Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə41/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   37   38   39   40   41   42   43   44   ...   101

 

 

205 



 

getdik.  Orada  da  bir  Ģey  tapa  bilmədik.  Bakıya 

məktub  yazdıq  və  bizə  bir  neçə  Ģer  göndərdilər. 

Səhnədən  asmaq  üçün  Ģairin  portreti  lazım  idi. 

Özümüz  rəssamlıq  edəsi  olduq.  Epidiaskopda  Ģairin 

Ģəklini böyüdüb vatman vərəq üzərinə saldıq, əvvəlcə 

karandaĢla,  sonra  isə  tuĢla  iĢləyib  portreti  hazırladıq. 

Bu  dəfə  qadınlarımız  da  gecədə  fəal  iĢtirak  etmək 

arzusunda olduqlarını bildirdilər. ġerləri oxumaq üçün 

onları  da  cəlb  etdik.  Məruzəçi  və  Ģerlərin 

azərbaycanca  ifaçısı  bu  sətirlərin  müəllifi  idi.  ġerləri 

gürcü L.Nozadze, rus K.Petrova, belorus T.Basik, rus 

N.Belov  və  bizim  azərbaycanlılar  G.Məmmədova, 

R.Hüseynova,  N.Nəbiyeva  oxuyurdular.  Gecənin 

proqramına S.Vurğunun sözlərinə yazılmıĢ mahnıların 

fonoqramı  da  daxil  edilmiĢdi.  Gecə  sona  yetəndən 

sonra  hamı  bir-birini  Ģairin  yubileyi  münasibətilə 

təbrik  edirdi.  Kimisi  Ģairin  portreti  fonunda  Ģəkil 

çəkdirir, kimisi də musiqi sədaları altında rəqs edirdi. 

UĢaqların  da  sevincinin  həddi  hüdudu  yox  idi.  Bəli, 

böyük  Azərbaycan  Ģairinin  uzaq  Afrika  qitəsində 

yubileyi 

əsil 

bayrama 


çevrilmiĢdi. 

Biz 


azərbaycanlıların isə ürəyindən yalnız bir fikir keçirdi: 

- XoĢ gördük səni, bu qərib diyarda, sevimli Ģairimiz! 

XoĢ  gördük,  Vətənin  vurğun  oğlu!  Bu  gün  doğma 

torpağa,  el-obaya  vurğunluq,  ölümün  qurduğu 

əlçatmaz səddə baxmayaraq bizi daha da bir-birimizə 

yaxınlaĢdırır.  Sən  ürəklərdəsən,  əziz  Ģairimiz, 

ürəklərdə!  Əgər  belə  olmasaydı  bu  gün  ölkə-ölkə, 

Ģəhər-Ģəhər  gəzib  dodaqlarda  səslənməzdin.  Sən  bu 




 

 

206 



 

gün  təkcə  Azərbaycanda  deyil,  dünyanın  hər  yerində 

varsan və var olacaqsan da! 

 

 



DOSTLUQ GÜNLƏRI 

1985-ci  ilin  son  ayları  idi.  Bumerdes  Ģəhərinin 

rəhbərliyi  bizim  inzibati  Ģuraya  rəsmi  surətdə 

müraciət  edərək,  Əlcəzair  –  Sovet  dostluğu  həftəsi 

keçirmək  fikrində olduğunu  bildirdi.  Təklif  bəyənildi 

və bu barədə Sovet səfirliyinə məlumat verildi. Sovet 

səfirliyindən  dərhal  razılıq  alındı.  ġəhər  bələdiyyə 

rəisinin  yanında  təĢkilat  komitəsi  yaradıldı.  Sovet 

tərəfindən  mən  də  həmin  komitəyə  üzv  kimi  daxil 

edildim.  Komitə  üzvləri  həftədə  iki  dəfə  yığıĢır, 

müxtəlif  məsələləri  müzakirə  edib,  müvafiq  qərarlar 

çıxarırdı.  Komitənin  iclasında  Səfirliyin  mədəniyyət 

və  informasiya  üzrə  müĢaviri  Y.Ġ.Fyodorov,  Sovet 

Mədəniyyət  Mərkəzinin  direktoru,  beynəlxalq  kitab 

təĢkilatının  Əlcəzairdəki  nümayəndəsi  də  tez-tez 

iĢtirak edirdilər. 

Həftənin  proqramına  bir  neçə  birgə  konsertlər, 

Sovet  filmlərinə  baxıĢ,  sovet  kitablarının  satıĢının 

təĢkili,  habelə  idman  yarıĢları  daxil  idi.  Zövqlə  tərtib 

olunmuĢ  elanlar,  həftənin  iĢtiakçıları  üçün  döĢ 

niĢanları və s. sifariĢ olundu. 

Dostluq  həftəsinin  açılıĢı  6  fevral  1986-cı  ildə 

SONATRAK  neft  Ģirkətinin  böyük  mədəniyyət 

sarayında  keçirildi.  Əlcəzairin  televiziya,  radio  və 

müxtəlif  qəzetlərinin,  habelə  mərkəzi  televiziyanın 



 

 

207 



 

“Vremya”,  proqramının  “Ġzvestiya”  və  “Pravda” 

qəzetlərinin müxbirləri də orada idilər. 

Rəsmi  hissədən  sonra  dostluq  konserti  baĢlandı. 

Əvvəlcə bizim bədii  özfəaliyyət kollektivlərimiz çıxıĢ 

etdilər. 

Konsertə 

Əlcəzair 

Ģəhərindən 

konservatoriyada  iĢləyən  sovet  musiqiçiləri  də  dəvət 

olunmuĢdu. 

Sovet  musiqiçilərinin,  habelə  bədii  özfəaliyyət 

kollektivlərinin 

çıxıĢları  çox  böyük  maraqla 

qarĢılandı.  Konsertdə  Azərbaycan  məktəbliləri 

Pərvanə,  Sevinc  və  Emin  “Azərbaycan”  rəqsini  ifa 

etdilər. 

Konsertdən  sonra  Sovet  mədəniyyət  mərkəzinin 

direktoru  mənə  dedi  ki,  əgər  bu  konserti  bir  gül 

dəstəsinə  bənzətsək,  onların  içərisində  ən  ətirlisi 

“Azərbaycan” rəqsi idi. 

“Azərbaycan  təranələri”  instrumental  ansamblının 

da  çıxıĢları  hərarətlə  qarĢılandı.  Əlcəzairlilərdə  bir 

xüsusiyyət  var.  Konsert  zamanı  tamaĢaçı  ürəyinə 

yatan musiqi eĢitdikdə səhnənin qarĢısına çıxır və rəqs 

edir. Bizim ansambl çıxıĢına baĢlayan kimi  əlcəzairli 

gənclər səhnənin qarĢısına çıxıb, rəqs etdilər. Hamı əl 

çalır, gözlər sevincdən par-par parıldayırdı. 

Mənə elə gəlirdi ki, bu ansambl eyni dərəcədə həm 

bizim  üçün,  həm  də  əlcəzairli  tamaĢaçılar  üçün 

doğmadır.  Bu  kollektiv  hər  iki  xalqı  daha  da 

yaxınlaĢdırır, daha da doğmalaĢdırır. 




 

 

208 



 

Sonra  əlcəzairlilər  çıxıĢ  etdilər.  Əlcəzairin  həm 

folklor  və  həm  də  müasir  musiqi  kollektivləri 

konsertdə iĢtirak etdilər. 

Səhəri  günü  Əlcəzair  qəzetləri  Bumerdesdə 

keçirilən  Əlcəzair  –Sovet  dostluğu  həftəsi  haqqında 

yazılar  dərc  etdilər.  Televiziyada  isə  “Xəbərlər” 

proqramında həmin tədbir geniĢ iĢıqlandırıldı. 

Ġdman  yarıĢları  da,  filmlərə  baxıĢ  da  yaxĢı  təsir 

bağıĢladı. Bizim Ģahmat komandamız Əlcəzairin milli 

Ģahmat  komandası  ilə  görüĢdə  qalib  gəldi.  Voleybol, 

futbol  komandalarımız  haqqında  da  həmin  sözləri 

deyə bilərəm. 

Əlcəzairdə  əsasən  Amerika  və  Fransa  filmləri 

nümayiĢ  etdirilir.  Arabir  Misir  filmləri  də  göstərilir. 

Yeri  gəlmiĢkən  qeyd  edim  ki,  bu  filmlərdən  açıq-

saçıqlıq,  parnoqrafiyaya  meyl,  geniĢ  tamaĢaçı 

kütləsinin  xoĢuna  gəlmir.  Mən  dəfələrlə  Əlcəzair 

qəzetlərindəki  yazılarda  bu  növ  filmlərə  qarĢı  hiddət 

və  qəzəbi  hiss  etmiĢəm.  Hətta  bir  qrup  tamaĢaçı 

Amerika  və  Misir  filmlərinin  ölkədə  nümayiĢ 

etdirilməsini qadağan etməyi tələb edirdi. Bu filmlərin 

əksəriyyəti  köhnə  olub  zorakılığı,  qəddarlığı  və 

mənəvi  pozğunluğu  aĢılayırlar.  (Təəssüflər  olsun  ki, 

indi  belə  filmlər  bizim  də  ekranlara  yol  tapa 

bilmiĢdir). Əlbəttə həmin xüsusiyyətlər bizim filmlərə 

yaddır.  (Söhbət  yenidənqurmaya  qədər  yaradılan 

filmlərdən gedir). Ona görə də ciddi tamaĢaçılar bizim 

filmləri rəğbətlə qarĢılayırlar. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə