Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə45/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   41   42   43   44   45   46   47   48   ...   101

 

 

221 



 

həyətdə  bir-iki  dövrə  vurdurub  kəsirlər.  Bu  qoyunun 

əti ən azı yeddi evə paylanmalıdır. 

Ramazan ayı (orucluq) da bu ölkədə ən müqəddəs 

aylardan biridir. Əvvəla orucluq ayının baĢlanması ilə 

əlaqədar olaraq bütün müəssisələrdə iĢ rejimi dəyiĢir. 

Məsələn, deyək ki, səhər saat 8-də iĢə baĢlayan tədris 

müəssisələri  ramazan  ayında  10-da  və  ya  10

30

  –da 


dərsə  baĢlayırlar.  Digər  müəssisə  və  idarələr  bu 

qaydada  iĢ  rejimini  dəyiĢirlər.  Ölkədə  fəaliyyət 

göstərən  müxtəlif  ölkələrin  diplomatik  korpusları  da 

müvafiq  surətdə  həmin  ayda  öz  iĢ  qrafiklərini 

dəyiĢməli olurlar. 

Tələbələr həvəssiz, yorğun görünür və demək olar 

ki,  iĢləmək  istəmirlər.  Aclıq  və  yorğunluq  yəqin  ki, 

adamın diqqətinə də pis təsir göstərir. Belə ki, ölkədə 

baĢ  verən  avtomobil  qəzalarının  çox  hissəsi  bu  ayın 

payına düĢür. 

Tələbələr 

bizdən 


(əlbəttə 

müsəlman 

müəllimlərdən)  tez-tez  soruĢurdular  ki,  biz  də  oruc 

tuturuq  ya  yox.  Onların  qəlbini  qırmamaq  üçün 

müsbət cavab verirdik. 

Orucluq  vaxtı  biz  gündüzlər  yerli  əhalinin  gözü 

qarĢısında  nə  su  içir,  nə    çörək  yeyir  nə  də  siqaret 

çəkirdik.  ġübhəsiz  ki,  yerli  adət  və  ənənələrə  hörmət 

etmək lazımdır. Bunu bizdən həm də sovet səfirliyinin 

rəhbərliyi tələb edirdi. 

Ramazan  ayında  Bumerdesin  düz  mərkəzində 

xüsusi  estrada  meydançaları  qurulur.  Ġftardan  qabaq 

Ģəhərdə  bir  nəfər  də  desən  belə  görmək  olmur.  Din 



 

 

222 



 

xadimləri  televiziya  vasitəsilə  moizə  (dini  söhbət) 

edir,  sonra  azan  verilir  və  nəhayət  camaat  iftara 

baĢlayır.  Ġftardan  sonra  küçələrə  çıxır,  konsertə 

tamaĢa  edirlər.  Gəzintilər  baĢlanır.  Ġl  ərzində  heç 

üzünü  görə  bilmədiyin  adamları  bu  zaman  görmək 

olur.  Meydandakı  konsertin  ifaçıları  Bumerdes 

vilayətinin  bədii  özfəaliyyət  kollektivləridirlər.  Hər 

axĢam  vilayətin  bir  rayonunun  və  ya  qəsəbəsinin 

musiqi  kollektivi  çıxıĢ  etmək  üçün  Bumerdesə  gəlir. 

Konsert “obaĢdan” (ərəbcə imsək) deyilən vaxta kimi 

davam  edir  (bu  təxminən  3-4  arasındadır),  sonra 

camaat yeyib, yatır. Bax, beləcə bir ay davam edir. 

Oruc  tutanlar  arasında  lap  balaca  uĢaqlardan  (6-7 

yaĢlı)  tutmuĢ  qocalara  kimi  müxtəlif  təbəqələrə 

mənsub  adamlar  vardır.  Adamların  üz-gözündən  hiss 

olunur ki, oruc tutmayanlar da az deyildir. 

Bir  dəfə  ramazan  ayında  tələbələrdən  bir  qrupu 

dərsə  gəlməmiĢdi.  Mən  qrup  nümayəndəsini  çağırıb, 

danladım.  Qrup  nümayəndəsinə  bildirdim  ki,  oruc 

tutanda    nə  olar.  Oruc  da  tutmaq  lazımdır,  dərsə 

gəlmək də. 

O, məni dinlədikdən sona: 

 



Cənab, siz elə bilirsiniz ki, onlar oruc tuturlar – 

dedi.  Onlar  yalan  deyirlər.  Nə  oruc  tutur,  nə  də  ki, 

namaz qılırlar. Orucluğu bəhanə edib dərsə gəlmirlər. 

Bizim  fakültənin  dekanı  Mövlud  ġıxhi  Fransada 

təhsil  almıĢdı.  Bir  dəfə  o  məni  kabinetinə  dəvət  edib 

qapını bağladı və dedi: 

 

Gəl adama bir fincan kofe içək. 




 

 

223 



 

Mən təəccüblə: 

 

Cənab  ġıxhi,  siz  oruc  tutmursunuz?  – 



soruĢdum. 

O, məndən xəcalət çəkirmiĢ kimi: 

 

Cənab  Nəsirov,  bağıĢlayın  məni  –  dedi.  Mən 



oruc tuta bilmirəm, baĢım ağrıyır. 

Əlcəzairdə  məhərrəm  ayının  birinci  və  onuncu 

günlərini  də  bayram  edirlər.  Bunlar  məhərrəm  və 

aĢura  (aĢra  ərəbcə  on  deməkdir)  bayramları  adlanır. 

Məhərrəm ayının birinci günü Məhəmməd peyğəmbər 

Məkkədən  Mədinəyə  yola  düĢmüĢ  (hicr  etmiĢ)  və  on 

gündən  sonra  oraya  çatmıĢdır  (yəni  aĢura  günü).  Bu 

günləri əlcəzairlilər bayram edir və hicri qəməri tarixi 

məhərrəm ayının 1-dən baĢlayır. 

Əlcəzairdə  bir  müqəddəs  gün  də  var:  8  May.  Bu 

bayram  günü  deyildir.  Lakin  əlcəzairlilər  üçün 

müqəddəs bir gündür. 

Bu  günü  bütün  Əlcəzair  ümumxalq  matəmi  günü 

kimi qeyd edir. 1945-ci ilin 8 mayında Setif Ģəhərində 

minlərlə  (təxminən  40  minə  yaxın)  dinc  əhali  fransız 

müstəmləkəçilərindən vəd etdikləri istiqlaliyyəti tələb 

edərkən  güllələnmiĢlər.  Məsələ  burasındadır  ki, 

fransızlar  əlcəzairliləri  Ġkinci  Dünya  müharibəsində 

köməyə  çağırmıĢ  və  qələbə  təqdirində  onlara  azadlıq 

verəcəyini  vəd  etmiĢlər.  Lakin  müstəmləkəçilər  öz 

sözlərinin ağası olmamıĢdılar. 

Hər  il  mayın  8-də  əlcəzairlilər  matəm  libasını 

geyir, vətənlərinin azadlığı uğrunda Ģəhid olanları yad 

edir, özlərinin təbirincə desək, qara bayram keçirirlər. 




 

 

224 



 

Məncə burada bir haĢiyə çıxmaq yerinə düĢərdi. 

Ümumiyyətlə  mən  Əlcəzairdə  yaĢadıqdan  sonra 

baĢa  düĢdüm  ki,  fransız  müstəmləkəçiləri  nə  qədər 

zülmkar  imiĢlər.  Mən  elə  bilirdim  ki,  (nədənsə  heç 

özüm  də  bilmirəm)  qəddarlıq,  amansızlıq  yalnız 

faĢizmə xasdır. 

Lakin çəkilən sənədli və bədii filmlərə baxdıqdan, 

müxtəlif mənbələrlə tanıĢ olduqdan sonra əmin oldum 

ki,  fransız  müstəmləkəçiləri  qəddarlıqda  faĢizmdən 

heç  də  geri  qalmırlarmıĢ.  Əlcəzair  inqilabçıları 

yerində  güllələnməkdən  tutmuĢ,  vertolyotlardan 

paraĢütsüz  atılmağa  kimi  cəza  tədbirlərinə  məruz 

qalmıĢlar. Onlara qarĢı elə cəzalar tətbiq edirlərmiĢ ki, 

bəĢəriyyətin bu günə kimi o cür alçaqlıqlardan xəbəri 

yoxdur. 


Bir  qoca  mənə  nəql  etdi  ki,  fransızlar  Əlcəzairdə 

nə  qədər  qəĢəng  qızlar  varmıĢsa,  hamısını  götürüb 

zorla  aparırlarmıĢ.  Ona  görə  də  ərəb  ailəsində  qız 

uĢağı  doğulan  kimi  valideynlər  özləri  onu  Ģikəst 

edirlərmiĢ  ki,  müstəmləkəçilər  böyüyəndə  ona  tamah 

salmasınlar. 

 

Ata məhəbbəti, qeyrət və namus 



Üz-üzə dayanıb, bax bu həyata!... 

Tamahın salmasın deyə fransız, 

Özü Ģikəst edir, qızını ata. 

 

BÖYÜK SƏHRA VADİSİ BOYU SƏYAHƏT 

 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə