Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə47/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   43   44   45   46   47   48   49   50   ...   101

 

 

229 



 

uzaqda  bazar  yerləĢir  ki,  bura  “natəmiz”lərin  daxil 

olması  qadağandır.  Burada  zənginlik,  israfçılıq  əsla 

hiss olunmur. Hətta məscid belə bər-bəzəksizdir. 

Diqqəti  cəlb  edən  məqsədyönlülük  və  bütün 

ansamblın  harmoniyasıdır.  Məhz  bu  keyfiyyətlər 

dünyanın  müxtəlif  ölkələrindən  buraya  –müasir 

kubizmin beĢiyinə gələn müxtəlif mütəxəssisləri mat-

məəttəl qoymuĢdur. Qardaya əsil sənət əsəridir. 

 

Oymaq evlər, dar küçələr 



ĠĢığa həsrət gecələr... 

Tarix qoynunda gecələr 

Gecələri möhtac Aya, 

Səhra gözəli Qardaya! 

 

Dam görmədim olsun uca, 



Sapsarı qum həyət-baca. 

MıĢıl-mıĢıl yatır qoca; 

Bənzərin var tamaĢaya, 

Səhra gözəli, Qardaya! 

 

Tərəqqidən qaçan insan 



Nə sadəlövh, nə mehriban. 

Dincin alır burda zaman. 

Hər tərəfin qumdan taya

Səhra gözəli, Qardaya! 

 



 

 

230 



 

Su  inĢaatçıları  Mzabın  “su  sistemi”  ilə  tanıĢ 

olduqdan  sonra  istər-istəməz  onun  “dahiliyini”  etiraf 

etməli olurlar. 

Mzab  Səhrada  yeganə  “süni”  oazisdir.  Yerdə 

qalanlarda  su  səthə  ya  çıxmıĢ  və  yaxud  da 

çıxmaqdadır. Burda “su sistemi” üç “yarımsistemdən” 

təĢkil olunmuĢdur: Dərinliyi 60 m-ə qədər olan 30000 

quyular sistemi (suyu dəri vedrələrdə eĢĢəklər qoĢulan 

dolamaçarxla  çıxarırlar),  sisternlər  sistemi,  su 

axıdıcıları  və  ya  kanallar  sistemi  (bu  nadir  hallarda 

yağan yağıĢların suyunu yığmaqdan ötrüdür), ildə iki 

dəfə  axan  çay  suyunu  toplamaq  üçün  mürəkkəb 

bəndlər  sistemi  və  s.  Göründüyü  kimi  burada  “su 

qanunçuluğu”  olduqca  ciddi  və  mürəkkəbdir.  Lakin 

burada öz təcrübələrinə əsaslanıb artıq min illərdir ki, 

yerli  əhali  suya  olan  ehtiyaclarını  ödəyir.  Sözün 

qısası,  Mzaba  elə  böyük,  xüsusi  və  sonsuz  dünyadır 

ki, onun haqqında nə qədər desən danıĢmaq olar. 

Bu barədə söhbətimizin sonunda onu da qeyd edək 

ki, ibadilərin çox ciddi qanunları (onlar buna “kanun” 

deyirlər)  vardır.  Əslində  bu  qanunlar  müxtəlif 

qadağalardır.  Məsələn,  oyunlar  oynamaq,  musiqi 

dinləmək, 

siqaret 

çəkmək, 


Ģəkil 

çəkdirmək, 

ətriyyatdan  istifadə  etmək  və  s.qəti  qadağandır. 

QonĢunun  bəd  əməlləri  barədə  qəbilə  baĢçısına 

məlumat  verməmək  həmin  bəd  əməlləri  törətməkdən 

də artıq cəzalandırılır. 

YaxĢı yadımdadır ki, biz turistlər Qardaya bazarına 

daxil  olmamıĢdan  əvvəl  bələdçi  bizi  baĢa  saldı  ki, 




 

 

231 



 

burada  yerli  adamın  fotoĢəklini  çəkmək  olmaz.  Əgər 

özünüzlə  xatirə  kimi  buradan  foto  aparmaq 

istəyirsinizsə,  onda  öz  yoldaĢlarınızın  fonunda  çəkin. 

Yoxsa, fotoaparatlarınızı alıb qırarlar. 

Mən  deyilənlərin  nə  dərəcədə  həqiqət  olduğunu 

özüm  yoxlamağı  qərara  aldım.  Bir  dükançı  ilə  Ģirin 

söhbətdən  sonra  ona  birlikdə  Ģəkil  çəkdirməyi  təklif 

etdim. O, qorxa-qorxa ətrafına baxdı və dedi: 

 



Bilirsinizmi,  əgər  mən  sizinlə  Ģəkil  çəkdirsəm, 

onda  gərək  evimdən  didərgin  olam.  Ailəm  baĢsız 

qalar.  Əgər  siz  məni  öz  xatirinizdə  saxlamaq 

istəyirsinizsə,  mənə  diqqətlə  baxın  və  gözlərinizdə 

mənim Ģəklimi aparın. 

Bazarda  siqaret  satıldığını  da  gördüm.  Lakin, 

deyəsən  bu  yalnız  gəlmə  adamlar  üçün  nəzərdə 

tutulmuĢdur. 

Burada  ən  ağır  cəza qəbilədən qovulmaqdır. Buna 

yerli adamlar “terbiya” deyirlər (yəni tərbiyə). 

Fransız  səyyahlarının  yazdığı  kimi  yaĢlı  mzabit 

Fransada  bir  neçə  univermağın,  ondan  bir  qədər 

cavanı isə Avropanın ən yaxĢı ali məktəblərinin hətta 

bir yox, iki diplomuna sahib ola bilər. 

 

MZABADA   GƏZİNTİ 

 

Bazar  meydanını  (75x44m)  gəzməyən  turist  heç 



vaxt  Qardayanı  tərk  etmir.  Bu  meydan  çoxsaylı 

alaqapılarla  əhatə  olunmuĢdur  və  bu  tağların 

içərisində  də  çoxlu  sayda  dükanlar  vardır.  Məscid 



 

 

232 



 

Ģəhərin  mərkəzində  yerləĢir.  Ora  birbaĢa  Ed-Dəllam 

küçə-bazarından  çıxmaq  olur.  Əyri-üyrü  yollarla  düz 

təpənin  baĢına  çıxmaq  olur  ki,  burada  da  hündürlüyü 

22 metr olan konik minarəli məscid ucaldılmıĢdır. 

Qardayadan bir qədər Ģərqə Malikə Ģəhəri yerləĢir. 

Onun evlərinin divarları təpədə bir qala yaradır. 

Bələdçi  ilə  vadi  Ģəhərlərindən  biri  –  Beni-Ġzgenə 

səyahət  etmək  olar.    Beni-Ġzgen  barədə  oxuculara  bir 

qədər  ətraflı  məlumat  vermək  istəyirəm.  Belə  ki,  bu 

Ģəhərə düĢən kimi adam özünü tamamilə ayrı aləmdə 

hiss  edir.  Bu  Ģəhər  qala  divarları  və  qüllələrlə  əhatə 

olunmuĢdur. Bələdçimiz 90 yaĢlı bir qoca idi. ġəhərin 

girəcəyində  divara  fransız  dilində  böyük  bir  elan 

vurulmuĢdu.  Orada  qeyd  edilirdi  ki,  bu  Ģəhərdə  nə 

siqaret çəkmək, nə Ģəkil çəkmək, nə də ki, tək gəzmək 

olar (əlbəttə tək gəzmək turistlərə aiddir). Bələdçimiz 

deyəsən  tərifi  çox  sevirdi  (kim  tərifi  sevmir  ki?). 

ġəhər haqqında ilk məlumatı verən kimi biz onu xeyli 

təriflədik. O isə dedi: 

 

Mən  bu  Ģəhərin  bir  nömrəli  bələdçisiyəm.  Bu 



günlər  ölkənin  prezidenti  ġadli  Bencədid  bura 

gəlmiĢdi. Mən ona da bələdçilik etmiĢəm. 

Qoca sözünü qurtarmamıĢ əlini cibinə saldı və bir 

fotoĢəkil  çıxardı.  Həmin  fotoda  qoca  ilə  prezidentin 

Ģəkli əks olunmuĢdu. 

Qoca  bələdçi  məlumat  verərək  bizi  düz  təpənin 

yuxarısına  kimi  müĢayiət  etdi.  Məqsəd  təpənin 

baĢındakı  qüllədən  bütöv  Mzaba  vadisini  seyr  etmək 

idi. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə