalda  elə  sakitlik  vardı  ki,  sanki  heç 

kəs  nəfəs  belə  almırdı.  Konsertin  aparıcısı  isə  “Ana” 

Ģerini  oxuyurdu.  Zalda  birdən  elə  alqıĢlar  qopdu  ki, 

bizim  sevincdən  bədənimiz  lərzəyə  gəldi.  Sonra 

ansambl  “ġələbiyyə”  ərəb  mahnısını  çaldı.  Mahnı 

əvvəldən  axıra  kimi  tamaĢaçıların  alqıĢı  ilə  müĢayiət 

olundu.  Konsertdən  sonra  əlcəzairli  yoldaĢlar  bizə 

yaxınlaĢır,  təbrik  edir  və  “Azərbaycan  təranələri” 

ansamblını 

öz 


konsertlərinə 

dəvət 


edirdilər. 

Ansamblın  müvəffəqiyyətli  çıxıĢı  bizi  ilhamlandırdı 

və  yeni-yeni  musiqili  ədəbi-bədii  gecələr  keçirməyə 

ruhlandırdı. 

 

AZƏRBAYCAN   POEZİYA   GECƏLƏRİ 

 

Bir  gün  Vahid  müəllimlə  söhbət  əsnasında  belə 



qərara  gəldik  ki,  Azərbaycan  poeziya  gecəsi  keçirək. 

ġairlərimizdən  S.Vurğun,  B.Vahabzadə,  N.Xəzri, 

N.Həsənzadə  və  baĢqalarının  Ģeirlərindən  həm 

Azərbaycan  və  həm  də  rus  dilində  seçdik.  Bundan 

baĢqa  bizdə  S.Vurğunun  ərəb  və  fransız  dilində 

tərcümə  olunmuĢ  Ģeirləri  vardı.  M.Əzizbəyov  adına 

Azərbaycan  Neft  və  Kimya  Ġnstitutunun  dosentləri 

A.Ağayev  və  R.KalaĢnikov  da  bizə  kömək 

göstərirdilər. 

Onu  da  qeyd  edim  ki,  bu  gecənin  keçirilməsində 

azərbaycanlı  həmyerlilərimizin  heç  də  hamısı  fəal 

iĢtirak  etmirdi.  Hətta  tədbirin  əleyhdarları  da  var  idi. 




 

 

199 



 

Lakin  bütün  bunlara  baxmayaraq  biz  belə  qərara 

gəldik 

ki, 


poeziya 

gecəsini 

keçirək.  ġeirləri 

Azərbaycan  dilində  bu  sətirlərin  müəllifi,  digər 

dillərdə  isə  leninqradlı  K.Petrova,  belorus  V.Basik, 

rostovlu  E.Nikolayeva  və  b.  oxuyurdular.    Gecənin 

aparıcısı  isə  R.KalaĢnikov  idi.  Ssenarini  bu  sətirlərin 

müəllifi tərtib etmiĢdi. 

Əvvəlcə  M.Füzulinin  məĢhur  “Vətənimdir”  qəzəli 

Azərbaycan,  S.Vurğunun  “Azərbaycan”  Ģeiri  isə  rus 

dilində 

səsləndi. 

Səhnədə 

iĢıqlar  söndürüldü. 

Azərbaycanın  dilbər  guĢələrindən  çəkilmiĢ  rəngli 

slaydlar nümayiĢ etdirilməklə, R.Behbudovun ifasında 

“Azərbaycan”  mahnısının  lent  yazısı  səsləndirildi. 

Vətən  həsrətli  gözlər  bir  bulağa  çevrilmiĢdilər.  Hətta 

zaldan hıçqırıq səsləri də gəlirdi. Ağlayanlar qadınlar 

idi... 


Gecə  böyük  müvəffəqiyyətlə  keçdi.  Hamı  gəlib 

bizi  öpür,  qucaqlayır,  təbrik  edirdi.  Azərbaycan 

Politexnik  Ġnstitunun  dosenti  Tofiq  Mahmudzadə 

mənə yaxınlaĢıb dedi: 

 

Bundan  sonrakı  tədbirlərinizdə  elə  hesab  edin 



ki, mən də varam və fəal iĢtirak etməyə hazıram. 

Bir  neçə  gündən  sonra  rus  yoldaĢlar  bizim  yerli 

komitəyə 

rəsmi 


müraciətlə  xahiĢ  etdilər  ki, 

“Azərbaycan poeziya gecəsi” bir də təkrar olunsun. 

Gecədən  sonra  bizə  məlum  oldu  ki,  Azərbaycan 

poeziyasına və musiqisinə nəinki ərəblər və fransızlar, 

hətta bizimlə bir ölkədə yaĢayan ruslar da yaxĢı bələd 

deyildirlər.  Bir  gün  bizim  Politexnik  Ġnstitutunun 




 

 

200 



 

dosenti  Telman  Mahmudov  gecənin  iĢtirakçılarına 

yaxınlaĢıb dedi: 

 



Çox  sağ  olun  ki,  bu  gecəni  keçirdiniz. 

Müəllimlər  (söbət  səfirliyin  8-illik  məktəbindəki 

müəllimlərdən  gedir)  bizim  Azərbaycan  poeziyasına 

elə  vurulublar  ki,  hətta  məktəbdə  bizim  uĢaqlarımıza 

münasibət dəyiĢibdir. 

Ġlk müvəffəqiyyət bizi yeni bir gecə təĢkil etməyə 

həvəsləndirdi.  Belə  qərara  gəldik  ki,  Novruz 

bayramını  keçirək.  Həmin  gecənin  təĢkili  və 

keçirilməsində  demək  olar  ki,  bütün  azərbaycanlılar 

iĢtirak  etdilər.  Ansamblın  solistləri  T.Mahmudzadə 

(Azərbaycan 

Politexnik 

Ġnstitutunun 

dosenti), 

G.Məmmədova  (ixtisasca  həkimdir,  həyat  yoldaĢı 

F.Məmmədov  Neft  və  Kimya  Ġnstitutunun  dosenti, 

bizim  ansamblda  pianoçu  idi),  S.Nəbiyev    (Neft  və 

Kimya  Ġnstitutunun  dosenti)  həmin  gecə  üçün  xüsusi 

konsert  proqramı  hazırlamıĢdılar.  Onu  da  qeyd  edim 

ki,  Samid  müəllim  həm  də  bizim  rəqs  qrupuna 

rəhbərlik  edirdi.  Rəqs  qrupuna  orada  çalıĢan 

mütəxəssislərin  uĢaqları  daxil  idilər.  Rəqqaslar  üçün 

milli 

geyimləri 



isə 

bizə 


Əlcəzairdəki  Sovet 

məktəbindən  vermiĢdilər.  Vaxtilə  Əlcəzairdə  qastrol 

səfərində olan Azərbaycan rəqs ansamblı bu paltarları 

məktəbə bağıĢlamıĢdı. 

Gecəyə  olan  marağı  nəzərə  alıb,  biz  belə  qərara 

gəldik  ki,  buraxılıĢı  dəvətnamə  ilə  edək.  Gecəni 

aprelin  24-nə  təyin  etdik.  Sadəcə  olaraq  21  marta 

hazırlıq iĢlərini baĢa çatdıra bilmədik. ġeirləri oxumaq 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə